A9 TV; 6 may 2015-ci il
(Əhməd Davutoğlu, İğdır mitinqində HDP-nin marksist-leninist ideologiyayla hərəkət etdiyini söylədi.)
Çox şükür. İllərdir marksist-leninist olduğunu söyləyə söyləyə. Tayyib hocam söylə dedik, o söyləmir. İsrarla heç əlaqəsiz bütpərəst dinlərdən bəhs edir. Amma köməkçisi söylədi, Baş nazir söylədi. İndi sıra Tayyib hocamdadır. Sonda Tayyib hocam söyləyəcək.
(Çıxışı bu şəkildədir: “Biri türkləri dinindən soyutmaq istədi, biri də kürdləri qoparmaq istədi. Hələ də, marksist-leninist düşüncəylə hərəkət edirlər. Bütün HDP-yə söyləyirəm, ya demokratiyanı seçəcəksiniz, ya da silahı. İkisi birdən olmaz. Yox amma silah əlimdə olsun, təzyiq edim, millət üzərində demokratiya qılıncını tutub sandıq oyunlarına gedim desəniz buna da millət icazə verməz” dedi.)
Baş nazir çox mübarək, möhtərəm bir insandır. Çox gözəl, amma gecə gündüz “silahı buraxın” deyirsiniz. Bunu deyəcəyinizə, gedib əlindən o silahı çöküb alın. Adam, məsələn quldurun əlində silah olur, “quldur silahı ver, quldur silahı ver” deyilməz. Quldurun üstünə gedərsən, çökərsən, pəncənə alarsan, əlindən zorla silahını alarsan. Bunun üsulu budur. Mən ilk dəfə görürəm belə, “quldur bəy lütfən silahı verərsinizmi?” deyir. “Əgər uyğundursa, münasib görürsünüzsə” deyir. Belə bir üsul harada görülmüş? Polis bir yerdə bir adamla qarşılaşır, əlində silah varsa, əlindən zorla alır. Yerə yatırdırlar, silahını əlindən alır.
(Hörmətli Davutoğlu çıxışında bunları da söylədi: “Bizim üçün sünni-şiə ayrı-seçkiliyi yoxdur. Hamımız müsəlmanıq. Bizdə məzhəb ayrı-seçkiliyi yoxdur və bizim üçün, türk-kürd bütün Anadoludakı hər bir vətəndaşımız üçün, bizim üçün hər yer Türkiyədir”.)
O gözəl. O Mehdi üslubu. 2015-ci ildə belə keçəcək kimi görünür. Baxaq 2016-cı illər, 2017-ci illər necə olacaq? Tayyib hocam mehdiyet üçün “2023-cü il” deyir. 2023-cü il dünya hakimiyyətidir. Yəni əlbəttə onu durduğu yerdə söyləmir.
(“Aksiyon” jurnalında verilən xəbərə görə, “Hörmətli Ərdoğanın son vaxtlarda çözüm sürəcinə qarşı çıxışı yalnız seçkiyə istiqamətli bir addım deyil” deyildi. Yazıda belə deyilir: “Vəziyyət səs toplama məsələsini çoxdan aşmış vəziyyətdədir. Sürcin pozulması Ərdoğanın və mövcud hökumətin maraqlarına uyğun gəlir. Çünki Oslo razılaşmalarına görə 2015-ci ilin novruz ayında Diyarbəkirə aparılmayan Öcalanın 1 sentyabrda çıxması və 2016-cı ildə də verilən bütün sözlər yerinə yetirilməlidir. Əks halda başqa ölkələrin sürəcə daxil olması gündəmə gələcək”.)
Qardaşım, fərz edək hökumət üzvləri desə ki; “Biz sürəc içində nə istəyirsinizsə edəcəyik”. Bu etibarlı olmaz. Bizim istəməyimiz əhəmiyyətli millət olaraq. Biz istəməsək mövzu bitmişdir. Həm də hökumət elə anormal bir şeyə söz verməz. Söz versə də, bunları istədiyi cizgiyə gətirmək üçün söz verər. Yəni PKK-nı istədiyi cizgiyə gətirmək üçün. Etibarsızlıqlarına doymasınlar. Heç bir zaman üçün o söz yerinə yetməz, onu unutsunlar. Açıqca söyləyirəm. Avamlıqlarına doymasınlar, etibarsızlıqlarına doymasınlar. Əsla belə bir söz yerinə yetməz. Etibarsız bir sözdür.
(“Aksiyon” jurnalındakı xəbərin davamında belə deyilir: “İddiaya görə bölgəyə polisi möhkəmləndirən hökumət son bir ayda daha əvvəl vəzifə almış keçmiş xüsusi təyinatlıları yenidən bölgəyə göndərdi. İlk mərhələdə 1500 nəfərin göndərildiyi irəli sürülür”.)
Canım 1500 nəfərlə olarmı? Daha çox xüsusi təyinatlı olmalıdır. Ən az 30-40 min xüsusi təyinatlı olmalıdır. Yetişdirsinlər, aslan kimi vətən övladları var. Məktəbləri açın, açın, açın... dedim, sonda açdılar. Allaha şükr nə desəm edirlər. Amma səssiz sədasız edirlər. Məsələn, məktəblərin açıldığını mən başqa yerdən öyrəndim. maşaAllah.
(Səlahəddin Dəmirtaş, Respublika başçısı Ərdoğanın mitinq təşkil edərək baş nazir Davudoğlunu tapdaladığını müdafiə etdi. “Madam ki, yerini verdin, imkan ver iki kəlimə də o danışsın. Özünü baş nazir kimi hiss etsin” dedi.)
Əhməd Davudoğluna da çox sataşırlar. Əhməd Davudoğlu hocama söz ola bilməz. O xeyli şəkər, çox sevimli bir insandır. Ayıb edirlər, elə hörmətdən saldıqlarını zənn edirlər, amma elə etdikcə insanlar onu daha çox sevir. Daha da simpatiya duyurlar, daha şəfqət duyurlar. Bu etdikləri ayıbdır. Doğru deyil. Tayyib hocam də anladığım qədər baş nazir səlahiyyətiylə bəzənmək istəyir. O da nə çalışqanmış maşaAllah. Səhər dururam canlı verilişdə, axşam baxırıq yenə canlı verilişdədir. Yerində dayana bilmir.
Bir qadın üçün ən əhəmiyyətli mövzu sevmək və sevilməkdir
Seviləcək insan çox az olur. Çünki sevilməsi üçün mütləq Allahdan qorxmalı, vicdanlı və səmimi olmalıdır. Bir qadın üçün də ən əhəmiyyətli mövzu sevmək və sevilməkdir. Sevmə, sevilmə yoxdursa, bir qadın üçün həyatın bir mənası qalmaz.
(Ərgənəkon istintaqı daxilində, təqaüdçü general Çevik Birin də aralarında olduğu 8 şübhəli haqqında “silahlı terror təşkilatına üzv olmaq” cinayətindən təqibsizlik qərarı verildi.)
Allah Allah. Bir məhkəmə ömürlük verir digər məhkəmə təqibsizlik verir. Türkiyə çox qəribə tarixi günlərdən keçir. Əlbəttə biz tutulmaya, həbsə sevinmərik. Azad etməyə sevinərik, bəraətə sevinərik. Heç bir vətəndaşın həbsdə yatmasını istəmərik. Cinayət xaricində mən həqiqətən vicdani olaraq narahat oluram. Amma əlbəttə bir amnistiya və s. bunlar ağılasığmaz təhlükəli şeylərdir. Aman! Heç vaxt! Əsla. Bu çox böyük bir fəlakət olar.
“Ümumiyyətlə 2000-ci illərin ortalarında Amerikalı düşüncə quruluşlarının verdiyi bütün təkliflərdə iki şərt var. Biri; əfvlə Öcalanın və digərlərinin çıxması, ikincisi də; federasiyadır”.
Yox qardaşım, yox. Cinayət sərbəstdirsə, onsuz da dünya məhv olmuş deməkdir. Həyatın mənası qalmaz.
Anadoludakı şəhərləşməyə istiqamətli
Anadolunun hər yerində bağlıq ərazilərə filan TOKİ 10-15 mərtəbəli mənzillər tikir. Qutu kimi. Estetik yox, görünüş yox. Bərbad. Bəziləri yəni, hamısı üçün demirəm. Onu gözəl türk evi kimi tikin qardaşım. Gözəlcə, bağlı-bağçalı edin. türk evini əsas alın, Osmanlı stilini əsas alın, gözəl şeylər edin. Bağları pozmanın nə mənası var?
(“Zaman” qəzeti, “New York Times”də nəşr olunan bir xəbərə əsaslanaraq Türkiyədən İŞİD idarəsindəki Suriya torpaqlarına gedən malların gündəlik ehtiyaclarla məhdud qalmadığını, bomba istehsalında istifadə edilən amonyum nitrat gübrəsinin də satıldığını yazdı. Qəzet, 2003-cü ildə İstanbulu vuran terror hücumlarındakı bombaların da bu maddəylə hazırlandığını xatırlatdı.)
Amonyum nitrat da çox əhəmiyyətli bir gübrədir. Nə etsinlər yəni? Necə edəcəklər? Amonyum nitrat özü onsuz da partlayıcı deyil, bir xüsusiyyəti yoxdur. Bir partlayıcı olduğunda təsirini artırar. Yoxsa amonyum nitratın bir təsiri yoxdur. Bu səbəbdən boş sözdür. TNT olmadıqdan sonra yaxud C4 partlayıcı olmadıqdan sonra onunla heç bir şey edə bilməzsən. Əgər onsuz da bu partlayıcılar varsa bunun gücünü artırmaq o adamlar üçün elə bir problem deyil. Amonyum nitrat şərt deyil, onun təsirini artırmaq üçün hər şey olar. İndi əlbəttə saysaq terroristlər oradan vəsait çıxardar. Amma xeyli bir kimyəvi maddə var təsiri artıracaq. Mühüm olan o partlayıcıların gətirilməsinin qarşısının alınmasıdır. Daha türkcəsi təhsildir. Yəni bununla qarşısını ala bilməzlər. Sevgi təhsili verilməlidir, sevgi. Sevgi dünyanın həyat nöqtəsidir. Sevgi yoxdursa həyat da yoxdur. Heyvanlara belə baxırsan, həmişə sevgi doludurlar. Fil balasını sevir, keçi balasını sevir.
(Şırnak və ətrafında hərbi hərəkətlilik olduğu xəbərləri vardır. Əsgər düşərgəsiylə PKK nöqtəsi arasındakı məsafə təpədə söz təması təmin edəcək qədər bir-birinə yaxınlaşdığı deyilir. HDP-ə yaxın tərəflər bu mövzuda çox səs-küy edirlər. Bölgədə elan edilməmiş bir fövqəladə hal tətbiq olunduğunu iddia edirlər.)
MaşaAllah aslanlarımıza. Çoxdandır hərbi maşınların səsini eşitmirdik. maşaAllah. Göndərilmələrə davam. Aslanları oraya gözəlcə yerləşdirsinlər. Oranın çiçəyi, bəzəyi onlardır. PKK namərdlərinə qarşı türk əsgəri. Oraları o pislikdən, PKK pisliyindən qanunla hüquqla ancaq türk əsgəri təmizləyər. “Ya Allah Bismilləh” deyib mehtərlə başlasınlar. Artıq türk əsgərinin əli tutulmaz. Nə lazımdırsa etsinlər, hamısını yığıb həbs etsinlər. Gözləyirik. Göndərmələr də davam etsin. Çox heybətli olur maşaAllah. Hərbi maşınlar ard-arda belə, hərbi maşınlar. İçində aslanlar, quzular doludur. Xınalı quzu. Hamısı şəhid namizədi, hamısı aslandı maşaAllah. Nur kimidirlər. Allah onları namərd güllələrdən qorusun.
PKK-nın kommunizmi təbliğ etməsinə qarşı anti-kommunist təlim verilməlidir
PKK indi də ezidi kürdlərə müsəllət olmuşdur. Onlara kommunizmi təbliğ edən sözdə akademiyalar açırlarmış. Bax oradakı müsəlmanlar ezidi qardaşlarımızı bu kəslərin əlindən qurtarmalıdır. Əks təhsil alınmalıdır. Dövlət anti-kommunist, anti-darvinist fəaliyyət göstərməlidir. Bunu etsələr PKK çoxdan tarix olmuşdu, bitmişdi. Mövzunu kökündən həll edəcək ən qəti həll olduğu halda mövzunu daim anlamazlıqdan gəlirlər və uzanır.
Sevgi, gözəllik, sənət həyatın məqsədidir
Ortada sənətçi görə bilirsinizmi? Yox. Heç sənətçi yoxdur. Daim siyasi döyüşlər, qışqırıq, bağırtı var. Sənətçi sevgi müəllimidir, gözəllik müəllimidir. Sənətçilərə qapını sonuna qədər açmaq lazımdır. Sənət və estetika nazirliyi dərhal qurulmalıdır. Tayyib hocama da, Baş nazirə də ərizə ilə müraciət edək. Bu çox əhəmiyyətli bir mövzudur. Sənət, gözəllik, sevgi həyatın məqsədidir. Yoxsa sən niyə körpü tikirsən, niyə qurudan, dənizdən tunel keçid qurursan? Bunların hamısı boş hala gələr. Sevginin olması üçün, sevgini bəsləyən sənət və estetikaya çox əhəmiyyət verilməlidir.
“Siz keçən il bu cür təsvir etmişdiniz. Bu neft zəngini Ərəb ölkələrinə Amerikanın, Avropanın hörmət etməməsinin səbəbi təkcə sənətə dəyər verməmələri, sevgiyə əhəmiyyət verməmələridir. Bircə budur demişdiniz. Yoxsa onların əldə edə bilməyəcəyi qədər pulları var. Amma heç bir şəkildə estetikaya əhəmiyyət vermədikləri üçün hörmət etmirlər, yəni təbii olaraq meydana gəlmir demişdiniz”.
Əlbəttə, adam yerinə qoymurlar. Türkiyədə istədiyin qədər belə yollar salarsan, çox güclü hava limanları qurarsan. Amma sənət, estetika, sevgi yoxdursa qiyməti yoxdur. Koreyada da var, Şimali Koreyada. Hər şey var, mükəmməldir. Amma həyat yox, ölüm var. Yalnız ölüm var. Məzar qoxusu var və dəhşət var. Sevgisizlik, estetiksizlik hər yeri bürümüşdür. Sevginin “s” –sindən belə bəhs edilə bilmir. Yəni heyvanda olan sevgi belə yoxdur. Heyvanlarda olan sevgi də yoxdur. Özlərini inanc olaraq, ideologiya olaraq sanki görülməmiş bir məxluqat kimi göstərirlər.
(CHP həmsədri Kamal Kılıçdaroğlu hörmətli Ərdoğanın Quranı Kərimlə əlaqədar özünə istiqamətli sözlərinə Egemən Bağış üzərindən cavab verdi. “Allah islah etsin” deyən Kılıçdaroğlu, -Quranı tənzih edərik- “Quranla lağ edən, Bəqərə məqərə deyən adamı yanında tutursan” şəklində danışdı.)
Bir dəfə ağızından qaçmışdı. Min peşman olduğu bəllidir. Oturub bunu təkrar-təkrar onun başına qaxmağın məncə mənası yoxdur. Bir şəkildə, Allah orada o səhvi etdirmiş. Amma tövbə etdiyi bəllidir. Utanır, belə bir şeydən utandığı aydın olur. İsrarla onu müdafiə etmir. Utanc keçirir. Amma o biri məsələn karikatura çəkənlər iftixarla fikirlərini müdafiə edirlər. Amma bu insan utanc keçirir. İnsanların üzünə baxa bilmir. Bu mövzuda xeyli xəcalətli və rədd edir. “Demədim” deyir, “etmədim” deyir. Deməli utanır.
Dövlət sənətçilərə sahib çıxmalıdır
Dövlət bu sənətçilərə məsələn 6-7 min lirə maaş versə nə itirər? Neçə nəfər sənətçi var? Ən çox 20 nəfər çıxar, uzağı. Bu insanlar rahat yaşasa nə olar? Bu bizə sevinc verər qardaşım, xoşbəxt olarıq, ürəyimiz açılar. Məsələn sənətçilərə medal verilsə, qızıl medal, dövlət iftixar, fəxr medalı, çox gözəl olar. Hər yerdə şərəflənilmələri lazımdı. Məsələn Arif Şəntürk kimi bir sənətçi bir daha Allahualəm gəlməz. Tamamilə Trakya səsi, xüsusi bir üslub “Haydı bre” deyir. Çox şəhanə. İndi Trakyada elə bir insan tapa bilməzsən. Heyif, günah deyilmi? Hökumət gözəl olan şeylərə qiymət verməlidir. Səs toplamaq istəyirsə bunlar səsləri də artırar. 20 sənətçiyə pul verməklə dövlət çökməz.
Ən qiymətli sənətçiləri, ən qiymətli insanları narahat edirdilər. Dayanmadan siyasi döyüş var. Etməyin, eləməyin, bunlar millətin ruhunu gəmirər. İslama Qurana zərər verər. Ruhlarda təxribat yaradar. Bu səfər anarxist ruhlu müsəlmanlar yetişməyə başlayır. Nifrət dolu insanlar yetişir. Kinli, nifrət dolu insanları yetişir. Bu səhvdir. Sənətçiləri ön plana çıxartsınlar. Onların sevgisi, məhəbbəti cəmiyyətə çox müsbət təsir edər. Onların xüsusi bir nəzakəti olur, xüsusi bir ruh keyfiyyəti olur. Onlar cəmiyyətə çox gözəl nümunə olacaq ideal insanlardır.
“Bilirsiniz şimali Koreya ilə cənubi Koreya eyni irq, heç bir irq fərqi yoxdur. Yalnız ayrıldılar. Bu anda iki ölkənin ortalama boy fərqi 10 santimetr”.
Bax məhv etmişlər. Cənubi Koreyada insanlar xeyli sevincli, şən, gülər üzlü, dindar. Cənubi Koreyalılar çox dindardır. İslamın ən yaxşı izah ediləcəyi yerlərdən biri də Cənubi Koreyadır. Xristianlıq çox təsirli bir şəkildə yayılaraq yaşanır.
(Anadolu kənd meşəbəyiləri və şəhid ailələri konfederasiya başçısı Ziya Sözən, 1660 nəfər şəhid verən keçici kənd meşəbəyi ailələrinin seçki bəyannamələrində belə xatırlanmadığını bildirdi.)
1660 nəfər şəhid. Bu əlbəttə çox ağrılı bir hadisədir. Onlar mücahidin, aslanın xasıdır. Dağlarda qəhrəmanlıqla mübarizə aparırlar. Kəndlərin gözəlliyi, bəzəyi onlardır. Dövlətin ən çox əhəmiyyət verməli olduğu kəslərdir. Əhəmiyyətlə hökumətdən xahiş edirik; meşəbəyilərini qoruyacaq, saylarını artıracaq, imkanlarını genişlədəcək tədbirlər alsınlar. Nə gözəl, kəndlərə getdiyimizdə cənub-şərqdəki kəndlərə gedirik, kəndin qapısında meşəbəyilər. İgidlər, hamısı namazında niyazında, gülər üzlü, əfəndi insanlardır. Nə gözəl. PKK oralara addım ata bilmir.