Hörmətli Adnan Oktarın 24 aprel 2015 tarixli söhbətindən əhəmiyyətli başlıqlar
ucgen

Hörmətli Adnan Oktarın 24 aprel 2015 tarixli söhbətindən əhəmiyyətli başlıqlar

1714

A9 TV, 24 aprel 2015

 

(Bugün Çanaqqala zəfərinin 100-cü ildönümü keçirildi. Başda İngiltərə olmaqla 90-a yaxın ölkənin lideri və hökümət nümayəndələrinin iştirak etdiyi mərasim şəhidlər üçün Quran oxunması ilə başladı. Şahzadə Çarlz, “Kədər ilə ifadə edirik ki, iki dünya müharibəsi keçmiş olmasına baxmayaraq bu gün dünyamızda hələ də qarşıdurmalar yaşanır. Hamımız ortaq bir məsuliyyət daşıyırıq. Lakin, liderlər olaraq bu tolerantsızlığın öhdəsindən gəlmək və döyüşləri dayandırmaq üçün bir şeylər etməliyik." dedi.)

Mehdi (ə.s)-a tabe olacaqsan. İsa Məsihə tabe olacaqsan. Başsız olanda dünya divanə olur. Başa düşülməyəcək bir tərəfi yox.

(İstanbulda, Pravoslav kilsəsində keçirilən, həyatını itirən erməniləri anım mərasimində bu il ilk dəfə Türkiyə hökumətindən nümayəndə iştirak etdi. Ərdoğanın məktubu oxunuldu. “Acılarınızı anlayırıq və paylaşırıq deyilən məktubda Ərdoğan, "Osmanlı ermənilərinin dünyanın hər yerindəki nəvələrinə ürək qapılarımızın sonuna qədər açıq olduğunu bilmənizi istəyirəm.” dedi.)

İndi oldu, bu ifadə gözəl. Gecikdirdilər bu sözü, çox gecikdirdilər. Biz bunu aylar əvvəl, illər əvvəl söylədik. Mənim üç il əvvəlki televiziya danışıqlarıma baxın, görəcəksiniz. Uzun-uzun izah etdim. “Ermənistanın qapılarını açaq” dedim. Azərbaycan qüruru qırılmış bir millətdir. Qüruru qırılmış bir dövlət təbii ki, qışqırar-çığırar. Sən onu sakitləşdirəcəksən. Putini dövrəyə sal. Putinin sözünü dinləyər Azərbaycan. Birlikdə masaya, “torpağınızı aldılar doğru, amma dost olaq, yoldaş olaq bunlar həll olar” deyərsən. Onlar fəryad-fəğan. Təbii ki, onların müxalifəti də var. İçlərində faşist olanlar da var. Hər növ adam var. Amma, hökumət mükəmməldir Azərbaycanda. Müasir bir hökumətdir. Ağlı başında bir hökumətdir. Dövlət idarəçiliyi yaxşıdır.

 

(Pravoslav kilsə səlahiyyətlisi Atəşyan mərasimdə etdiyi çıxışda, “Yüz il əvvəlki anlayışların cizgisində addımlamaq bugün üçün mənasızdır. Qisasçı rəftarlar sadəcə mənasız deyil, eyni zamanda faydasızdır. İki xalq da sədlərin qaldırılması üçün lazımlı yolları xoş bir anlayışla axtarmaq məcburiyyətindədir. Bir yandan bütün insanlıq üçün sevgiyə inandığını iddia etmək, digər yandan da rəddedici bir anlayışla rəftar bizim üçün qəbul edilməzdir.” dedi.)

Ermənilər çox rəngli bir cəmiyyətdir. Çox şirin insanlardır. Xasiyyətləri, əxlaqları da çox gözəldir. Türkiyədə mənim erməni bir çox tanıdığım var, ailələrdən də var tanıdığım. Çox şirin, xoş söhbət, zarafatcıl, keyfiyyətli, gözəl insanlardır hər biri. 1915-ci ildə faşizmin ən azğın olduğu dövrlər, darvinizmin ən azğın olduğu dövrlər, manyaklıq cərəyanı bürümüşdü bütün dünyanı. 30 milyon insan öldürüldü. 30 milyon. 1,5 milyonu da erməni idi. Yaxşı, 2 milyon erməni deyək, amma 28 milyon insan şəhid edilmiş, öldürülmüşdür. Böyük bir zülm edilib. Erməni qətliamı edildi. Qətliam edilib, amma müsəlman türkləri də avtomatik olaraq silah ilə axtarıldılar. Çuxurun kənarına gətirdilər, nəhrin kənarına gətirdilər, vurdular piyada silahı ilə ard-arda, yan-yana düzüb. Dəhşət dövrü idi o. Amma, ermənilər bizə aid insanlardır. Bizim insanlarımızdır. O soyuq ölkədə yaşamaları sıxıntı vericidir. Dərhal açılmalıdır. Bizim imkanlı şəxslərimiz gedib oranı bağlıq-bağçalıq etsinlər. Onlar da gəlsin burada işləsinlər, hər yerə yerləşsinlər. Xüsusi ilə Vanda Akdamar Kilsəsi idi mi? Çox gözəl bir yer. Bomboş amma. Gəlin o əraziyə yerləşin. Aktiv bir kilsə olsun. Orada evlər tikin gözəl, kənd salın. Ziyarətinizə gələk.

 

(CHP lideri Kemal Kılıçdaroğlu, “Sözüm söz, Yaxın şərqə sülhü gətirəcəyik. Heç bir ölkənin daxili işinə qarışmayacağıq. Suriyalı qardaşlarımızı da geri göndərəcəyik. Ölkələrindəki problemləri birlikdə həll edəcəyik.” dedi.)

Adamları kəsərlər oraya geri döndüklərində. Bir təşkilatları var onların. Şəbbihalar. Təmiz psixopat insanlardır. Hamısını doğrayarlar.

 

(Yalçın Akdoğan HDP üçün, “Tutdurublar demokratik muxtariyyət. Bunu eşidəndə düşünməyin yerli rəhbərlikləri gücləndirək, demokratiyanı gətirək falan. O demokratik sözü yalandır. Muxtariyyət dedikləri, buranı verin biz idarə edək. Beləliklə, Suriyada kantonlar yaratdılar, İraqda yaratmağa çalışdılar. Bərzani ilə bir-birlərinə girdilər. Bu anlayış görülməlidir. Bu anlayış Türkiyə partiyası ola bilməz.” Dedi.)

Yalçın Akdoğan çox ağıllı dəliqanlıdır. Çox ayıqdır. Onu seçməklə isabət ediblər. Üslubu çox gözəlləşdi son zamanlarda. Məsələn, PKK-ya diaqnozu qətidir. Deyir, bu kommunist, Leninist, Stalinist terror təşkilatıdır. Bax, burada da diaqnozu qətidir. Sözü ağzında gəvələmir. Açıqlayır. Gözəl. Təbrik edirəm.

 

(Amerika bu il İraqı silahlandırmaq üçün 1 milyard 6 yüz milyon dollar büdcə ayırdı. Ayrıca, 36 ədəd də F-16 göndərəcək. Daha əvvəl İraqa verilən silahların demək olar ki, hamısı İŞİD-in əlinə keçmişdi. Şərhçilər İŞİD-in artıq F-16-sı da olacaq izahlarını verirdilər.)

Mən inana bilmirəm, o baş sarığı ilə F-16-nın içinə oturur, həqiqətən uçurdur da təyyarəni. Əcaib manevr etdirir havada. Yüksəkdən yerə şığıyır. Mükəmməl istifadə edirlər. Heç bilmir. İlk dəfə görür, qurdalayır, baxır. Mən yük maşını istifadə edirəm, bunu niyə istifadə etməyim? Allahu aləm yanmışlar mən söyləyim. Çünki əcaib bir vəziyyət var.

 

(Baş nazirin köməkçisi Yalçın Akdoğan HDP-nin səddi keçməsinin bir sıra sıxıntılar yaradacağını vurğulayaraq bunları dedi: “Hər hansı bir partiya olsa sıxıntı olmaz, amma bir tərəfdə terror təşkilatı varsa bunun qəyyumluğundan qurtula bilməyən onun uzantısı olan bir siyasi anlayış varsa səddi keçməsi bunun normal bir şey imiş kimi görünməyini təmin edər. Bu da başqa problemlər yaradır.” dedi. Hürriyət yazıçısı Mehmet Yılmaz isə “Akdoğanın əsil narahatlığının bu deyil, Ərdoğanın başçılıq xəyalının suya düşməsi olduğunu iddia etdi.” dedi.)

Təəssüf, doğru ola bilər o. İstəməzdim bunu təsdiq etməyi, amma təəssüf, doğru olma ehtimalı çox yüksəkdir. Əlimizdən aldınız bizim səsimizi deyəcəklər və adamlar haqlı mövqedə olacaqlar. Heç bir şəkildə haqları olmayan səsləri almış olacaqlar. BDP-nin bütün səsi Ak Partiyaya keçmiş olacaq. Amma, onlar da bilərək edir. Onu bilmirlər deyil. Bilirlər. Çünki, Abdullah Öcalan mən dəstəkləyirəm deyir. Prezident idarəetmə sistemi bizim qəbul etdiyimiz bir mövzudur deyir. Mən bu mövzuda Ak Partiyanı dəstəkləyəcəyəm deyir. Məhz belə dəstəkləyər. Buna bənzər. Utandırıcı bir şeydir bu. Çox pis. Çox yanlış bir sistemdir.

 

Tayyip hocam bu prezidentlik işini buraxsın. O sözü ağzına almasın. Biz onu iqtidar edərik. Dərdinə düşməsin. Elə bir şey olmaz. Amma, başçılıq sistemi, o zaman bütün etibarını itirər. Çox riskli bir yola girdi. Onu etməsin.

 

(Meydan qəzetindən Ömər Şahin, yazısında HDP-li bir səlahiyyətlinin "Səddə ilişsək, Atatürkün etdiyi kimi edəcəyik. O necə İstanbul hökümətinə qarşı Ankara hökümətini qurdu, biz də Diyarbəkirdə öz məclisimizi toplayarıq..." ifadəsinə yer verdi.)

Olar mı elə şey? Sən məclisi topla, neçə dəfə topladız, qanunsuz məclisin nə etibarlılığı olar?  Amma, məclisə girə bilməsəniz, bu çox pis bir hadisə olar. Həqiqətən, səsləriniz qəsb edilmiş görünürsə, bu çox pis hadisədir. Bu AK Partiya mövqeyindən utandırıcıdır. Amma, sizin etdiyinizin də mən səmimi olduğuna inanmıram, HDP-lilər. Siz bunu bilərək və şüurlu etdiniz. Çünki, dəfələrlə söylədim, əgər siz bunu qəsdən etdinizsə, açıqlayın. Əgər qəsdən etmədinizsə də deyin ki, “Əgər biz AK Partiya ilə belə bir razılaşma etdiksə dünyanın ən alçaq, ən şərəfsiz adamıyam deyin” dedim. Deyə bilmədilər. Bu razılaşma çox açıq görülür. Birdən-birə dedilər ki: “Biz partiya olaraq girəcəyik.” Müstəqil girsən onsuz da qazanacaqsan. Amma, o biri cür ciddi şəkildə risk etmiş olursan, amma çox ciddi risk etmiş olursan. Belə bir riski siz qəbul edəcək adamsınız mı? İncə-incə də hesablamısan. Bilirsən də meydana gələcək hadisəni. Deyəcəksən; “AK Partiyaya səslər gələcək, biz də AK Partiyadan prezident idarəetmə sistemini istəyəcəyik. Federasiya istəyəcəyik. Abdullah Öcalanın buraxılmasını, PKK-lı qatillərin bağışlanılmasını istəyəcəyik” deyə düşünürsünüz. İşin doğrusu budur. Tayyip hoca bu dediklərinizin heç birini etməz. Prezident idarəetmə sisteminə də heç bir şəkildə yaxınlaşmasın Tayyip hoca, çox risklidir.

 

(51 gündür həbsxanada, hücrədə olan Mehmet Baransu, bugün Balyoz və Ergenekon şübhəlilərindən və ailələrindən üzr istəyən bir məktub dərc etdi.)

Balyoz şübhəlilərindən üzr istəyir, amma Tayyip hocaya da ağzına gələni söyləyir. Hər şeydə bir xeyir vardır. O gözlə baxsın. Xeyirsiz heç bir şey olmaz. Taleyində Allah elə bir şey yaradıbsa onu xeyirlə yaratmıştır. Əhəmiyyətli olan axirət. İki günlük dünya. Gəlib keçici. İldırım sürəti ilə keçir illər.

 

(Böyük Birlik Partiyası sədri Mustafa Destici bölünmə mövzusundakı narahatlığını dilə gətirdi.)

Amma, Destici hocadan ilk dəfə eşidirəm. Beləcə, gurultulu şəkildə hər gün danışsana, mübarək. Biz dərc edəcəyik, sən söylə. Çox zəruri bir təhlükədir bu. Çox böyük bir təhlükədir. Milliyətçi Hərəkat Partiyası da bunu həmişə gündəmdə saxlasın. Bu fəlakət dağılana qədər kükrəməyə davam.

 

(Ərzurumda Şeyx Səidin nəvəsi olan Ak Partiya 5-ci sıra namizədi vəkil Abdurrahim Fırat HDP-li bir qrupun dəyənəkli hücumuna məruz qaldı.)

Bax, rəzalət. Belə-belə qorxudurlar. Baxırlar, orda o dəyənəklə döyülür, burda bu dəyənəklə döyülür. “O zaman nə edək?” deyir, “HDP-liləri seçək.” Dəyənəklə döyülən adamları seçəcəyimizə, dəyənəklə döyülməyən adamları seçək deyirlər. Halbuki, dövlət gücünü göstərsə, polis, hərbi gücünü göstərsə, bu rəzalətlərin heç biri olmaz. Əsgər, polis gücünü göstərməyincə adam təpəyə çıxır. Hadisə budur. Bu vəziyyətdə də xalq güclü olanı seçmək istəyir. Dəyənək atanı seçmək istəyir. Dəyənək atılanı deyil də, dəyənək atanı seçir.

Bütün Cənub-Şərq bölgəsində bütünlüklə bir rəzalət yaşanır və bir işğal var. Kommunist işğal var. Stalinist işğal var. Stalin işğal etsə necə olardı Türkiyəni?  Onun kimi. PKK işğalı var.

 

(Yeni Şəfəq yazarı Yusuf Kaplan, dünyanı olduğu vəziyyətdən qurtaracaq və İslam dünyasını ortaq bir ideal ətrafında birləşdirəcək tək ölkənin Türkiyə olduğunu yazdı. “Əgər Türkiyə bunu edərsə, Qərbin hegemonluğu sona çatar. Türkiyənin yenə hər kəsi əhatə edən Osmanlı ruhu ilə ortaya çıxması üçün İslam dünyası dua edir. Qərbin Osmanlını soyqırımcı elan etməyə cəhd göstərməsinin arxasındakı səbəb bunun qarşısını ala bilmək arzusu” dedi.)

Mövzu bu deyil. PKK-nı gücləndirmələrinin səbəbi fikirlərini Cənub-Şərqə yönəltdilər. Yəni, o ərazi ilə İslam aləminin əlaqəsini kəsmək və orada blokada meydana gətirmək. Məqsəd bu. Qaradənizdən başlayıb Mərsinə qədər geniş bir sahədə böyük bir sədd meydana gətirmək. İslam aləmi ilə, Türk aləmi ilə əlaqəni kəsmək. Ondan sonra yan gəlib yatacaq adamlar guya. Buna icazə vermərik. Həyatımız bahasına olsa belə icazə vermərik. Lazım olarsa, millət olaraq şəhid olarıq, amma icazə vermərik. Adam deyir ki, “biz dəliyik”. Sən dəlisən, qarşındakı ağıllı. Sənə icazə vermərik. Bunu unudacaqsan.

 

(Quzeydə Ermənistana torpaq verib, güneydə də elə bir Kürdüstan yaradıb, bunu hələ həyata keçirməyə cəhd edirlər o vaxtdan bəri.)

Ermənistanı bir az çətin görürlər, lakin PKK-ya oranı tez bir zamanda verib, verdikdən sonra PKK ilə razılaşıb o yerləri almağı düşünürlər Ermənistan üçün. Orada da təbii ki, bir xristian Ermənistan yaradıb, geri qalanını da PKK-ya verib İslam aləmi ilə əlaqəni kəsdirmək.

 

(Amerika və Fransadakı son işləri paylaşan MHP Millət vəkili Yusuf Halaçoğlu, saxta Erməni soyqırımı ilə əlaqəli yeni məlumatlar verdi. “Dünya qətl edilən 518 min türkü danışmır. 1924-cü ildə Türkiyədə 1,5 milyon deyil, 624 min erməni var idi.” Qədim Türk Tarixi Təşkilatının başçısı da olan Halaçoğlu, “Dünya saxta erməni soyqırımı iddialarını görərkən bunların qətl etdiyi 518 min 301 türkün adını belə yadına salmır. Minlərlə insan, uşaq və s. samanlıqlarda, məscidlərdə yandırıldı. Papa və Qərb, qətl edilən türklərdən niyə danışmır?” dedi.)

Halaçoğlu hocam yaman adamdır. O alimdir, elə gedib ondan soruşsunlar. Doğrusunu söyləyir. MHP çox mübarək bir partiyadır. Çox ağlı başında yəni. Halal olsun. Gecə-gündüz izah edirik. Hoca da elmi tərəfdən gözəl şərhlər verir.

CHP-nin də təbii gözəl tərəfləri var. Məsələn, müasirliyi, layiq olması, mövhumatçılığa qarşı olması. AK Partiyanın da yaradıcı olması çox gözəldir. Canlı, səhhətli dünyagörüşünə sahib olmağı gözəldir. Səadət Partiyasını görəcəyik.

PAYLAŞIN
logo
logo
logo
logo
logo