Hörmətli Adnan Oktarın 9 aprel 2018-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar
ucgen

Hörmətli Adnan Oktarın 9 aprel 2018-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar

599

A9 TV, 9 aprel 2018

 

(Baş çavuş Anıl Yalap bir il əvvəl PKK ilə qarşıdurmada yaralanmış, müalicəsinin ardından könüllü olaraq bölgəyə dönmüş və Çukurcada şəhid olmuşdu. Şəhidimizin atası Elmas Yalap, oğlunun bir il əvvəl yaralanmasına baxmayaraq öz istəyiylə bölgəsinə döndüyünü ifadə edərək “Getməsəm şəhid yoldaşıma xəyanət etmiş olaram” dedi. Biz getmə deyə söylədik, amma yaxşı olduğunu söyləyərək getdi. Vətən sağ olsun, şəhidlər olmasa vətən də ayaqda olmayacaq” dedi.)

 

Səni alnından öpürük igid. Biz də öləcəyik, atan da öləcək, jurnalistlər də öləcək, siyasətçilər də öləcək, ölməyən kimsə qalmayacaq onu söyləyim. Corc Buşundan tut Trumpdan belə ən məşhur sənətçilər, generallar, paşalar hər kəs öləcək. Amma anlı-şanlı ruhunu təslim etmək ayrı bir mövzudur. Sən anlı-şanlı təslim etdin, ona görə sənə çox qibtə edirik. Halal olsun sənə, anana-atana da halal olsun, sənə də halal olsun. Şahidliyini təbrik edirik igid. Allah, Kitab, din, iman üçün o mübarək əziz ruhunu Allaha təslim etdin. Bir saniyədə cənnəti aldın, halal olsun sənə. Allah bizlərə də nəsib etsin. Sanki yataqda sürünərək ölmək bacarıqmış kimi adam “AAA” deyərək qalmaqal salır. Qışqıra-qışqıra yataqda ölüncə xoşuna gələcək? Şahidliklə ölmək ən böyük şərəfdir, ən böyük gözəllikdir. Sanki o bir şey qazanmış kimi. O sənin halına ağlayar deyə düşünürsən? Sən oturub ağlamaqla şəhidin mənəvi cəhətdən ürəyini sızladırsan. Anası-atası bəlkə həyəcandan ağlayır ola bilər. Kədərdən ağlamaq haramdır. İgidə ağlamaq, onu çox təhqir edicidir, çox narahat edər. Aman-aman əsla. Şahidlik böyük bir şərəfdir, qürurdur, həmişə təbrik edilməsi lazım olan gözəllikdir. Bəzi FETO artığı tiplər var. Fəthullah Gülən filan şəhidə “heçliyə getdi” deyir. Sən baraban kimi məzarın içində şişib partlayacaqsan. Sən hara gedəcəksən bir gör baxaq. Sən bu qədər gənci şəhid etdirdin. MİT mənsublarını xəbər verdirib şəhid etdirdin və PKK-ya bütün ömrün boyunca dəstək oldun. Vətənin, dövlətin sirlərini küfrə, dəlalətə verdin. Sırf sənə lider desinlər deyə nə qədər çirkin iş varsa etdin.

 

 

(Ölkə prezidenti Ərdoğan “Əgər bu ölkədə yaşayan bir insan inancından ötrü yadlaşdırılsa, qarşısında əvvəl məni sonra dövləti görər” dedi. Sözlərinə bu şəkildə davam etdi: “Böyük imperatorluqdan əlimizdə qalan bu son vətən parçasının tək bir qarış torpağını tək bir çınqıl daşını da kimsəyə vermərik. Burada PKK-ın avtonomluq həvəsinə yer yoxdur. Bundan əlavə bu dövlətin sərhədləri daxilində və xaricində yaşayan bütün insanları eyni haqlara, fürsətlərə sahib birinci sinif fərd olaraq cəmiyyətin bütün imkanlarını eyni ölçüdə istifadə edə bilən vətəndaşlar olaraq gördük. Kim ki, bu ölkənin hər hansı bir fərdini mənşəyindən, inancından, xislətindən, ictimai və siyasi seçimlərindən ötrü yadlaşdırmağa çalışsa, qarşısında əvvəl məni, mənimlə birlikdə dövlətimizi görər” dedi.)

 

Çox yaxşı olmuş. Tayyib hocam çox gözəl söyləmiş. Bu tez-tez gündəmə gətirilməli bir şeydir. Çıxışından mənim xəbərim yox idi, o mealdə çıxış etdim. Arxasından Tayyib hocam bu cür çıxış etdi. Çox gözəl. Tez-tez ifadə edilməsində çox fayda var. Bir də PKK, həqiqətən biz Türkiyədən torpaq vermərik ağıllarını başlarına alsınlar, axmaqlıdan əl çəksinlər. Bir insan axmaq ola bilər, amma bu qədər də axmaq olmaz. Bu qədər axmaqsız? Biz Türkiyədən sizə torpaq verərik? Gedirsən “Suriyadan, İraqdan alacam” deyirsən, o bizi maraqlandırmaz. Ala biləcəyini də zənn etmirəm, bu ayrı məsələ. Amma Türkiyə mövzusunda aman ha aman, əsla. Ən olmayacaq şeyi söyləyirsən. Ən istəmədiyimiz şeyi söyləyirsən. Yeri-göyü bir-birinə qatarıq aman ha.

 

 

(Kürdlər çox əfəndi, dindar, sadə insanlardır. PKK kimi dinsiz, Allahsız, stalinist təşkilatın tərtəmiz kürdlərə müsəllət olmasını əsla qəbul etmərik)

 

Bu PKK ilə danışılsa, bunlar həqiqətən çox axmaqdırlar. Qardaşım, sən millətin izzəti nəfsinə, şərəfinə, ləyaqətinə, namusuna ən ağır hücumu edirsən axmaq adam, torpaq istəmək nə demək? Dinin, imanını hər şeyini istəyirsən dəlisən sən. Xeyr məcburiyyətin nədir, nə əlaqəsi var? Haydı Allah verməsin fərz edək ki, torpaqları alsan nə edəcəksən? Orada səni məhv edərlər. Amerika sənin başını qoparar. Axmaqlığından əl çək. Bunlar necə də axmaq adamdir. Qardaşım kürdlər, bax bizim uşaqların çoxusu Kürddür, gənclərin çoxu Kürddür. Azərbaycanlı qardaşlarımızdan da Kürd olan var. Kürd nə deməkdir? Kürd demək dünya şirini, dünya gözəli insanlar deməkdir. Kürd-Türk həmişə eynidir. Sonra çıxartdılar bu ədəbiyyatı bizim ağlımızın ucundan keçməz. Bizim məhəllədə çoxlu Kürd vardı, ağlımızın ucundan keçməzdi. Kənddə də vardı Kürdlər. Kürd, mərd, dürüst, mehriban insan deməkdir, Türk millətinin fərdidir. Haradan çıxardırsınız? Bu adamlara cavab vermək belə istəmirəm, bunların axmaqlığı çox qəzəbləndiricidir, yəni çox lənət tiplərdir. Suriyanı da narahat edirlər, İraqı da narahat edirlər, otur-oturduğun yerdə. Azadlıq istə, demokratiya istə, buraları gözəlləşdirin də, bunların hamısı doğrudur, bunu edək. Deyirsən ki, “torpağı alıb idarə edəcəm.” Burax, sən Allahsız, Kitabsız, dinsiz, imansızın təkisən.

 

 

(Ölkə prezidenti Ərdoğan bu gün çıxışında sevgidən də bəhs etdi. Və hər kəsi mənfəətsiz sevgiyə dəvət edən şərh etdi. “Bu gün sizlərlə bunu da danışmaq istəyirəm. Deyirəm ki, biz qardaşıq, qardaşların arasına fitnə salmaq istəyənlərə fürsət verməyəcəyik. Qardaş qardaşını Allah üçün sevər. O sevgini kimsə yox edə bilməz. Mənfəət üçün sevsə bu təhlükəlidir, biz mənfəət üçün qardaşlıq istəmirik. Allah üçün sevəcəyik. Bizdə Ərəb, Kürd, Laz, Çərkəz, Gürcü, Abxaz, Bosniyalı belə bir ayrı-seçkilik var? Biz tək millətik deyirik” dedi.)

 

Şahanə. Tayyib hocam tərtəmiz Anadolu dəliqanlısıdır. Tayyibi dəstəkləmək milli məsələdir. Bütün bəhanələr nalayiqdir. Mən gənclərlə danışıram, “Niyə qarşısan?” deyirəm, məntiqli gəlmir mənə. Bir tək incəsənət, mədəniyyət və keyfiyyət mövzusunda həqiqətən bir nazirlik qurulsun demişdik, Tayyib hocamdan onu gözləyirəm. Amma o da əlindən gələni edir, yəni nə etsin. Çünki Türkiyədə çox sənətçi də yoxdur. Amma yenə də o nazirliyi Tayyib hocamdan gözləyirəm. Bax, keyfiyyət nazirliyi, sənət və keyfiyyət nazirliyi çox əhəmiyyətlidir. Bir adını qoysun, gözəl bax arxası gələcək. İş çıxar, bəlkə keyfiyyət nazirliyi hər şeyə müdaxilə edər deyə düşünür. Bir şey olmaz, tövsiyə edəcək nazirlik olsun, tövsiyə mahiyyətində olsun.

 

 

(“Bir insanın ölümdən çox qorxması imansız olduğunu göstərir?” tamaşaçı sualı)

 

Ölüm bir dəfə olacaq. Təbii ki, insan həyəcanlanar, yəni təəccüblənər. Aləm dəyişdirəcək, yeni bir yerə gedəcək, nə olacağını bilmədiyi üçün, necə şeylər olacağını bilmədiyi üçün. Halbuki Allah ona zəmanət verir, amma o zənn edir ki, öldüyündə orada vəziyyətə özü adaptasiya olacaq. Orada məsələn, adamlar tapacaq, bu nədir soruşacaq, məsələn, bura haradan gedilər filan. Sanki belə vertolyotdan bir adamı bir adaya buraxmısan kimi elə düşünürlər, öz başına yolunu tapar. Elə bir şey yoxdur. Yanında mehmandarı var, mələklər var, elə bir şey olmaz. Ondan çəkinirlər, yəni nə edəcəyik, necə edəcəyik, necə bir əlaqə qurarıq, yoxsa başqa bir şey deyil. Bir də günahkarsa cəhənnəmə gedər deyə ondan qorxar. O zaman günah işləmə, Allaha sığın tövbə et. Onsuz da Allahın məqsədi budur. Bir də, “Sizə əzab vermək Allahın nəyinə gərəkdir?” deyir. İnsana əzab vermək Allahın nəyinə gərəkdir, yəni elə bir şey olmaz. Ruh sahibidirsə, səmimidirsə qəti olaraq cəhənnəmə getməz, bax açıqca söyləyirəm. Elə bir insana cəhənnəm haram olar. Allah cəhənnəmdə ona nə etsin? Cəhənnəmə getməsi zövqlü, gözəl bir şey deyil ki. Nə etsin Allah? İmansız olduğunu göstərməz, bəlkə daha çox tövbə etmək istəyir, vaxt qazanmağa çalışır. Ətrafı bir az daha düzəltməyə çalışır.

 

 

Səmimiyyət Allahın böyüklüyünü anlamaqda zəmin hazırlayar. Allahın böyüklüyünü anlayan insan məğlub olmaz güc halına gələr

 

İnsanların çoxu səmimiyyətsiz olur. Halbuki səmimi olsa çox xoşuna gələr. Ona o zövqü izah etmək faydalı ola bilər, dəyişə bilər, yəni qeyri-mümkün deyil. Çünki insan səmimi olduğunda bir güc qazanar, mühakimə etmə gücü açılar, üzərinə yüngüllük, rahatlıq gələr. Üzərindən təzyiq qalxdığı üçün Allahı düşünməkdə daha azad, daha içdən olar. Üfüqü açılar, amma tək başına səmimiyyət qurtarmaz təbii ki. Səmimiyyət Allahın böyüklüyünü anlamaqda zəmin hazırlayar. Əsl əhəmiyyətli olan Allahın böyüklüyünü anlamaqdır. İnsan əgər onu anlayarsa, dünyanın ən böyük adamı, ən böyük gücü olar. Amma o mövzuda şübhəyə düşməməlidir. Davamlı diqqətini mühafizə etməlidir. O çox həyatidir. Məsələn, yəhudilərdən Rəbbani alimlər bunu bilərlər. Xristianlardan da bəzi dindarlar bunu bilər, əhəmiyyətini bilərlər. Mənim gördüyüm birbaşa dünya hakimi olurlar. Yəni dünya ovuclarında olur. Hal-hazırda dünyanı idarə edənlər bir ovuc qədərdir, çox kiçik qrupdur. Heyrətlənəcək şəkildə güclü olurlar.

 

(Əsəd rejimi Şərqi Qutadakı Duma şəhərinə zəhərli qaz tərkibli kimyəvi silahla hücum etmişdi. Hücumda ölənlərin sayı 78-ə çatdı. Ancaq rus səlahiyyətlilər Şərqi Qutada silahlı qrupların əlində tutduğu son yer olan Dumada Suriya ordusu tərəfindən kimyəvi silah istifadə edildiyinə bağlı iddiaları yalan saydı.)

 

Qardaşım, işin doğrusunu söyləyim, indi Amerika Suriyanı bölmək istəyir, yəni İngilis dərin dövləti bölmək istəyir. Hər cür alçaqlığı edirlər, oyun oynayırlar. İctimaiyyəti də rahatlıqla aldadırlar. Birincisi, Suriya hər vəziyyətdə ölkənin bölünməsinə səbəb olacaq bir şeyi bilərək etmək istəməz. Ən qorxduqları şey Suriyanın bölünməsidir, adam bunu bilərək niyə etsin? İngilis dərin dövlətinin agentləri orada həqiqətən zəhərli qaz istifadə edir. Agenti gətirir kiçik bir bölgədə istifadə edir. “Bunu hökumət etdi” deyir. İnanmayan bəri gəlsin. Bunu İraqda da etdilər, “atom bombası var” dedilər. Belə “zəhərli qazlar filan hər şey var, bu ölkəni yıxaq” dedilər. Orta şərqin bir xüsusiyyəti də çox fağırdır, dərhal inanar. Əcaib inanırlar “vay” filan deyirlər. Halbuki adamların tək dərdi, günü bu gün Suriyanı bölüb parçalamaqdır. Bölüb parçaladıqdan sonra İraqı bölüb parçalayacaqlar. Səudiyyə ərəbistanı bölüb parçalamağı düşünürlər. Yəməni bölüb parçalamaq istəyirlər, sonra da Türkiyəni bölüb parçalamaq istəyirlər. Türkiyəni də 8 parçaya filan ayırmaq istəyirlər. Bu qədər aydındır. 8 ayrı respublika istəyirlər. Tək Orta şərq xalqı çox fağır olur. Yalnız bombalardan qaçırlar. Dərman göndərilir, yəni hadisəni kökündən dayandıracaq tədbir deyil. “Oraya pidə aparaq”, “yemək aparaq acdırlar, sarğı bezinə ehtiyac var”, “seruma ehtiyac var” deyir. Halbuki bir araya gəlsələr İslam ölkələri “nə istəyirsiniz bizdən gecə-gündüz bombalayırsınız dəlisiniz siz? Biz Suriyanın bütünlüyünü istəyirik, parçalanmasını istəmirik.” Bunu demələri işi bitirər. Səsləri çıxmır. Onun üçün İslam Birliyi yığıncağı lazımdır. Tayyib hocam yığsın. İran, İraq, Suriya hətta Fas, Tunis, Əlcəzair onları da bölməyi düşünürlər. İndi bunlar heç hesabda yoxdur, elə deyil? Fas, Tunis, Əlcəzair heç bunlarla əlaqədar bir söz eşitmirsiniz hələ. İndi bax onlar da sıradadır. İndi bir neçə il sonra orada da Fas, Tunis və Əlcəzairin bölünməsi üçün hadisə çıxaracaqlar, o ölkələri də kiçildəcəklər. Səudiyyə Ərəbistanı da təxminən 3-4 parçaya bölmək istəyirlər.

 

 

Suriyada barışın olması üçün İslam ölkələrini bir araya gətirib müsəlmanların ortaq hərəkət etməsini təmin edəcək bir hərəkət başlatmaq lazımdır. Tayyib hocamdan xahiş edirik, bütün ərəb İslam ölkələrini toplasın

 

İndi Tayyib hocamdan bizim xahişimiz Ərəb ölkələrini Fas, Tunis, Əlcəzair hamısını toplasın, bax hamısını bölmək istəyirlər. Səudiyyə ərəbistanı da bölmək istəyirlər. Səudiyyə ərəbistanı da bölüb əslində Dubay kimi etmək istəyirlər. Orada da elə, barlar, kazinolar, qumarxanalar filan. Məhz homoseksualların yaşadığı yerlər adalar, yəni Avropanın əyləncə mərkəzi etmək istəyirlər. Və parçaladıqdan sonra bunu etməyi düşünürlər. Yalnız Məkkə və Mədinəni müqəddəs yer olaraq ayırmağı düşünürlər, belə hacılar gələcək kimisindən. Onlardan gələcək pulu istifadə etmək üçün ayrı bir şey olaraq düşünürlər. Türkiyəni də 8-ə bölmək istəyirlər. İndi Tayyib hocamı çox müqavimətli olduğunu gördülər, havalanacaqlar. Bu oyunu Suriyada pozsaq hər yerdə pozarıq.

 

Bütün Yaxın Şərqi incə-incə, kiçik-kiçik bölüb tərpənə bilməyəcək hala gətirməyi düşünürlər. Çox kiçik ölkələr olacaqları üçün heç bir şey edə bilməzlər. Orada məhz avropalı homoseksuallara oradakı uşaqları satmaq, orada qumarxanalar, narkotik satılan yerlər, əyləncə yerləri. Bir də oranın neftini istifadə etmək istəyirlər. Çünki İraq və Suriya nefti çox zəngindir. Hətta Kiprin də təbii qaz yataqları. Baxın işin əcaib tərəfi, onları da indi satmış vəziyyətdədirlər. Hələ ortada heç bir şey yox ikən neft yataqları da satılmış vəziyyətdədir. Hələ milli dövlət var ortada. Amma neft bölgələri böyük şirkətlərə satıldı. Amerikadakı böyük İngilis neft şirkətlərinə satıldı. Adamlar da məcbur edir, qısa müddətdə mala sahib çıxaq deyə, “niyə gözlədirsiniz?” deyirlər. Onlar da qudurmuş kimi bombalamağı daha da artırırlar. İndi adam orada neft şirkətlərinin idarəsinə girdiyində təbii ki, oradan ağla sığmaz qazanc təmin etmiş olacaq. Orada qazandıqlarını da orada fağır Ərəb gənclərinə təcavüz edərək, Ərəb qızlarına təcavüz edərək istifadə edəcəklər. Qəzəbləndiklərində də, bir-birləriylə döyüşdürüb qan su yerinə axacaq. Canları istədiyində qan tökəcəklər. Yəni tam mənasıyla əsir mövqeyə gələcəklər. Və beləcə mehdiyyəti aradan qaldıracaqlarını düşünürlər. Bunu edə bilməzlər. Onun üçün harada it-köpək varsa mehdiyyətin boynuna atırlar ki, guya dayandıracaqlar.

 

 

(Trump, Suriyada Əsəd rejiminin Şərqi Qutaya kimyəvi silah hücumu etməsinə bağlı Twitter səhifəsində belə paylaşım etdi: “Qadınlar, uşaqlar daxil olmaq üzrə mənasız kimyəvi hücumdan sonra çox adam öldü. Təzyiq altındakı bölgə kilidlənmiş və Suriya ordusu tərəfindən çevrilmiş, bu da xarici dünya ilə bağını qoparır. Bütün, Rusiya və İran heyvan Əsədi dəstəklədikləri üçün məsuldurlar. Bunun əvəzi ödənəcək” dedi Trump.)

 

Yəni döyüşü daha da qüvvətləndirəcəyik, daha bombardmanı gücləndirəcəyik deyir. Sonra da çözüm olaraq Suriyanı parçalayacağıq deyir. Sonra da söz verilən şirkətlərə yerlər hissələrə ayrılacaq, alın buyurun. Məşhur böyük şirkətlər. Trump da məşhur kapitalistdir. Təbii ki, onun da payı olacaq. Olan fağır Yaxın Şərq ölkələrinə olur. Bir də müsəlmanları da böyük səylə bir-birlərini qırmağa çalışırlar. Müxtəlif adlar adı altında o ona hücum edir, bu ona hücum edir. Qardaşım, məsələn, Amerikaya, on adda müxtəlif qrup var, onunuz bir araya gəlin “nə baş verir?” deyərsiniz. Əsədə də deyərsiniz, “adam kimi davran, gözəl insan kimi davran Suriyanın bütünlüyünü təmin edək” danışsan razılaşar məsələ bitər. Və İngilis dərin dövləti də o şirkətlərdən aldığı nağd pulu adamlara geri ödəmək vəziyyətində qalacaq. Ödəyə bilməyəcəyi üçün də adamlar da onlara artıq nə edərlər bilmirəm. Amma pullarını nağd aldıqlarını bilirəm.

 

 

(“Sizcə hansı vəziyyətlərdə ibadətləri axsatmaq üzrlü görülə bilər?” tamaşaçı sualı)

 

Allah verməsin məsələn, səhər namazının çıxmasına 15 dəqiqə qalmış, 20 dəqiqə qalmış orada biri huşunu itirmiş olsa təcili xəstəxanaya qaldırılmalıdır. Orada namaz qılınmaz. O təcili yardımla birlikdə onunla gedəcəksən. Yolda ən çox belə ola bilər, yəni orada kresloya vurub təyəmmüm edərsən əllərini üzünə sürərsən. Dərhal orada özünə görə bir namaz qıla bilərsən. Həmin vaxt xəstə xəstəxanaya aparılmalıdır. Elə saniyələrin əhəmiyyətli olduğu şeylərdə ibadət olmaz. Namaz üçün söyləyirəm bunu. Və yaxud yanğın halı var. Sən orada necə dəstəmaz alacaqsan? Elə şey olmaz, yanğın, dərhal oradan çıxmaq lazım. Buna bənzər və yaxud özündə ciddi narahatlıq ola bilər. Məsələn, Allah verməsin ürək infarktı keçirir və yaxud böyrək ağrısı keçirir. İndi orada namaz necə qılsın? Yəni çox şiddətlidirsə olmaz, edə bilməz. Yəni onlarda üzrlü olar və yaxud uşağa bir şey olmuşdur. Allah əsirgəsin. Bu cür hadisələr. Onun xaricində olmaz.

Bir də orucda da eyni şəkildə məsələn, təzyiqi düşmüş 6-ya 3, çox təhlükəlidir dərhal orucu açmalıdır, duz yeyib pozacaq. Sonra üzərinə də ayran içməlidir, əvvəl duz, duzla aradan qaldırmaq lazımdır. Ayranla olmaz səhv edirlər onu. Ayranın qana keçməsi çox vaxt alar, amma duzlu su ildırım sürətiylə 2-3 dəqiqədə qana keçər. Amma ayranı həzm etməlidir bədən, ondan sonra qana keçər. Ayran səhvdir. Duzlu suyla müəyyən nisbəti tutdurduqdan sonra ayran içə bilər, yemək də yeyə bilər, amma təzyiq aşağıykən çox diqqətli olmalıdır. Və ya təzyiqi yüksəlmiş orada ibadət olmaz. Məsələn, 22-ə çıxmış təzyiq 12-yə 22 çox təhlükəlidir, əyilmək olmaz. Namaz, dəstəmazı saxlayacaq. Elə bir vəziyyətdə vaxt itirmədən xəstəxanaya getməlidir. Mütləq qılmaq istəyirsə təyəmmüm edə bilər, təyəmmümlə avtomobildə gedərkən ayaq üstə əyilmədən qıla bilər, başını yerə əysə çox təhlükəli olar. Təzyiq 22-ə çıxmışsa başını yerə əysə böyük ehtimalla beyin qanaması yaranar. Buna bənzər şeylərə diqqət etmək lazımdır.

 

 

(“İnsan cəhənnəmi yuxusunda görə bilər?” tamaşaçı sualı)

 

O əziyyət olar. Allah möminə onu etməz ehtiyac yoxdur. Çünki çox narahat olar. Cənnətdə göstərilən şəkli ekrandan göstərilir, mömin cənnətdə olduğu üçün narahat olmaz bu təsvirə baxıb, möminlərə maraqlandıqları üçün ərazisi göstərilər, öz vasitələri içində görürlər. Amma cəhənnəmi yuxusunda görsə çox fəlakət şəkildə boğular, çox əzab olar, çox canı yanar ona görə olmaz. Bir də hansı yerini görəcək? Cəhənnəm növ-növdür, dərəcə-dərəcədir. Məsələn, asan olan yerləri var, bəlkə də asan olan yerlərini yuxusunda görər. Bərbad küçələr, bərbad məhəllələr tərzində, dumanlı hava var, amma elə bir əziyyət yoxdur. Qaynayan, alov, heç bir şey yoxdur, çox hissəsi də elə yerdədir. Bir də dümdüz olan yerlər var. Amma məsələn, Peyğəmbərimiz (s.ə.v)-a heç pislik etməmiş, bir şey etməmiş, amma iman etməmiş elə kəslər üçündür bu yerlər. Növ-növ, dərəcə-dərəcədir. Məsələn, münafiqlər üçün cəhənnəm yeraltındadır, onlar heç yerüstünü görməzlər, daim yerin altında, ən şiddətli əzab münafiqlərədir. Münafiqin və münafıqat birlikdə bir-birlərindən dəhşət iyrənəcəklər, cəhənnəmdə o dar otaqlarda zəncirlə bağlanılır, Allah ayədə də ifadə etmişdir. Amma digər kəslər üçün elə deyil. Cəhənnəm ancaq müqayisə ilə insanlara mənfi təsir edir, yoxsa orada normal yaşayır.

 

 

(“Yeni Şafak” yazarı Yusuf Kaplan, deizmin yayılmaması üçün İslami cəmiyyətin və camaatların çağı əldə edəcək fikir dərinliyinə ehtiyac olduğunu yazdı. “Deizmin yayılmasında gəncləri günahlandırmağın bir mənası yoxdur. Günahkar bizlərik, cəmiyyət, camaatlar, ailələr və dövlət. Türkiyədəki təhsilin, camaatların çağı yaxşı tanıya biləcək, çağla üzləşə biləcək, gənc nəslin suallarına razı salan cavablar verə biləcək xüsusiyyətdən həcmdən və dərinlikdən məhrum olması. Bununla yanaşı yenə İslami təhsil təşkilatlarının və camaatların gənc nəsillərə İslam əxlaqı, elm, mədəniyyət, sənət tarixi təcrübəsi verə biləcək səviyyədə olmamaları” dedi.)

 

Sənət tarixi insanı nə maraqlandırar? Mədəniyyət də maraqlandırmaz. Bunların dinlə, imanla əlaqəsi olmaz. İman, qarşıdakı insanın Allaha çox ciddi iman etməlidir. Ən həyati mövzu budur. Məsələn, Peyğəmbərimiz (s.ə.v) peyğəmbər idi, amma imanı çox güclü idi. Onun hər hansı bir izahatından belə insanlar çox şiddətli təsirlənərdilər. İlk axtarılacaq şey qarşıdakı insanın imanının çox güclü olmasıdır. Qəti qərarlı, ciddi dərin bir imana sahib olmasıdır, bu çox həyatidir. Ümumi mədəniyyətlə nə əlaqəsi var? Adam internetə girər hər şeyi öyrənər. Sənət tarixi ilə nə əlaqəsi var? Hələ ənənəçi sistemin içərisindən qurtuluşu axtaranlar daha da batarlar. Hoca yaxşı niyyətli, dürüst bir insandır, amma batmış bir sistemin içində yenidən qurtuluş axtarır. Belə olmaz. Onsuz da batıran ənənəçi sistemdir. Mən açıqca söyləyim, bizim izah etdiyimiz üslub ən mükəmməl üslubdur. Və bizim izah etdiyimiz üslubda iman etməyən insan olmur. Ciddi olaraq iman edir. Hamısı, hər kəs namazını qılır. Hər kəs ibadətindədir. Aramızda deist, ateist təxəyyül də edilmir. Dəqiq müvəffəqiyyət var. Bu səbəbdən digər hocaların söhbətinə qatılanlar ya deist olurlar, ya ateist olurlar. Bir qismi homoseksual olur. Özləri belə öz tarazlıqlarını tutdura bilmirlər. Yəni görürsünüz. Adam peyğəmbəri tənqid edir. Quranı tənqid edir. Allahı tənqid edir. Yəni müdhiş çöküntü yaşanır.

 

 

(Məşhur səs sənətçimiz Mustafa Keser, Kamal Kılıçdaroğlunun sənətçilər haqqında etdiyi şərhi belə tənqid etdi. “İnsanlar bir az sözlərinə və üslublarına diqqət yetirməli. Daha üslublu söyləsə bir az daha anlayışla qarşılaya bilərdik. Qarşılamasaq belə heç olmasa əhəmiyyətli hesab etməz keçərdik. Onun üçün lütfən tənqidlərimizi daha münasib bir dil ilə etsək heç olmasa məqbul qarşılama kimi bir vəziyyət içində olarıq” dedi.)

 

Məncə sənətçilər heç bir şey deməsinlər. Bu, bu şəkliylə qalsın. Yəni məncə heç ehtiyac yoxdur. Pis söz ağızdan çıxdımı o yerə torpağa axar gedər. Bu, onlara gəlməz. Qızıl nə edərsən et, qızılın üzərinə nə tökərsən tök qızıl qızıldır. Bu səbəbdən etibarlı deyil. Bu mövzunu artıq bu qədər böyütməsinlər. Anlamazlıqdan gəlsinlər. Sənətçilərimiz hamısı çox dəyərlidirlər, hamısını da çox sevirik. Yəni onları belə bir şeyin içinə çəkməyək. Eşitməzlikdən gəlsinlər. Bu söz onlara aid olmadığına görə, bizim sevgimizə, hörmətimizə əsla təsir etməyəcəyinə görə, problem yoxdur. Amma Tayyib hocam hamısına bir 5 min lirə maaş bağlasın şahanə olar. Hamısına bir medal, Dövlət Medalı verilsin. Onsuz da bir ovuc sənətçimiz var. 200 deyək, 200-ünə də bağlayaq. Çünki mən bəzən sənətçiləri görürəm, tək başına evində vəfat edir, baxımsızdırlar. Heç evlərində yeməkləri yoxdur. Bu mənə çox ürküdücü gəlir. Yəni çalışmaq məcburiyyətində qalmasınlar. Səhnəyə çıxmaq məcburiyyəti olmasın. Ürəyi istədiyində çıxsın. elə deyil? Yaşlanırlar elə olmaz. Mən Tayyib hocamdan bunu təcili istəyirəm. Xahiş edirəm. 5 min lirə, əvvəl 3 min demişdim, amma 5 min yaxşıdır. Bir də yaxalarına Dövlət Medalı taxaq. Maaşları da evlərinə gəlib ödəsinlər. Gedib bankdan almalarına da ehtiyac qalmasın. Evə gedib ödəsinlər. Həm evinin nəzarət edilməsi də yaxşı olar. “Bir ehtiyacınız varmı?” deyə soruşulsun. Hər ay dövlətin məmuru getsin, mühasibi, hətta bir polis getsin maraqlansın. “Əfəndim, bir çətinliyiniz var? Sizi narahat edən var? Güvən içindəsiniz? Çox şahanə olar. Yəni belə “sizi təhdid edən, təzyiq edən var? Varsa dərhal söyləyin. Bu da pulunuz, buyurun. Xeyirli olsun.” O qədər. İstəyirsə bankda saxlasın. “İstəsəniz hesabınızda saxlayaq? İstəsəniz buyurun indi nağd ödəyək.” Bu qədər. Medalları da 24 karat qızıldan olsun yaxalarına taxaq. Bir ovuc sənətçimiz var, Türkiyədə başqa sənətçi yoxdur. Bir çoxu da yaşlandı. Ömür boyu 5 min lirə maaş verilsin.

 

 

(“Küsmək cəmiyyətimizdə niyə məşhurdur?” tamaşaçı sualı)

 

Yəni küsdürəcək şey edir. Məsələn, küsmə ümumiyyətlə qadınlarla kişilər arasında olur. Üzəcək şeylər edirlər, təlafi edəcək danışıqlar etsələr bir şey olmaz. Amma küsməyi tez həll etmək lazımdır. Yəni tez nəticələndirmək lazımdır. Könlünü ala bilərlər. İndi küsməkdə ən diqqətə çarpan xüsusiyyət hər halda üzünə baxmamaq, dalmaq, yerə baxmaq, danışmamaq, sarılsa belə itələmək. Küsmək çox məşhurdur. Küsdüyünü anladığı an həmin anda müdaxilə edib düzəltmək daha yaxşı olar. Yəni isti-isti düzəltmək yaxşı olar. Əslində iki tərəf də küsməmək mövzusunda razılaşa bilərlər. Küsməyəcəklərinə dair qarşılıqlı söz verə bilərlər. Amma bir-birlərini qırmasınlar, başqa cür necə olar? Rahatca bir-birlərinə tərs davrana bilirlər, o olmaz. Bir olar, iki olar nəysə deyək, amma tərs davranmaq yaxşı bir şey deyil. Könül alıcı davranmaq lazımdır. Bir də gənc qızlar çox nəzakətli olurlar, hər şeyə fikir verərlər. Çox diqqətli olmaq lazımdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo