Hörmətli Adnan Oktara sevənləri "Mehdi" desə, özü bu vəziyyəti qəbul edəcək deyə bir şey əsla ola bilməz. Hz. Mehdi (ə) ömür boyu özünə Mehdi dedirtməyəcək. Hörmətli Adnan Oktar da Hz. Mehdiyə (ə) zəmin hazırlayan bir mömin olaraq özünə belə bir şey dedirtməz. Üstəlik Hörmətli Adnan Oktar daha əvvəllər dəfələrlə özünə “Mehdi” deyilməsini qəbul etməyəcəyini açıqlamışdır. Ancaq bəzi insanların bu məsələdəki izahlarından, Hz. Mehdi (ə) mövzusunu dəqiq və açıq olaraq izah etməmək, mümkün olduqca uzaq tutmaq və Mehdiyyət məsələsindən uzaq qalmaq düşüncəsində olduqları hiss edilir.
Peyğəmbərimizin (s.ə.v.) hədislərində bildirdiyi Hz. Mehdinin (ə) çıxış əlamətlərinin 200-dən çoxu hicri 1400-cü il etibarilə 30 il içində dalbadal meydana gəlmişdir. Bu əlamətlərin hamısı baş verdiyinə görə bütün müsəlmanların bu əlamətlər əsasında Hz. Mehdini (ə) axtarmaqları lazımdır. Peyğəmbərimiz (s.ə.v.), bu əlamətləri biz müsəlmanların Hz. Mehdini (ə) tapmağı üçün söyləmişdir. Peyğəmbərimiz (s.ə.v.) bir ünvan təsvir etmişdir. Hədislərdə zaman, məkan, şəxslər, hadisələr birlikdə olduqda açıq-aşkar Hz. Mehdini (ə) göstərən ünvan təsviri vardır. Peyğəmbərimiz (s.ə.v.) sanki "gedin, orada bu mübarək şəxsi tapın" demişdir. Əgər müsəlmanlar bu açıq təsviri görməməzliyə vursalar, o zaman Peyğəmbərimizin (s.ə.v.) belə bir ünvan verməsini qiymətləndirə bilməmiş olarlar.
Məsələn 1979-cu ildə baş verən Kəbə basqını və Kəbədə qan axıdılması, 1979-cu ildə Əfqanıstanın işğalı, Fərat çayının tarixdə ilk dəfə kəsilməsi, 1980-cı ildəki İran-İraq müharibəsi, 1986-cı ilin Ramazan ayında 15 gün ara ilə Ay və Günəş tutulmalarının olması, 1986-cı ildə Halley quyruqlu ulduzunun çıxması, 2009-cu ildə Lulin quyruqlu ulduzunun çıxması Hz. Mehdinin (ə) zühuru ilə əlaqədar zaman bildirən ünvanlardır. Bizi Hz. Mehdiyə (ə) aparan məkanla əlaqədar ünvanlar isə, Hz. Mehdinin (ə) yanında olacaq müqəddəs əmanətlərin İstanbulda olması, 1979-cu ildə İstanbulda meydana gələn tanker partlayışı ilə korun belə görəcəyi alovun meydana gəlməsidir. Hədislərdə Peyğəmbərimizin (s.ə.v.) bildirdiyi Hz. Mehdinin (ə) burnunun incə və gözəl olması, sağ qıçında qara iz olması, alnında xal olması, alnında yara izi olması, kürəyində yarpaq şəklində bir xal olması, alnının geniş olması, qaşlarının arasında tək qaşqabaq tökmə xətti olması, dişlərinin parlaq olması, yanağında açıq rəngli xal olması, çiynində peyğəmbərlik möhürü olması, qara saçlı olması, geniş bədənli olması, qarnının geniş, budlarının geniş olması, qaşlarının qövslü olması kimi xarici görünüş əlamətləri də şəxsi ilə əlaqədar ünvanlardır. Hz. Mehdinin (ə) işləri ilə əlaqədar ünvanları da Bədiüzzaman bildirir. Bunlar: maddiyyun tabiyyun yəni, Darvinist-materialist fəlsəfəni fikri yolla məğlub etməsi, dəlillərə söykənən imanı yaymaq (imani-təhqiğini nəşr) və iman əhlini dəlalətdən qurtarmaq (iman edənləri azğınlıqdan qorumaq), İsəvi ruhaniləri ilə ittifaq edib İslam dininə xidmət etməsi və İslam Birliyidir .
Səmimi müsəlmanların Peyğəmbərimizin (s.ə.v.) verdiyi bütün bu əlamətlərə baxaraq, "Bəli, mən bunların fərqindəyəm və bu əlamətlərə görə Hz. Mehdini (ə) axtarıram" demələri lazımdır. O zaman bu məsələdə səmimi olduqları aydın olar. Ancaq "Mən Hz. Mehdini (ə) axtarmıram, buna görə də bu hədislərə də əhəmiyyət vermirəm, onsuz da məncə Adnan Oktar da Mehdi ola bilməz (Adnan Oktarın belə bir iddiası onsuzda yoxdur)" deyərlərsə, o zaman   olanların səmimiyyətindən şübhə edilər. Çünki Quran ayələrinə və hədislərə görə İslamın indi yaşadığımız zamanda hakim olacağı və müsəlmanların liderinin olacağı açıq şəkildə görünür. Quran ayələri və hədislərə görə İslamın dünyaya hakim olmasını istəmək və olacağına inanmaq fərzdir. Bu hakimiyyət əsnasında da müsəlmanların lideri Hz. Mehdi (ə) olacaq.
Quranda Allahın müjdələdiyi xəbərlərdən biri də bu əsrdə Hz. İsanın (ə) yenidən dünyaya gəlməsidir. Rəbbimiz, Hz. İsanın (ə) qiyamətə yaxın gələcəyini və gəldiyində Ona inanıb, itaət etməyimizi  əmr edir:
 
Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur! (Zuxruf Surəsi, 61)
 
Başqa bir ayədə Hz. İsa (ə) gəldiyində yer üzündə ona inanmayacaq heç kəsin qalmayacağını bildirmişdir. Bu açıq və dəqiq olaraq İslam əxlaqının bütün dünyaya hakim olması deməkdir.
 
Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) elə bir kəs olmaz ki, ölümündən əvvəl (can verdiyi zaman) ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir. (Nisa Surəsi, 159)
 
Hz. İsa (ə) gəldiyində, Hz. Mehdi (ə) ilə birlikdə Dəccala qarşı elmi mübarizə aparacaq və bu elmi mübarizə ilə Dəccalı təsirsiz hala gətirib İslamın dünya hakimiyyətini reallaşdıracaqlar. Allah Nur Surəsinin 55-ci ayəsində İslamı dünyaya hakim edəcəyini və müsəlmanların əmin-amanlıq və sabitlik içində yaşayacaqlarını belə bildirmişdir:
 
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur Surəsi, 55)
 
Nəticə olaraq bu Quran ayələri, hədislər və Bədiüzzaman Səid Nursinin izah etdiklərinə görə müsəlmanların "Hz. Mehdi (ə) gəlmiş olmalıdır, mən də bildirilən tərifə görə Hz. Mehdini (ə) axtarıram və ona tələbə olmaq istəyirəm" demələri şərtdir, ancaq müsəlmanların bəzilərinin bu səmimi rəftardan uzaq olduqları görünür. Bu insanlar Mehdiyyət mövzusunu ört-basdır etməyə çalışırlar. Bu, Dəccalın üsuludur. Çünki Hz. Mehdi (ə) Dəccalın ziddidir və Dəccalı elmi yolla yox edəcək gücdədir. Buna görə də Dəccal, Hz. Mehdini (ə) sevmir, onun təsirini yox etməyə çalışır. Onu, əvvəl fikri yolla yox etməyə çalışır, bacarmayanda təhqir etməyə başlayır. Elmi yolla qalib gələ bilməyincə bu dəfə də psixoloji mübarizəyə başlayır. "Hz. Mehdi şəxsi mənəvidir, ruhdur, gəlməyəcək, hədislərdə bildirilən əlamətlərə əhəmiyyət verməyin, Hz. Mehdini (ə) axtarmayın" kimi məsləhətlər verir. Peyğəmbərimizə (s.ə.v.) tabe olan, Quranı rəhbər etmiş, İslam əxlaqının hakimiyyətinin reallaşmasını istəyən və bunun üçün cəhd göstərən saleh möminlərin isə dəccaliyyətin bu hiyləgər məsləhətlərindən təsirlənməyəcəyi açıqdır. Səmimi möminlər Peyğəmbərimizin (s.ə.v.) verdiyi əlamətlərə baxaraq Hz. Mehdi (ə) gəldiyində, Allahın izni ilə bu mübarək şəxsi imanın nuru ilə dərhal tanıyıb bilərlər.