Səiddən, Osman bin Hammaddan, Süleyman Bin Harun Ajalidən, İmam Cəfəri Sadiq (ə.s)-in belə dediyi rəvayət edildi: “Qaim Mehdinin köməkçiləri onun üçün saxlanmışdır. Hər kəs getsə də, Allah onun köməkçilərini ona gətirəcək. Allahın ayədə bildirdikləri onlardır: “Əgər (indi) bunlar bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik”. (Ənam surəsi, 89) Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və qınayıcının qınamasından qorxmayan bir camaat gətirər. …” (Maidə surəsi, 54) (Beklenen Mehdi, Allamah Muhammed Baqir al-Majlisi, Biharul Anwar, İngiliscə tərcüməsi, cild 13 (köhnə nəşr), hədis nömrəsi: 160, cild 51-52-53 (yeni nəşr), Gaybet Kitabı, İmam Mehdi – On İkinci İmam, II Bölmə) |