ALLAH MÖMİNLƏRƏ ÖLÜM ANINDA QORXMAMALARINI SÖYLƏYİR, ZƏMANƏT VERİR
Allah möminlərə: “Ölüm anında əsla qorxmayın, kədərlənməyin, narahat olmayın. Mənə əmanətsiniz” -deyir. “Sonuna qədər, cənnətə girənə qədər sizi qorxutmayacağam, üzməyəcəyəm, narahat olacağınız da heç bir şey olmayacaq” -deyir. Onsuz da cənnətə girdikdən sonra qorxu, kədərlənmə yoxdur. Allah: “Bütün mərhələlərdə mənə güvənin” -deyir. Əgər canı salam ilə, nəzakətlə alındısa, cənnətlik olduğunun əlamətidir, inşaAllah. Amma Allah qorusun, kürəyinə, başına vurularaq canı alınırsa, bar-bar qışqırırsa onun üçün edəcək bir şey yoxdur. Yeddi arxalı cəddi gəlsə onu qurtara bilməz. Çünki bu cəhənnəmlik olduğunun əlamətidir.