1- Sizin təşkilatınız əsasən hansı fikiri müdafiə edir?
Bu təşkilat deyil, Allah`ı çox sevən, sevginin, qardaşlığın, dostluğun, nəzakətin yayılmasını istəyən dostlar qrupudur. Allah bizim bağışlayan, mehriban, xeyirxah, şən, fədakar, gözəl üslublu olmağımızı istəyir. Biz də bu əxlaqın dünyaya hakim olmasını istəyirik. İnsanları gözəl əxlaqdan uzaqlaşdıran, eqoist edən, münaqişəni normal göstərən fəlsəfi təməl var. Həyatın “kortəbii təsadüflər” nəticəsində əmələ gəldiyini, yaşamaq üçün güclü olub zəifi əzmək lazım gəldiyini təlqin edən darvinizm səmimi imana və dünyaya yaxşılığın hakim olmasına mane olur. Kitablarım, məqalələrim, sənədli filmlərimlə bu ideoloji bütü, Allah`ın izni ilə, məhv etdim. Bu gün artıq heç kim darvinizmin elmdənkənar fikirlərinə etibar etmir, sadəcə az sayda insan ideoloji bağlılıqlarına görə məhv olmuş bu nəzəriyyəni müdafiə edir, ancaq onlar da yaxında həqiqəti qəbul edəcəklər.
2- Sizin müridlərinizin sayı nə qədərdir?
Mən şeyx deyiləm, dostlarım da mürid deyil. Bizim aramızda sevgi, dostluq, qardaşlıq münasibəti var. Allah üçün bir-birimizi sevirik, Allah üçün Quran əxlaqını insanlara izah edirik. Yaxın ətrafımın – dostlarımın sayı çox deyil, 300-ə yaxındır. Ancaq əsərlərimi oxuyan, mənə və fəaliyyətlərimə rəğbət bəsləyən, bütün fəaliyyətlərimə könüldən dəstək olan, həm Türkiyədə, həm də dünyanın müxtəlif ölkələrində milyonlarla insan var. Kitablarım 73 müxtəlif dilə tərcümə olunub, hər il milyonlarla satılır. Bu dillərdə əsərlərimi dərc edən internet səhifələrinə hər ay 8-10 milyon insan daxil olur. Allah`a çox şükür, bu Allah`ın nəsib etdiyi müvəffəqiyyətdir. Allah səmimi olanlara mütləq müvəffəqiyyət, xeyir-bərəkət verir.
3- Kitablarınızda Harun Yəhya təxəllüsündən istifadə etməyinizin səbəbi nədir? Nə üçün öz adınızı yazmırsınız?
Allah hz. Musanı Firona qarşı mübarizəsində hz. Harunla, hz. İsanı da dövrünün inkarçılarına qarşı mübarizədə hz. Yəhya ilə dəstəkləmişdi. İnkarçı ideologiyaya qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmətlə, onların adını yad etmək üçün bu adları təxəllüs seçmişəm. Mənim bu kitabları yazmaqda məqsədim Allah`ın rizasını qazanmaq və oxucuları sadəcə Qurana və Peyğəmbərimizin (səv) nümunəvi əxlaqına tabe olmağa dəvət etməkdir. Ona görə şəxsimi ön plana çıxarmaq kimi niyyətim yoxdur. Bu kitablardan gəlir də əldə etmirəm. Əsas insanlara təbliği çatdırmaqdır.
4- Sizin adınız ərəb dünyasında müəyyən dövrdə, xüsusilə “Yaradılış atlası” sayəsində tanındı, bu barədə bir az məlumat verə bilərsinizmi?
“Yaradılış atlası”nın böyük təsiri olub. “Yaradılış atlası” ilə yanaşı, digər əsərlərim və sənədli filmlərim də ərəb və İslam dünyasında maraqla qarşılanır. Bir çox müsəlman icması təbliğ fəaliyyətlərində ancaq mənim kitablarımdan istifadə edir. Çünki bu kitablarda insanları şübhələndirən, fikirlərini qarışdıran bircə kəlmə də yoxdur. Üslubu çox anlaşıqlı və sadədir. Ən əsası, səmimi və hikmətlidir, insanları düşünməyə dəvət edir. Başda “Yaradılış atlası” olmaqla, təkamülün əsassızlığını sübut edən bütün kitablarım demaqoqluğa deyil, konkret elmi faktlara əsaslanır. Bu kitabları oxuyan kəs artıq təkamül yalanına inanmaz, çünki açıqladığım dəlillərə ağıllı, elmi etiraz gətirmək mümkün deyil. Kitablarımla yanaşı, A9 TV-nin proqramlarına da həm Türkiyədə, həm də dünyada maraqla baxılır. Mənim iştirak etdiyim proqramlar eyni anda ingilis, fransız, alman və rus dillərində internetdən sinxron yayımlanır və baxış sayı çox yüksəkdir.
5- Bildiyim qədər, Türkiyədən başqa heç yerə getməmisiniz, bunun səbəbi nədir?
1979-cu ildən etibarən bu ideoloji mübarizəni aparıram. Universitetdə tələbə ikən təkamül nəzəriyyəsinin yanlışlığını sübut edən kiçik broşur çap etdirib bütün tələbələrə və təhsil nümayəndələrinə paylayaraq elmi mübarizəmə başlamışdım. O gündən etibarən heç tətilə getməmişəm. Həyatımın hər anında, hər dəqiqəsində Allah`ın rizasının ən çoxunu axtarmışam. Düşünürəm ki, dünyada bu qədər çox zülm var ikən, insanlar bu qədər böyük sıxıntılar çəkərkən insanın öz rahatlığını düşünməsi böyük əxlaqsızlıqdır.
6- Siz ərəb dünyasındakı vətəndaş müharibələrini və “ərəb baharı”nı necə dəyərləndirirsiniz?
Ərəb dünyasının və İslam aləminin əsl baharı Mehdiyyətlə gələcək, inşaAllah. Hal-hazırda baş verənlər doğuş sancısıdır. Gözəl günlərin müjdəsidir. Bu gün baş verən hadisələri Peyğəmbərimiz (səv) dəqiq təfərrüatlarla xəbər verib. İraqın işğal olunacağını, Bağdadın alovlar içində yanacağını, Suriyada münaqişələr olacağını, Misirdə nələr baş verəcəyini hədislərində xəbər verib. Oxucularımız www.hazretimehdi.com saytına daxil olub bu hadisələrlə bağlı Peyğəmbərimizin (səv) xəbər verdiyi məlumatları oxuya bilərlər. Bütün bunları Peyğəmbərimizin (səv) söyləməsinin bir hikməti var. Bu hadisələrin baş verdiyini gördükdə hz. Mehdinin (əs) dövründə yaşadığımızı anlamalıyıq və hz. Mehdini axtarıp tapmağımız üçün Peyğəmbərimiz (səv) bizə yol göstərir. Əgər müsəlmanlar Allah`ın və Rəsulunun göstərdiyi yolu görməməzliyə vurub, Allah`ın göstərdiyi həll yolunun əvəzinə, haşa, “biz daha yaxşı bilirik” desələr, onda bu zülm sona çatmaz.
7- Bir sualı sizə həmişə verirlər. Bu sual 3 ünsürdən ibarətdir. Birincisi, proqramınızda gözəl qızlar olduğuna görə sizə kənardan necə münasibət göstərirlər? İkincisi, Mehdi haqqında nə üçün həmişə bəhs edirsiniz? Üçüncüsü, sizin təşkilatınızın maddi gəliri haradandır?
Bugünə qədər müsəlman dedikdə insanların ağlında bir imic canlanırdı və bu imic İslam əleyhdarları tərəfindən xüsusi formalaşdırılmışdı. Müsəlman dedikdə incəsənətdən anlamayan, elmə qarşı çıxan, gözəllikləri təqdir etməyən, baxımsız, natəmiz, keyfiyyətsiz, mədəniyyətsiz, nəzakətsiz, təcavüzkar, bədbin insanlar ağıla gəlirdi. Halbuki Quranda bu cür İslam izah edilmir. Peyğəmbərimizin (səv) yaşadığı İslam bu deyil. Peyğəmbərimiz (səv) yaşadığı dövrün ən müasir, ən keyfiyyətli insanı idi. Dövrünə görə çox üstün keyfiyyətə malik idi. Həmişə baxımlı idi. Ukaz bazarında qadınlar da daxil olmaqla, hər cür insana təbliğ edirdi. İslamın bu gözəl, nurlu cəhətini xurafatlarla boğmaq istəyən bəzi müsəlmanlar İslama ən böyük zərəri verirlər. Mənim dostlarım arasında həm çarşaf geyinən, həm də dekolte paltar geyinən xanımlar var. Hamısı da tər-təmiz müsəlmandır. Hamısı sevgi ilə, coşğunluqla Allah`dan bəhs edirlər. İnsanların Allah`ı zikir etməsinə vəsilə olurlar.
Rəsulullah (səv) “Mehdidən (əs) bəhs edin” deyə əmr edir. “Hz. Mehdi (əs) ilə müjdələnin. O Qureyşdən və Əhli-Beytimdən olan şəxsdir.” (Kitab-ul Burhan Fi Alamet-il Ahir zaman, səh.13). Mən də Peyğəmbərimizin (səv) bu əmrini yerinə yetirirəm. Əslində anormal olan şey alimlərin Mehdiyyətdən bəhs etməməsidir. Bu da əslində Peyğəmbərin xəbər verdiyi əlamətdir. Rəsulullah “axırzamanda xütbələrdə dəccaliyyət, yəni axırzaman əlamətləri izah edilməyəcək” deyir. Diqqət edin, bu əsrə qədər bütün alimlər Mehdiyyətdən bəhs ediblər, bu dövrdə maraqlıdır ki, bütün din adamları “Mehdi gəlməyəcək” deyirlər. “Mehdi gəlməyəcək” deyilməsinin artması əslində Mehdinin gəldiyinin müjdəsidir.
Əvvəldə də dediyim kimi, bizim təşkilatımız yoxdur. Mən də, dostlarım da müxtəlif ticarət fəaliyyətləri ilə məşğul oluruq. Mənim dünyəvi istəklərim yoxdur. Allah`ın verdiyi malı Allah üçün, Allah yolunda sərf edirəm. Ona görə Allah bərəkətli edir, Əlhamdulillah.
8- Hz. Mehdi dünyaya gəlibmi? Türkiyədəmi yaşayır?
Bəli, hz. Mehdi də, hz. İsa da hal-hazırda vəzifələrini yerinə yetirirlər, inşaAllah. Bunu mən demirəm. Peyğəmbərimiz (səv) və böyük İslam alimləri deyir. Dünyanın artıq son dövründəyik. Peyğəmbərimiz (səv) hədisləri ilə İslam ümmətinin ömrünün 7000 il olduğunu, ona qədər bu ömürdən 5600 il keçdiyini bildirib. Dünyanın ömrü 7000 ildirsə, bunun 5600 ili keçibsə, 1400 il qalıb. Digər mühüm məlumat da budur ki, Rəsulullahın (səv) xəbər verdiyi yüzlərlə əlamətin hamısı hicri 1400-cü ilin əvvəlindən etibarən 30 il ərzində ardıcıl reallaşıb. Peyğəmbərimizin dediyi kimi, Əfqanıstan işğal edilib, Kəbədə qan tökülüb, Bağdad yanıb, İraq ordusu itkin düşüb, Suriyada və Misirdə fitnə-fəsad törədilib, Fərat çayının suyu kəsilib, zəlzələlər artıb, bir-birinin ardınca fitnələr olub, İran-İraq müharibəsi baş verib və indi sadalaya bilmədiyin 600-dən çox əlamət çıxıb. Mehdinin (əs) İstanbuldan çıxacağını da Peyğəmbərimiz (səv) deyir: hz. İbn Əmrdən (ra) rəvayət edilmişdir: “Peyğəmbərimiz (səv) buyurdu: “Ey ümmət! Altı şey var ki, onlar olmadan qiyamət qopmaz. (Altıncısı), mədinənin (şəhərin) fəthidir.”
Dedilər: Hansı mədinə? (hansı şəhər?)
Buyurdu: Konstantiniyyə.
(*) (Bu, Konstantiniyyənin hz. Mehdi (əs) tərəfindən fəthidir)
(Muhammed B. Resul El Hüseyin El Berzenci,Kıyamet Alametleri, səh. 204 - Ramuz-el Ehadis, səh. 296)
9- Gündəlik həyatınızla bağlı bir az məlumat verə bilərsinizmi?
Mənim hər günüm Allah üçün keçir. 30 ildən çoxdur ki, tətil etmirəm, özümə xüsusi gün ayırmıram. Hər dəqiqəm təbliğ, söhbət, kitab fəaliyyətləri, televiziya proqramları kimi fəaliyyyətlərlə keçir və əlhamdulillah, çox bərəkətli olur. Təbii ki, yeni fəaliyyətlərim var, yeni kitablarım var. “Yaradılış Atlası”nın yeni cildlərini hazırlayıram. Xurafatçılığın ziddiyyətlərini və yanlışlarını göstərən yeni kitabımı bitirmək üzrəyəm.