Hörmətli Adnan Oktar özü ilə edilən reportajlarda İraqdakı problemlərin necə həll ediləcəyinə dair sualları cavablayarkən, Türkiyənin İraqda oynayacağı təsirli rola və Türk İslam Birliyinin əhəmiyyətinə diqqət çəkir. Türkiyə və İraq arasındakı mədəni və iqtisadi iş birliklərinin artmalı olduğuna, cəmiyyətlərin bir-birinə daha da qaynaşması üçün vətəndaş cəmiyyəti quruluşlarının aktiv vəzifə almasının əhəmiyyətinə, Türkiyənin İraqa böyük qardaşlıq etməsinin şərt olduğuna işarə edir. Bunlar reallaşarsa, İraqın hüzura qovuşacağını, iraqlıların da, türkmənlərin də, kürdlərin də rahatlayacağını və bu həllin ABŞ üçün də rahatlıq olacağını söyləyir. Hörmətli Adnan Oktarın mövzu ilə əlaqədar açıqlamalarından biri bu şəkildədir:
Adnan Oktar: Əlbəttə, Türkiyənin İraq siyasəti çox vacibdir. Türkiyənin əhəmiyyətli bir hədəfi, İraqın milli bütövlüyünün pozulmamasını təmin etmək, yəni İraqı bir bütöv olaraq qəbul etmək və bütöv qalmasını təmin etmək və İraq ilə çox yaxın olmaqdır. İraq sanki bizim bir şəhərimiz kimi olmalıdır, əslində İRAQ ÜÇÜN TÜRK-İSLAM BİRLİYİ DÜŞÜNCƏSİ İÇƏRİSİNDƏ İLK BİRLƏŞİLMƏLİ OLAN ÖLKƏ DEYƏ BİLƏRƏM … Bu, İraq üçün böyük bir qurtuluş olar, İraqı bir anda sanki partladar, böyük iqtisadi inkişaf, böyük hüzur, iqtisadiyyatda böyük canlanma, amma dəlicə bir canlanma olar və İraq xalqı bütün bu iztirabdan, əziyyətdən, ağrıdan bir neçə gün içində fərahlayar, xilas olar. İRAQ ÜÇÜN TÜRKİYƏNİN HİMAYƏSİNƏ GİRMƏYİ İSTƏMƏK ÇOX BÖYÜK BİR NEMƏT OLAR. Türkiyə, bunu söyləyəcək “BİZ İDARƏÇİLİKDƏ TÜRKİYƏNİN TƏSİRLİ OLMASINI İSTƏYİRİK”, yəni bizim rəhbərliyimizdə, məmləkətin rəhbərliyində birinci dərəcədən təsirli güc olsun. YƏNİ ZƏMANƏT VERƏN DÖVLƏT OLSUN. Türkiyə necə Kiprə zəmanətdirsə, yəni Kipr-Türk əlaqəsi necədirsə, bunun kimi olsun.
Türkmeneli: Sizcə Amerika bunu qəbul edərmi?
Adnan Oktar: Bu, Amerikanın lehinədir. Yəni adamı ölməyəcək, Amerika gəlsin şirkətlərini qursun, Türkiyənin rəhbərliyində olduqda, istədiyi kimi ticarət fəaliyyətləri etsin. İNDİKİ SİSTEM AMERIKANI ÇOX ÇÖKDÜRÜR. YƏNİ TÜRKİYƏ ZƏMANƏT KİMİ BÖLGƏYƏ GİRSƏ, O SAAT ORADA TERROR BİTƏR, MÖVZU BİTƏR. Yəni ərəblər çox rahatlayar, türklər rahatlayar, kürdlər rahatlayar, hər kəs rahatlayar. (“Türkmeneli” TV, 11 aprel 2008)
Bu açıqlamadan bir neçə ay sonra, mətbuatda Türkiyənin İraqda liderlik etməsi lazım olduğu ilə əlaqədar xəbərlər çıxmağa başlamışdır. Bunlardan biri, ABŞ Daimi Birləşmiş Millətlər Nümayəndəsi Zalmay Halilzadın açıqlamasıdır. Halilzad açıqlamasında, Türkiyənin İraq üçün ən əhəmiyyətli ölkələrdən biri olduğunu ifadə etmiş və yaxın gələcəkdə BM-in İraqda daha aktiv rol boynuna götürəcəyini və bu vəziyyətdə BM-ə İRAQDA TÜRKİYƏNİN LİDERLİK EDƏ BİLƏCƏYİNİ SÖYLƏMİŞDİR.
“Zaman”, 8 oktyabr, 2008
Hörmətli Adnan Oktarın Türkiyə və İraq arasındakı əlaqələrin gücləndirilməsini təşviq edən açıqlamalarının ardından başqa digər əhəmiyyətli irəliləyişlər də olmuşdur. 18 il aradan sonra ilk dəfə bir Türkiyə Baş naziri İraqı ziyarət etmiş, iki ölkə arasında xüsusilə, neft axtarılması, çıxarılmas və boru xəttləri mövzusunda çox əhəmiyyətli müqavilələr imzalanmışdır, İraqın yenidən abadlığında Türk firmalara böyük pay verilmiş və bu yaxşı əlaqələr beynəlxalq ictimaiyyətin də təqdirini və dəstəyini qazanmışdır.
“Vakit”, 11 iyul, 2008
“Türkiyə”, 12 oktyabr 2008
“Yeni Şafak”, 12 iyul, 2008
İyul ayındakı İraq ziyarəti əsnasında cənab Baş nazir Tayyib Ərdoğan, İraq və Türkiyə arasındakı yaxınlaşma və əməkdaşlığı bu şəkildə izah edir:
“Bunun (əməkdaşlığın) davamlı olması də əhəmiyyətlidir. Bir də bürokratiya və təşkilatlar çox möhkəm bir dialoq içində çalışacaqdır... Bunlar tez-tez dialoq içində olacaqlar. Vətəndaş cəmiyyəti quruluşlarımız da bu vəsilə ilə işin içinə girmiş olacaqlar. Hansı sahəyə aiddirsə, o sahə ilə əlaqədar atılan addımlarda əlaqədar vətəndaş cəmiyyəti quruluşlarını fəaliyyətə cəlb etmək istəyirik... Xalqların bir-birinə qaynayıb qarışması, siyasi iradəni də güclü edəcək”.
Adnan Oktar: … Bir müddət sonra Türk İslam Birliyi içində, Türk İslam Birliyi qardaşlığı içərisində, İraq da, Suriya da, Türk dövlətləri də Türkiyənin liderliyində birləşəcək. Bu səbəbdən Kərkük də dolayı yoldan xilas olacaq, rifaha və fərahlığa qovuşacaq. Biz bunun çox yaxın bir zamanda olacağını düşünürük. Eyni zamanda, bu, İraqlı qardaşlarımızın da qurtuluşu olacaq. Orada qan tökülməsinin, anarxiya və terrorun da tamamilə, ortadan qalxacağını düşünürük. (“Al-Baghdadi”, 5 avqust, 2008)
“Milliyyet”, 12 oktyabr, 2008
Adnan Oktar: Bu qədər təbiidir. Dinimiz birdir, dilimiz birdir, hər şeyimiz birdir, eyni köklərdən gəlirik, qardaşıq, lakin ayrıyıq. Bu gün Azərbaycana desək ki, gəlin birləşək. Bir gün düşünməzlər, qəbul edərlər. Yəni bu, yalnız rəsmi olaraq tələb edilməlidir. Yəni iki dövlət bir millət olaraq, çox rahat birləşə bilərik. Heç bir maneə yoxdur. Qazaxıstan da elədir, Qırğızıstan da elədir, Türkmənistan da elədir, Şərqi Türkistan da elədir, hamısı rahatlayar və bu birliyin nəticəsində İslam aləmi də elə İRAQ, SURİYA TÜRKİYƏ İLƏ BİRLƏŞMƏK ÜÇÜN CAN ATIRLAR. Bütün məsələ Türkiyənin bunu açıqca ortaya qoymasındadır, yəni adı qoyulmalıdır. Yalnız tələb olması kafidir. (“Çay” TV, 23 iyul, 2008)
“Zaman”, 25 sentyabr, 2008
Adnan Oktar: Türk iş adamları Kərkükə eşqlə, şövqlə xidmət həyəcanı ilə getməlidirlər, yalnız qazanc deyil, qazanc da əldə edərlər. Çünki hər yer Türk qaynayır, ora bir elimiz kimi, sanki bir Konyaya təsis açmış kimi, daha xoş, daha gözəl. Bunu dövlət təşviq etməlidir, mətbuat təşviq etməlidir, televiziyalar təşviq etməlidir. (“Türkmeneli” TV, 22 aprel, 2008)
“Tercüman”, 22 may, 2008
“Önce Vatan”, 30 iyun, 2008