Adnan Oktarın 22 mart 2010-cu il www.harunyahya.tv-dəki reportajından
ADNAN OKTAR: Şeytandan Allaha sığınaram. Allahın axirətdə, insanlar cəhənnəmdəykən onlarla bir söhbəti var. Allah "Ayələrim sizə oxunarkən, yalan sayanlar sizlər deyildinizmi?" deyir. "Allahın ayələri oxunurdu, siz də yalan sayırdınız"deyir. "Onlar dedilər ki: "Rəbbimiz, bədbəxtliyimiz bizə üstün gəldi, biz azan bir birlikmişik". Yəni heç cür insanlar xoşbəxtliyi tapa bilmirlər. Həmişə Allah inancıyla, Allah sevinciylə, iman sevinciylə xoşbəxt olmaları lazımkən, bədbəxt və pessimist bir halda olub beyinlərini məşğul edirlər. Beyinin funksiyaları itir. Yəni beyinin içində imana uyğun sevinc olması lazımdır. Kədər içində olan bir beyin imana qarşı daha bağlı olur. Beyinin anlayışı dayanar. Onsuz da qəmginlik imanla ziddiyyət təşkil edir . Yəni sevinc yoxdursa, həyəcan yoxdursa, imanda bir xəstəlik vardır. Narahatlıq vardır. "Bədbəxtliyimiz bizə üstün gəldi, biz azan birlikmişik. Rəbbimiz, bizi (atəşin) içindən çıxar, əgər yenə (inkara) dönsək, artıq, həqiqətən, zalım kəslər olarıq". Allaha, yəni sən bizi, "bir dəfə daha sına" deyirlər. Allah "Deyər ki: "Onun içinə girin və Mənimlə danışmayın". Yəni cəhənnəmin içinə daha çox girin və mənimlə danışmayın. "Çünki" , "həqiqətən, Mənim qullarımdan bir qrup: "Rəbbimiz, iman etdik, Sən artıq bizi bağışla və bizə mərhəmət et, Sən mərhəmət edənlərin ən xeyirlisisən", deyərdilər, onlara lağ etmişdiniz". Baxın, qardaşımız soruşur, məsələn, 110 əgər məsələn, o tərəfiylə 2010-a işarə edir, bax, deyir ki: "çünki həqiqətən, Mənim qullarımdan bir qrup". Allah Mənim qullarım demir bax, onlardan bir qrup. Bəlkə, Mehdi (ə.s) camaatı, deyilmi?