Münafiqlər onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” Möminlər deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız (lakin siz özünüzü fitnəyə saldınız), möminlərə bəla (əziyyət) üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində (Allahın adından istifadə edərək və sizdən biri kimi görünərək) sizi yaman aldatdı”. (Hədid surəsi, 14)
Siz özünüzü fitnəyə saldınız: münafiqlik içinə girdiniz, fitnəyə düşdünüz.
Əziyyətlər nədir? Həbs olunma, müsəlmanların parçalanması, xəstə olmaları, hücuma məruz qalmaları və iqtisadi böhrana düşmələri, maddi imkanlarının zəifləməsi.
Müşahidə edir və gözləyir.
Münafiq həmişə şübhə içindədir. Allahın elçisinə qarşı, hz. Mehdi (ə.s)-a qarşı, Peyğəmbərimiz (s.ə.v)-ə qarşı. Hər şeydən şübhələnər, özündən də, Allahdan da şübhə edər, Əstəğfirullah.
Həmişə vəsvəsəyə qapılar, şizofreniya xarakterli olduğu üçün beyni heç dinc olmaz, həmişə fitnə axtarar.
... Tovlayan şeytan Allah barəsində (Allahın adından istifadə edərək və sizdən biri kimi görünərək) sizi yaman aldatdı... Hətta sizdən biri kimi görünərək sizi aldatmış oldu, özünü çox tərbiyəli, sadə kimi göstərər, amma içində şeytanlar qaynayar.
(Adnan Oktarın 28 avqust 2010-cu il tarixli müsahibəsindən şərhlər)