A9 TV, 14 may 2015-ci il Xoş söhbətlər
Hörmətsizlik etmək həyat keyfiyyətini pozar, insanları narahat edər
Peyğəmbərə də, digər insanlara da insanlar hörmətsizlik edirlər. Çox nalayiq adamlar olur. Hələ də əsrimizdə də vardır. Düşüncəsiz, boşboğaz adam, yəni danışmağı bilmir, hörməti bilmir. Bir qisimi nəzakətdə səhv edir. Bunlar əlbəttə çox həyat keyfiyyətini pozan, insanları narahat edən şeylərdir. Onun üçün Quran bu mövzulara da çox diqqət çəkmişdir.
Şeytandan Allaha sığınaram. Allah 62-ci ayədə deyir: “Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən kimsələrdir. Onlar ümumi bir işə görə Peyğəmbərlə bir yerdə olduqda ondan izn almamış heç yerə getmirlər”. Yanında peyğəmbər var, sən kobudcasına necə gedərsən? Necə sənin mühüm bir işin ola bilər ki, peyğəmbəri buraxıb gedirsən? Sən Peyğəmbərin əhəmiyyətini anlamamısan. Gözəlliyini, dərinliyini anlamamısan və sevgini bilmirsən. “Səndən izin istəyənlər, sözsüz ki, Allaha və Onun Elçisinə iman gətirənlərdir”. Deməli sevgi belə təcəlli edir. Sevgi varsa iman olur. Oradakı nəzakət sevgi əlaməti olur. Sevgi də imandan qaynaqlanır. Nə deyir ayə bax, “Səndən izin istəyənlər, sözsüz ki, Allaha və Onun Elçisinə iman gətirənlərdir”. Gerçək iman əlaməti. “Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr, onlardan istədiyin kəsə izin ver və onlar üçün Allahdan bağışlanma dilə”. Peyğəmbərin bağışlanma diləməsi etibarlı olur. Amma onsuz da peyğəmbər onda bir gözəl əxlaq görür. Allah bağışlanma diləməsini istəyir. Allah bağışlayacaq ki, peyğəmbərə bağışlanma diləməsini deyir. Peyğəmbər bağışlanma dilədiyi üçün deyil, Allah bağışlamağı istədiyi üçün peyğəmbəri vəsilə edir. “... istədiyin kəsə izin ver”. Hər kəsə icazə verəcək deyə bir şey yoxdur. Uyğun görsə icazə verər, uyğun görmürsə icazə verməz. İcazə vermədi deyə də adam dilxor olursa bu da bir anormallıqdır. Bu bir sevgi qüsurudur. “Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”. (Nur surəsi, 62) Allahın bağışlayıcı olması necə də gözəldir.
Məsələn, o dövrdəki anormallıqlara bax, şeytandan Allaha sığınaram. “Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın”. Sanki adi bir insan onu çağırırmış kimi. Anlamırlar. Hər dövrdə bu kobudluq vardır. Hər dövrdə. “Allah sizin aranızdan daldalanaraq xəlvətcə çıxıb gedənləri bilir”. Necə də böyük tərbiyəsizlikdir. Kimdən gizlənirsən? Allah səni orada görür. Bu qədər ağılsızlıq olarmı? Gizlənir guya. Bir də peyğəmbərin diqqəti çox itidir. Səhabələrin diqqəti itidir. Dəvəquşu kimi kimdən gizlənirsən? Belə olarmı? Nə qədər nalayiq bir davranışdır. “Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar. (Nur surəsi, 63)” Bəla dərhal gəlir, bu bir möcüzədir. Quran möcüzəsi. Sürətlə bəla gəlir.
Peyğəmbərə adam hörmətsizlik edir, Allah bəlasını verir. Dinlə mübarizə aparırsa, Allah bəlasını verir. İslamla mübarizə aparırsa, Allah bəlasını verir. Mücahid, Allaha xidmət edən bir insanla mübarizə aparırsa, Allah bəlasını verir. Baxın, araşdırın görərsiniz. Hansı övliya ilə, hansı Allah yolunda mübarizə edən insanla kim mübarizə aparsa baxarsınız ki, Allah cəzasını verib.
Diqqətli olmaq fərzdir
Allah “Diqqətli olun” -deyir. Diqqətin dağınıq olması böyük bir problemdir. Adam küçədə ağızı açıq belə gəzir. Diqqətin dağınıq olması əcaib yayılmış bir bəladır. Onun üçün Allah “Diqqətli olun”u fərz etmiş. Bax, “Diqqətli olun;” əmr edir. Diqqətli olmaq fərzdir. Adamlar burada bir fərz olduğunun fərqində belə deyil.
“Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur”. Göydə və yerdə. Adam deyir ki, “mənim malım, mənim mülküm”. Sənin malın mülkün deyə bir şey yoxdur. Hamısı Allahındır. Allahın mülkünə gözətçi olaraq gəlmisən. “O sizin nə əməl sahibi olduğunuzu və qullarının Onun hüzuruna qaytarılacaqları günü bilir”. Harada oturur, nə edir, nə danışır. Məsələn, bu anki söhbətimiz. Bu söhbəti də Allah yaradır. Nə vaxt yaradıb? Daha dünya yaradılmadan. Daha atamın atasının atası yox ikən söhbət olmuş bitmişdir.
Axirətdə möminlər şərəfləndirilmək üçün sorğulanacaq
“... və qullarının Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir”. (Nur surəsi, 64) Küfr içindədirsə bir-bir hamısı sayılır. Möminsə də təriflənmək üçün sayılır. “Sən buna pul vermisən, buna belə xidmət etmisən, belə İslamı təbliğ etmisən, doğrumu?” -deyirlər. “Bəli, doğrudur” -deyir. Şərəfləndirmək üçün. Hər eşitdiyində zövq alır. Allah xoşuna gəlsin deyə edir. “Bu qədər zəkat vermisən” -deyir. Allah “İslamı yaymaq üçün bu qədər kitab paylamısan, bu qədər konfrans vermisən, bu qədər vaxt təbliğ etmisən, neçə saat Quran oxumusan, bu qədər vaxt namaz qılmısan, doğrumu?” -deyir. Möminlər “Ya Rəbbi sən daha yaxşı bilərsən” -deyir. “Sən bizdə olanı bilərsən”, amma “biz Səndə olanı bilmərik” deyirlər.
Möminlər Allaha qarşı çox hörmətli bir üslubdan istifadə edərlər
Hz. İsa Məsih (ə.s); Allah sorğulayır, çox nəzakətli bir cavab verir. Müsəlmanın Allah ilə necə nəzakətli danışacağını Allah Quranda göstərir. Danışıq nəzakətində Allaha necə xitab edilər? “Bəli, doğru” demir. “Ya Rəbbi, Sən daha yaxşı bilərsən”. Çünki, üst pərdədən bir ifadədir. “Bəli, doğru”. Amma “Ya Rəbbi Sən daha yaxşı bilərsən, Sən məndə olanı bilərsən amma mən Səndə olanı bilmərəm”. Allah, böyüklüyünün ifadə edilməsindən məmnun olur. Allahın böyüklüyü möminə zövq verər. Mömin xoşbəxt olar. Yəni böyük və güclü Bir Allahın nəzarətində olduğunu bilmək xoşuna gələr. Allahın ona ehtiyacı yoxdur, amma Allah sevgini istəyər. Əgər sevgini kafi görsəydi mələklərlə kifayətlənərdi. Çünki mələklər; “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” – söylədilər. Allah “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!” -deyir. İnsanın iman etməsi daha məqbuldur. Allah onu daha çox bəyənir. Amma baxın, bir qrup insan tam mənasıyla lazımı şəkildə Allahı sevir. Peyğəmbərlər, övliyalar. Allah istəyir ki dünyanın bütünü o şəkildə sevsin. Amma insanoğlu əlbəttə anormaldır. Amma Allah, istəsəm hamısını iman etdirərdim deyir. Amma dəyəri olmaz. Yəni mələk kimi olmuş olarlar. Dəyəri az olar. Qiymətli olması üçün azad vicdanla Allah Özünü sevmələrini istəyir. Yəni Öz Ruhunun halı kimi sanki, onu xatırladar tərzdə Özünü sevmələrini istəyir.
“Mələklər insanların fəsad törədəcəyini bilmələri necə mümkün olur?”
Necə bilirlər? Allah söyləmişdir. Onsuz da “Biz bilmərik, Sən bilərsən” -deyirlər. Allahdan öyrənir. Haradan öyrənəcək, başqa cür bilə bilməz. Allah demişdir, izah etmişdir; “belə qan tökəcəklər, hadisə çıxaracaqlar”. Mələklər də naz əhli olduqları üçün istişarə məntiqində Allahla danışırlar. Allahdan daha yaxşı bilməyəcəkləri məlumdur. Amma o şeydən xilas ola bilmir. Mütləq söyləməyə ehtiyac duyur.
Quranın böyük qisimi inkarçılara, müşrik və münafiqlərə verilən cavabları əhatə edir
Ona bu işdə başqa adamlar da kömək etmişlər” – dedilər. Beləcə, onlar haqsızlığa və iftiraya yol verdilər. (Furqan surəsi, 4)
Bax nalayiq adamlar deyirlər ki, Furqan surəsi, 4-cü ayədə; “Kafirlər: “Bu, Muhəmmədin uydurduğu yalandan başqa bir şey deyildir”. Qardaşım Allah ola quluyla əlaqə qurmaya, ola bilərmi? Allah olacaq, televiziyanı bir məqsədlə yaradacaq, ayaqqabını məqsədlə yaradacaq, qaşığın məqsədi olacaq, stəkanın məqsədi olacaq, insanın məqsədi olmayacaq? Bu qədər axmaqca bir şey olarmı? İnsanın məqsədini də ona bildirilməlidir. Necə olacaq? Kitabla bildiriləcək. Quranın böyük bir hissəsi həmişə bu arsızlara, düşüncəsizlərə cavablarla əhatə olunmuşdur. İnsanlardan istənilən qisim təxminən 50 səhifə qədərdir. Həmişə bu düşüncəsizlərin baş bəlası olmasına qarşı verilən cavablar. Münafiqlər, kafirun və kafirat, munafiqun və münafiqat, tüğyan əhli və dəlalət. Həmişə bunlara cavablar. Yoxsa Quran səhifələr halında da gələ bilərdi yəni çox incə bir kitab halında gələ bilərdi, amma bu ruhi xəstələrə mütləq cavab verilməlidir.
Axirətdə möminlərin etdiyi səhvlər unutdurulacaq
Möminlərin etdiyi səhvlər niyə deyilsin. Allah tamamilə unutdurur. Olarmı? Heç bir şəkildə xatırlaya bilməz. Heç birini, heç kim xatırlaya bilməz. Bir tək o deyil, heç kim xatırlaya bilməz. O, məsələn böyük bir gözəllikdir. Axirətə gedir, istisnasız hər kəsin yaddaşından o, alınmış olur. Allah qüsur etmir. Belə bir şey vardır, kompüterdə filan səhv olar. Amma orada səhv yoxdur. Hər kəsin yaddaşından o mütləq alınmış olur. İstədiyi qədər düşünsün ağılına gəlməz. Sonsuza qədər ağılına gəlmir. Amma Allahın hafizəsində qalar. Heç bir şey itməz. Allahın hafizəsində qalar.
“Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər”. (Furqan surəsi, 70) deyə bildirir.
Əlbəttə, “yaxşı əməllərlə əvəz edər” -deyir Allah.
Quranda inkarçıların pis rəftarları və onlara veriləcək cavablar uzun-uzadı izah edilir
“Onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları başqasına yazdırmışdır. Bunlar səhər-axşam onun özünə oxunur” – dedilər”. (Furqan surəsi, 5) Tam ruhi xəstə ifadəsidir. Qardaşım madam elə bir xüsusiyyətin var, sən də yaz. Bənzəri olan bir surə yaz, deyərsən “bax mən də yazdım”, göstərərsən. Bu ədəbi sənətdir. Bu düzlüklə, bu mükəmməllikdə Quranın bir bənzəri 1400 ildən bəri yazıla bilməmişdir. Bir çox sınaq etmişlər. Yüzlərlə sınaq etmişlər. Heç biri olmur. Bu bir möcüzədir. Yəni o ədəbi sənəti tutdura bilmirlər. Sırf Qurana məxsus bir xüsusiyyətdir.
“Bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır?” (Furqan surəsi, 7) İndi bu adamla danışmaq olarmı? Tam bir bəladır. Bu pisliklərin nalayiq hərəkətləri Quranda həmişə belə uzun-uzadı izah edilir. Çünki biz bunlarla qarşılaşacağıq. Qarşılaşınca mömin çaşıb qamasın deyə Allah bunları sayır. Yoxsa müsəlman narahat olar. Bunlar heç gözlənilməz şeylər zənn edər. Halbuki, Allah bunların onsuz da məqbul olaraq küfr tərəfindən ediləcəyini söyləyir. Onun üçün biz məsələn bu an qarşılaşdığımızda heç təəccüblənmirik. Bir münafiq çıxır, ayəyə baxırıq eynisi. Bir kafir çıxır, eynisi. Tüğyan dəlalətin hücumları olur, baxırıq Qurandakının eynisidir. Bizi heç təəccübləndirmir, çox məqbul gəlir.
“Birə-bir eyni ifadələri işlədirlər”.
Bəzən eyni sözü işlədirlər. Yoxsa Quranda istənən çox azdır. Namaz çox qısaca açıqlanmışdır, oruc qısaca açıqlanmışdır, zəkat qısaca açıqlanmışdır. Mərhəmətli olun, şəfqətli olun, yalan danışmayın, doğru olun. Yaxşı niyyətli olun, bir-birinizi sevin. Allahı çox sevin. Bir-birinizə köməkçi olun, mal ehtirasınız olmasın. Mal Allahındır. Qısaca, çox qısadır. Ondan başqa həmişə kafirlərin pislikləri, küfrün, tüğyan dəlalətin, axmaqların, ədəbsiz adamların yersizlikləri və bunlara verilən cavablar.
“Allah haramları da bir neçə ayədə ifadə edib. Buna baxmayaraq yüzlərlə, minlərlə haram uydururlar”.
Haramlar məsələn çox azdır. Adam deyir ki; “belə müsəlmanlıq olarmı?” “Niyə?” dedik. “O zaman İslam çox asan olar” deyir. Bax deyirik ki, sırf Qurana görə hərəkət etməmiz lazımdır. Elə bir şey olduğunda düşünə bilmirəm, deyir. Elə isə çox qəribə bir şey olur, deyir. “Namazlar asanlaşır, elə isə hər şey asan olur” -deyir. “Dəstəmaz asan”, “İslamı yaşamaq asan” -deyir. “Musiqi halal olar deyir, heykəl halal olar, ipək halal olar, qadınlar saçını istədiyi kimi rəngləyər, açıq da istəsə geyinər, hər şeyi geyə bilər” -deyir. “Belə din olarmı?” -deyir. “Haradan çıxartdın?” “Atalar belə söyləyir qardaşım” -deyir. “Atalara sən güvənmirsənmi?” -deyir. “Yaxşı Allah belə söyləyir Quranda” deyirik biz, “Qurana görə olmaz” -deyir. Necə olacaq? “Atalara görə olacaq” -deyir. Allah deyir ki bax; “Onlara: “Allahın nazil etdiyinə və göndərdiyi Elçiyə tərəf gəlin” – deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir” – deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə onda necə olsun?” (Maidə surəsi , 104). Adamlar deyir ki; “bəli tabe olacağıq”. “Dilinizin yalana alışdığı üçün: “Bu halaldır, o haramdır!” – deməyin,” -deyir Allah. (Nəhl surəsi, 116) Bax, yalana alışdığı üçün.
İslam dinini cəhənnəm həyatı kimi göstərən xurafatçılar müsəlmanların bütün dünyada əzilməsinə səbəb oldu
İslam dinini bütün dünyada bəla kimi göstərən, cəhənnəm həyatı kimi göstərən xurafatçılar oldu. Əfqanıstanda müsəlmanları boğdurdular, İraqda boğdurdular, Suriyada boğdurdular, Libyada boğdurdular. Dünyanın hər yerində məhv etdilər və hələ də də məhv etməyə davam edirlər. Bir-birinə də qırdırırlar. O, onu öldürür, o da onu. Fəxr edir. “Bu gün 2 yüz şiəni öldürdük Allaha çox şükür” -deyir. O biriləri də deyir ki; “Biz bu gün 3 yüz sünnini öldürdük Allaha çox şükür. Havadan bombardman etdik” -deyir. Xurafatçı İslam nəticədə bunu gətirdi. Quranda şiəlik varmı? Quranda sünnilik varmı? Haradan çıxarırsınız? Quranda vəhhabilik varmı? Bir dənə Quran var, bir dənə İslam dini var.
“O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini üstün bilib sevinir”. (Rum surəsi, 32)
Deyir: “Əhli sünnə firqə-i naciyədir (xilas olan firqə)”. Yəni xilas olan, xoşbəxt olan, cənnətlə müjdələnilən qrupdur. O biriləri də dəlalətdədir deyir. “72 təriqət dəlalətdə, biri xilas olacaq, o da əhli sünnə vəl camaat firqə-i naciyədir” -deyir. “Vəhhabilər cəhənnəmdə, ələvilər cəhənnəmdə, bektaşilər cəhənnəmdə, şiələr cəhənnəmdə. Bir tək biz xilas olacağıq” -deyir. Şiələrdən soruşuruq, “Şiədir əlbəttə” -deyir. “Şiənin xaricində din olmaz ki” -deyir. Şiə, Peyğəmbər (s.ə.v) söyləmiş, şiə deyir, mən və şiəyəm deyir. Qurtuluş bu qədər. “Şiəmi sevənlər” deyir. “Bitdi, bu qədər, başqa bir şey yoxdur” -deyir. Vahhabilər də: “Bütün İslam aləmi şirkə girmiş, hamısı müşrik, hamısı kafirdir” -deyir. “Bir tək vəhhabilər müsəlmandır” -deyir. Bu bəlanı anlaya bilmirlər. İzah edirik, gecə gündüz izah edirik yenə anlamır. “Qurana tabe olduğumuzda həyat o qədər asan olur ki” -deyir. “Hər şey halal olar” -deyir, hər şey. “Musiqi halal olar, şəkil halal olar, heykəl halal olar, qadınlar istədiyi kimi çölə çıxar. İstədiyi kimi saçını da rəngləyər, bəzənər də, əylənər də. Belə din olarmı?” -deyir. “Amma Quranda belə bir dindən bəhs edir” -deyirik, “atalarımız nə dedisə biz ona tabe olarıq” -deyir.
“Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir”. (Ənam surəsi, 159)
Xurafatçılar öz uydurduqları dinə özləri də əməl etmirlər
Yəni həyatı cəhənnəmə çevirdiyində, İslamı cəhənnəmə çevirdiyində ən təqva olduğuna inanır. Məsələn, namazı qılına bilməyəcək hala gətirsə onun təqva bir hərəkət olduğuna inanır. Dəstəmazı alına bilməyəcək hala gətirsə onun da təqva bir hərəkət olduğunu söyləyir. Allah dəstəmazı bir sətirdə yazıb bitirmiş. Bax, “üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun”. (Maidə surəsi, 6) Bu qədər. Dəstəmazla bağlı 373 səhifə adam kitab yazmış. Adam o kitabı oxuyur, ən başdan “dəstəmazı ala bilmərəm mən” -deyir, sonar da bu mövzu bitir. Mən bu dəstəmazı ala bilmərəm, deyir.
Təharətə (təmizliyə) dair mövzular var. Əmin olun təharətə (təmizliyə) aid mövzuları, heç bir alim, heç bir şəkildə edə bilməz. Yəni onu iddia edən alimlər, heç biri edə bilməz. Hətta mən Hüseyn Həlmi İşığın kitabını, tam ilmihalını oxumuşdum. “Hüseyn Həlmi hocam sən bunu edə bilməzsən” -dedim. Çünki bax “dişinə plomb etdirən Şafii məzhəbini təqlid etməlidir” -deyir. Hənəfi məzhəbi və Şafii məzhəbinin bütün çətinliklərini edəcək. Etməsi mümkün deyil. Əsla və əsla edə bilməz. Sırf təharətə (təmizliyə) aid mövzuları edə bilməz. Bax “dəstəmaz alarkən sıçrayan su nəcasəti-qalizədir” deyir, iyrənc nəcasət. Dəstəmaz alarkən. Dəstəmaz alarkən nur kimi su, müsəlmanın əlindən üzündən su axır. Niyə nəcasəti-qalizə olsun? “Nəcasəti-qalizənin iynə ucu qədər bir sıçrayan damlası, bir ləyən qədər suya gəlsə o su da hamısı nəcasəti-qalizə olar” deyir. Bunu texniki olaraq düşündüyünüzdə bu yoldaşların heç birinin heç bu şəkildə dəstəmaz ala bilməyəcəyini anlamış olarsınız. Texniki olaraq qeyri-mümkündür. Hətta böyük bir alim müəllim var, təəssüf mübarək adama. Əllərindən ayaqlarından öpürəm. Allah ömürünü uzun etsin. Plaş geyindirirlər ona, boğazından aşağı, o su ona dəyməsin deyə. Bu təriqət şeyxi, məşhur bir şeyxdir. Mən fotoşəkilini də gördüm. O qəliz nəcasət sıçramasın deyə böyük plaş geyindirilir. Bu əziyyətə bax. Mümkün deyil, mütləqdir ki, kənara sıçrayacaq. Mütləq ayağı dəyəcək ona. Bir yeri dəyəcək.
Allah Quranda xurafatçıların öz uydurduqları dinə özlərinin də lazımı kimi əməl etmədiklərini xəbər verir. (Hədid surəsi, 27) Allah, “Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər” -deyir. Lazımınca riayət etmirlər
Məsələn, bu ənənəvi Ortodoks müsəlmanların heç biri, amma bax heç biri istisnasız deyə bilərəm, elmihaldakı izah edilənlərə əməl edə bilməz. Mən əməl edərəm deyən mənə gəlsin, hər cür iddiaya girə bilərəm. Yəni orada təsvir edilən dini tətbiq edə bilməz. Zəllətül-kariyə (oxuma xətası) aid məsələlər var, ona görə Quranı oxuması, qiraət etməsi, düz namaz qılması qeyri-mümkündür. Bax ən başda buradan başlayır, bir nümunə verim oradan anlayın, “Allahu əkbər deyərkən “əkbər”i şəddəli söyləsə namaz pozular” -deyir. “O imamın ardınca gedən kəslərin də namazı pozular” -deyir. Baxın, mən “Allahu əkbər” demədən namaz qılan bir dənə də imam görmədim. Şəddələndirərək söyləməyən bir dənə də imam görmədim. Varsa mənə göstərsinlər. Hətta xüsusilə edirlər, “Allahu əkbər” deyərək belə əvvəl “b” deyir, yəni “əkbər”i şəddəli söyləyir. Məcbur olaraq onsuz da elə bir çıxış lazımdır. Allahu əkbər başqa cür deyə bilməzsən. Məcbur olaraq şəddəli söyləyirsən. Şəddəli deyildiyində namaz pozular deyir. Yəni başqa cür deyə bilməz. Mən diqqətlicə dinləyirdim, heç biri deyə bilmirdi. Ondan sonra məsələn Fatihədə zəllətül-kariyə (oxuma xətası) aid məsələlər var. Hərflərdə, vurğularda ən kiçik bir səhvdə namaz gedər deyir. Avam xalq belə bir şeyi necə etsin? Alim də edə bilməz, ərəb olan da edə bilməz. Ana dili ərəbcə olan da edə bilməz.
“Quranı qeyri-kafi görən zehniyyətin Drar məscidi olaraq qurulduğunu siz izah etmişdiniz. 1400 il əvvəl Peyğəmbərimiz (s.ə.v) zamanında da geniş sərbəstliyi və azadlığı bəyənmirlər”.
Hz. Əli (r.ə)-i şəhid etmələrinin səbəbi hz. Əli (r.ə)-in azad olmasıdır. Hz. Həsən (r.ə) və hz. Hüseyn (r.ə)-i şəhid etmələrinin səbəbi də odur. Hz. Həsən (r.ə)-in çox evlənməsi bəzi adamları əcaib qıcıqlandırmış. Hz. Həsən (r.ə) 300-ə yaxın xanım aldı. Öz kitablarında yazır. Sanki şərəflərinə toxundu. Peyğəmbərimiz (s.ə.v)-ə qarşı Dırar məscidini qurmalarının səbəbi də Peyğəmbərimiz (s.ə.v)-in qadınlara olan məhəbbətidir. “Bu məscidə qadın gəlmir” -deyirlər, yəni Dırar məscidinə. “Təqva üstünə qurulmuş bir məsciddir” -deyirlər. “Amma o məsciddə qadın qaynayır” -deyirlər. “Qadınlar var, hamısı gəlib-gedirlər” -deyir. “Bura qadın gələ bilməz” -deyir. Peyğəmbərimiz (s.ə.v) “yerlə bir edin” -deyir, vəhy gəlir və o Dırar məscidini yerlə bir etdilər. Həmişə Peyğəmbərimiz (s.ə.v)-in evliliyi onları narahat edirdi. Qadınlara olan sevgisi onları narahat edirdi. Onunla əlaqədar da bir çox ayə var. Onsuz da xurafatçılar o ayələri heç söyləmək istəməzlər, dilə gətirmək istəməzlər. Örtbas etmək istəyirlər. Məsələn, cənnətdə xanımların olduğunu da söyləmək istəmirlər. “Huri cənnət çiçəklərinin adıdır” -deyir. Bir başqası da “cənnət gözəllikləri nəzərdə tutulur orada” -deyir. “Orada bir qadından bəhs edilmir” -deyir.
Bir məzhəbdə halal olan digər məzhəbə görə haram, Qurana tabe olunsa bu fərqlilik ortadan qalxar
“De: “Allahın sizə nazil etdiyi zinəti”, bəzək əşyalarını; qızıl, ipək, hər şey. “və təmiz ruziləri”, xərçəng, dəniz molyusku da daxil olmaqla hər cür yemək. “ruziləri kim haram etmişdir? De: “Bunlar, dünya həyatında iman edənlər üçündür, qiyamət günü isə yalnız onlarındır””. İndi əhli sünnə inancında xərçəng haram, dəniz molyusku haramdır. Bəzi məzhəblərdə halaldır. Bütün heyvanları aralarında bölüşdürmüşlər. Bu heyvanlar, məsələn maliki məzhəbində halal, o biri heyvanlar hənəfidə halal, o biriləri malikidə, o biriləri də hənbəlidə halaldır. Aralarında bölüşdürmüşlər və bir-birlərini dəlalətlə və səhv yolda olmaqla günahlandırırlar. “Allahın haram etdiyini niyə yeyirsən?” -deyir. “Allah haram edib” -deyir. “Mənim məzhəbimə görə halaldır” -deyir. “Allahın dediyi kimi namazı qıl” -deyir. “Mənim məzhəbimə görə doğrudur” -deyir. Namazları da ayrı, ibadət şəkilləri də ayrı, az qala hər şeyləri ayrıdır.
“De: “Allahın sizə nazil etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız” Baxın, siz halalı haram edirsiniz deyir, “Siz” -deyir, halalı haram halına gətirirsiniz. “Söyləyin görüm”. “De: “Allahmı sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?” (Yunis surəsi, 59) Bəli, adamlar böhtan atırıq deyir. Allah adına hökm verir. “Belə olarmı, elə isə din çox asan hala gələr” -deyir. Məsələn, asanlığın yayılması dinə uyğun deyil deyir. Zülmə və modernizmə xidmət etmiş olarsınız deyir. Allah Quranda belə bir şey demədisə, sən bunu Qurana əlavə etdiyində bunu nə cəsarətlə edirsən? Qorxmursunuzmu bu ayələrdən, bu ayə kimə xitab edir? Sən Allahın halal etdiyini haram etmisən və öz məzhəbinə görə haram etmisən, digər məzhəbdə halaldır. Ağılını başına al. Digər məzhəb də sənin halalını haram etmiş. Dörd məzhəbin haramları, halalları ayrıdır. Müdhiş bir ziddiyyət və qarışıqlıq var.
(Əraf surəsi, 32) “De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?”” Allah, elə olsa qadınlar üçün söyləyər. Hər yerini bağlasınlar, heç bir yerini açmasınlar deyər. Allah belə bir şey demir. Sinələrini və ədəb yerlərini örtsün deyir. Sən necə hökm çıxarırsan? Əgər bir hücuma uğrayırlarsa çarşaf geyinsinlər deyir. Hücuma uğrayırsa onsuz da kişi də çölə çıxmır. Feli və sözlü hücum.
(Taha surəsi, 2) “Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən”. Çətinlik istəyir. Allah deyir: “Hz. İbrahim (ə.s)-ın dini kimi asandır. Allah sizə çətinlik istəməz, asanlıq istəyər”. Elə din olar? Elə isə atalarının dinindən Qurana hökm gətirib əlavələr edir.
(Ənkəbut surəsi, 51) “Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi?” Adam, “kifayət deyil” -deyir. Bu necə cəsarətdir? Bunu sən axirətdə necə söyləyəcəksən? Cəhənnəmin yanında necə söyləyəcəksən? “Bəli mənə kifayət etmədi” deyə biləcəksənmi? Deyə bilməyəcəksən.
(Ənam surəsi, 159) “Dinlərini parçalayıb firqə-firqə olanlarla”. Artıq bunu etmisən, məzhəblərə ayırmısan; sünni, şafi, vəhhabi ayırmısan. “...ki hər qrup öz əlindəkiylə öyünüb sevinir”. Allah bizi qurtardı, bütün firqə-i naciyə (xilas olan firqə) xaricindəkiləri batırdı deyir. “72 təriqət hazırda cəhənnəmdə, yəni şiələr, vəhhabilər, bektaşilər... və yalnız əhli sünnə cənnətdədir” -deyir. Halbuki, çox səhv bir fikirdir. “La ilahə illəllah Muhammədən Rəsulullah” deyən hər kəs müsəlmandır.
(Furqan surəsi, 30) “Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – deyəcək”. Peyğəmbərimiz (s.ə.v)-in bircə şikayəti var, o da Quranın tərk edilməsidir. Bir də Allah deyir ki, axirətdə, “Siz yalnız Qurandan sorğu-sual olunacaqsınız”. İlmihal kitablarından deyil, fiqh izahlarından deyil, təriqət şeyxlərinin izahlarından deyil.