MEHDİ (Ə.S) İLƏ BAĞLI HƏDİS ŞƏRHLƏRİ

“Qaim qiyam edəcək olan Mehdi mənim övladlarımdandır. Adı mənim adım, ləqəbi mənim ləqəbim, xasiyyəti mənim xasiyyətim, davranışları da mənim davranışlarım kimi olacaqdır. İnsanları mənim dinimə çağıracaq, Allahın kitabına dəvət edəcəkdir. Ona itaət edən mənə itaət edər. Ona üsyan edən mənə üsyan edər. Zühurundan əvvəl onu inkar edən məni inkar etmişdir. Onu təkzib edən, yalanlayan məni təkzib etmişdir. Onu təsdiq edən məni təsdiq etmişdir. Onu, (Hz. Mehdi (ə.s))-ı təkzib edənləri, yalanlayanları onun haqqındakı sözlərimi inkar edənləri, ümmətimi yoldan çıxaranları Allah nəzdində şikayət edəcəm. Zalımlar yaxında etdiklərinin nəticəsini görəcəkdir.” (Biharul Envar, cild 51, səhifə 73.)

Yenə Peyğəmbərimiz (s.ə.v.)-dən hədis. “Övladlarımdan Mehdini inkar edən məni inkar etmişdir.” (Biharul Envar, cild 51.)

Hz. Mehdi (ə.s)-ın inkarı mümkün deyil, amma Allah qatındadır kim olduğu.

Gaybet-i Tusi Fazıldan, İsmail ibn Mahrandan, Eyman ibn Muhazdan, Rufai ibn Musadan, Muaviyə ibn Vahabdan, Əbu Abdullah Sadiq Həzrətləri də bu hədisi söyləyir: “Əhli-Beytimdən Qaim Mehdi zamanında yaşama imkanı tapanlar nə qədər qismətlidirlər” deyir Peyğəmbərimiz (s.ə.v.). “Onun çıxışından əvvəl ona, Mehdiyə inananlar, Mehdinin dostlarını sevənlər, Mehdinin düşmənlərindən uzaq duranlar mübarək olsun. Bu insanlar mənim ən yaxınlarımdır. Hesab günü dostlarım olacaqlar.”

Rufaidən köçürülən hədisə görə “Mənə görə Allahın ən hörmətli varlıqları olacaqdırlar” deyir Peyğəmbərimiz (s.ə.v.).

“Möminlərin əmiri Əli (ə.s) bir xütbəsində belə demişdir: Diqqət edin, asanlıq, əlverişlilik sərvətdir. İmamınız Mehdi sizin üçün nəyin yaxşı, nəyin pis olduğunu bilir. Mehdi sizdən şər hökm edənləri çəkib alacaq.” Yəni, şər hökmləri, yanlış hökmləri çəkib alacaq. “Təhlükələrinizi kəsəcək.” Yəni, təhlükə qalmayacaq. Terrorist hücumu, o-bu, darvinizm-materializm bunları kəsib qaldıracaq deyir. “Ədalətsiz hökm edənləri qınayacaq.” Yəni, onlar iqtidarda olmayacaqlar deyir, ədalətsiz hökm edənlər. “Və dünyanı saxtakarlardan, səmimiyətsizlərdən elm və irfanla təmizləyəcəkdir” deyir. (Nehcül Belaga, səhifə 155.)

Hz. Əli (ə.s)-dan rəvayət: “Allah tərəfindən tez bir zəfəri və bir açılışın zəfərini müjdələyirəm. Adil bir imam, Mehdi ilə birlikdə Allah gözlərinizi açacaq və kədərinizi aradan qaldıracaqdır.” Kədərli olmayacaqsınız. “O Mehdi özü sayəsində, onun vəsiləsi ilə Allahın dostları və düşmənlərinin arasını ayıracaqdır.”

 

PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN HƏDİSİNDƏ MEHDİ (Ə.S)-IN AMERİKAYA TƏYYARƏ İLƏ ENƏCƏYİNƏ İŞARƏ EDİLMİŞDİR

Peyğəmbərimiz (s.ə.v.)-in hədisi çox təəccüblüdür, ilk dəfə eşidirsiniz bunu. Hz. Əli (ə.s) tərəfindən verilən bir rəvayət, onun tərəfindən izah edilən: “Mehdi buludların üzərindən Amerik diyarına enəcəkdir.” Amerik deyə bir diyar, Axırzamanda olacaq, bax. “Mehdi buludların üzərindən Amerik diyarına enəcəkdir.” Nə deməkdir? Amerikaya təyyarə ilə enəcəkdir. “Gün işıldadığından bəzi qübbələrdə onun, Mehdinin qaranlıq içində nuru vardır.” Qaranlıqda belə nuru vardır, təsiri olur deyir. “Ay və ulduzlar kimi” bax, bu da çox mənalıdır, Peyğəmbərimiz (s.ə.v.) işarə verir, yəni bir məna verir, “Allah Amerik diyarını həlak edəcək.” Qiyamlar ola bilər, döyüşlər ola bilər, hər şey ola bilər. “Və torpaqlarını yıxacaqdır.” Yəni, binalar, evlər yıxılacaqdır. “Yer üzü dərinliklərini yeyib-bitirəcək”, yəni Amerik diyarının hadisələridir bunlar. Yəni, oradakı yer üzü dərinliklərini yeyib-bitirəcək deyir. “Və dalğaları ölkələri və insanları yeyib bitirəcəkdir.” Yəni, fırtınalar və qasırğalarla oralara dəniz daşacaq, o dalğalar, o sellər oraları yıxıb-bitirəcəkdir, deyir.

“Liderləri İshaq və İsrailin uşaqlarından olacaq” deyir. Musəvi əsilli və hz. İshaq (ə.s) nəslindən olacaq. Yəni, dərin dövlətləri, əsil rəhbərləri. Amerik diyarı fitnəni tamamlayacaqdır. “Bolluq və nemətləri artdığında, dünya onlara ləzzətlərini verdiyində, iblis şəhərlərində və yollarında yeridiyində şeytanın dini onların arasından çıxacaqdır. Arzular, qürur və dünya həyatına susuzluq, rahatlıqda boğulacaqlar. Dünya həyatının yaxşılığından zövq alacaqlar və elmləri ilə xoşbəxt olacaqlar. Onlar dünyanın sonundakı rəhbərlərdir” dünya idarəçiləridir. Uzun bir hədis ilə izah edir hz. Əli (ə.s). “Onlar dünyada baş verən hər şeyi bilirlər. Onların buludların arxasını müşahidə edəcək gözləri vardır.” Bu radarla, onunla-bununla internet ilə, yaxud kosmosdan izləyirlər, ya hər şeyi görürlər, onlara işarə edir. “Dənizdə bayraqlar kimi olacaqlar” deyir. Yəni, hər yerdə o amerikan bayraqlı donanmalar olur elə. “İçlərində toz şəklində alovu gizlətdikləri şeylər olacaq.” O topların içində toz şəklindəki barıt, pambıq barıtı alovu saxlayan şey, altında da fitili olur, mərminin fitili olur ki, minlərcə mərmi olur. Bax deyir ki: “İçlərində toz şəklində alovu saxladıqları şeylər olacaq.” O fitilə toxunduqlarında atəş ortaya çıxır, barıt onsuz da toz şəklindədir. O dünyadakı” Amerik, yəni “qeyri-müsəlman”, yəni müsəlman olmayan “və həqiqi müsəlman olan məzlumlara əsəbləşir” Amerik. “Allah Amerik diyarının üzərinə öz hökmünü edəcək.” Hz. Mehdi (ə.s)-ı göndərəcək. “Onları üsyan etdikləri və günah işlədikləri şey ilə lənətləyəcəkdir. Mehdi buludların üzərindən Amerik diyarına enəcəkdir.”

Hz. Əli (ə.s)-ın “Cefr-ül Cami-üd Dünya Vel-Ahire” adlı kitabındadır bu. 1300 illik kitabdır.

Bilad, Amerik deyə vurğulanır ərəbcəsində. Diyarlardan ibarət olan Amerik. Diyarlardan ibarət olan Amerika yəni. Bax, Bilad Amerik deyə keçir, diyarlardan olan Amerik. Dövlətlərdən olan Amerika, görürsən mi? 50 hissədən olacağını söyləyir. 50 dövlətdən ibarətdir Amerika da. İmam-ı Qəzalı bu hz. Əli (ə.s)-ın kitabı üçün belə deyir: “Hz. Əli (ə.s), “Cəfr-ül Cami-üd Dünya Vel-Ahire” adında bir kitabı var idi. Bu kitabda bütün elmlər, açıq-aydın həqiqətlər, sirlər, qeyb məlumatları, əşyanın xüsusiyyətləri, aləmdəki təsirlər, adların və hərflərin xüsusiyyətləri yazılıdır” deyir. Bax, “Bilad-ı Amerik” deyə keçir; Amerika Birləşmiş Ştatları. Buna bənzər məsələn, yəhudi lobbisi Amerikada çox güclüdür, onu da söyləyir hədisdə. Yəhudi lobbisinin hakim olacağını da söyləyir.