Peyğəmbərimiz (s.ə.v) bir hədisində qiyamətin böyük əlamətlərindən biri olaraq günəşin qərbdən çıxacağını xəbər vermişdir.
13-cü əsrin böyük mücəddidi Səid Nursi həzrətləri isə bu möcüzəvi hadisənin necə reallaşa biləcəyini “Şüalar” kitabında bu şəkildə izah etmişdir:
Hədisi şərifdə bəhsi keçən hadisəylə əlaqədar Səid Nursi Həzrətlərinin şərhləri də nəzərə alındığında qiyamətin lap əvvəlində yaşanacaq olan bu böyük əlamətin, ehtimalla bir kometanın dəyməsiylə dünyanın dönmə istiqamətinin tərsinə dönməsi nəticəsində reallaşacağı aydın olur. Reallaşacaq olan bu əhəmiyyətli dəyişmədən sonra ard-arda böyük zəlzələlər, qüvvətli fırtınalar baş verəcək, sunamilər meydana gələcək, yerin cazibə qüvvəsi pozulacaq, atmosfer təbəqəsi qalmayacaq, ozon təbəqəsi dağılacaq, bunun nəticəsində kosmosdakı bütün zərərli şüalar dünyaya çatacaq və buna bənzər bir çox təbiət fəlakətləri yaşanacaq, böyük bir ehtimalla da qiyamət müddəti bu şəkildə başlamış olacaq. Fizika qanunlarının ortadan qalxacağı belə bir mühitdə yaşama imkanı olmayacağı üçün, İMTAHAN MÜHİTİ DƏ TAMAMİLƏ BİTƏCƏK. Bədiüzzaman Həzrətlərinin bu əhəmiyyətli və ehtişamlı hadisəni, "tövbə qapısını bağlayan bir ilahi hadisə" olaraq xarakterizə etməsi də, günəşin qərbdən doğulmasının ardından imtahanın ortadan qalxmasına işarə edir.
QİYAMƏTİN GÜNƏŞİN QƏRBDƏN DOĞULMASINDAN 120 İL SONRA QOPACAĞINI İDDİA ETMƏK İSƏ BÜTÜN BU İZAHLARLA ZİDDİYYƏT TƏŞKİL EDƏN BİR ŞƏRHDİR
Allah dünya mühitini imtahana uyğun şəkildə yaratmışdır. Dünyada ağlın iradəsini qaldıracaq hadisələrin reallaşmasına Allah icazə verməz, çünki əks halda imtahana gərək qalmaz. Allah dünyada möcüzə olaraq yaratdığı hadisələri belə bir dünyagörüşünə görə şərh gətirilə bilən şəkildə reallaşdırır. Bunun nəticəsində də, Allah Özünə iman edən, Öz yaratdığı hadisələrdəki dərinliyi, hikməti, incəliyi görə bilən kəslərlə, iman etməyən ya da şübhə içində olan kəsləri bir-birindən ayırır. Səmimi iman edənlərlə, səmimiyyətsiz, ağlı və imanı zəif kəslərin eyni mövqeyə gəlməmələri üçün Allah dünya həyatında ağlın iradəsini qaldıracaq, yəni iradələrini, öz düşünmə və seçmə qabiliyyətlərini ortadan qaldıraraq görər-görməz zəruri olaraq iman etmələrini təmin edəcək hadisələr yaratmır.
Günəşin qərbdən çıxması isə çox möcüzəvi və ağlın iradəsini qaldıracaq bir hadisədir. Bu hadisənin reallaşmasıyla birlikdə artıq imtahan mühiti bitəcək, tövbə imkanı Allahın diləməsiylə qalmayacaq və qiyamət başlayacaqdır.
Ustad Səid Nursi Həzrətləri bu vəziyyəti Beşinci Şüada bu hikmətli aspektləriylə vurğulayır:
Günəşin qərbdən çıxmasından sonra 120 il də həyatın davam edəcəyi iddiasının yanlışlığı iki cəhətlə aşkardır. Birincisi, imtahanın qalmadığı, tövbə imkanının bitdiyi bir mühitdə 120 il həyatın olması Adətullaha uyğun deyil. İkinicisi isə, günəşin qərbdən çıxmasıyla birlikdə dalbadal başlayacaq olan qiyamət hadisələrinin insanın yaşayışına imkan buraxmamasıdır. BÖYÜK ZƏLZƏLƏLƏRİN YAŞANDIĞI, DƏNİZLƏRİN YARILDIĞI, SUNAMİLƏRİN OLDUĞU, ÇOX ŞİDDƏTLİ FIRTINALARIN YAŞANDIĞI, ATMOSFERİN QALMADIĞI, OZON TƏBƏQƏSİNİN QALXDIĞI, VƏ DAHA BİR ÇOX FÖVQƏLADƏ TƏBİƏT FƏLAKƏTİNİN REALLAŞDIĞI BİR MÜHİTDƏ NƏİNKİ 120 İL, HƏTTA 120 SAAT BELƏ YAŞAMAQ MÜMKÜN DEYİL. Belə bir dəhşətli, amma eyni zamanda Allahın şanının ucalığının ən mükəmməl şəkildə təcəlli edəcəyi belə ehtişamlı bir mühitdə OLSA-OLSA ƏN ÇOX 120 DƏQİQƏ YAŞANA BİLƏR. AMMA HADİSƏLƏRİN ŞİDDƏTİ İNSANLARA BU VAXTI 120 İL KİMİ HİSS ETDİRƏCƏK.
Ancaq;
Peyğəmbərimiz (s.ə.v)-in hədisdə bəhs etdiyi "günəşin qərbdən çıxması" ifadəsi təşbehli cəhətiylə də şərh oluna bilər. O zaman da hədis hz. Mehdi (ə.s)-ın zühuruna işarə edir. Bu hədisdə günəşə bənzədilən hz. Mehdi (ə.s.) ola bilər. Necə ki, Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən başqa bir hədisdə də hz. Mehdi (ə.s)-a günəş bənzətməsi edilir.
Günəşin qərbdən çıxması ifadəsindəki qərb sözünün məcazi mənası da, bu hədisin digər hədisi şəriflərlə birlikdə araşdırılması nəticəsində açıqlıq gətirilə bilər. Necə ki, Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən başqa bir hədisdə hz. Mehdi (ə.s)-ın "qərbdən" çıxacağı bildirilir:
Hədisdə hz. Mehdinin "məğrib, yəni Qərb ölkələrinin ən uzaq bölgəsindən" çıxacağı xəbər verilmişdir. Bilindiyi kimi Türkiyə, İslam ölkələrinin ən qərbində yerləşir. Hədisdəki məlumatlar, hz. Mehdinin Türkiyədən çıxacağına işarə edir. Bu hədis nəzərə alındığında günəşin qərbdən doğulacağını xəbər verən hədisi şərifdəki məlumatın da eyni şəkildə hz. Mehdi (ə.s)-ın qərb tərəfindən zühur edəcəyinə işarə etdiyi düşünülə bilər.
Bu təqdirdə, hz. Mehdi (ə.s)-ın zühuru üçün, Peyğəmbərimiz (s.ə.v)-in digər hədislərinə əsaslanaraq hicri 1400-cü ili əsas götürsək, günəşin qərbdən doğuşundan 120 il sonra qiyamət başlayacaq ifadəsi də hicri 1520-ci illərə uyğun gəlir. Səid Nursinin verdiyi tarixlərdə də hicri 1520-ci illər müsəlmanlığın zəifləməyə başlayacağı və küfr sisteminin dünyaya tam hakim olacağı illərdir. Səid Nursinin izahlarına görə də bu illərdən iyirmi-iyirmi beş il sonra qiyamət gözlənilir. (Doğrusunu Allah bilir)