Adnan Oktarın 26 iyun 2011 A9 tv və tv Kayseridəki canlı söhbətindən
Adnan Oktar: Şeytandan Allaha sığınıram, "Halbuki, onların bununla əlaqədar heç bir məlumatları yoxdur. Onlar, yalnız zənnə uyarlar." Xurafatçı dəstəsi nəyə uyurmuş? Zənnə uyur, zənn və təxminlə yalan danışırlar. "Halbuki, həqiqətdə zənn, haqdan yana heç bir fayda verməz." deyir Allah. Zənn ilə olmaz; açıq hökm, möhkəm hökm lazımdır, uydurmaqla olmaz. "Bu halda sən, Bizim zikrimizə arxa çevirən və dünya həyatından başqasını istəməyəndən üz çevir." Qurandan ayrılmışdır adam, xurafata girmişdir. "Dünya həyatından başqasını istəməyəndən üz çevir." Əhli dünyaya yaltaqlıq edir. Allah “Onlardan üz çevirin” deyir.