Monarx kəpənəklərinin immun sistemi
Subaldırğanı çox zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanından uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqlarını hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə malikdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevrildikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü şəkildə bədənlərində qalır. Bu da monarxlara çox gözəl müdafiə təşkil edir. (www.hayvanlaralemi.net )
Yaşıl möcüzə: “Xlorofil”
İnsan saniyənin mində biri ilə saniyənin iki mində biri arasındakı fərqi ayırd edə bilmir. Hər iki müddət insanın anlamayacağı və qavramayacağı qədər kiçikdir. Saniyənin on milyonda biri kimi kiçik olan müddət isə insanın xəyal belə edə bilmədiyi kiçik zamandır. Məhz yarpaqlardakı xlorofil molekulları bu qısa müddət ərzində hərəkətə keçir və möhtəşəm işlər görürlər.
Bir millimetrlik sahə düşünək. Bu sahə bir qələmin ucu qədər kiçik yeri tutur. İndi bu kiçik yerə 500 min xüsusi cihaz yerləşdirək. Bu cihazların hər biri xüsusi dizayna və funksiayaya sahib olsun. Bundan başqa, 500 min cihazı xüsusi sistemlə qoruyaq.
Bəlkə bu ssenari oxunduğu zaman imkansız görünə bilər. Ancaq Allahın yaratması qüsursuz və möcüzəvidir. Yuxarıda bəhs etdiyimiz misal həyatda mövcuddur. Bir yarpağın ortasındakı bir millimetrlik sahədə 500 min xlorofil mövcuddur. Çox qarışıq dizayna sahib olan “xlorofil molekulları” insan həyatı üçün çox vacib funksiyanı yerinə yetirir. (www.bitkidunyasi.net)
Belə hesab edək ki, sizdən xüsusi cihaz hazırlamaq tələb olunur. Hazırlayacağınız cihazın funksiyası su molekullarını parçalamaqdır. Məlumdur ki, su 2 hidrogen və 1 oksigen molekulundan ibarətdir. Hazırlayacağınız cihaz da hidrogen molekulunu oksigendən ayırmalıdır.
Sudakı hidrogen və oksigen atomlarının bir-birindən ayrılması üçün çox böyük partlayış olmalı və ya su molekulları minlərlə dərəcədə qızdırılmalıdır. Suyun 100 dərəcədə qaynadığını düşünsək, ehtiyacımız olan enerjinin miqdarı bizə daha yaxşı aydın olar. Sizdən isə elə bir alət hazırlamaq tələb olunur ki, nə partlayışa, nə də minlərlə dərəcəlik temperatura ehtiyacı olsun. Yeganə enerji qaynağı isə gün işığı olsun. Sizdən tələb olunan və hazırlayacağınız cihazın çox çətin vəzifəsi də vardır. Havadakı karbondioksidi əldə etdiyi hidrogenlə birləşdirmək.
Elm dünyası xlorofilin funksiyalarını müəyyən etməyə çalışır
Bu əməliyyatı həyata keçirən cihaz hazırlasanız elm tarixinə adınızı qızıl hərflərlə yazdıra bilərsiniz. Çünki elm dünyası hələ də yuxarıda bəhs etdiyimiz əməliyyatı bitkilərin necə etdiyini tapmağa və anlamağa çalışır. Məhz “xlorofil” adlanan molekul bu fəaliyyəti reallaşdıran yeganə cihazdır. Xlorofilin dizaynı araşdırıldığı zaman Allahın hər şeyi incəliyinə qədər hesablaması və sonsuz ağılla yaratması daha aydın görünür.
55 karbon, 72 hidrogen, 5 oksigen, 4 azot və 1 maqnezium atomunun xüsusi sıra və dizaynla birləşməsi nəticəsində xlorofil molekulu yaranmışdır. Bu molekulun fəaliyyət göstərməsi üçün hər atomun yerli-yerində olması vacibdir. (Harun Yahya, Yeşil Mucize Fotosentez)
Xlorofilin fəaliyyətini tam şəkildə qavramaq insan ağlının hüdudları xaricindədir. Çünki insan zamana bağlı varlıqdır və müəyyən zaman intervalını qavrayır. İnsan 1 saniyə ilə 10 saniyə arasındakı fərqi dərk edə bilir. O, saniyənin mində biri ilə saniyənin iki mində biri arasındakı fərqi ayırd edə bilmir. Hər iki müddət insanın anlamayacağı və qavramayacağı qədər kiçikdir. Saniyənin on milyonda biri kimi olan müddət isə insanın xəyal belə edə bilmədiyi kiçik müddətdir. Xlorofil cihazı məhz bu qısa müddət ərzində hərəkətə keçir.
Saniyənin milyonda birində baş verən ağlasığmaz reaksiyalar
Məlumdur ki, işıq fotonlardan ibarətdir. Yaşıl yarpaqların içindəki suya toxunan işıq xlorofil cihazına yüklənir. Bu yüklənmə xlorofildəki subatom zərrəcikləri hərəkətə gətirir və orbitlərini dəyişdirir. Bu fəaliyyət saniyənin 10 milyonda biri kimi qısa müddət ərzində reallaşır və subatom zərrəcikləri su molekulundakı hidrogeni oksigendən ayırırlar. Bu fəaliyyət o qədər sürətlə baş verir ki, elm adamları subatom zərrəciklərin hidrogen və oksigeni bir-birindən necə ayırdığını hələ də anlaya bilmirlər.
Ayrılan hidrogenlər ferment və ya katalist adlanan daha böyük, spiral formalı zülal molekulları tərəfindən tutulur. Bu fermentlər onları tutmaq üçün xüsusi formaya malikdirlər. Bunlar hidrogeni içəri qəbul olunan karbondioksidlə elə birləşdirirlər ki, hər iki molekul çox yüksək sürətlə fırlanaraq kimyəvi şəkildə bir-birlərinə qarışır. Bu qəliz fəaliyyəti elm adamları hələ də açıqlaya bilmirlər. Çünki bu sistemi təcrid edərək araşdıran imkanlara sahib deyillər. Onlar sadəcə olaraq ortaya çıxan vəziyyəti qiymətləndirərək faliyyət əsnasında nələr baş verdiyini izah edə bilirlər.
Bir xlorofil molekulunun içində onun necə işlədiyini insanın hələ də anlamadığı sistem vardır. Üstəlik bu sistem saniyənin 10 milyonda biri kimi qısa müddət ərzində reallaşır. İnsan sahib olduğu bütün texnologiyaya, laboratoriyalara baxmayaraq, xlorofil molekulunun bacardığı işi bacarmır. Şübhəsiz, xlorofilin sahib olduğu dizayn və gördüyü iş Allahın nümunəsiz, bənzərsiz yaratmasının və sonsuz elminin dəlillərindən biridir. Quranda Allahın elminin sonsuzluğunu xəbər verən ayələrdən biri belədir:
Sizin ilahınız yalnız Özündən başqa heç bir ilah olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir”. (Taha surəsi, 98)
Bir qələmin ucu bir millimetrlik yer tutur. Bir yarpağın üzərində qələmin ucu böyüklüyündəki sahəyə 500 min xüsusi cihaz, yəni xlorofil yerləşdirilmişdir.