Marksist-Leninist sistemin fikrən məğlub edilməsi Axırzamanın ən mühüm məsələlərindəndir
ucgen

Marksist-Leninist sistemin fikrən məğlub edilməsi Axırzamanın ən mühüm məsələlərindəndir

2352
  • Marksist-Leninist din nədir?
  • Bəzi insanlar nə üçün Marksist-Leninist ideologiyanı dəstəkləyirlər?
  • Bu ideologiyaya qarşı nə üçün dünya miqyasında elmi mübarizə aparılır?
  • Dünya tarixinin ən geniş yayılmış qanlı ideologiyasını yer üzündən kim siləcəkdir?
  • Nə üçün Adnan Oktar kommunizmi “Saxta Mehdiyyət” adlandırmışdır?

Bütün dünyada ziyalı kimi tanınan bir çox jurnalist, yazıçı, sənətkar, siyasətçi və başqa peşə sahibləri həyatlarının mühüm dövrlərini Marksist ideologiyanın təsiri altında  keçirmişdir. Bu insanlar hələ də Ho Çi Minh, Stalin, Çe və Lenin kimi qanlı inqilab liderlərinə heyranlıq duyur, hətta bu azğın insanları dünyanın qəhrəmanları kimi qəbul edirdilər. Marksın portretləri ilə evlərini bəzəyib dünyanı yalnız Marksizm ideologiyasının xilas edəcəyinə inanırlar.

Bu “ziyalı” insanlar Marksist-Leninist sistemi cəmiyyətin elita təbəqəsi hesab edir, dini isə geridə qalmış, feodal sistemin bir hissəsi kimi dəyərləndirirlər. Hətta dindar insanların Marksizm, Leninizm və ya Darvinizm və materializm kimi fəlsəfələri anlamadıqlarını, məhz bu səbəbdən də rədd etdiklərini  iddia edirlər. İmanlı insanların (dini tənzih edirik) din vasitəsilə özlərinə təsəlli verdiklərini, əslində isə din anlayışının tamamilə qədim dövrlərin, feodalizmin uydurduğu və insanları uyuşdurmaq üçün istifadə etdiyi sistem olduğunu irəli sürürlər. Onların fikrincə, yalnız Marksist-Leninist ideologiya bütün dünyaya sülh, firavanlıq, əmin-amanlıq və sevinc gətirəcək və sosial ədalət ancaq bu sistem vasitəsilə bərpa olunacaqdır.

Hazırda bütün dünyada kasıbları əzən, kəndlilərin və işçilərin əmək haqlarını istismar edən, varlılarla yoxsullar arasındakı fərqi ən yüksək səviyyəyə çatdıran vəhşi kapitalizmə əsaslanan bir sistem hakimdir. Marksist-Leninist ideologiyanı dəstəkləyənlər bu sistemdə əzənlər və əzilənlər arasında şiddətli mübarizə getdiyini qəbul edirlər.

Bütün kommunist təşkilatlar, o cümlədən PKK Marksist-Leninist və Stalinist ideologiyanın formalaşdırdığı bu savaşı “xalq savaşı” adlandıraraq özlərini əzilənlərin xilaskarı kimi qələmə verirlər. “Ziyalı” siması altında gizlənən bir sıra yazıçı və siyasətçilər də bu “xalq mübarizəsi”ni dəstəkləyir və PKK terror təşkilatının qalib gəlməsini inqilabçı və kommunistlər üçün zəfər hesab edirlər. Millət, xalq və din məfhumlarını sinif anlayışı ilə əvəz edir, bütün terror hadisələrini isə işçi və ya kəndli ayaqlanması kimi qələmə verirlər. Terror təşkilatlarını da bu üsyana rəhbərlik edən peşəkar ordu hesab edirlər. Halbuki, bu əsassız düşüncələrin arxasında tamamilə başqa həqiqətlər durur.

Marksist-Leninist ideologiyada insan dəyərsiz bir varlıqdır

Marksist-Leninist ideologiyanın tərəfdarları “əzilən insanları xilas etmək” adı altında  böyük kütlələri arxalarında sürükləyirlər. Halbuki, ruhun varlığını inkar edən, insana ali heyvan kimi yanaşan kommunizm ideologiyasının dəyər vermədiyi insanların xoşbəxtliyi, təhlükəsizliyi, rahatlığı əsasında bir sistem qurması mümkün deyildir. İnsanları siniflərə ayıran və bu siniflər səviyyəsində dünyagörüşünə, bilik və bacarıqlara sahib olduqlarını iddia edən bu azğın fəlsəfə siniflər arasındakı amansız qanlı mübarizəni adi hal, hətta vacib hesab edir. Kommunist sistem insana dəyər vermir. Bu sistem “onsuz da sürü böyükdür, birinin əskilməsi sistemin gücünü azaltmır” məntiqinə əsaslanır. Əmək fəaliyyətindən məhrum və ya əlil insanlar bu sistemdə ölümə məhkumdur. Belə insanlar xəstə və zəif olduqları üçün sistemin məqsəd və fəaliyyətlərində yararsız hesab olunurlar. Bağışlama, mərhəmət, vəfa və başqa gözəl xarakterlər bu ideologiyanın tərəfdarlarına tamamilə yad anlayışlardır. Sistem insanların əxlaqına, niyyətinə, psixoloji vəziyyətinə heç bir dəyər vermir. Həyatı mübarizə meydanı adlandıran marksistlər zəif insanları ölümə məhkum edir, sistemin qüsursuz fəaliyyəti üçün bunun vacib olduğunu vurğulayırlar. Fədakarlıq hissindən məhrum olan sistem üzvlərini ancaq öz mənfəət və rahatlıqları maraqlandırır, nəticədə isə cəmiyyətdə geriləmə yaranır. Belə cəmiyyətlərdə mərhəmət anlayışı olmadığı üçün hüzur və sülhdən söz gedə bilməz.

Marksist-Leninist fəlsəfənin əsasında azğın din durur

Lenin hələ Bolşevik inqilabından 11 il əvvəl, 1906-cı ildə “Proletari” jurnalına verdiyi müsahibəsində kommunist partiyanın ideyalarını həyata keçirtmək və uzunömürlü olmaq üçün var gücü ilə daha çox qan tökəcəyini bildirmişdir:

“Partiyamızın fəaliyyətinin əsasında silahlı mübarizə dayanır. Bu mübarizə fərdlər və ya kiçik qruplar tərəfindən həyata keçirilir. Bir qrup inqilabçı təşkilat kimi fəaliyyət göstərir, digər qrup (Rusiyanın böyük bir qismi) heç bir inqilabçı təşkilata məxsus deyil. Silahlı mübarizə bir-birindən kəskin şəkildə fərqlənən iki ayrı məqsədə xidmət edir: bu mübarizənin ilkin məqsədi mülkü şəxslərə, liderlərə, ordu və polis əməkdaşlarına sui-qəsd təşkil etmək, ikincisi isə, həm hökümətin, həm də fiziki şəxslərin pullarına əl qoymaqdır.” (Vladimir I. Lenin, 30 sentyabr 1906, Proletari, Nr. 5)

PKK və digər terrorist təşkilatları, eyni zamanda bu mübarizəni dəstəkləyən “ziyalılar” Leninin bu azğın düşüncələrinə kommunist inqilabın nəzəri və praktik fəaliyyətinə din kimi ibadət edirlər. Özlərini ziyalı kimi qələmə verən bu insanlar yazıları, şərh və cəmiyyətə ismarıcları ilə Marksist-Leninist və Stalinist quruluşu haqlı göstərməyə cəhd edirlər. PKK terrorist təşkilatını “onsuz da onlar bizimlə eyni fikrə, eyni amala xidmət edir, təbii ki, bu təşkilatın qalib gəlməsi, hakim olması Türk inqilabçılarının da qələbə qazanması deməkdir” kimi sözlərlə dəstəkləyirlər.

Qan tökmək və terror hadisələri törətmək Marksist-Leninist ideologiyasının ən əhəmiyyətli dini mərasimlərindən hesab olunur. Müharibə və qətliamlar bu azğın dinə bağlı olan insanların ibadətidir. Marksist-Leninist dininin batil hökmlərindən başlıcası  şiddət və terrordur. Bu hökmlərin yerinə yetirilməməsi azğın dindən uzaqlaşmaq hesab olunur. Belə bir insan Marksist-Leninist ola bilməz, opportunist, yəni dində müşrik olar. Terror hadisələri törədən, günahsız insanları, əsgər və polisləri şəhid edən qarətçi insanlar isə bu dinin “təqva”lıları səviyyəsinə yüksəlir. Bu batil dinə görə ölən terrorist şəhid statusuna yiyələnir, çünki bu insan onların azğın dinlərinə görə canını qurban vermişdir. Cəsədin üzərinə kommunist bayraq örtülməsi, sol yumruqlarını qaldıraraq şüarlar səsləndirilməsi də bu ideologiyanın dini mərasimlərindəndir.

Adnan Oktar: “Kommunizmi sosial cəhətdən tənqid etməklə heç bir nəticə əldə edilməz, elmi mübarizə ilə kökündən məhv etmək lazımdır”

Adnan Oktar: Kommunizmin sosial quruluşunu tənqid etməklə nəticə əldə edə bilməzsən. Kommunistlərlə mübarizədə bu metodun heç bir faydası yoxdur, məğlub olarsan. Kommunizmi fikri mübarizə ilə kökündən çürütmək lazımdır. Bəs kommunizmin təməlində nə dayanır? Dialektik fəlsəfə. Dialektik fəlsəfə isə Darvinizmin üzərində qurulmuşdur. Darvinizmi məhv etmək üçün iki nöqtəyə toxunmaq kifayətdir: 1. Proteinlər, 2. Fosillər. Hazırda dünyada yaşayan heyvanların heç bir təkamül keçirmədiyini sübut edən 350 milyon fosil var. 350 milyon il ərzində heç bir təkamül keçirməyiblər. Bu dəlillər qarşısında darvinistlərin heç bir sübutu yoxdur.  Bir dənə belə keçid fosili göstərə bilməzlər. Bununla Darvinizm yerlə-yeksan olar, çökər. Xromosomlardan heç bəhs etmirəm. Təkcə “Proteinin təasdüfən meydana gəlməsi mümkündürmü?” sualına cavab istəyin. Təbii ki, belə bir fəlsəfəni dəstəkləyən cahil “mümkündür”, deyəcəkdir. Bu zaman bütün darvinistlərin güvəndiyi ən məhşur təkamülçülərdən olan Davkinsin bu suala verdiyi cavabına müraciət etmək lazımdır. Davkins iddia edir ki, zülalı yad planetlilər yaradıb. Yəni bu, zülalın təsadüfən meydana gəlməsi mümkün deyil deməkdir. Burada bənzərsiz bir dizayn mövcuddur, bunun təsadüfən formalaşması mümkün deyil. Çünki bir zülalın meydana gəlməsi üçün başqa zülallara ehtiyac var. Marksizm də heç bir elmi əsası olmayan fəlsəfə üzərində quruludur. Dravinizm elmlə məhv edildikdən sonra Marksizm havada qalır. Təməli olmayan, divarları göydə duran ev kimi. Buna Marksizm tab gətirə bilməz, çökər. (30 noyabr 2011 tarixli A9 TV söhbətindən)

Marksist-Leninist ideologiya dünya tarixində dərin iz qoymuş fəlsəfədir

Olduqca geniş kütlələri arxasınca sürükləyən, milyonlarla insanın həyatına son qoyan dünya tarixinin ən güclü, qanlı və təhlükəli fəlsəfəsi Marksist və Leninist ideologiyadır. Böyük kütlələri təsir altına salan, sözdə elm və fəlsəfəyə əsaslanan belə böyük axına tarixin heç bir dövründə rast gəlinməmişdir. Məhz bu cəhəti ilə ideologiya insanları aldatmağa nail olur.

Marksist və Leninist ideologiya tərəfdarları dinin (dini tənzih edirik)  xurafatlar üzərində qurulduğunu iddia edir, əslində isə bütün elmlərin dayağının din olduğunu isə təkzib edirlər. Öz ideologiyalarının isə tamamilə elmə əsaslandığı fikrini irəli sürürlər (Halbuki, əsl xurafat materializmin mənbəyi olan Darvinizmdir. Darvinistlər şumer əfsanələrindən qaynaqlanan fəlsəfələrini sübuta yetirən heç bir dəlil göstərə bilməzlər). Buna görə də, Marksist və Leninistlər Darvinizmi qoruyub saxlamaq üçün bütün güclərini səfərbər edirlər. Çünki çox yaxşı bilirlər ki, Darvinizmin çürük, xurafatlara əsaslanan bir fəlsəfə olduğu bütün dünyada ifşa olunarsa,  Marksist-Leninist ideologiya çökəcəkdir.

“De: “Əgər bilirsinizsə, (deyin görüm) yer və onun üstündə olanlar kimindir?” Onlar: “Allah`ındır!”– deyəcəklər. De: “Bəs düşünüb ibrət almayacaqsınız?” De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?” Onlar: “Allah`dır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?” De: “Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allah`dır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?” Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar! (Muminun surəsi, 84-90)

Marksizm və Leninizm elmi saxtalaşdırmaqla qətliam və irqçilik siyasətlərinə bəraət qazandırmağa çalışırlar

Marksizm öz ideyalarını həyata keçirmək və qanlı fəaliyyətlərinə bəraət qazandırmaq üçün elmi istədiyi kimi saxtalaşdırır. Məsələn, elmi faktları tarix kitablarından götürüb öz çirkin əməllərində istədikləri kimi istifadə edirlər. Bir çox tarixi nümunələrdən də aydın olduğu kimi, kapitalizm həqiqətən də zalım və vəhşi, kəndli və işçi sinfini əzən  bir sistemdir. Kapitalistlərin böyük  bir qisminin də yalnız öz mənfəətlərini güdən xəsis və eqoist zümrə olduğu da bizə məlumdur. Tarix boyu kapitalizmin gerçək siması hər kəsə bəlli olmuşdur. Marksistlər kapitalizmin bu simasını əllərində bayraq tutaraq sözdə əzilən sinfi xilas etmək üçün şiddəti leqallaşdırmağa çalışır və yalnız qan tökmək və müharibə yolu ilə mübarizə aparmalı olduqlarını, tarixdən nümunələr gətirərək iddia edirlər. Bu fikirlərini əsaslandırmaq üçün də çox güclü təbliğat vasitələrinə əl atırlar.

Kapitalist sistem bəzi irqlərə alçaldıcı münasibət bəsləyir. Marksistlər isə bu azğın siyasəti öz məqsədləri üçün istifadə edirlər. Əslində isə irqi ayrı-seçkiliyin Marksizmin əsasını təşkil edən Darvinizmdən qaynaqlandığını gizlədirlər. Sözdə bir sıra elmi məsləhət və təkliflər irəli sürərək yenə də Darvinist sistemə xidmət edir, lakin yalan vədlərlə bu sistemi dəyişəcəklərinə insanları inandırmağa çalışırlar. Halbuki, İslam dinində insanların irqlərinə görə deyil, təqvalarına görə üstün olduqları Allah`ın açıq-aydın hökmüdür:

“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.” (Hucurat surəsi, 13)

Allah maddi gücə sahib insanların necə davranmalı olduqlarını Nur surəsində belə bildirmişdir:

“Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir.” (Nur surəsi, 22)

Dünyanı dinsizliyə, degenerasiyaya, nifrət və məqsədsiz həyata, müharibələrə sürükləyən Darvinizm heç bir elmi dəlilə əsaslanmadığı halda bütün dünyada qanuni şəkildə qorunub dəstəklənir. Bütün təhsil ocaqlarında gənclər bu azğın və saxta nəzəriyyəni öyrənmək, müəllimlər isə tədris etmək məcburiyyətindədir. Təkamül nəzəriyyəsini inkar edənlər isə ya vəzifəsindən azad edilir, ya da susdurulur. Çünki bütün dünyanı qana bulayan, dinsiz cəmiyyətlər formalaşdırmağa çalışan bu ideologiya dəccalın, yəni şeytanın ən vacib qalalarından birini təşkil edir. Kommunizmin və faşizmin qaniçən liderlərinin bu nəzəriyyəyə bağlılığı və Darvinin fikirlərini əsas götürərək milyonlarla insanın həyatına son qoyduqlarını nəzərə aldıqda, Marksist-Leninist sistemin gücünün böyüklüyünü və nə dərəcədə böyük təhlükə olduğunu daha yaxşı anlayırıq. Bəzi insanların bu nəzəriyyəni təhlükəsiz hesab etmələri, bütün dövlət sistemlərinə daxil olaraq kommunist sistem yaratdığı həqiqətini qulaq ardına vurmaları isə böyük qəflətdir. Bu sistemi yer üzündən silməyin yeganə yolu isə elmi mübarizədir.

Hədislərdən və böyük İslam alimlərinin kitablarından da agah oluruq ki, hazırda yaşadığımız dövr hz.İsanın (ə.s) yer üzünə yenidən qayıtdığı, hz. Mehdinin (ə.s) vəzifəsinin başında olduğu, dolayısı ilə də, dəccalın fitnəsinin, yəni Marksist-Leninist fəaliyyət və hərəkatların ən çox gücləndiyi, geniş vüsət aldığı bir dövrdür. Ancaq bütün bunlara baxmayaraq, geniş miqyaslı elmi fəaliyyətlərin aparılmaması, bəzi həqiqətlərin gizlədilməsi və ya qulaq ardına vurulması və qəflətdən meydana gələn xətalar sözügedən bu təhlükəli sistemin hələ də hakim mövqedə dayanmasına zəmin yaradır. Bu xətaların bəziləri bunlardır:

Siyasi düşüncə və yanaşmalar Darvinizm qarşısında olduqca zəifdir:

Marksist-Leninist fəlsəfəyə qarşı güclü fikri və elmi mübarizə aparılmadığı üçün bu sistem çox güclü fikri hücumlar həyata keçirmək imkanına malikdir. Məsələn, Avropada “Xristian Demokrat” adlandırılan mühafizəkar partiya heç bir ideologiyaya sahib deyil, Marksist ideologiya qarşısında təsirli cavab verə bilməz. Üstəlik, batil üçlü tanrı inancını müdafiə edirlər. Üç Allah (Allah`ı tənzih edirik) olduğunu iddia edən bu inanc Xristianlıqda geniş yayılmış və dinə böyük zərbə endirərək milyonlarla insanın dinsiz olmasına vəsilə olmuşdur. Nəticədə isə mütləq həqiqət olan Allah`ın təkliyinin və dinin təməlini yaradan Allah inancının ağıl və elmə əsaslanan qəti dəlillərlə təbliğ olunmaması böyük fitnələrə səbəb olur. İnsanların imanı sağlam dəlillər üzərində qurulmadığı üçün onlarda inancsızlıq formalaşır və nəticədə hər şeyin təsadüf nəticəsində yarandığını təbliğ edən materializmə doğru sürüklənirlər. Eyni zamanda dünyadakı siyasi partiyaların bir qismi bilərək, digər bir qismi isə bu təhlükədən xəbərsiz halda Darvinizmi müdafiə edirlər.

Təhsil ocaqlarında geniş miqyaslı Darvinizm təbliğatı aparılır:

Dünyanın bütün dövlətləri təhsil müəssisələrində və dərsliklərdə darvinizmin tədrisinə böyük məbləğdə vəsait ayırır. Beləliklə, geniş yayılmış Darvinizm nəzəriyyəsi həm aşkar, həm də dolayı yolla təbliğ edilir.

Marksizm kainatın yaradılışından tutmuş canlıların yaradılışına qədər bütün mövzuları dialektik fəlsəfəyə əsaslanaraq izah edir. Hətta din belə dialektik fəlsəfə ilə izah edilir və (Allah`ı və İslamı tənzih edirik) təkAllahlı dinin hz.Musa (ə.s) dövründə meydana gəldiyini, sonra Xristianlığı yaratdığını və nəhayət, bu iki dinin Müsəlmanlığı formalaşdırdığını iddia edirlər. Bir çox dərsliklərdə din barəsində açıq şəkildə və ya bilavasitə yollarla belə iddialar irəli sürürlər. Materializmin təbliğatı bu qədər geniş yayıldığı halda, sadəcə Quran oxumağı öyrətməklə (Quranı tənzih edirik) heç bir nəticə əldə edə bilmərik. Belə ki, bütün ərəb ölkələrində Quranı çox yaxşı bilirlər, ancaq Darvinist materialist fəlsəfə dövlət tərəfindən rəsmi şəkildə tədris olunur. Dolayısı ilə, bu ölkələrdə Quranı (Quranı tənzih edirik) feodal düşüncənin qalıqları kimi qəbul edənlərin sayı az deyil və ərəb ölkələrindəki kommunistlər böyük kütləni təşkil edirlər. Məhz buna görə də, dövlətlərin dialektik fəlsəfə ilə elmi mübarizə aparması zəruri və həyati məsələdir.

Adnan Oktar: “Kommunizm Saxta Mehdiyyətdir”

Adnan Oktar: Kommunizm bütün cəmiyyətlərdə hüquq bərabərliyi yaradacağını və ədaləti bərpa edəcəyini vəd edir. Bu, Mehdiyyət inancıdır. Mehdiyyətdən götürülmüş düşüncədir. Mehdiyyətdə sevgi ilə, könüllü şəkildə, heç bir zorakılıq olmadan iqtisadi bərabərlik yaradılır.  Kommunizm saxta Mehdiyyətdir. Mehdiyyətin Allah`sız, Kitabsız tətbiqidir. Mehdiyyət isə Allah`ı sevən, Allah`a üstün sevgi ilə bağlanan dünya gözəlliyidir. Bu dünya gözəlliyini kommunizm tam tərsinə çevirmiş, şeytani, Kitabsız, Allah`sız bir ədalət anlayışı ilə tətbiq etməyə çalışır. Allah`sız, Kitabsız olduqdan sonra, bütün mənəvi dəyərləri, sevgini, qardaşlığı, dostluğu, namusu, ailə anlayışını məhv edib maddi imkanlar yaratsan, yemək-içmək versən də insanları mənən məhv edərsən, insanlıq ölər. Peyğəmbərimiz (s.ə.v) hədislərində bildirmişdir ki, Dəccalın vəzifələrindən biri də “yemək dağları yaradaraq” insanları qida bolluğu ilə aldatmaqdır. Ancaq müsəlman onun içində boğular. Müsəlman yeməklə deyil, imanla yaşayır. İman, sevgi, dostluq, qardaşlıq həyatından çıxarılsa, iyrənc bir sistem qalar. Biz bunu istəmirik. “Siz bir işçi ilə, dövlət məmuru ilə eyni hüquqlara sahib olmaq istəmirsiniz?” Bu sistemi isə ancaq Mehdiyyət yaradacaqdır.

Marks isə bu fikirləri Mehdiyyətdən oğurlayıb. Tövratda hz.Mehdinin (ə.s) xüsusiyyətlərini oxuyub öz iyrənc məqsədlərində, Allah`sız, Kitabsız şəkildə tətbiq etməyə çalışmışdır. Tövratda hz. Mehdi (ə.s) haqqında çox geniş bəhs olunur, onun dövründə sosial ədalət, iqtisadi bərabərlik olacağı qeyd olunur. Marks isə şeytanın təsiri ilə dəccal kimi ortaya çıxmışdır. Dəccal Mehdiyyətə zidd olan sistemdir. Mehdiyyəti Allah`sız, Kitabsız tətbiq etmək istəyənə dəccal deyilir. Allah`a böyük sevgi duyaraq, Allah eşqi ilə həyata keçirənə isə Mehdi deyilir. Hazırda Mehdiyyətlə dəcaliyyət arasında böyük elmi və fikri mübarizə gedir. (Adnan Oktarın 8 noyabr 2011 tarixli A9 TV reportajından)

Darvinizm və materializmi dəstəkləyib, lakin “Marksizm və Leninizmin əleyhinəyəm” demək olduqca məntiqsiz davranışdır

Darvinist və materialist sistemi dəstəkləyən və ya bu sistemin dövlətlərin ən kiçik müəssisələrinə qədər daxil olduğunu qulaqardına vuran insan “Mən müsəlmanam, bu kifayətdir” desə, çox səmimiyyətsiz davranar. Çünki onsuz da Darvinizm və materializm dini inkar edən sistemdir. Əgər dini inkar edən bu sistemə qarşı müsəlmanam deyən şəxs fikri mübarizə aparmırsa, Marksizm və Leninizm kimi azğın sistemləri qəbul etdiyini dilə gətirməsə belə, artıq bu sistemi dəstəkləyənlər sırasındadır. Buna görə də, dövlətlər qəti şəkildə bu sistemlə mübarizəyə başlamalıdır, darvinizm və materializmin saxtakarlıqlarını ifşa edib, elmi həqiqətləri, zülalın təsadüflərlə izahı mümkün olmayan quruluşunu, paleontoloji dəlillərin təkamülü inkar etdiyini nümunələrlə göstərməlidir. Bu fəaliyyətlər, elmi mübarizə materialist ideologiyanı tamamilə tarixdən siləcəkdir.

Müsəlmanların böyük əksəriyyətinin bu sistemə daxil olması isə olduqca böyük təhlükədir. Çünki antik nağıllara əsaslanan bu nəzəriyyənin gücü təktərəfli təbliğat əsasında formalaşır və heç bir mübarizə ilə rastlaşmadığı üçün bütün dövlət qurumlarına asanlıqla daxil ola bilir. Hazırda bütün dövlətlərdə təsadüflərə əsaslanan bu ideologiyanın dərin hörmətlə qarşılanması və hakim mövqe tutmasının əsas səbəblərindən biri də, bir çox müsəlmanın bu mövzuya biganə yanaşmasıdır.

Marksist-Leninist sistemin çökdüyünü, bu ideologiyanın tarixdən silindiyini iddia edən insanlar böyük qəflət içindədirlər

Dünyanın bir çox yerində insanlar arasında geniş yayılmış düşüncələrdən biri də Sovet İttifaqı ilə Marksist-Leninist sistemin tarixdən silinməsidir. Marksist-Leninist ideologiyanı dəstəkləyən insanların sayca çox az olduqlarını iddia etmək böyük səhvdir. Çünki bu fəlsəfə bütün Avropa, Amerika və Asiyanı cənginə alan böyük təhlükədir. Və bu fəlsəfəni dəstəkləyən hər bir insan irqindən, milliyyətindən, etnik mənsubiyyətindən asılı olmayaraq, dünyanın hansı nöqtəsində olursa olsun, bir-birlərinə dəstək olan “tək millət”dirlər. Allah bir ayəsində belə bildirmişdir:

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.” (Ənfal surəsi,  73)

Ayədə də bildirildiyi kimi, inkarçıların tək millət halında hərəkət etməsi, bir-birlərini hər mövzuda dəstəkləmələri, əslində, bu sistemin dağılmadığını, əksinə çox güclü olduğunu göstərir.

Marksist-Leninist ideologiya bütün dünyada böyük qırğınlar törədərkən, məsum müsəlmanları var gücü ilə yer üzündən silməyə çalışarkən, bütün dünyanı əzab və göz yaşına qərq edərkən bu ideologiyanın çökdüyünü iddia etmək,  bütün bu vəhşiliklərə göz yummaq, susmaq fikrən məğlub olmaq deməkdir. Quran əxlaqına zidd olan hadisələr qarşısında səmimi müsəlmanın susması mümkün deyil, bu vəziyyəti düzəltmək üçün var gücü ilə çalışar, ağıllı və hikmətli qərarlar qəbul edərək ən etidallı şəkildə fikri və elmi mübarizəyə qoşular. Əks halda, Marksist-Leninist düşüncənin dünyanı əhatə edən təbliğatı altında əzilər və məğlubiyyətə düçar olarlar. Üstəlik, zəif imanlı, savadsız insanlar da dəccaliyyətə qalib gəlməyin mümkün olmadığına və buna görə də bu fikirlərin hakim mövqedə yer tutduğuna inanırlar. Nəticədə, Marksist Leninist düşüncəni dəstəkləyənlərin sayı artır. Bu da, fitnə və qarışıqlıqların sərhədsiz yayılmasına səbəb olur. Halbuki, Allah ayəsində bütün müsəlmanlara “Fitnə aradan qalxana qədər vuruşun!” (Bəqərə surəsi, 193) deyə əmr etmişdir. Əlbəttə ki, müsəlmanlar elmlə, fikrən vuruşaraq, mübarizə aparmalıdırlar.

Hz. Mehdi (ə.s) Marksist-Leninist ideologiya ilə fikri mübarizə aparacaq və bu ideologiyanı bütünlükdə yer üzündən siləcəkdir

Bədizzaman həzrətləri Darvinizm və materializmin Axırzamanda daha da güclənəcəyini və dəccaliyyətin də bu güc üzərində qurulacağını və çox geniş yayılacağını, ancaq hz. İsanın (ə.s) və hz. Mehdinin (ə.s) elmi mübarizə ilə bu fitnələri aradan qaldıracağını bildirmişdir. O, Hz. Mehdinin (ə.s) birinci vəzifəsinin Darvinizm və materializmi fikrən və elmi mübarizə yolu ilə kökündən məhv etmək olduğunu öz əsərlərində açıq şəkildə yazmışdır. Bədiüzzamanın da bildirdiyi kimi, hz. Mehdi (ə.s) bu vəzifəsini qüsursuz yerinə yetirəcək, Darvinizm və materializmi çökdürəcək və insanların imanlarının xilas edilməsinə vəsilə olacaqdır.

Birincisi: Fənn və fəlsəfənin təsəllütü ilə (təsiri ilə) və Maddiyyun və Tabiiyyun TAUNU (materializm, darvinizm və ateizm epidemiyası), bəşər içinə intişar etməsi ilə (insanların arasında yayılması ilə), hər şeydən əvvəl fəlsəfəni və maddənin fikrini tam susduracaq bir tərzdə imanı qurtarmaqdır. Əhli-imanı zəlalətdən mühafizə etmək (iman edənləri azğınlıqdan qorumaq) ... (Emirdağ Lahikası, sf. 259)

Peyğəmbərimiz (s.ə.v) də Darvinist və materialist fəlsəfəni dəstəkləyən insanlarla və ya bu ideologiyanın təsiri altında olan zəif imanlı və təkəbbürlü insanların hz. Mehdinin (ə.s) təbliği qarşısında məğlub olacaqlarını bildirmiş, hz. Mehdinin (ə.s) dinsizliyin təməli olan Marksist-Leninist fəlsəfəni elmi və mədəni fəaliyyətləri ilə tamamilə məhv edəcəyini və insanları dinə, Quranın əxlaqına döndürəcəyini müjdələmişdir:

Allahpərəstlik nəfspərəstliyə çevrildikdən sonra hz. Mehdi  (ə.s) gələcək və nəfspərəstliyi Allahpərəstliyə çevirəcək. Quran düşüncələrə uydurulduqdan sonra Hz. Mehdi (ə.s) gəlib düşüncələri Qurana uyduracaqdır. (Nəhc-ül bəlağa, feyz’ül islam nəşri, s. 424-425)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr