Dendrit hüceyrələri təqlid edilərək kompüterlər üçün qoruma sistemi inkişaf etdirildi
ucgen

Dendrit hüceyrələri təqlid edilərək kompüterlər üçün qoruma sistemi inkişaf etdirildi

2218

Son dövrlərdə təbiətdə olan sistemlər təqlid edilərək bir çox texnoloji məhsul, sistem və mexanizm inkişaf etdirilir. Bu fəaliyyətlər texnologiya sahəsini inkşaf etdirməklə yanaşı canlı həyatı bənzərsiz bir sənət və qüsursuz tərzdə yaradan Allahın sonsuz yaratma gücünün dəlillərini bir daha gözlər önünə sərir. İngiltərədəki Nottingham Universitetindən bir qrup elm adamının apardığı tədqiqatlar da bunun nümunələrindən biridir.

İmmunitet sisteminin hücuma məruz qalmış hüceyrələrə etdiyi müdaxilə ingilis elm adamlarının kompüter şəbəkələrini virus və xakerlərdən qorumaq üçün inkişaf etdirdikləri yeni üsula ilham qaynağı oldu.

Bu üsul kompüter alimi Uve Ekelin (Uwe Aickelin) və qrupu tərəfindən inkişaf etdirildi. Sözü gedən sistem virus hücumuna məruz qalmış kompüterlərdən gələn “çətin vəziyyət” siqnallarını eşidərək fəaliyyət göstərir. Sistemin məqsədi isə kompüter şəbəkələrini e-mail viruslarının və xidmət hücumlarının zərərlərindən qorumaqdır. 1

Təxminən on ildən bəri eyni qoruma sistemləri hazırlanır, bu sistemlər üçün insan bədənindəki immunitet sistemi təqlid edilərək ağ qan hüceyrələrinin yad molekullardan (virus, bakteriya, parazit kimi) özlərini qoruma xüsusiyyətlərindən istifadə edilirdi. Amma bir virusun adi bir e-mail görünüşündə sistemə daxil olaraq təhlükəli fəaliyyət həyata keçirməsinin qarşısını alacaq bir həll hələ tapılmamışdı.

Həll kompüter alimi Uve Ekelin (Uwe Aickelin) və qrupundan gəldi. İngilis elm adamları insan bədənindəki immunitet sisteminin bədənə daxil olan yad molekullara dərhal hücum etmədiklərini, ancaq problem meydana gəlməyə başladığı vaxt hücum etdiklərini müşahidə etdilər və yeni qoruma sistemlərini bu xüsusiyyətə əsaslanaraq inkişaf etdirdilər.

İnsandakı immunitet sistemi həqiqətən də bədənə daxil olan bəzi yad molekullara, məsələn, qida olaraq alınan zülallara hücum etməz. Hamilə bir qadının immunitet sisteminin dölə hücum etməməsi də buna bir nümunədir. Bu molekulların yad olmalarına baxmayaraq bədənə zərərli olmadıqlarını müəyyən edənlər isə immunitet sisteminin ön cəbhə əsgərləri olan dendrit hüceyrələridir. Kəşf edən elm adamları da onsuz da bu müdafiə hüceyrələrini tədqiq etmişdilər.

Bədəndəki hüceyrələr ölərkən “çətin vəziyyət siqnalı” verərlər. Bu siqnallar ön cəbhədəki dendrit hüceyrələri tərəfindən qəbul edilər. Ancaq dendrit hüceyrələri hər çağırışa deyil, yalnız müəyyən bir səs aralışında olan həyəcan çağırışlarına cavab verərlər. Yeni təhlükəsizlik sistemi də immunitet sisteminin bu xüsusiyyətinə əsasən qurulmuşdur. Sistemin proqramı eynilə dendrit hüceyrələri kimi davranaraq kompüter şəbəkəsini gözdən keçirər və şəbəkə nəqliyyatındakı və ya xəta (error) vermə bildirişlərinin sayındakı fövqəladə artımı araşdırır. Əgər bu təhlükə siqnalları əvvəldən təyin olunmuş həddi aşarsa sistem həyəcan verməyə başlayır.

Yaxşı, onda elm adamlarının təqlid etdikləri bu hüceyrələr şüur sahibi olmadıqları halda faydalı molekulları zərərvericilərdən necə ayırd edə bilirlər? Bəzi yad molekulların özləri üçün zərərli olmadığını haradan bilirlər?

Əslində bu sualların cavabı çox sadədir. Hüceyrə öz-özünə heç bir təsbit edə bilməz. Hansı siqnalın, hansı səsin nə mənaya gəldiyini kortəbii şəkildə bilə bilməz. Hansı molekulun faydalı, hansının zərərli olduğunu öz-özünə anlaya bilməz. Hüceyrələr ancaq Allahın ilhamı ilə hərəkət edər, Allahın izni ilə fəaliyyət göstərə bilərlər. 

Hüceyrələrin bədəni təhlükələrə qarşı bu qədər üstün və kompleks bir sistemlə qorumağı öyrənməsi hüceyrənin üstün bir ağıl və güc tərəfindən yaradıldığının açıq bir dəlilidir. Onlarla elm adamının bir araya gələrək, texnologiya, ağıl, elm və məlumatla ancaq təqlid edə bildiyi bir sistemin şüur, bilik və ağıl sahibi olmayan molekullar tərəfindən özbaşına meydana gəldiyini iddia etmək, əlbəttə ki, böyük bir məntiqsizlikdir.

Allah ayələrində belə buyurur:

Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 17-18)

 

QAYNAQLAR:


1. New Scientist, How Our Body's Defences Aid Computers in Distress, 19 May 2006, səh. 32. 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr