De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)
Ayədə Allah'ın hər şeydən xəbərdar olduğu, Ondan xəbərsiz heç nəyin baş vermədiyi və hər insanın Allah'ın onun üçün yazdığı qədəri yaşadığı xəbər verilir. Dünya yaranandan bu günə qədər hər iş - insanların doğulması da, ölməsi də Allah'ın izni ilə, Onun təyin etdiyi şəkildə və vaxtda baş verir.
Ayənin davamında möminlərin yalnız Allah'a təvəkkül etməyinin lazım olduğu bildirilir. Dünyada baş verən və insanların nəfslərində meydana gələn hər bir vəziyyət Allah'dan kənar olmadığına görə hər zaman Rəbbimizə təvəkkül etmək, Allah'ın qullarından istədiyi və insanın yaradılışına ən uyğun davranışdır. Möminlər hər şeyin Allah Qatında yazılı olduğunu, Allah'ın yazdıqlarıdan başqa heç nəyin olmayacağını, necə, harada və hansı işlə məşğul olursa olsunlar, Allah'ın bunlardan xəbərdar olduğunu, sonsuz ağılla yaradılmış qədərə tabe olduqlarını bilirlər. Bu həqiqəti bilmək və qədərdə olanları rahatlıqla yaşamaq, Allah'a iman etməyin gətirdiyi sonsuz gözəlliklərdən biridir. Allah'ın kainatdakı bütün varlıqlar üzərindəki hakimiyyətini və özü üçün daim hər şeyin ən doğrusunu, ən gözəlini, ən xeyirlisini yaradacağını bilən mömin, bütün qəlbi ilə Ona təslim olar. Buna görə də həmişə rahat olar.
Qarşılaşdıqları hər hadisəni Allah'ın yaratdığına və Allah'ın hər şeyi ən gözəl və ən xeyirli şəkildə nəticələndirəcəyinə iman edən möminlər, yaşanmış və ya yaşana bilən hər cür hadisə qarşısında çox səbirli və təvəkküllü davranırlar. Bu saleh davranışlarının qarşılığını da axirətdə ən gözəl şəkildə alacaqlarına ümid edirlər.