Hörmətli Adnan Oktarın A9 və Kayseri telekanallarındakı canlı söhbəti
(17 aprel 2011, 00:30)
Adnan Oktar: Allah Ənfal surəsinin 73-cü ayəsində belə deyir: "İnkar edənlər bir-birlərinin vəlisidirlər". Bir-birləriylə ittihad ediblər, bir-birlərinin köməkçisidirlər, birliklərdir. Məsələn, Birləşmiş Millətlər Təşkilatı ola bilər, başqa bir mason təşkilatı ola bilər, başqa şəkildə ola bilər, ittihad edirlər, birləşirlər. Yaxud NATO kimi bir şeylər yaradırlar. Baxın, Allah: "İnkar edənlər bir-birlərinin vəlisidirlər" deyir. Bunun içində inkar etməyənlər də olur, lakin əsasən inkar edənlərin əlindədir, idarəsindədir. "Əgər siz bunu müsəlmanlar olaraq etməsəniz (bir-birinizə yardım etməz və dost olmasanız)", İslam Birliyini qurmasanız, bir-birinizə kömək etməsəniz, həmrəyliklə ortaq hərəkət etməsəniz, birlikdə məsləhətləşməsəniz, birlikdə hərəkət etməsəniz, "yer üzündə fitnə və əleyhinizdə böyük fəsad baş verər". İndiki dövrdə bu oldu mu? Oldu. İslam aləmi fəsada uğradı mı? Uğradı. Tək-tək asanlıqla işğal edilir mi? Edilir. Allah ayədə nə deyir? "İnkar edənlər ittihad edərlər, bir-birlərini qoruyarlar" deyir. Siz də ittihad edin, birləşin, İslam Birliyini yaradın. "Əgər siz bunu etməsəniz (bir-birinizə yardım etməz və ittihad etməsəniz) yer üzündə fitnə və böyük fəsad baş verər". “Məhv olarsınız” deyir. Fitnə bütün İslam aləmini bürüdü mü? Bürüdü. Fəsad oldu mu? Oldu. Aradan götürə bilirlər mi? Bilmirlər. Çünki Allahın hökmünə əməl edilmir. Buna görə, Bədiüzzaman “İslam Birliyi ən böyük fərzdir” demişdir. Lakin insanlar öz sistemlərini yaratmış, kef və zövq içində arxalarına yaslanırlar. Arvadı sarımsaq əzir, o orada qəhvə maşını ilə qəhvə üyüdür, o orada salat hazırlayır, oğlan universitetə gedəcək onun dərdiylə məşğul olur, qızının cehizi ilə məşğul olur... İşlərində, güclərindədirlər.