Nəfəs alma prosesi insanda refleks olaraq baş verir. Bəzi canlıların isə refleks olaraq nəfəs almağa ehtiyacları yoxdur. Məsələn, delfinlər üçün bu, şüurlu hərəkətdir. Bizim yeriməyə qərar verməyimiz kimi, onlar da nəfəs almağa qərar verirlər. Nəfəs almaq üçün səthə çıxdıqları zaman ciyərlərinin 80-90%-ini hava ilə doldururlar. Bu miqdarda hava onların uzun müddət ehtiyaclarını təmin edir. Yatarkən havaya ehtiyaclarının olması isə onlar üçün problem deyil. Delfinlər beyinlərinin sağ və sol yarımkürələrini 15 dəqiqəlik fasilələrlə istifadə edirlər. Belə ki, beyinin bir hissəsi yuxuda olarkən digər hissəsi canlının səthə çıxıb hava alması üçün aktiv olur.
Dünyada mürəkkəb xüsusiyyətlərə malik yeganə canlı insan deyil. Araşdırıb tədqiq etdiyimiz hər yer göydə uçan və ya dənizin dərinliklərində yaşayan bir-birindən mürəkkəb və müxtəlif canlılarla doludur. Bunların bir-birindən fərqli yaradılmaları aləmlərin Rəbbi olan Allahın hikmətidir. İnsan bir canlının suda nəfəs almasını, havanı ciyərlərinə müəyyən nisbətdə qəbul etməsini təmin edə bilməz. Gecə yatarkən ona beyin yarımkürələrinə nəzarət etmə qabiliyyətini verə bilməz. Yatarkən ölməməsi üçün istifadə etməli olan sistemi ona öyrədə bilməz. Dünyadakı heç bir canlıya yaşadığı mühitə ən uyğun xüsusiyyətləri verə bilməz. İnsan bunu özü üçün də edə bilməz.
Şüurlu varlıq olaraq insanın reallaşdıra bilmədiklərini şüursuz təsadüflərin etməsi isə, şübhəsiz ki, mümkün deyil. Təsadüfləri ilahiləşdirən, bütün varlıqların təsadüfən meydana gəldiklərini müdafiə edən təkamül nəzəriyyəsi hər gün aşkara çıxan mükəmməl sistemlər qarşısında tamamilə süquta uğramışdır.
İnsana və dünyadakı bütün varlıqlara həyat verən, hər birinə yaşamaları üçün müxtəlif imkanları nemət olaraq bəxş edən uca Allahdır. Bu nemətlərlə daim qarşılaşan insan Rəbbimizin üzərimizdəki rəhmətini və nemətini düşünüb Ona yönəlməlidir.
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır. (Bəqərə surəsi, 164)
Adnan Oktarın "Al Bilad Daily" və "News Rescue" da yayımlanan məqaləsi:
http://www.albiladdaily.com/articles/%D9%82%D8%AF%D8%B1%D8%A9-%D8%A7%D9%84%D9%84%D9%87-%D9%81%D9%8A-%D9%83%D9%84-%D8%A7%D9%84%D8%A3%D8%B4%D9%8A%D8%A7%D8%A1/#.WZ3flJMjHcM