8/62- Əgər onlar səni aldatmaq istəsələr, bil ki, sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.
Hər hansı bir şəkildə yoldan döndərməyə, təsirsiz hala gətirməyə çalışsalar, axırzamanda hz. Mehdi (ə.s)-a işarə edir, inşaAllah.
8/63- Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir.
Allah “bölünməni qaldırdım”, “sizi birləşdirdim tək bədən etdim” deyir.
8/64- Ey Peyğəmbər, sənə və səni izləyən möminlərə Allah yetər.
Axırzamanda işarə olaraq, “Ey Mehdi, sənə və səni izləyən möminlərə Allah yetər”
8/65- Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır.
Möminləri təşviq et, elmi mübarizəyə, cəhdə, İslam Birliyinə, Türk İslam Birliyinin qurulmasına təşviq et. İnkar edənlər mədəniyyət, ağıl, düşüncə olaraq zəifdirlər. Onları çox asanlıqla təsirsiz hala gətirə bilərsiniz. Siz onlara məlumatla, ağılla, düşüncəylə qalib gələrsiniz.
(Adnan Oktarın 27 avqust 2010-cu il tarixli müsahibəsindən şərhlər)