Dünyada yaşayan bütün insanlar həqiqi xoşbəxtliyi tapmağın yollarını axtararlar. Hər birinin xoşbəxt olmaq üçün bir hədəfi vardır. Bəzisi zəngin olduğunda, bəzisi yaxşı bir işə girdiyində, bəzisi sevdiyi insanla evlənə bildiyində, kimisi istədiyi estetik əməliyyatını etdirə bildiyində, kimisi universiteti qazandığında xoşbəxt olacağını düşünər. Məqsədinə çatdığında isə axtardığı xoşbəxtliyi ya tapa bilməz, ya da çox qısa davam edən və özünü təmin etməyən bir xoşbəxtlik olduğunu görər. Bu dəfə başqa bir hədəfdən yapışar. Onu əldə etdiyində xoşbəxt ola biləcəyini düşünər. Halbuki bu günə qədər bu yollarla gerçək mənada xoşbəxtliyi tapa bilən bir insan olmamışdır. Ən xoşbəxt olduğunu düşünən insanın belə içini sıxan, düşünməkdən qaçdığı, ona narahatlıq verən saysız mövzusu vardır.
Həqiqi xoşbəxtlik, hüzur, daxili sevinci və rahatlıqsa, yalnız Allahın zikriylə mümkündür. Allah bu həqiqəti bir ayədə belə bildirir:
Bunlar, iman edənlər və ürəkləri Allahın zikriylə mutmain olanlardır. Xəbəriniz olsun; ürəklər yalnız Allahın zikriylə mutmain olar. (Rəd surəsi, 28)
Bu, Allahın Quranda bizə bildirdiyi çox əhəmiyyətli bir sirrdir. Bir çox insan bu həqiqətdən xəbərsiz, yuxarıda danışdığımız şəkildə yaşayar. Dünya nemətləriylə kifayətlənməyə çalışar. Əsla ölməyəcəkmiş kimi, hesab günüylə qarşılaşacağını düşünmədən ehtirasla dünyaya aid dəyərlərə sahib olmaq üçün məşğul olar.
Ancaq bu, böyük bir aldanışdır. Bu insanların sahib olduqları heç bir şey həqiqi hüzur və xoşbəxtlik qazandırmaz. Yalnız Allaha könüldən bağlanan, Onun şəfqətinin, mərhəmətinin, üzərilərindəki qorumasının fərqində olan möminlər mutmain bir həyat yaşaya bilərlər. Gördüyü hər hadisədə, eşitdiyi hər danışıqda Allahı zikr edən, Allahın yaradılış dəlillərini görərək Onu anan bir insanın ürəyinə Allah bu rahatlığı verər. Bu səbəbdən insanların daxili rahatlığını və ya hüzur və xoşbəxtliyi başqa yerlərdə axtarmaları boşunadır.