Dünya Yaxın Şərqdə bir-birinin ardınca gələn fəlakətlərlə qovrularkən, Suriya və İraqda baş verənlərə həll axtararkən, İŞİD-in adını və təhdidini tez-tez eşitdiyimiz o günlərdə Qərbi Afrikada yaşanan ayrı bir dram vardı. Ebola yoluxucu xəstəliyi yayılmış, iki ölkəni əsir almış, üçüncü ölkə Nigeriyaya da sıçramışdı. Son dəqiqə xəbərlərində İraqdakı partlamalar, Suriyadakı bombardmanlar, Livandakı qarışıqlıqların arasında bir də davamlı olaraq dəyişən bir statistika yer alırdı. Hər həftə eboladan ölənlər siyahısına yüzlərlə insan əlavə olunurdu.
Dünya bu hadisəyə elə çox diqqət etmirdi. Çünki problem Qərbi Afrikaya aid idi. İnsanlığın tərk edildiyi, istismar edilən, unudulmuş diyarlardı. Ebola, virus ilə hər hansı bir şəkildə təmasda olan hər şəxsə yoluxur və müalicə tapılmırdı. Qrip və ya qızdırma üçün edilən müalicələrin cavam verməsi gözlənilir, lakin hər yerə yoluxucu xəstəlik yayıldığı üçün ölümlərə mane olmaq mümkün olmurdu.
Dünya Səhiyyə Təşkilatı Afrikada illərdir tanınan, lakin hazırda önünə keçilməyən bir qatil olan ebolanın müalicəsi mövzusuna pul ayırmağa o qədər də isti yanaşmadı. Çünki xəstəliyin geniş yayıldığı iki ölkə Liberiya və Syerra Leone Afrikanın ən yoxsul ölkələrindəndi və bəzi zehniyyətlərə görə bu ölkələrin səhiyyə sektoru mənfəət gətirənə bənzəmirdi. Belə ki, Beynəlxalq Səhiyyə İnstitutunun rəhbəri Fransis Kolinz (Francis Collins) “əgər büdcə kəsilməsi olmasaydı, ebola peyvəndi çoxdan tapılmışdı” açıqlamasını verdi və əlavə etdi: “Xəstəliyə pul ayrılsaydı, hazırda olduğumuz vəziyyətdən bir və ya iki il irəlidə olardıq və bu da hər şeyi dəyişdirərdi.”1
Hazırda Qərbi Afrikada ebola nəticəsində ölü sayı 5000 nəfərə çatıb, iki ölkəyə gediş-gəliş dayandırılıb, ölkə iqtisadiyyatları çöküb. Xəstəliyin gələn ilin sonuna qədər onsuzda yoxsul olan Qərbi Afrika iqtisadiyyatına 32 milyard dollarlıq bir təsiri olacağı bildirilir. Daha neçə nəfərin həyatına bais olacağı isə bilinmir və ebola hələ səbəbi də, çıxış yolu da tapılmamış bir xəstəlikdir. Nə anlaşıla bilir, nə də qarşısı alına bilir.
Aylarla səssizcə minlərlə can alan ebola artıq dünyanın gündəmindədir. Bunun səbəbi isə ABŞ və Avropada ebola xəstələrinə rast gəlinməsidir. Ebola sadəcə təmas ilə keçən bir xəstəlik olduğundan həmin xəstələrin öz ölkələrinə çatana qədər təmas etdikləri yerlər, şəxslər, bu şəxslərin təmasda olduqları digər şəxslər ssenarini daha qorxunc vəziyyətə salır. Səhiyyə təşkilatları artıq bu fəlakətdən danışırlar. Tanınmış qəzetlər xəstəliyi başlıqdan mövzu etməyə, dünya şöhrətli kanallar vasitəsilə mövzu haqqında səlahiyyətliləri danışdırmağa başladılar. Dünya Səhiyyə Təşkilatı ebolanı son dövrün ən ciddi səhiyyə böhranı olaraq təqdim etdi.2
Ebola, həqiqətən də, son dövrdə dünyanın qarşılaşdığı qorxunc və nadir rast gəlinən fəlakətlərdən biridir. Hazırda ABŞ və Avropada xəstəliyin daşıyıcılarının olması bu fəlakətin dünyanın müxtəlif yerlərinə yayıldığını göstərir. Dünya Afrikada iki ölkə fəlakət yaşamadan, bu qədər can itkisi olmadan, bu mövzuya diqqət göstərməli idi. Əgər bu laqeydlik “bizə toxunmasa, nə olursa olsun” məntiqindən qaynaqlanırsa və ya maddi qayğıların nəticəsidirsə, bu xatırlatmanı təkrarlayaq: Terror, xəstəliklər və fəlakətlər xərçəng xəstəliyi kimidir. Gün gələr, bütün vücuda yayıla bilər. Buna görə də “öz irqim, öz ölkəm, öz gələcəyim” biganəliyi ilə deyil, “insanlıq” deyərək sahib çıxmaq lazımdır.
İndi dünyaya yayılan bu gizli fəlakətlə bağlı görüləcək tədbirlər var. Hər şeydən əvvəl xəstəliyin yayıldığı üç Qərbi Afrika ölkəsində təcrid mövzusunda ayrı və xüsusi bir çalışma həyata keçirilməlidir. ABŞ-ın o bölgələrə son dövrdə səhiyyə qrupları göndərdiyi məlumdur. Lakin bundan başqa, xəstəliyin yayılmasının qarşısını almaq üçün təşxis edilən şəxslərin, xəstəlikləri müddətində heç bir şəkildə xarici dünya ilə əlaqə qurmayacaqları, lakin olduqca rahat olacaqları, çox yaxşı qayğı görəcəkləri xüsusi bir bölgə ayrılmalıdır. Bunun qurulma və tətbiq edilmə şərtləri Avropa və ABŞ-da tətbiq edilən təcrid şərtlərində olmalıdır. Bunun üçün də Qərbin addım atması zəruridir.
Fransis Kolinz ebola mövzusundakı şikayətlərin ardınca xəstəlik mövzusunda araşdırmalar üçün konqresdən təcili əlavə vəsait təyin olunmasını tələb etmişdi. Lakin konqres nümayəndələrinin bu mövzuda heç də həvəsli olmadığını əlavə etmişdir. Əllərindəki mövcud büdcə ilə ən təcili çıxış yollarını tapmağa çalışdıqlarını, lakin ən labüd ssenariya görə dekabr ayında kliniki təcrübələrə başlanacağını və dərmanın fayda verib vermədiyinin ancaq fevral və ya martda anlaşıla biləcəyini bildirmişdir. Bu, olduqca uzun bir mərhələdir. Sadəcə bir neçə ay ərzində minlərlə şəxsin öldüyü diqqətə alınarsa, belə bir ssenarinin nə qədər dəhşətli nəticələrə səbəb olacağını təxmin etmək çətin deyil.
İndi İraq və Suriyadakı hədəflər üçün sadəcə bir neçə dəqiqədə milyardlarla silah-sursat tədarükü görən ABŞ-ın bu tədarükün çox azını edərək ebola bəlasına çarə tapa biləcəyi aydındır. Nə ABŞ, nə də Afrikada dünyanın heç bir yerində bu qorxunc xəstəlik səbəbindən daha çox canın itirilməsini istəmərik. Lakin təcili tədbirlər alınmasa, xəstəlik dünyanın dörd tərəfinə yayılacaq.
Dünyanın bənzərsiz fəlakətlərlə üzləşdiyi bu günlərdə gənc-yaşlı, müsəlman-xristian, qadın-kişi-uşaq ayırd etmədən hər millətdən hər kəsi vura bilən, sadəcə əlinizdə tutuduğunuz bir stəkandan belə yoluxa bilən xəstəliyin nəticələri qorxunc ola bilər. Afrikanı görməzdən gəlməyin fəlakəti daha da böyütdüyü açıqdır. Dünya hegemonu ABŞ və digər ölkələr xəstəliyin müalicəsi mövzusunda böyük büdcə ayırmalı və bu mövzunu bir nömrəli gündəm mövzusu etməlidirlər.
Adnan Oktarın Arab Newsda nəşr olunan məqaləsi: