Ustad Səid Nursi həzrətləri Əmirdağ lahiqəsində, 1956-cı ili münafiq sistemin dünya səviyyəsində çöküşünün başlanğıc ili olaraq ifadə etmişdir.
… Əgər şəddə iki nun sayılsa, oxunmayan həmzələr və (ye) də sayılsa, 1376 (1956-1957) edərək, bu zülmətli nifaqın (dinsizlik və zülmə söykənən, ikiüzlü münafiq sistemin) sükut mərtəbəsinə (susma, sona çatma dərəcəsinə)... (Emirdağ Lahikası (1), Mektup no: 15)
Bədiüzzaman həzrətləri buradakı “bu zülmətli nifaqın sükut mərtəbəsinə” sözləri ilə, 1956-cı ilin, zalımanə küfr sisteminin, münafiqliyin, darvinist-materialist sistemin dağılmasının miladi başlanğıcı olduğunu ifadə etmişdir. Həqiqətən də, 1956-cı ildən sonra İslam aləmində böyük bir irəliləmə görülmüşdür.