DARVİNİZMDƏN QAYNAQLANAN BƏLALAR:
KOMMUNİZM, FAŞİZM, SATANİZM, PKK VƏ TERROR.
BÜTÜN AZĞIN İDEOLOGİYALARIN KÖKÜNDƏ DARVİNİZM DAYANIR
Darvinizm, kommunizm, materializm, şiddət, və terror bir –birindən ayrılmaz vəhdətdirlər. Darvinizm insanları heyvan olaraq gördüyü üçün bu anlayışı qavrayan, mənimsəyən insanları üsyana, münaqişəyə, səviyyəsizliyə, eqoistliyə və əlaqsızlığa yönəldir. İnsanı insan edən dəyərlərdən- din əxlaqından, ailədən, namusdan və şərəfdən, mərhəmətdən- uzaqlaşdırır. Həyatın mübarizədən ibarət olduğunu təlqin etməklə, onları hər hansı bir azğın ideologiya və cərəyanı izləmələrinə səbəb olur. Darvinizmi əsas götürən cərəyanlar, keçən əsrdə ən böyük dağıntılara, müharibələrə, terror aktlarına, kütləvi qətliamlara, soyqırımlara səbəb olublar. Darvinizm bütün dünyaya kommunizmi, faşizmi, müharibələri və terror bəlasını gətirib. 150 il müddətində cərəyan edən hər cür pisliyin, problemin bələdçisi darvinizmdir.
Darvinizm, kommunizm və terror bir-birindən ayrılmazdır
Türkiyə dövlətinin bölünməzlik və bütövlüyünü hədəf alan ən təhlükəli təhdid olan separatçı terror birbaşa kommunist ideologiyaya əsaslanır. Materialist və darvinist olan bu ideologiya əxlaq, müqəddəslik və mənəviyyat kimi anlayışları rədd edir, insanların sadəcə maddi varlığını əsas götürür və onları bir qrup heyvan növü kimi görür. Tarix boyu kommunist və faşist diktatorlar öz ideologiyalarını və törətdiklərini darvinizmlə dəstəkləyiblər. Karl Marks, darvinizm ilə kommunizmin əlaqəsini belə bildirmişdi:
"Darvinin əsəri böyük əsərdir. Tarixdə baş verən sinfi mübarizənin təbiət elmləri cəhətindən əsasını formalaşdırır." (Marks Engels Mektublar, cild 2, s.126)
Lenin isə belə deyib: "Marksın nəzəriyyəsi təkamül nəzəriyyəsinin, ən düşünülmüş, ən tutarlı, tam mənası ilə müasir kapitalizmə tətbiqidir." (Robert M. Young, Darwinian Evolution and Human History) Karl Marks, Darvinin “Növlərin Mənşəyi” kitabına olan heyranlığını bu sözlərlə ifadə etmişdir:
"BİZİM FİKİRLƏRİMİZİN TƏBİİ TARİXİ ƏSASINI TƏŞKİL EDƏN KİTAB (Darvinin “Növlərin Mənşəyi” kitabı) BUDUR." (Marks və Engels, Məktublar, s. 426)
Kütləvi qətllər törədən qanlı Çin kommunizminin diktatoru Mao əsaslandığı azğın ideologiyanı açıq şəkildə ifadə etmişdir:
"ÇİN, SOSİALİZMİNİN ƏSASINİ DARVİNDƏN VƏ TƏKAMÜL NƏZƏRİYYƏSİNDƏN GÖTÜRÜR" (K.Mehnert, Kampf um Mao's Erbe, Deutsche Verlags-Anstalt, 1977)
Stalinin isə sözləri belədir:
“Gənc nəsillərə … üç şeyi öyrətməliyik: Dünyanın yaşını, geoloji mənşəyini və DARVİNİN TƏLİMLƏRİNİ” (Kent Hovind, The False Religion of Evolution, http://www.royalse.com/scroll/evolve/ndxng.html)
Terror darvinizmə əsaslanan separatçı ideologiyaların öz hədəflərinə çatmaq üçün istifadə etdikləri təsirli üsuldur. Kommunist liderlər terroru əvəzolunmaz bir silah kimi dostlarına məsləhət görürdülər. Separatçı terror təşkilatının istifadə etdiyi bütün yollar öz istiqamətini kommunist ideoloq və liderlərin tövsiyələrindən götürmüşdür. Bu liderlərdən biri olan Leninin də diqqətçəkici terror təlimatları vardır:
"Polisləri, əsgərləri, dövlət məmurlarını öldürmək, dövlət qurumlarında yanğınlar çıxarmaq... Dövlətin xəzinələrini talamaq...İnqilabçı kommunist qüvvələr yenilməz silahlı güc kimi ortaya çıxmalıdır. İnsanları öldürmək, bombalamaq, binaları partlatmaq və bu yolla qorxu yaratmaq, cəmiyyət üzərində kommunist diktatorluğu qurmağın və iqtidarı ələ keçirməyin əhəmiyyətli ünsürlərindəndir." ("Vladimir Lenin, Teorik ve Pratik Terör Hakkında", Homizuri G.P., Moskova 2005)
Darvinizmlə qidalanan PKK terror təşkilatı ən böyük bəlalardan biridir. Uşaq qatili olan Abdulla Öcalan Darvinin azğın təlimlərinə qarşı duyduğu heyranlığını belə ifadə edir:
“Ümumiyyətlə insan olmayan bütün canlı varlıqlarda davam edən təkamül, insan cəmiyyətində qavrama və özünüifadə ilə şüurlu şəkildə davam edir. İnsan növünün Homo Sapiens tipində müasir dil quruluşuna yol açan qavrama müddətindəki sıçrama iradəli cəmiyyətin formalaşmasına imkan vermişdir. Vəhşi cəmiyyətin mövcud olduğu mərhələdə insan qrupları bir növ inkişaf etmiş heyvan cəmiyyətinin səviyyəsində yaşayırdı"
“PKK marksizm-leninizm prinsiplərinə uyğun bir inkişaf yolu keçmişdir. Məlumdur ki, bundan sonrası isə ətlə dırnaq kimi bir-birindən ayrılmayan bu miras üzərində həyata keçəcək.”
Darvin türklərin yer üzərindən silinməsini müdafiə edən bir irqçidir
Təkamül nəzəriyyəsini ortaya atan Çarlz Darvin canlıların və insanların inkişafını həyat uğrunda mübarizə anlayışı ilə əsaslandırmışdır. Ona görə təbiətdə daima yaşamaq uğrunda vəhşi mübarizə və daimi bir qarşıdurma vardır. Darvin qarşıdurmanın insan irqləri arasında da labüd olduğunu bildirib. Bu qarşıdurma nəticəsində aşağı irqlərin sıradan çıxdığını və bu yolla mədəniyyətin inkişaf etdiyini iddia edirdi. Darvinin oğlu tərəfindən qələmə alınan “Çarlz Darvinin həyatı və məktubları” adlı kitabda Darvinin türk milləti haqqındakı sözləri bu şəkildə ifadə olunur:
"Təbii seleksiyaya əsaslanan mübarizə, mədəniyyətin inkişafına sizin zənn etdiyinizdən daha çox fayda verir (təmin edir). Hələ də bu şəkildə davam etdiyini sübut edə bilərəm. Fikirləşin ki, çox deyil, bir neçə yüz il əvvəl AVROPA TÜRKLƏR TƏRƏFİNDƏN İŞĞAL OLUNDUĞU ZAMAN avropalılar çox böyük risk altında qalmışdı, amma bu fikir bü gün çox gülünc səslənir. Avropa irqi kimi tanınan daha mədəni irqlər,yaşamaq uğrunda mübarizədə türkləri məğlub etdilər. Dünyanın yaxın gələcəyinə baxdığımız zaman, SAYI ÇOX OLAN AŞAĞI İRQLƏRİN ƏKSƏRİYYƏTİNİN MƏDƏNİLƏŞMIŞ VƏ DAHA YÜKSƏK SƏVİYYƏLİ İRQLƏR TƏRƏFİNDƏN YOX EDİLƏCƏYİNİ GÖRÜRƏM." (Francis Darwin, The Life and Letters of Charles Darwin, Vol. I, 1888. New York: D. Appleton and Company, s. 285-286)
Darvin açıq şəkildə nəcib türk millətinin yaxın zamanda avropalılar tərəfindən yox ediləcəyini irəli sürmüşdü. Bu işi avropalıların icra edəcəyinə ümid etdiyi üçün onları "mədəniləşmiş yüksək irqlər" kimi təsvir edir, türk millətini isə "aşağı irq" kimi qəbul edir. Bu azğın darvinist anlayış, təkcə Türkiyədə 30.000-dən çox şəhidə, PKK-nın viran qoyduğu evlərə, 1980-ci ildən əvvəl baş verən anarxiyaya və hələ də davam edən terror bəlasına görə məsuliyyət daşıyır. “Elm və Texnika” jurnalı çox doğru qeyd edir: Dünyada hal-hazırda baş verən böyük bəlalar və problemlərin bələdçisi DARVİNİZMDİR. Darvin cəmiyyətə ancaq zülm, müharibə, qətliam, ölüm, mənəvi böhran, terror və bəla gətirmişdir.
Darvinizm tarixin ən böyük yalanı və bütün qanlı ideoloqiyaların əsas mənbəyidir.
Bəlalar ancaq anti-darvinist təhsil sisteminin tətbiq olunması ilə bitər.
Dünyada həqiqətlər bu şəkildə olmağa davam etdiyi halda , əsgərlərin darvinizmlə qidalanan terrora şəhid verdikləri halda, kommunizm və faşizm kimi azğın ideoloqiyaların dünya tarixinin ən qanlı səhifələrini yazdıqları halda, materialist və darvinist zehniyyətdə olan insanları bir yerə toplayıb, onların darvinizm haqqında fikirlərini hələ də təbliğ etmək ağlasığmazdır. Nəcib, dəyərli və əsilzadə türk millətini YOX ETMƏYİ hədəf alan Darvini və bütün dünyaya bəla gətirən kommunizm, faşizm və PKK terrorunun əsasını təşkil edən darvinizmi dəstəkləmək çox təhlükəlidir. Üstəlik, dövlətin əli ilə, materializmi maddi dəstəyi ilə, bunu media yolu ilə müdafiə etmək olduqca təhlükəlidir. Bu gün darvinizm bütün elm sahələri tərəfindən rədd edilir. Yerin təbəqələrindən 250 min fərqli növə aid 100 milyondan çox fosil çıxarılmışdır. Bu fosillərin BİR DƏNƏSİ BELƏ ARA KEÇİD FORMASI DEYİL.
Qısa olaraq, 100 milyon fosil DARVİNİZMİ RƏDD EDİR VƏ YARADILIŞI DƏSTƏKLƏYİR. Tapılan fosillərin hər biri mükəmməl, qüsursuz və bu günə qədər dəyişməmiş canlılara aiddir. Bugün sübuta yetirilib ki, bir zülal belə təsadüfən yaranmayıb. 1 milyon ensiklopediya səhifəsi qədər məlumat daşıyan möhtəşəm molekul DNT darvinizmin bütün iddialarını məhv etmişdir. Artıq məlumdur ki, təbii seleksiya ilə canlılara yeni məlumat əlavə oluna bilməz, mutasiyalar isə sadəcə mövcud qüsursuz quruluşa zərər verir. HAL-HAZIRDA DARVİNİZMİ DƏSTƏKLƏYƏN BİR DƏLİL BELƏ YOXDUR. Məlumdur ki, bu əlacsızlıq qarşısında darvinistlər yenə də insanları inandırmaq üçün SAXTAKARLIQ EDİR, SAXTA FOSİL DÜZƏLDİB, YARADILIŞI SÜBUT EDƏN FOSİLLƏRİ GİZLƏDİRLƏR. Darvinistlərin bütün saxta oyunlarının üstü açılsa da, HEÇ BİR ELMİ ƏSASI OLMADAN darvinist təbliğat davam edir. Elmi sübutu olmayan, qanlı terroru dəstəkləyən darvinizm dinini müdafiə etmək, türk düşməni Darvini tərifləmək türk xalqını aldatmaqdır. İnsanlar darvinizmin bir yalan olduğunu, elmi yöndən də məğlub edildiyini bilir. Elmi həqiqətlər qarşısında insanları bu yalana inandırmaq nəticə verməyəcək. Qısası, bütün elmi həqiqətlər işığında darvinizmin əridiyini qəbul etmək lazımdır. Terror bəlasından qurtulmaq yalnız anti-darvinist təhsil və anti-darvinist təbliğatla mümkündür.