14 avqust 2009 tarixində “Sansürsüz” verilişində virusların mutasiya keçirməsinin təkamül nəzəriyyəsinə dəlil olmaması fikri səslənmişdir. İştirakçılardan Nadir Halvacıoğlu donuz qripi və quş qripi kimi xəstəliklərin viruslarının öz-özünə meydana gəldiyini demişdir.
Viruslar məlum olan canlı hüceyrələrindən fərqli olan orqanizmlərdir. Sağ qalmaq üçün mütləq başqa bir canlı hüceyrəsinə ehtiyacları var.
Viruslar orqanları olmayan zülal örtüklərindən ibarətdir. Viruslarda DNT və RNT molekulları vardır və bu molekullarda bəzən mutasiyalar meydana gəlir.Viruslarda meydana gələn mutasiyaların digər canlı hüceyrələrində meydana gələn mutasiyalardan fərqi odur ki, viruslarda meydana gələn mutasiyaların çoxu virusların özlərinə zərər verməməsidir. Çünki viruslar təkbaşına funksional xüsusiyyətə sahib deyildirlər, fəaliyyət göstərə bilmələri üçün mütləq bir başqa hüceyrəyə yerləşib ondan faydalanmalıdırlar. Lakin digər orqanizmlər üçün vəziyyət fərqlidir. Məsələn, eyni mutasiyalar başqa bir hüceyrədə yaranarsa, o bakteriya dərhal xəstəliyə tutulub, məhv olacaq.
Darvinistlər viruslarda meydana gələn mutasiyaları öz nəzəriyyələrinə dəlil göstərməyə çalışırlar. Bunun üçün tək dayaq nöqtələri bu mutasiyaların virusa zərər verməməsidir. Halbuki mutasiyalar nə qədər çox yaranırsa-yaransın, viruslar heç bir şəkildə başqa bir canlıya çevrilmirlər. Bu mutasiyalar nəticəsində milyonlarla ildir ki, heç bir virusda mərhələ-mərhələ orqanlar meydana gəlmir və virus hüceyrə nüvəsinə çevrilmir. Viruslar yarandıqları andan etibarən DNT saxlayan zülal örtükləri olaraq qalıblar. Çünki mutasiyalar DNT quruluşuna yeni bir məlumat əlavə edə bilmir və canlıya yeni xüsusiyyətlər qazandıra bilmir. Bundan başqa, viruslarda yaranan mutasiyalar yalnız müəyyən bir genetik mərkəzin ətrafında dolanan genetik dəyişmələrdir.
Viruslarla əlaqədar verilişdə bəhs edilən digər mövzu isə donuz qripi kimi virus qaynaqlı xəstəliklərin özbaşına yarana bilməməsi həqiqətidir. Donuz qripinə gətirib çıxaran və insanlara da keçən A/H1N1 virusu quş qripi, insan qripi və donuz qripi viruslarının birləşməsi ilə yaranmış bir virusdur. Bu virusun yaranması üçün çox əhəmiyyətli bir şərt vardır. A/H1N1 virusu ancaq donuzların tənəffüs yollarındakı qəbuledicilərdə meydana gələ bilər. Yəni donuzların tənəffüs yollarındakı xüsusi qəbuledicilər olmadan təbiətdə bu virus öz-özünə meydana gələ bilməz. Buna görə də Nadir Halvacıoğlunun bu mövzuda verdiyi məlumat yanlışdır. Bundan əlavə, A/H1N1 virusunun bu qəbuledicilərdə meydana gəlməsi üçün yuxarıda sadaladığımız 3 virusun, yəni quş qripi, donuz qripi və insan qripi viruslarının mükəmməl quruluşları olmalıdır. Buna görə də burada öz-özünə əmələ gələn bir canlıdan söhbət etmək olmaz.
Uca Allah hər canlını mükəmməl yaratmışdır və canlılar heç bir dəyişiklik keçirmədən ən mükəmməl şəkildə yaradılmışlar.