Bir çox insanlar Darvinin təkamül nəzəriyyəsini adi bir elmi mövzu kimi qəbul edirlər. Halbuki əksinə, təkamül nəzəriyyəsinin verdiyi mesajlar tarix, fəlsəfə, siyasət kimi bir çox elm sahələrinə təsir etmişdir. Çünki təkamül nəzəriyyəsi insanın və bütün digər canlıların bu dünyada necə yarandıqları sualı ilə əlaqədardır və bu suallara verilən cavab istər istəməz insanın və cəmiyyətin bütün dünya görüşünü dəyişdirir. Başda materialist fəlsəfə olmaq üzrə canlıların yaradılmadıqlarını iddia edən təkamül nəzəriyyəsi bütün ateist fikirlərin ısasını meydana gətirmişdir. Elm tərəfindən yalan hesab edilməsinə baxmayaraq həllə də həqiqət kimi təqdim edilməsinin arxasında yuxarıda dediyimiz fikirlər yatır.
Təkamül nəzəriyyəsinin yaxşı bilinməyən digər tərəfi isə 19-cu əsrdə inkişaf edən və 20-ci əsrdə də təsirləri hələ də davam edən Avropa imperializminin əsasının qoyulmasıdır. Nəzəriyyənin qurucusu olan Darvin bildiyimiz kimi insanların meymunabənzər canlılardan yarandığını iddia etmişdir. Bu iddianı ortaya atarkən insan irqləri arasında böyük bərabərsizlik olduğunu, bəzilərinin çox yüksək səviyyədə təkamül keçirdiyini, bəzilərinin isə hələ də "yarı meymun" vəziyyətində olduğunu iddia etmişdir. Darvin Avropalıları "ali irqlər" hesab etmiş, "yarı meymun millətlər" arasında isə, başda Türk Milləti olmaq üzrə o dövrdə Avropalıların mübarizə apardığı digər millətləri göstərmişdir. Bu axmaq nəzəriyyəyə əsasən, Avropa imperializmi bu millətləri müstəmləkə əsarətində saxlamaq və hətta kölələşdirməyi hədəfə almışdır.
Darvinin İrqçiliyi
Darvinin irqçiliyi, inkişaf etdirdiyi təkamül nəzəriyyəsinin təbii nəticəsidir. Bildiyimiz kimi, darvin insanların meymuna bənzər canlılardan yarandığını və bu günki vəziyyətlərinə gəldiklərini iddia etmişdi. Ancaq Darvinə görə bu xəyali təkamül zamanı "təbiət tərəfindən inkişaf etdirilmiş irqlər" yaranmışdır. Bu fikirini, məşhur Növlərin Mənşəyi adlı kitabında vurğulamışdı. Darvinin kitabının adı belə idi:" Təbii Seçmə Yolu ilə Növlərin Əmələ Gəlməsi və ya Yaşama Uğrunda Mübarizədə Əlverişli Fərdlərin Saxlanması"
Darvinə görə inkişaf etmiş irqlər Avropalı irqlər idi. Bütün Asiyalı və Afrikalı irqlər isə Darvinə görə təkamül müddətində geridə qalmış irqləri meydana gətirirdilər. Darvinin bu fikirləri təkamül nəzəriyyəsinin "elmi" görünüşü altında 19. əsrdə böyük tərəfdar qazandı. Darvin, irqçi fikirlərinin çoxunu Descent of Man (İnsanın Mənşəyi) adlı kitabında açıqlamış, Benjamin Farringtonun dediyi kimi bu kitab "insan irqləri arası bərabərsizlik" haqqında bir çox şərh vermişdir. (Farrington, What Darvin Really Səid, London: Sphere Books, 1971, s. 54-56)
Darvin, İnsanın Mənşəyi (Descent of Man) adlı kitabında bəzi maraqlı irqçi fikirlər irəli sürmüşdür. Kitabında zəncilər və Avstraliyalıları qorilla ilə eyniləşdirmiş, sonra da bunların "mədəni irqlər" tərəfindən zamanla yox ediləcəklərini bildirərək belə demişdi:
"Bəlkə də əsrlər sürməyən yaxın gələcəkdə, mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcək və onların yerinə keçəcəklər. Digər tərəfdən isə insanabənzər meymunlar belə ələnəcəklər. Beləcə insan ilə ən yaxın qohumları arasındakı boşluq daha da genişləyəcək. Bunun sayəsində Avropalı irqlərdən daha mədəni irqlər yaranacaq, zəncilərdən, Avstraliya yerlilərindən və qorillalardan daha geridə olan babın meymunları qalacaq." (Charles Darvin, The Descent of Man, 2. nəşr, New York, A L. Burt Co., 1874, s. 178)
Darvinin Türk Düşmənçiliyi
Mövzunun ən əhəmiyyətli tərəfi isə Darvin Türk Millətinin "aşağı irqlər" arasında olduğunu hessab etməsi idi! Darvin, W. Grahama yazdığı 3 İyul 1881-ci il tarixli məktubunda irqçi düşüncəsini belə ifadə edirdi:
"Təbii seleksiyaya söykənən döyüşün, mədəniyyətin irəliləyişinə sizin zənn etdiyinizdən daha çox fayda təmin etdiyini və təmin etməkdə olduğunu göstərə bilərəm. Düşünün ki, bir neçə əsr əvvəl Avropa Türklər tərəfindən zəbt edildiyində, Avropa millətləri nə qədər böyük bir təhlükə ilə qarşı-qarşıya gəlmişdir, indi isə bu çox axmaq bir düşüncədir. AVROPALI İRQLƏR OLARAQ BİLİNƏN MƏDƏNİ İRQLƏR, HƏYAT MÜBARİZƏSİNDƏ TÜRK BARBARLIĞINA QARŞI QALİB GƏLMİŞLƏR. Dünyanın çox da uzaq olmayan gələcəyinə baxdığımda, BU CÜR AŞAĞI İRQLƏRİN ÇOXUNUN MƏDƏNİLƏŞMİŞ YÜKSƏK İRQLƏR TƏRƏFİNDƏN YOX EDİLƏCƏKLƏRİNİ GÖRÜRƏM." (Francis Darvin, The Lifə and Letters of Charles Darvin, cild 1. New York, D. Appleton and Company, 1888. s. 285-86 )
Bu sətirləri yazan Darvin, əlbəttə Müsəlman Türk Millətinin hər mənada "geride qalmış" bir millət olmadığını bilirdi. Türk Millətinin tarixdə qurduğu böyük dövlətlər xüsusilə də Osmanlı Dövlətinın ortaya böyük bir mədəniyyət və üstün bir əxlaq qoyduğunu bilirdi. Avropalılar ən qədimdə, Türklərin və digər Müsəlman millətlərin elmdə, tibbdə, texnologiyada və cəmiyyət nizamında çox üstün olduqlarını bilirdi. Amma yenə də Türk Millətini qəsdli olaraq "ibtidai irq" olaraq təyin edir və elə göstərməyə çalışırdı.
Darvinin bu qəsdli irqçiliyinin arxasında yatan ən əhəmiyyətli hədəf isə, həqiqətdə 19. əsr Avropa imperializminə xidmət edə bilmək idi. Avropa dövlətləri o dövrdə Osmanlı İmperatorluğunu parçalama və paylaşma fikrində idilər və Darvin Osmanlının əsl ünsürü olan Türk Millətini "ibridai irq" saymaqla bu imperialist plana yeni bir hökumət hekayəsi uydurmuş oldu.
Darvin: İngilis İmperializminin səbəbkarı kimi
Təkamül nəzəriyyəsinin qurucusu olan Çarlz Darvin əslində Avropa imperializminin ən əsas səbəbkarı idi. Darvini və Darvinizmi yaxından araşdıran şərhçilər bu gerçəyə diqqət çəkmişdilər. Məsələn Çinli ictimai alim Kenneth Hsu Darvini "Victoria İngiltərəsinin" yəni İngilis imperializminin zirvədə olduğu Kraliça Victoria dövrünün elmi dayağı sayırdı. Hsuya görə Darvin Victoria dövrü üçün ideal bir elm adamı, Çinə zorla tiryək sata bilmək üçün bu ölkəni işğal edən, sərbəst ticarət və ən güclülərin həyatda qalması qaydasına əsaslanan ölkənin elmi dayağı kimi görürdü. (Kenneth J. Hsu. Geology, Aprel, 1987, s. 377)
Darvin başda İngiltərə olmaq üzrə Avropalı dövlətlərin imperializmini dəstəkləmişdir, çünki ortaya atdığı nəzəriyyə ilə birlikdə Avropalı ağ irqləri "üstün irq" elan etmiş, digər irqlərin isə "yaşamaq uğrunda mübarizə"də Avropalı irqlər tərəfindən istismar edilməsini haqlı göstərmişdir. Darvinin bu nəzəriyyəsi olduqca böyük bir təsir yaratmışdır. Hindli Antropoloq Vidyarthi bu mövzu ilə əlaqədar belə demişdir:
"Darvinin ortaya atdığı 'ən güclülərin həyatda qalması' düşüncəsi, insanın mədəni təkamül keçdiyinə və ən üstün addımın, Ağ Adamın Mədəniyyəti olduğuna inanan ictimai alimlər tərəfindən coşğuyla qarşılandı. Bunun nəticəsi olaraq, 19. əsrin ikinci yarısındakı Qərbli elm adamlarının çox böyük bir qisimi irqçiliyi şiddətlə mənimsədilər." (Lalita Prasad Vidyarthi. Racism, Science and Pseudo-Science. Unesco, France, Vendôme, 1983. s. 54)
Darvinin Türkləri hədəfə alan sözləri isə, İngilis imperializminin Osmanlı İmperatorluğuna qarşı etdiyi mübarizənin ifadəsi idi.
Osmanlı Dövlətinə Qarşı İmperialist Plan
Darvinin Türklərə qarşı "aşağı irq" ya da "yox ediləcək millət" kimi təhqirlər yönəltdiyi dövr, Qərb ilə Osmanlı İmperatorluğunun əlaqəsi baxımından çox kritik bir dövr idi. Osmanlı İmperatorluğu 19. əsrin əvvələrindən etibarən ciddi torpaq itkinlərinə məruz qaldı. Balkanlardakı azlıqlar bir-bir üsyan etdilər. Rusiya isə Krım və Qafqaz kimi bölgələri mərhələli şəkildə işğal etdi. Bu dövrdə İngiltərə və Fransa kimi Qərb güclər isə zaman zaman Osmanlı İmperatorluğunu dəstəkləyərək pərdə arxası siyasət yeridirdilər, çünki Rusiyanın inkişafına qarşı Osmanlını bir tarazlıq ünsürü olaraq görürdülər.
Ancaq İngiltərə və Fransanın bu siyasəti, 1870-ci illərdə dəyişməyə başladı. 1878-ci ildəki Berlin Konqresi isə tarixçilərin ortaq fikirinə görə, tam bir dönüş nöqtəsi oldu. Çünki bu Konqresdən sonar İngiltərə və Fransa Rusiya ilə əlbir olaraq Osmanlı İmperatorluğunu parçalayıb bölüşmə strategiyasına başladılar. İngiltərə uzun müddətdir ki, gözünü tikdiyi Misiri 1882-ci ildə işğal etdi. Bu işğal dövründə Türk düşməni olan İngilis Lord Gladstone Londonda Türklərlə əlaqədar bir broşura nəşr etdirmiş və Osmanlını pisləyən broşurada "Türklərin məhv edib alçaltdıqları vilayətlərdəki bütün istismarlarını ortadan qaldırmaq üçün ən yaxşı yol olaraq paltarlaını yığıb uzaqlaşmaları." çağırışını etmişdi. (Alan Palmer, Bir Çöküşün Yeni Tarixi, Yeni Əsr Tarix Silsilə, s. 232)
İngiltərə Misiri işğal etdikdən sonra Fransızlar Əlcəzair və Tunisi işğal etdilər. Bu addımlar Trablusgarp və Balkan Döyüşləri və I. Dünya Müharibəsi nəticəsində sona çatdırıldı və Osmanlı torpaqlarının çox böyük hissəsi İngiltərə və Fransa arasında paylaşdırıldı. Türk düşməni Lord Curzon bu hadisələr əsnasında belə deyirdi:
"Türklər Avropadan atılmalıdır. ABŞlı senator Lodgenin dediyi kimi İstanbul Türklərdən tamamilə alınmalı, bir vəba toxumu olan döyüşlərin yaradıcısı, qonşuları üçün bir alçaldılma olan Türklər Avropadan silinməlidir." (Erol Ulubelen, İngilis Gizli Sənədlərində Türkiyə, Müasir Yay., s. 210)
İngilis Xarici işlər Naziri Lord Kitchener Balkan Döyüşlərindən sonra məmnuniyyətini "Türklərin çöküşü tamamlanmışdır" sözü ilə ifadə etmişdi. (Erol Ulubelen, İngilis Gizli Sənədlərində Türkiyə, Müasir Yay. s. 121) Darwinin "Avropalı irqlər olaraq bilinən mədəni irqlər, yaşamaq uğrunda mübarizəsində Türk barbarlığına qarşı qalib gəlmişdir. Dünyanın yaxın gələcəyinə baxdığımda, bu cür aşağı irqlərin çoxunun mədəniləşmiş yüksək irqlər tərəfindən yox ediləcəyini görürəm" şəklindəki sözləri, imperialistlərin yürütdükləri siyasətə uyğun gəlirdi. Darvin bu sözləri 1881-ci ildə İngiltərənin Misiri işğal etməsi zamanı söyləmişdi. Aydındır ki, Victoria İngiltərəsinin stratejistleri ona Misir işğal edilməsi ilə "Türkləri də yox edəcəkləri" ni xəbər vermiş və bu plana elmi dəstək tapmasını istəmişlər. Darvin "yaşamaq uğrunda mübarizə", "irqlər arasındakı təbii seçmə" kimi elmi anlayışlardan istifadə edərək "Türkləri yox etmə" hədəfinə zəmin hazırlamağa çalışdı.
Sevr xəyalları
Halbuki bildiyimiz kimi bu hədəf məqsədinə çata bilmədi. İngilis-Fransız ittifaqının, yanlarına Yunanlılar kimi kiçik ünsürləri də qataraq tətbiq etdikləri "Türkləri yox etmək" planı, Sevr müqaviləsinə əsasən yerinə yetirildi, amma reallaşmadı. Türk Milləti öz gücünü ortaya qoyaraq, bu plana qarşı qəhrəmanlıqla müqavimət göstərdi, Milli Mübarizəni təşkil etdi və qalib gəldi.
Ancaq yenə bilindiyi kimi, "Türkləri yox etmə"yə yönəlik bu imperialist plan heç bir zaman kənara qoyulmadı. Bir sıra Qərb qüvvələri "Sevri canlandırmaq" həvəslərindən əsla imtina etmədilər. Bu gün hələ də bir qismi bu hədəfin arxasınca qaçır, bölücü terrora qanad gərərək Türkiyənin milli və mənəvi dəyərlərini hədəfə alaraq Sevri diriltmə planlarını yaşadırlar. Maraqlı olan isə Darvinizmin hələ bu planda əhəmiyyətli bir yer tutmasıdır. Darvinizm bundan 140 il əvvəl "Türkləri yox etmə" planına, "Türk milləti aşağı irqdir" kimi bir iddia ortaya ataraq dəstək vermişdi. İndi isə Türk Millətini, ona dəstək olan milli və mənəvi dəyərlərdən qoparmağı hədəfləyən materialist fəlsəfəni dəstəkləyərək hədəfə alır. Müsəlman Türk Millətinə ateizm və materializm kimi batil inancları təlqin etməyə çalışaraq, "Türkləri yox etmək" planına bir başqa istiqamətdən dəstək verir.
İşin ən qəribə tərəfi isə bəzi Türk elm adamlarının da böyük bir qəflət içində bu nəzəriyyəyə sahib çıxmalarıdır. Bu elm adamları, heç bir elmi dayağı olmadığını bildikləri Darvinizmi israrla müdafiə edir, həqiqətdə böyük bir tarixi günahı öz üzərilərinə götürürlər.