Qəsas surəsi; 37-41 (Atəşə çağıran öndər fironun "İnsanlar Nilin palçıqlarından törədi" deyərək yandırdığı böyük fitnə atəşi)
ucgen

Qəsas surəsi; 37-41 (Atəşə çağıran öndər fironun "İnsanlar Nilin palçıqlarından törədi" deyərək yandırdığı böyük fitnə atəşi)

2258

Adnan Oktarın Tv Kayseridəki canlı reportajı (13 fevral 2011)

 

Adnan Oktar: Qəsas surəsi, 37, şeytandan Allaha sığınıram; "Musa dedi ki: "Rəbbim, kimin Özündən bir hidayətlə gəldiyini və bu (dünya) yurdun(un) nəticəsinin kimə aid olacağını daha yaxşı bilər." Yəni dünyanın son hakiminin kim olacağını daha yaxşı bilər. "Həqiqətən, zülm edənlər, nicat tapmazlar." Dəccallar nicat tapmazlar. "Amma dünya yurdunun nəticəsinin kimə aid olacağını daha yaxşı bilər." İnşaAllah, hz. Mehdi (ə.s) və hz. İsa Məsih (ə.s)-a aid olacaq, Allahın icazəsiylə. "Rəbbim, kimin Özündən bir hidayətlə gəldiyini," hidayətlə gələn kimdir? Mehdi (ə.s)-dır, inşaAllah. Bir çox mənası var, bir çox işarəsi var. Biz Axırzamana, Mehdi (ə.s)-a işarəsini təfsir edirik, açıqlayırıq. "Firon dedi ki: "Ey öndə gələnlər, sizin üçün məndən başqa ilah olduğunu bilmirəm." Dəccallıq edir, dəccallığını elan edir. Yəni, haşa "Allah yoxdur" deyir. O zamanın darvinist, materialisti, o zamanın Darvini firondur. Firon dövrün Darvinidir. Çünki "Onlara Nilin palçıqlarından meydana gəldiniz" deyir. Nilin palçığından. "Bütün heyvanlar, bitkilər, hamısı Nilin palçıqlarından təsadüfən meydana gəldi" deyir. O dövrün darvinist, materialistidir. "Ey öndə gələnlər, sizin üçün məndən başqa ilah olduğunu bilmirəm. Ey Haman, palçığın üstündə bir atəş yandır, mənə yüksək bir qüllə tik." Təbii ki, burada həqiqətən, bir palçıq nəzərdə tutur. Amma biz üçüncü, dördüncü, beşinci dərəcədə təfsir edəcək olsaq, dərinliyinə baxacaq olsaq, işarəvi mənada; Darvinist və materialistlər nə deyir? "Nilin palçıqlarından meydana gəldi" deyir, deyilmi? Burada nə deyir? Palçıq. "Palçığın üstündə bir atəş yandır." Nə atəşi yandırır? Fitnə atəşi yandırır və o fitnə atəşi bütün bölgəni örtmüş olur. "Mənə yüksək bir qüllə inşa et." "Elə bir dəccalliyyət inşa et ki, meydana gətir ki, dəccaliyyətin görünüşü o qədər göz boyayıcı olsun ki, sanki bir qülləni xatırlatsın. Böyük bir bina kimi olsun" deyir. "Bəlkə Musanın İlahına çıxaram. "Guya  firon özünə görə, axmaqca lağ edir. "Çünki həqiqətən, mən onu yalançılardan (biri) sanıram." Onu, hz. Musa (ə.s)-ı təkzib edir. O dövrün dəccalı, onu öz dinindən dönməklə, mürtədliklə ittiham edir. "Mürtəd" deyir, "mənim dinimdən döndü" deyir. Sənin dinin onsuz da azğın bir dindir, deyilmi? Haqq din İslamdır, inşaAllah. Bəzən də münafiqlər çıxar. Münafiqlər də Mehdi (ə.s)-a "haqq dindən döndü" deyəcək. O da ayrı bir fitnədir, inşaAllah. "O və əsgərləri, yer üzündə haqsız yerə təkəbbürləndilər və həqiqətən, Bizə dönməyəcəklərini sandılar." İslam ölkələrində məsələn, bax, Ənvər Sədat da elə idi, bu firon da elədir. Kimə güvənərək rüsvaylıq çıxarırlar? Əsgərə güvənərək rüsvaylıq çıxarırlar. Misir əsgəri nə etdi? Bunu inkar etdilər. Bunun əxlaqsız olduğunu bildiyi üçün, əsgərlər "biz sənin xidmətçin deyilik" dedilər. Yaraşanı etdilər və onu qovdular. Yalnız qaldı və sonunda istefa verdi. Amma təbii ki, istefası da göstərişli bir istefadır. "Biz, onları atəşə çağıran öndərlər etdik." Fitnəyə, bəlaya, cəhənnəmə çağıran öndərlər etdik. Baxın, buradakı palçıq və buradakı odla, buradakı atəş əlaqəli görünür. "Atəşə çağıran." Bax, nə deyir: "Ey Haman, palçığın üstündə bir atəş yandır. "Bir fitnə atəşi. "Nilin palçıqlarından insanlar törədi" deyir. Böyük bir fitnə atəşi məhz budur. Və böyük bir qüllə tikmiş olur. Dəccalın da belə bir qüllə kimi olduğu, bu qədər qamətli olduğu təşbehli olaraq hədislərdə bənzətməklə ifadə edilir. Hətta "hz. İsa (ə.s) sıçrayar, qılıncı ancaq dizinə qədər çatdırar" deyir. Yəni o qədər yüksəkdir. Onun fitnəsinin nə qədər əzəmətli olduğu izah edilir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo