Son vaxtlarda Türkiyədəki bəzi nəşrlər, Riçard Dokinzin bir il əvvəl verdiyi bir konfransda Yaradılış Atlası ilə bağlı etdiyi şərhlərini yeni bir mövzu kimi xəbər edərək gündəm meydana gətirməyə çalışmışlar. Dokinz böyük bir məğlubiyyətə düçar olmuşdur, hörmətli Adnan Oktar ilə görüşə bilməməsinin səbəbi budur: Dokinz, hörmətli Adnan Oktara qarşı ittihamlar irəli sürərək, öz fikir atası Darvini unutmaqdadır. Özünün, fikirlərini canla başla müdafiə etdiyi adam; biologiya, zooloji, mikrobiologiya, genetika, paleontologiya, geologiya, molekulyar biologiya, paleoantropoloji elmlərindən xəbəri belə olmayan, girdiyi bütün məktəblərdən atılan, yalnız sərxoş dənizçilərlə vaxt keçirməkdən başqa bir məqsədi olmayan cahil Darvindir. Dokinz, XIX əsrin köhnə mühitində elmdən xəbəri olmayan Darvin tərəfindən ortaya atılan, indi uşaqların da güldüyü bir nəzəriyyəyə dəstək verir.
Bütün bunlarla yanaşı Dokinz, hörmətli Adnan Oktarın zoologiya bilmədiyi iddiasıyla ortaya çıxıb bunu onunla görüşməmək üçün bir bəhanə olaraq ortaya sürməkdə, amma eyni zamanda hörmətli Adnan Oktarın bütün dünyanı sarsıdan əsəri Yaradılış Atlasını əlindən salmamaqdadır. Mümkün olan hər imkanında şəxsən Mövzu ilə əlaqədar yığıncaqlar təşkil etməkdə, təşkil edilən yığıncaqlara qatılmaqda, kitabı xüsusi olaraq gündəm etməkdə, insanları ətrafına yığıb kitab haqqında şərhlər etməkdədir. Yazarın əsərlərini guya tənqid edə bilmək üçün əlindən gələni etməkdə, amma yazarın özü ilə görüşməyi qəti olaraq rədd etməkdədir. Dokinzin, hörmətli Adnan Oktarın bütün çağırışlarına baxmayaraq, qarşılıqlı müzakirədən şiddətlə çəkinməsi, lakin bunun əksinə yazarın fikirlərinə guya cavab verməyə cəhd etməsi, bu mövzuda analizlər etməsi, yazarın fəaliyyətlərindən nə qədər narahatlıq duymasının bir göstəricisidir. Dokinzin hörmətli Adnan Oktar ilə görüşməməsinin tək səbəbi, CİDDİ ŞƏKİLDƏ MƏĞLUBİYYƏTƏ DÜÇAR OLMASI, VERƏCƏK BİR CAVABININ OLMAMASIDIR.
Mövzu ilə əlaqədar olaraq hörmətli Adnan Oktarın bir müsahibəsində verdiyi açıqlama bu şəkildədir:
Adnan Oktar: Dokinz deyir ki, mən Adnan Oktarla müzakirə etmərəm, onu izah etmişlər iftixarla, çünki o biologiya təhsili almadı, qardaşım sənin babanmı deyim, sənin Darvin əmin, təhsil aldı mı, zoologiya, biologiya təhsili aldı mı? Hər məktəbdən atılmış, qovulmuş. Amma şərab içmək mövzusunda mütəxəssisliyi var. Şərabın neçə illik olduğunu, haradan olduğunu filan söyləyə bilər, amma o mövzu ilə əlaqədar bir şeyi yox. Onun boş sözlərinə sən hələ də inanırsanmı. İnanırsan və cahil olduğunu bildiyin halda. Və o dövrün geri elmi və əskik elm anlayışı ilə ortaya atdığı qeyri-elmi iddialara da inanırsanmı. İnanırsan. Bu bir, ikincisi, sən hər getdiyin yerdə lisey uşaqları ilə, orta məktəb şagirdləri ilə gedib müzakirə edirsənmi. Müzakirə edirsən. Bunlar biologiya təhsili alıbmı? Almayıblar. Rahiblərlə müzakirə edirsənmi. Müzakirə edirsən. Onlar təhsil alıbmı almayıb. Hə, demək ki, məğlub olmayacağını təxmin etdiyin şəxslərlə gedib müzakirə edirsən. Yəni səni məğlub edə bilməyəcəyinə əmin olduğun şəxslərlə. Sən mənimlə müzakirə etdiyində yerlə bir olarsan. Dəqiqəsində saniyəsində yerlə bir olarsan. Yenə hodri meydan deyirəm. Amma onsuz da baban boylu boyunca yatır. Sən də başında ağlayırsan. (Hörmətli Adnan Oktarın “Tempo TV” və “Kral Karadeniz TV” də 28 sentyabr 2009-cu il tarixində yayımlanan müsahibəsindən)
Qarmağa taxılı böcək şəkilindən qarmağa düşən Dokinz
Dokinzin böyük bir kəşf zənn etdiyi, Yaradılış Atlasındakı qarmağa taxılı böcək şəkili, milyonlarla il sonra fosili nümunəsi tapılmış olan canlının, bu gün hələ də yaşadığını göstərən bir böcək şəkilidir. Bunun maket olub olmaması heç bir şeyi dəyişdirməz.
Əhəmiyyətli olan milyonlarla il əvvəl yaşamış olan bu böcəyin indiki vaxtda hələ də eyni şəkildə mövcud olması, yaşamasıdır.
Dokinz, təkamülü çürüdən yüzlərlə dəlilin Yaradılış Atlası ilə açıqca ortaya qoyulmasının ardından böyük bir təlaş və çaxnaşma içinə girmiş vəziyyətdədir. Nədənsə, Yaradılış Atlası əsərlərinin bütün cildlərində verilmiş olan minlərlə fosil haqqında tək kəlmə etməməkdə, bir maket şəkilini çox dahiyanə bir kəşf kimi hər yerdə dilə gətirib öz cəhalətini sərgiləməkdədir. Rahatca aydın ola biləcəyi kimi Dokinzin, bu canlının da, digərlərinin də indiki vaxtda yaşaması və milyonlarla il boyunca dəyişməmiş olması gerçəyi qarşısında söyləyəcək heç bir sözü yoxdur.
Məhz Dokinzin göstərdiyi bu bihudə səy, Yaradılış Atlasının nə qədər doğru və təsirli olduğunu göstərməkdədir. Bu vəziyyət, eyni zamanda Yaradılış Atlası vəsiləsi ilə təkamülün dünya səviyyəsində necə güclü bir süquta getmiş olduğunun da göstəricisidir.
Bütün bunlarla yanaşı, tək bir maket şəkilini özü üçün fürsət hesab edən Dokinzin özü onsuz da bütün məqalələrində və bütün konfranslarında maketlərdən, şəkillərdən və rekonstruksiyalarsan başqa bir şey istifadə etməməkdədir. İstifadə edə bilməz çünki TƏKAMÜLƏ DƏLİL OLARAQ TƏQDİM EDƏ BİLƏCƏYİ BİRCƏ ƏDƏD BELƏ FOSİL GƏTİRMƏSİ MÜMKÜN DEYİL. İnsanları maketlərlə aldadarkən, tamamilə elmi dəlillərdən ibarət olan Yaradılış Atlasında, milyonlarla illik bir canlının hələ də yaşadığını elmi olaraq sənədləşdirən bir maket şəkilini əleyhdə istifadə etməyə çalışmaqdadır. Məhz bu vəziyyət, bütün digər darvinistlər kimi Dokinzin də elmiliklə bir əlaqəsinin olmadığını, cəhalət içində yaşadığını açıqca sərgiləməkdədir.
Dokinzin də, digər bütün darvinistlərin də elmiliklə bir əlaqələrinin olması qeyri-mümkündür, çünki ELM, TƏKAMÜL NƏZƏRİYYƏSİNİ GÜN KEÇDİKCƏ DAHA ÇOX ÇÜRÜTMƏKDƏDİR.
Mövzu ilə əlaqədar olaraq hörmətli Adnan Oktarın bir reportajında etmiş olduğu şərhlər bu şəkildədir:
Adnan Oktar: Mən Yaradılış Atlasının bir yerində heyvanın plastik modelindən istifadə etdim. Bu adam da, onu belə həyəcanla tutmuş kimi ortaya çıxdı, “Vatan” qəzeti də onu almış, heyvanın niyə orijinalını deyil, plastik modelini qoymuşuq. Qardaşım, sən heç əlaqəsi olmadığı halda əldə çəkilmiş şəkillər qoyursan və heç əlaqəsi olmayan şəkillər qoyursan, biz sənə bir şey deyirikmi. Əldə çəkilmiş şəkillərinə. Plastik modeli ilə canlı rəsmi eyni olduğuna görə, kef mənim deyilmi, istədiyimi qoyaram təbii ki.
Aparıcı: Burada incə bir nüans da var. Əslində müzakirəni qəbul etməsə də addım-addım təqib edir. Elə bir detalı tapa bilməsi üçün hamısını bir-bir oxuması lazımdır.
Adnan Oktar: O indi deyir ki, bu kitabı yazan adamla mən necə müzakirə edim? Çünki on səhifəsinə belə cavab verə bilməz. 5 səhifəsinə belə cavab verə bilməz. Mən kitabın indi yenə 4-cü, 5-ci cildlərini hazırlayıram, orada da məsələn, qurbağaların plastik modellərindən istifadə etdim. O bir orijinal görünüş təmin edər, bir xoşluqdur onun içində bir zarafat var. Məsələn, mən bu adamın bu qarmağa ilişməsini təmin etmiş oldum. Tək tənqid etdiyi mövzu budur. Mən xüsusilə də qarmaqlı etdim. Ortasında bir ədəd qarmaq var, qarmaq açıqca görünür. Qarmaqlı qoydum böcəyi, o qarmağa ilişdi. İndi hər yerdə izah edir, baxın qarmaqlı böcək deyə.
Bizim üçün bu bir şərəfdir, bu adamın bizdən qaçması. Güləşdə də pəhləvan çıxar, gözlənilər rəqibi, çıxmayınca alqışlar arasında qolunu qaldırarlar. Çiynini yerə vurmaqdan daha böyük hadisədir o, adam qorxub gəlməmişdir. Mən istədim ki, həm də çiynini yerə vurmaqla məğlub edək. Çıxsın, amma çıxa bilmir, anında əzərəm çünki. (Hörmətli Adnan Oktarın “Tempo TV” və “Kral Karadeniz TV”-də 28 sentyabr 2009-cu il tarixində yayımlanan müsahibəsindən)
Timsah ilə sincab arasında ara fosil yoxdur, ÇÜNKİ “ARA FOSİL DEYƏ BİR ŞEY YOXDUR”.
Darvinistlərin axmaq iddiası, tək bir hüceyrədən bugünkü canlı müxtəlifliyinin ortaya çıxdığı şəklindədir. Yəni Dokinzin ağlıca tənqid etdiyi timsahdan sincaba keçid nə qədər axmaq isə, Dokinzin canla başla müdafiə etdiyi sincabdan quşa keçid və ya şimpanzedən insana keçid də bir o qədər axmaqdır. Dokinzin, biologiyadan, zoologiyadan, paleontologiyadan heç bir şəkildə anlamayan “zır cahil” olan fikir atası Darvinin, ayılardan balinaların meydana gəldiyinə dair iddiası da eyni azğın məntiqin məhsuludur. Məhz buna görə, Dokinzin SANKİ TƏKAMÜLÜN MƏNTİQLİ BİR İDDİASI VARMIŞ KİMİ, “biz timsahdan sincaba keçidi iddia etmədik ki” deyə ortaya çıxması son dərəcə gülüncdür.
Dokinzin bu iddiasına şahid olan bir adam, Dokinzin iddia etdiyi tərzdə xəyali bir keçidin həqiqətən ara fosilləri varmış təəssüratına qapıla bilər.
Onsuz da Dokinzin etməyə çalışdığı da budur. Ara fosil haqqında məlumatı olmayan insanları bu demaqoqca sözlərlə aldada bilməkdir. O halda burada, elmi dəlillərini yüzlərlə dəfə vermiş olduğumuz əhəmiyyətli bir məlumatı təkrarlamaqda fayda vardır. Bu məlumat qısaca belədir:
Dokinzin və bütün digər darvinistlərin iddia etdiyi şəkildə,
Dokinz hər nəyi iddia edirsə etsin, necə bir keçidi müdafiə edirsə müdafiə etsin, bunu təsdiqləyəcək BİRCƏ ƏDƏD BELƏ ARA FOSİL YOXDUR.
CANLILAR MİLYONLARLA İL BOYUNCA DƏYİŞMƏMİŞLƏR.
Onsuz da Dokinzin çətinliyi də bundandır. Bu gerçək, Darvinin “Növlərin Mənşəyi” aldatmacasından sonra, yəni 150 il sonra ilk dəfə olaraq bütün dünyaya elan edilmişdir. Bunu göstərən əhəmiyyətli qaynaq Yaradılış Atlasıdır. Elə buna görə Dokinzin bir nömrəli hədəfi olmuşdur. Dokinz, gözləmədiyi bir anda TƏLƏYƏ DÜŞMÜŞDÜR. Edəcək bir şeyi olmadığını bildiyindən, qarşılıqlı müzakirə edə bilməyəcəyini və hörmətli Adnan Oktarı məğlub edə bilməyəcəyini bildiyindən, aciz, yazıq, uşaqca üsullara müraciət etməkdədir. Məhz bu, darvinist məğlubiyyətin elanıdır.