Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (15 dekabr 2011, 01:00)
Adnan Oktar: "O (Firon) dedi: "Mən sizə icazə vermədən, ona iman gətirdiniz eləmi?" Rəsmi bir ideologiya var, dövlət sistemi kimi. Darvinist, materialist o dövrdə sistemdir. "Mənim inancıma iman gətirməlisiniz. Belə, müsəlman olmaq, İslamı, Quranı müdafiə etmək yoxdur" deyir. "Tövratı müdafiə etmək yoxdur" deyir, o dövrdə Tövrat vardı.
"Şübhəsiz ki, O", hz. Musa (ə.s) üçün deyir, "sizə cadunu öyrədən böyüyünüzdür". "Sizə cadu öyrədir" deyir. Hz. Musa (ə.s)-ı təhqir etməyə cəhd edir.
"O zaman mən də sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcəyəm". Tam iddia edilən Ergenekon terror təşkilatının üsullarıdır. Əl-ayaqlarını bağlayıb insanları şəhid edirdilər ha.
"Və sizi xurma budaqlarından asacağam". İddia edilən Ergenekon terror təşkilatının da ən xoşladığı şey insan asmaqdır.
"Əlbəttə ki, siz də, hansımızın əzabı daha şiddətli və daha davamlı olduğunu öyrənəcəksiniz", (Taha surəsi, 70, 71). Təhdid, təzyiq və zorakılıq iddia edilən Ergenekon terror təşkilatının xüsusiyyətidir, dəccaliyyətin xüsusiyyətidir. Quran bu mövzulara diqqət çəkmişdir.