Təkamül nəzəriyyəsi bir növün çox kiçik dəyişikliklərlə yeni növə çevrildiyini iddia edir. Amma bunun sübut edilməsi üçün həmin dəyişikliklərə aid ara-keçid növləri olmalı və bunlar da elmi dəlil kimi təqdim edilməlidir. İddia edilən keçid növlər xəyali əcdad növdən başlayaraq təkamül keçirən yeni orqan, sistem və ya üzvlərə malik olmalıdır. Milyonlarla il davam etdiyi iddia edilən belə xəyali dəyişikliklər nəticəsində ortaya yarım və ya əskik orqanlara sahib, uğursuz ara-keçid formalar çıxmalıdır. Diqqəti çəkən məqam isə tapılan fosillərin arasında HEÇ BİR ARA-KEÇİD FORMANIN OLMAMASIDIR. Fosil tapıntıları təkamülçülərin gözləntilərinin əksinə tam və qüsursuz orqan və sistemlərə malik canlı növləri ilə doludur. Bu da milyonlarla canlı növünün 100 milyonlarla il əvvəl də eyni xüsusiyyətlərə malik olduğunu göstərir.
Təsadüflərin hökm sürdüyü dünyada qarışıqlığın olması da gözlənilir. Belə xəyali bir sistemdə canlılarda simmetriya və ya estetikanın yaranması mümkün deyil. Hətta təsadüflərin hökm sürdüyü dünyada həyatın da mövcud olması mümkün deyil. Təkamülün guya mexanizmi kimi irəli sürülən mutasiyalar DNT-də pozulmalara və çatışmazlıqlara səbəb olur və bunun nəticəsində də orqan və sistemlərdə fəsadlar yaranır, nizamsız formalar ortaya çıxır. Təkamül nəzəriyyəsinə görə mutasiyaya məruz qalmış və bu səbəbdən mövcudluğunu qoruyub saxlaya bilməmiş qeyri-adi canlıların fosil nümunələri ilə tez-tez qarşılaşmalı idik. Lakin bununla bağlı bircə nümunə belə yoxdur.
Təkamülçülərin əsas problemi olan bu vəziyyət ilk olaraq Çarlz Darvin tərəfindən etiraf edilmişdir:
"Əgər həqiqətən, növlər digər növlərdən mərhələli dəyişikliklərlə törəyiblərsə, nə üçün SAYSIZ-HESABSIZ ara-keçid formalarına rast gəlmirik? Nə üçün bütün təbiət XAOS halında deyil, TAM ŞƏKİLDƏ YERLİ-YERİNDƏDİR? (Charles Darwin, The Origin of Species, səh.172-280)
Nəzəriyyənin banisi olmasına baxmayaraq, Darvin fosillərin mükəmməl olduğunu etiraf etmişdir. Qəribə formalı keçid növlər tarix boyunca heç vaxt olmamışdır. Növlər ilk ortaya çıxdıqları andan etibarən nöqsansız və simmetrik orqanlara malik olmuşlar.
Saysız-hesabsız ara-keçid növlər yoxdur
Fosil tapıntılarında hər zaman tam və qüsursuz canlıların qalıqlarına rast gəlirik. Bunlardan bəziləri mükəmməl orqanları ilə ortaya çıxmış və daha sonra nəsli kəsilmiş canlılara, bəziləri isə milyonlarla il əvvəl bugünkü görünüşləri ilə ortaya çıxmış və bu gün də yaşayan canlılara aiddir. Təkamülçülərin iddia etdiyi kimi, keçid xüsusiyyətlər əldə edən keçid canlılar isə əsla mövcud olmamış, HƏR HANSI BİR ARA-KEÇİD FORMALI fosilə rast gəlinməmişdir.
Təkamülçülərin iddialarına uyğun olaraq düşünsək, xəyali ara-keçid növlərin sayı bu gün məlum olan bütün növlərin sayından qat-qat çox olmalı idi. “Təkamül ağacı” qüsurlu növlərlə dolu olmalı və saysız-hesabsız yarımçıq budağa malik olmalı idi. Bu say isə trilyonlarla ifadə edilə bilər. Çarlz Darvin də "olmasını ümid etdiyi, ancaq heç vaxt tapılmayan” keçid növlərin sayını hər dəfə vurğulayaraq SAYSIZ-HESABSIZ deyə ifadə etmişdir:
"SAYSIZ-HESABSIZ ara-keçid forması olmalıdır, bəs nə üçün yer üzünün çoxsaylı təbəqələrində onları tapmırıq?... Nə üçün HƏR GEOLOJİ FORMA VƏ TƏBƏQƏ belə keçidlərlə dolu deyil?" (Charles Darwin, The Origin of Species, səh.172-280)
Darvinin də vurğuladığı kimi, əgər təkamül iddiası doğru olsa idi, hər geoloji təbəqə belə uğursuz təcrübələr, yəni qəribə görünüşlü keçid növlərlə dolu olmalı idi. Qazılan hər təbəqədə trilyonlarla keçid növlərə aid nümunələr olmalı idi. Lakin vəziyyət bunun tam əksidir. Fosillərdə keçid forma olmaması təkamülü təkzib edir.
Növlərin dəyişmədən sabit qaldığı həqiqəti
Fosil elmi olan paleontologiya canlı növlərinin dəyişmədiyini və canlıların dünyada yaşadıqları müddət ərzində həmişə sabit qaldıqlarını ortaya qoyur. Məşhur təkamülçü paleontoloq Naylz Eldric (Niles Eldredge) də bunun təkzibedilməz həqiqət olduğunu belə ifadə etmişdir:
“Artıq stasis (sabitlik-sabit qalmaq) növlərin təkamül tarixində əsas paleontoloji mənzərə kimi dəfələrlə faktlar əsasında təsdiqlənmişdir”. (Naylz Eldric Reinventing Darvin, 1995, s. 77 - http://bevets.com/equotese.htm)
Canlı növlərinin dünyada bir anda tam şəkildə ortaya çıxdıqları və dəyişmədən sabit qaldıqları açıq həqiqətdir. Bu, heç bir paleontoloq tərəfindən təkzib edilməyən, hər zaman etiraf edilən haldır. Məşhur təkamülçü alimlərdən amerikalı paleontoloq və tarixçi Stiven Cey Quld fosillərin ən bariz xüsusiyyətlərindən ikisi haqqında belə yazmışdır:
“Fosilləşmiş növlərin əksəriyyətinin mərhələli təkamüllə ziddiyyət təşkil edən iki fərqli xüsusiyyət ortaya qoyur:
1. Sabitlik: Bir çox canlı növü dünyada mövcud olduğu müddət ərzində heç bir dəyişiklik keçirmir. Fosil izlərində ilk ortaya çıxdıqları andakı quruluşları necədirsə, yox olduqları andakı quruluşları da eynidir. Morfoloji dəyişiklik əsasən məhduddur və müəyyən bir istiqaməti yoxdur.
2. Anidən ortaya çıxma: Növlər hər hansı lokal bölgədə əcdadlarından tədricən dəyişikliklərə məruz qalaraq mərhələli şəkildə meydana çıxmır. Bir anda və tam formalaşmış şəkildə ortaya çıxır”. (S. J. Gould, "Evolutions Erratic Pace", Natural History, vol. 86, may 1977)
Stiven Cey Quld “Natural History” jurnalındakı bir məqalədə etiraflarına belə davam edir:
“Bir çox fosil növünün geoloji həyat müddəti ərzində sabit qalması, heç bir dəyişikliyə məruz qalmaması bütün paleontoloqlar tərəfindən təsdiq edilmişdir. Lakin üzərində ətraflı araşdırma aparılmamışdır... Sabitliyin çox olması fosillərin utandırıcı xüsusiyyətinə çevrilmişdir...” (S. J. Gould "Cordelias Dilemma", Natural History, fevral, səh. 10-18)
“Yaradılış Atlası” və fosillər "biz dəyişmədik” deyir
Göründüyü kimi, fosillərin müasir nümunələri ilə müqayisəsi və hər hansı bir dəyişiklik olmadığının göstərilməsi məlum həqiqətin ictimaiyyətə çatdırılması deməkdir. Cəmiyyətdən həmişə gizlədilən bu həqiqət Harun Yəhya təxəllüsü ilə tanınan yazıçı Adnan Oktarın nəhəng əsəri “Yaradılış Atlası” ilə kütlələrə çatdırılmış və yayılmışdır. Paleontologiya iddia edildiyi kimi, növlərin milyonlarla il ərzində dəyişikliklərə məruz qalmadığını, möcüzəvi şəkildə mükəmməl halları ilə bir anda ortaya çıxdıqlarını göstərmişdir. Cənab Adnan Oktarın fəaliyyətləri nəticəsində uzun illərdir insanlardan gizlədilən fosillər işıq üzünə çıxmış, təkamülçülərin sirləri ifşa edilmişdir.
Bu möhtəşəm əsərdə 2000 fosil ətraflı şəkildə fotoşəkilləri ilə nümayiş etdirilsə də, universitet və ya muzeylərin anbarlarında gizlədilən fosillərin sayı 700 milyona yaxındır. Həqiqətləri qəbul edə bilməyən bəzi təkamülçülərin Atlasda olan təkcə 3-4 fosil üzərində ssenarilər yazaraq haqsız iradlar bildirməyə çalışmaları onların vəziyyətlərinin acınacaqlı olduğunu göstərir. Bu iradlar elmdən uzaqdır və istehzadan başqa bir şey deyil. Çünki həmin fosillərin elmi ədəbiyyatda minlərlə başqa nümunəsinin olduğu da məlumdur.
Xəyali əcdadları riyazi yolla axtarma
Təkamülçülər insanın şimpanze ilə ortaq əcdaddan gəldiyini irəli sürürdülər. Əvvəlcə, şimpanzelərin insanlara ən yaxın növ olduğu bildirildi, daha sonra, əslində, bonoboların daha yaxın olduğuna dair spekulyasiyalar getdikcə artmağa başladı. Bəs darvinistlər dəyişikliyə dair hər hansı sübut göstərmədən nəyə əsaslanaraq qohumluq əlaqəsini qururlar? Məhz burada təkamülçülər öz uydurduqları və heç bir elmi əsası olmayan statistika düsturları ortaya çıxarırlar.
Bu uydurmalar iki növün müəyyən genlərinə aid seçilmiş bəzi əsas cütlərinin müqayisəsi üzərində qurulmuşdur. Lakin bu, iki növün genomuna aid bütün kodların bir-bir müqayisə edildiyi demək deyil. Xəyali soy ağacı üçün istifadə edilən bu hiyləni yaxından tədqiq etdikdə bu həqiqət daha yaxşı başa düşülür.
İnsan və meymunlar arasında genetik oxşarlıq üzərində tədqiqat aparılarkən yalnız müəyyən genlər müqayisə edilir. Məsələn, yaşayan primatların soy ağacı çəkilərkən 54 genə aid 34.927 əsas cüt götürülmüşdür. İnsanın təqribən 25 min geni var və burada hamısı birdən müqayisə edilmir.
Təkamülçülər şimpanze ilə insan genomu arasında ilk öncə 1%-lik fərq olduğunu irəli sürmüş, daha sonra bu fərqin 4% olduğunu qəbul etmişlər. Bu nisbət təqribən 35 milyon nukleotidə bərabərdir. Təkamülçülər bu fərqin olmadığı xəyali mexanizm axtarışındadırlar. Bunun üçün DNT üzərində dəyişiklik edən, kodları çıxarıb əlavə edən, lakin bunu edərkən də orqanizmə tamamilə zərər verən mutasiyaları irəli sürürlər. Bu şəkildə mutasiyaların müntəzəm fasilələrlə çalışdıqlarını və mütləq faydalı təsirlərinin olduğunu (bu, qeyri-mümkündür) iddia edir və buradan iki növün nə vaxt bir-birindən ayrıla biləcəyinə dair saxta hesablamalar aparırlar. Ortada xəyali ortaq əcdada məxsus hər hansı bir fosil yoxdur, ara-keçid fosili də yoxdur, amma buna baxmayaraq təkamülçülər "ehtimal" başlığı altında elmi əsası olmayan hesablamaları ictimaiyyətə həqiqət kimi təqdim edirlər. Bunun əsasında kompüterə verilən xəyali göstəricilər “Bayes” düsturu adı altında işlədir və yenə də xəyali olan rəqəmlərlə aparılan hesablamalar nəticəsində 5-7 milyon il əvvəlki xəyali ortaq əcdad yalanını ortaya atırlar.
Statistikada Bayesyan yanaşması və ehtimallar əsasında qurulan elmi yanlışlıqlar
Bəzi statistik hesablamalarda istifadə edilən “Bayes” düsturu müəyyən bir iddiaya dair geriyə analiz etməni təmin edir. “Bayes” düsturu şərtli ehtimalların hesablanmasında istifadə edilir. Yəni əgər bir nəfər: "İki növ daha əvvəl tək idi” -deyə bir iddia ortaya atarsa, düstur bu saxta hipotezanı təsdiqləmək üçün əməliyyat aparır və 35 milyon nukleotid fərqinin aradan qalxması üçün neçə milyon ilə ehtiyac olduğunu hesablayır. Halbuki əslində 35 milyon nukleotid fərqi heç vaxt aradan qalxmayıb, amma iddia bu şəkildə qoyulduğu üçün bu və ya digər şəkildə düstur hər hansı bir nəticə verir. Buna görə “Bayes” yanaşması fiziki dəlilə əsaslanmaq əvəzinə bir insanın hər hansı bir hadisəyə olan inanc dərəcəsi kimi tanınır.
Göründüyü kimi, genlər barəsində məlumatlar kompüter düsturları ilə istəyə bağlı olaraq yazılmışdır. "Təkamül var” fikri ilə görülən bu işlərin elmi tərəfinin olmadığı, tamamilə ideoloji məqsədlərə xidmət etdiyi aydındır. Məlumatın kodlandığı bir genin belə öz-özünə necə yarandığını izah edə bilməyən bu düşüncə genetikadan “pərdə” kimi istifadə edir.
Paleontologiya, histologiya, biokimya və digər elm sahələri həyatın təsadüfən əmələ gəlməyəcək dərəcədə mürəkkəb olduğunu ortaya qoyur. Bütün canlı növləri, bu növlərə aid hər bir hüceyrə, hətta bir zülal belə Allahın sonsuz bilgisi və gücünün məhsuludur.
Adnan Oktarın News Rescue-da (Amerika) dərc olunan məqaləsi:
http://newsrescue.com/transitional-forms-richard-dawkins-darwinists-dream/#axzz4uvROXrAH