Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman ona yalnız “Ol” - deyər, o da olar. (Bəqərə surəsi, 117)
Gözlərimiz kainatdakı yalnız qısa dalğa uzunluğunda olan işıq spektrini qəbul edərək görməyimizi təmin edir. Mikroskop, teleskop kimi bir sıra cihazlar gözlərimizə və qəbul edə bildiyimiz işığın strukturuna uyğun şəkildə işləyir. Əgər işıq fərqli xüsusiyyətlərə malik olsa idi, mikroskop və ya teleskop kimi cihazları icad etmək qeyri-mümkün olardı.
Gözlərimiz planetimizin həyat mənbəyi olan Günəşin yaydığı işığı qəbul edəcək şəkildə yaradılmışdır. Görünən işığın nisbətən qısa dalğa uzunluqlarında hərəkəti gözlərimizin onu qəbul etməsinə bioloji baxımdan imkan yaradır. Əks təqdirdə, gözlərimizin yaxın infraqırmızı şüaları qəbul etməsi də heç bir işə yaramazdı. Belə olduqda isə daim diqqətimiz yayınardı, çünki istilik yayan bütün obyektlər həmin dalğa uzunluqlarında şüalanma hasil edir.
Əgər infraqırmızı şüaları görsə idik, olduğumuz otağın içi tamamilə işıldayardı. Çünki gözün özü də isti olduğu üçün infraqırmızı şüalar yayır. Şübhəsiz ki, bu cür vəziyyətdə dünyada yaşamaq qeyri-mümkün olardı.
İşığı əmələ gətirən rəngarəng şüalar müxtəlif dalğa uzunluqlarına sahibdir. Bu işıqların dalğa uzunluğu santimetrin milyonda 75-i ilə 39-u arasındadır. XX-ci əsrin tanınmış elm adamlarından İsaak Asimov işığın dalğa uzunluğundakı bu həssas nizamın əhəmiyyətini belə izah edir:
“Dalğa uzunluqlarının qısa olması olduqca mühümdür. İşıq dalğalarının düz xətt boyu hərəkət etməsinin və kəskin kölgələr yaratmasının səbəbi ətrafımızdakı cisimlərdən daha kiçik olmalarıdır. Qarşılaşdığı cisim dalğa uzunluğundan daha böyük olmadığı təqdirdə, həmin cisimləri əhatə edib içinə ala bilir. Məsələn, bakteriyalar belə işığın müəyyən dalğa uzunluğundan çox böyükdür. Buna görə də işıq mikroskop altında onları kəskin şəkildə təyin edir.” (İsaak Asimov, Asimov’s Guide to Science, (Türkcə nəşr: Asimov Bilim Rehberi, E. Nəşriyyatı 1986, səh. 485))
Əgər görünən işığı meydana gətirən işıqların dalğa uzunluğu qısa olmasa idi, nə sahildəki bir qum dənəsini, nə də mikroskopla mikroorqanizmləri görə bilərdik. Hər şeyi qüsursuz xüsusiyyətlərlə yaradan Rəbbimiz işıqların dalğa uzunluğunu da həssas tarazlıqda yaratmışdır. Quran ayələrinin birində göyləri və yeri Rəbbimizin yaratdığı belə bildirilmişdir:
Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! (Ənam surəsi, 1)