Əhzab surəsi, 13 (Münafiqlər çətinliklə qarşılaşınca qaçarlar)
ucgen

Əhzab surəsi, 13 (Münafiqlər çətinliklə qarşılaşınca qaçarlar)

1342

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Əhzab surəsi, 13. "Onlardan bir qrup da  belə demişdi: "Ey (Mədinə) xalqı"— məsələn, indi Mədinə, İstanbul olar, "artıq sizin üçün (burada) qalacaq yer yoxdur, bu halda dönün". Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in zamanına işarə edən bir ayədir, indi əsrimizə baxsaq "Artıq sizin üçün burada qalacaq yer yoxdur"—çox təhlükəlidir artıq, izlənilirsiniz, əleyhdarlarınız var, düşmənləriniz var, xürafatçılar qarşınızdadır, narkotik mübtəlaları, mafiyası hər cür çaqqalı qarşınızdadırlar. "Qalacaq yer yoxdur". Yəni hər hansı yerdə sığınmağınız mümkün deyil, bir evdə qala bilməzsiniz, bir məhəllədə qala bilməzsiniz. "Bu halda dönün". İddianızdan imtina edin, buraxın artıq deyir. "Onlardan bir birlik də: "Həqiqətən, evlərimiz açıqdır deyə, Peyğəmbərdən icazə istəyirdi". Münafiqlər də belə eşidincə, o müsəlman birliyi içərisindəki münafiqlər; "doğrudur, həqiqətən, evlərimiz  açıqdır" deyirlər. "Biz bir gedək" deyirlər. "Anamız, atamız bizi gözləyir, ailəmiz bizi gözləyir, gələcəyimiz bizi gözləyir" deyir. "Biz niyə düşünə bilmədik" deyirlər. "Doğrudur, həqiqətən, təhlükə də var ətrafımızda adamlar da toplanmışdırlar. Madam elədir, biz etibarlı bir yerə" artıq donuzun əlaqədar yerinə gedib oraya yapışır. "Peygambərdən icazə istəyirdi. Halbuki, onların evləri açıq deyildi." Elə bir problem yox idi. Elə bir mövzu yox idi. "Onlar yalnız qaçmaq istəyirdilər" deyir Allah.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr