Bir tərəfdən demokratiyaya keçid, digər tərəfdən narahatlıqlar
ucgen

Bir tərəfdən demokratiyaya keçid, digər tərəfdən narahatlıqlar

1048

Dünyada 2014-cü ilin ən müsbət hadisələrindən biri Tunisin demokratiyaya keçmə prosesləri oldu. “Ərəb Bahar”ının başladığı bir ölkə kimi istər yeni konstitusiyası, istərsə də demokratik standartlara müvafiq şəkildə həyata keçirdiyi parlament və prezident seçkiləri ilə keçid yolunda mühüm əngəlləri aşması Tunisi digər Ərəb Baharını yaşayan ölkələrdən daha da irəli apardı. Keçirilən ədalətli seçkilər vasitəsilə bütün dünyanın gözü qarşısında xalqın azad düşüncəsinin təzahür etməsi Tunisin sabit, rifah dolu və təhlükəsiz gələcəyinin qurulmasında çox mühüm addım oldu. Belə ki, cümhuriyyətin elan olunmasından bəri demokratik və azad seçkinin heç cür həyata keçirilmədiyi bu ölkədə yaşananlar onun  gələcəyi üçün atılan çox vacib addımlar idi.

Parlament seçkilərində olduğu kimi, demokratik səsvermələrdə iştirak etdiyi prezident seçkisinin qalibi, “Nida Tunis” partiyasının rəhbəri Bəci Qaid əs-Sibsi 2011-ci ildə Zin əl-Abidin Ben Əli iqtidarının devrilməsindən sonra qurulan müvəqqəti hökumətdə baş nazir və Həbib Burqibanın vaxtında Daxili İşlər, Müdafiə və Xarici İşlər naziri olmuş təcrübəli bir siyasətçidir. 88 yaşlı Əs-Sibsi güclü bir lider kimi tanınır.
 Daha əvvəl özünü Burqibanın siyasi varisi olaraq tanıdan Əs-Sibsi Ben Əlinin Burqibaya qarşı həyata keçirdiyi 87 çevrilişindən sonra Ben Əlinin tərəfində olmağı qərara almışdı. 1991-ci ildə siyasi fəaliyyətinə son qoyan Əs-Sibsi 2011-ci ildə müvəqqəti olaraq baş nazir vəzifəsinə təyin edilmiş, beləliklə də, siyasət səhnəsinə geri qayıtmışdı. Siyasi həyatına 15 yaşında başlayan və Tunisi Fransa müstəmləkəçiliyindən xilas etmək üçün uzun illər mübarizə aparan Əs-Sibsi prezident seçkisinin 21 dekabrdakı ikinci mərhələsində səslərin 55,6%-ni  toplayaraq ölkənin yeni prezidenti oldu.

“Yasəmən İnqilabı”ndan bəri həyata keçirdiyi demokratik seçkilərlə, yeni konstitusiya ilə, müxtəlif təbəqələri təmsil edən millət vəkillərini birləşdirən parlamenti ilə demokratiyaya keçidini müvəffəqiyyətlə başa vurmuş kimi görünsə də, Tunisdə bütün problemlər hələ də həllini tapmayıb. Əvvəla, Əs-Sibsinin 23 il ölkəni dəmir yumruqla idarə edən diktator Ben Əlinin xələfi olması Tunis xalqının yaddaşında istər-istəməz pis xatirələrin canlanmasına səbəb olur. Çünki diktatorluğun geri qayıtması Tunis xalqının ən böyük narahatlıqlarından biridir. Digər tərəfdən, xalq işsizlik, inflyasiya və bölgələr arasındakı nizamsızlıqların tez bir zamanda aradan qaldırılmasını gözləyir. “Dünyəvi Nida Tunis”partiyasını dəstəkləyən şimal ilə mühafizəkar “Nahda” (Dirçəliş) hərəkatini dəstəkləyən cənub arasında bölünmənin meydana gəlməsi, həmçinin sosial, iqtisadi, siyasi – hər hansı bir səbəbdən ölkə miqyasında yenidən küçə hadisələrinin baş verməsi də tunislilərin narahat edən məsələlərdəndir. Əl-Cəzayir və Liviya sərhədində yerləşən silahlı terror qruplaşmalarının ölkənin təhlükəsizliyini ciddi şəkildə təhdid etməsi isə digər çox mühüm bir problemdir.

Əs-Sibsi xalqın bütün bu narahatlıqlarına bildiyinə görə, xüsusilə də, diktatorluğun geri qayıdacağı yönündəki əsaslı narahatlıqlara görə seçki kampaniyaları ərzində daim birliyə çağıran mesajlar verdi, bərabərlik və ədaləti təmin edən hüquq sitemini mütləq təsis edəcəyini vəd etdi. Əs-Sibsi “Tək başımıza hökm verməyəciyik. Tunis bütün övladlarına ehtiyac duyur. Bizlər keçmişdə bütün tətbiq olunanları geridə qoymaq istəyirik”,- sözləri ilə bütün tunislilərin birləşməli olduqlarını, özünün də Tunisin prezidenti olacağını tez-tez vurğuladı. Digər tərəfdən, seçki kampaniyası zamanı əsas vurğuladığı məsələlərdən biri İnqilabın həyata keçdiyi ünsürlər barədə oldu və seçki kampaniyasının böyük hissəsini iqtisadiyyatın tərəqqisi üzərinə quraraq xalqın narahatlıqlarını aradan qaldırmağa çalışdı. Bütün haqlı narazılıqlara son qoymaq üçün ən vacib şərt odur ki, Prezident Əl-Baci Qaid Əs-Sibsi və yeni hökümət ölkənin əvvəlki demokratiyadan kənar siyasətindən uzaqlaşsın, terrora son qoya biləcəyi, iqtisadi tərəqqini təmin edəcəyi, xalqın etibarını qazana biləcəyi işlərə üstünlük versin. Şübhəsiz ki, demokratiyaya keçidi digər Ərəb ölkələrinin əksinə, sülh şəraitində həyata keçirən Tunis səmimi şəkildə demokratiya axtaran bir ölkədir. Ümid edirik ki, ən az zərərlə Ərəb Baharını geridə qoyan Tunis, xüsusilə də son dövrdə daha da inkişaf edəcək, sülh və demokratik sabitlik axtarışında olan xalq axtardığı firavan mühitə tezliklə qovuşacaqdır.

Adnan Oktarın Morocco World News'da yayımlanan məqaləsi:

http://www.moroccoworldnews.com/2014/12/148308/democratic-transition-on-the-one-hand-and-concerns-on-the-other/

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr