Elm adamları cırcırama ayağının quruluşunu tədqiq etmiş və müəyyənləşdirmişlər ki, bu canlının ayağı elastiklik və qırılmağa qarşı çox dözümlüdür.
İrlandiyanın Dublin şəhərindəki Triniti Kollecinin mühəndisi Dr. Jan-Henning Dirksin başçılığı altında bir qrup elm adamı cırcıramanın ayağını bükərək sındırmağa sərf olunan enerjini müəyyən etmək üçün apardıqları təcrübəni “The Journal of Experimental Biology” adlı elmi jurnalın internet saytında yerləşdirmişlər.
Böcəyin ayağını bükərək sındırmağa sərf olunan enerjinin 5,56 kilojul m üstü -2 olduğunu müəyyən edən tədqiqatçılar bunun çuqunu qoparmaq üçün tələb olunan enerjidən daha çox olduğunu bildirmişlər.
Tədqiqatçılar apardıqları təcrübələr nəticəsində sümük əsaslı buynuzla eyni sərtliyə malik olan cırcırama ayağının insan sümüyündən daha dözümlü olduğunu aşkara çıxarmışlar.
Elm adamları cırcıramanın şiddətli toqquşmalara tab gətirən sıçrayışlar həyata keçirmək üçün belə dözümlü ayaqlara ehtiyacı olduğunu qeyd etmişlər.