Nepal və içində olduğumuz xüsusi dövr
ucgen

Nepal və içində olduğumuz xüsusi dövr

1313

Yüz il bundan qabaq dünyada bir çox şey fərqli idi. Texnologiya, ünsiyyət, elm, nəqliyyat qənaətbəxş deyildi. Böyük fəlakətlərə qarşı görülən tədbirlər məhdud idi. Ölkələr fəlakət bölgələrinə yardım üçün gedə bilmirdilər. Amma daha da önəmlisi bundan yüz il əvvəl böyük təbii fəlakətlər çox deyildi. Vulkanlar 300 ildə bir püskürür, böyük zəlzələlər 100 ildə bir meydana gəlir, sunamilərin demək olar ki, adı belə eşidilmirdi.

Son yüzilliyi isə dünya başqa cür keçirdi. İnsanlıq təbii fəlakətləri ard-arda görməyə başladı. ABŞ Geoloji Araşdırma Təşkilatının hesabatına əsasən, 1556-1975-ci illər arasında, yəni təxminən 400 il ərzində meydana gələn 5.0 və daha böyük ballıq zəlzələlərin sayı 110-dur. Halbuki təkcə 1999-cu ildə dünyada irili-xırdalı 20.832 zəlzələ qeydə alınıb.

Zəlzələlərin 30-40 illik hesabatı min illik insanlıq tarixi nəzərə alındıqda çox təəccüblüdür. Rəqəmlərlə ifadə etsək, 1976-cı ildə Çində 7.8, 1988-ci ildə Ermənistanda 6.9, 1995-ci ildə Yaponiyada 7.7, 1999-cu ildə Türkiyədə 7.4, 2001-ci ildə Hindistanda 7.9, 2003-cü ildə İranda 6.7, 2004-cü ildə İndoneziyada 9.1, 2005-ci ildə Pakistanda 7.6, 2010-cu ildə Çilidə 8.8, 2011-ci ildə Yaponiyada 9.0 və 2015-ci ildə Nepalda 7.9 ballıq zəlzələlər çox qısa dövrdə baş verən zəlzələlərdən bəziləridir. Son 30-40 il əslində təkcə zəlzələlər deyil, sunamilər, vulkan püskürmələri, sellər, hətta əvvəlki illərdə adı elə də eşidilməmiş yer çökmələrinin dəhşətli dərəcədə artdığı illərdir.

Bu dövrdə gözlənilməyən hadisələr də baş vermişdir. Məsələn, dünyanın maqnit sahəsi 1980-ci ildən etibarən böyük dəyişikliklərə məruz qalmış, dünyanın ətrafını qəribə şəkildə meteorit xalqaları əhatə etməyə başlamışdır. İnqilis astronomu Skot Manley apardığı araşdırma ilə dünyanın ətrafındakı meteoritlərin il üzrə sayını müəyyən etmişdir. 1980-ci ildə dünyanın ətrafında 8.954 meteorit müəyyən edildiyi halda, 1985-ci ildə meteorit sayı 11.696, 1990-cı ildə 14.536, 1995-ci ildə 23.104-ə çatmışdır. 1999-cu ildə bu rəqəm 49.009-a yüksələrkən bu tarixdən sonra böyük artış olmuş və 2000-ci ildə dünya ətrafında dövr edən meteoritlərin sayı 118.441-ə çatmışdır. 2003-cü ildə meteorit sayı 226.693 olmuş, 2007-ci ildə isə meteorit sayı 27 il əvvələ nisbətən 44 dəfə artaraq 389.325-ə çatmışdır. 2010-cu ildə isə dünyanın orbiti sıx meteorit buludu ilə əhatə olunmaqla qalmamış, çox təhlükəli qırmızı meteoritlərin sayı artmışdır. «Daily Mail» qəzeti “qorxuducu sıxlıqda Günəş sistemimiz” başlığı ilə ortaya çıxan bu qəribə və narahatlıq verən mənzərəni manşet etmişdir.1

Kainat narahatdır. Kainatın qarşılaşdığı dəhşətli fəlakətlər təkcə bir neçə on il ərzində dəfələrlə artmışdır. 2011-ci il Yaponiya zəlzələsində müşahidə etdiyimiz kimi, zəlzələ içində sunami, sunami içində nüvə partlayışı və yanğın kimi «fəlakət içində fəlakətlər» baş verməyə başlamışdır. Bunlardan əlavə insanlar özləri də narahat olmağa başlamış, nifrət dalğaları ölkələri vətəndaş müharibələrinə qədər gətirib çıxarmışdır. Hazırda dünyada milyonlarla insanı ölümə aparan müharibələrin hamısı vətəndaş müharibəsidir. Qardaş qardaşı, dindar öz dindar qardaşını öldürür. Zəlzələ və təbii fəlakətlərlə gələn itkilər ölkələrdəki vətəndaş müharibələrində öldürülən insan sayı ilə birlikdə sanki unudulub gedir.  

Sevgisizlik bir çox insanın insanlıq hissini yox edib. İnsanı insan edən şəfqət anlayışı unudulub, qəddarlıq və laqeydlik normal hala gəlib. Köhnə qayıqlarda xilas olunmağı gözləyən immiqrantlar suda boğulmağa tərk edilir, xalqlar öz ölkələrində qaçqın halına gəlir. Məzlumların öldürülməsi artıq gündəmdən düşür.

Nepal zəlzələsi bu fəlakətlərdən biridir. Ölü sayının getdikcə artdığı bu dəhşətli zəlzələ onsuzda uzun illərdir maocu kommunist rəhbərliyin qəddar idarəetməsi altında yoxsulluq və fəlakətlərlə çalxalanan Nepal xalqı üçün daha büyük çətinlikləri birlikdə gətirir. Bu böyük faciə qarşısında isə qəddar səslər yenə özlərini bəlli etməkdən geri qalmadılar. Ölkəni hindu, şaman və ya kommunist olduğu və ya məbədlərə heyvan qurban verdikləri üçün təqsirləndirənlər yenə baş roldadırlar. Bu izahları ciddiyə almaq mənasız olacaq. Çünki bu ifadələr əsasən insanların içlərindəki sevgisizliyin əksidir. Sevgisiz insan isə onsuzda öz aləmində cəhənnəmi yaşayır. Dolayısilə sevdiyi heç bir şey yoxdur. Sevgisiz insanın faciə qarşısında şəfqət göstərə bilməsi çətindir.

Cəmiyyətlərin hindu, şaman və ya kommunist olmaları bizim onları pisləməyimizi deyil, bizim onlara daha çox bilgi verib təbliğ etməyimizi tələb edir. Xüsusilə təbii fəlakət, müharibə və faciələr ən böyük şəfqəti, dostluğu, sevgini və yardımı yaşatmalı olduğumuz özəl anlardır. İnsanların, ölkələrin, millətlərin şəfqətləri və dostluqları xüsusilə belə vaxtlarda ortaya çıxır. Belə vaxtlarda siyasət və ideoloji fərqliliklər yoxdur. Belə ki, müsəlman Türkiyə dövləti daxil olmaqla dini və ideologiyası tamamilə fərqli millətlərin humanitar yardım işçiləri zəlzələ xəbərini alan kimi Nepala getdilər. Belə vaxtlar insanların insan olaraq bir-birlərinə və bir-birlərinin dualarına ehtiyacları olduğu xüsusi zamanlardır. Belə vaxtlar insanlığın ən mükəmməl şəkildə göstərilə biləcəyi nadir vaxtlardır. Dünyanın fəlakətlər içində qovrulduğu bu xüsusi dövrlər insanlığımızın, sevgimizin, mərhəmətimizin və səbrimizin sınandığı özəl dönəmdir. Unudulmamalıdır ki, bu imtahan dünyasında bütün çətinliklərə baxmayaraq yaxşılıq etməkdə israr edən yaxşı insanlar daima qazanclı çıxacaq.

Nepal zəlzələsində həyatını itirənlərə Allah'dan rəhmət, yaralılara şəfa, evsiz və çətinlik içində qalanlara səbir və asanlıq arzulayıram. Allah bizi fəlakətlərin və sevgisizliyin olmadığı gözəl günlərə tezliklə qovuşdursun.

1. http://www.dailymail.co.uk/sciencetech/article-1306555/Our-terrifyingly-crowded-solar-How-asteroids-closing-in.html

Adnan Oktarın «Arab News»də nəşr olunan məqaləsi:

http://www.arabnews.com/columns/news/740831


PAYLAŞIN
logo
logo
logo
logo
logo