Qətər böhranı və müsəlmanların üzərinə düşən məsuliyyət
ucgen

Qətər böhranı və müsəlmanların üzərinə düşən məsuliyyət

2478

Müsəlman dünyası XIX əsrin ikinci yarısından etibarən fitnə quyusunun içinə düşdü. Şimali Afrika, Orta Şərq və Yaxın Şərq regionuna 150 il boyunca inqilablar, vətəndaş müharibələri, qarşıdurmalar və işğallar hakim oldu. Milyonlarla müsəlman bu şiddət mühitində şəhid oldu. Milyonlarla insan isə sürgündə, qaçqın düşərgələrində, dağılmış şəhərlərdə, xaraba qalmış evlərdə həyatlarını davam etdirməyə çalışdı


Bu qanlı dövrdə ərəb, kürd, türk, türkmən, əfqan, iranlı, pakistanlı kimi məzlum xalqların nümayəndələri qardaş davasında canlarını itirdilər. Təkcə XX əsrin II yarısında 10 milyondan çox müsəlman başqa müsəlmanların gülləsi ilə şəhid oldu. Müsəlman dünyası qan ağlayarkən bu pisliyi təşkil edənlər varlandılar, siyasi baxımdan gücləndilər və müsəlmanlar üzərində hakimiyyət əldə etdilər.


XXI əsrin başlaması ilə bu fitnə alovuna terror da əlavə olundu. Artıq İraqda, Suriyada, Yəməndə, Misirdə, Liviyada müsəlmanlar məscidləri bombalayır, bazarları, məktəbləri, xəstəxanaları, küçələri qana bulayırlar. 1400 illik İslam tarixində görünməmiş böyüklükdə fitnə buludu müsəlmanları əhatə edib. Müsəlman dünyasının bəsirət gözü bağlanıb. Əzilən məzlum müsəlmanların səsi fitnənin gurultusunda yox olur. Digər tərəfdən, müsəlmanları yandıran alov günbəgün güclənir və daha çox müsəlmanı yandırır. Beləliklə, bu od-alov İslam torpaqlarında həmişəlik özünə məskən salır.


Bu gün Liviya, Suriya, Yəmən, İraq və Əfqanıstanda vətəndaş müharibəsi gedir. Misir, Livan, Pakistan və Əlcəzairdə isə terror hadisələri baş verir. Fələstin iki yerə bölünüb. Bəzi mətbuat səhifələrində İran və Səudiyyə Ərəbistanının bölünmüş təsvir olunduğu xəritələr yayımlanır. Belə bir şəraitdə fəqlilikləri deyil, ortaq cəhətləri önə çıxarmaq, qarşıdurmaları deyil, ittifaqları dəstəkləmək müsəlmanların üzərinə düşən vəzifədir. 
Ərəbistan yarımadasının qərbi, şimalı və cənubu fitnə içindədir. Son günlərdə yarımadanın şərq hissəsini də qarışıqlığa sürükləyəcək addım atıldı. Bölgədəki ölkələr bir tərəfdə Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya və Maldiv adaları, digər tərəfdə isə Qətər olmaqla yeni bölünməyə sürüklənirlər. 


Bu yeni alovun qığılcımı Ramazan bayramı ərəfəsində yeddi ölkənin Qətərə boykot tətbiq etməsi ilə başladı. Qətərdən səfirliklərini bağlamasını və vətəndaşlarının ölkələrindən çıxmasını tələb etdilər. Qətərin qurudakı yeganə həmsərhəd ölkəsi Səudiyyə Ərəbistanı ilə əlaqəsi kəsildi. Bu qərar qida və təcili yardım vasitələrinin ölkəyə daxil olmasına mane oldu. Bu sərt qərarlardan sonra isə ağır tələblər irəli sürən ultimatum gəldi. Tələblər arasında Qətərə məxsus media orqanlarının bağlanması və hərbi ittifaqların dayandırılması kimi heç bir suveren dövlətin qəbul edə bilməyəcəyi şərtlər var idi. Cavab üçün nəzərdə tutulan 10 günlük müddətin sonunda Qətər rədd cavabı verdi. Embarqo bu gün hələ də davam edir və Qətər hökuməti öz ölkəsinə qarşı irəli sürülən tələblərə baş əyməyəcəyini bildirir. 


Bu hadisələr Ərəbistan yarımadasının qərbini və İranı ağuşuna alacaq gərginlik və hərbi müdaxilə mənasına da gələ bilər. Boykot tətbiq edən Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri İran körfəzinin sünni məzhəbindən olan qonşularıdır. Qarşı sahildə isə şiə məzhəbindən olan İran var. Körfəzin şimal sahilində isə İraqın əsasən şiə məzhəbindən olan Bəsrə bölgəsi var. Bölgədə sünni-şiə gərginliyinin artmasının necə nəticələnəcəyini əvvəlcədən təxmin etmək mümkün deyil. 


Bundan başqa, Körfəz bölgəsi dünya neft ehtiyatlarının üçdə ikisinə, təbii qaz ehtiyatlarının isə üçdə birinə nəzarət edir. Körfəzin çıxış qapısı olan Hörmüz boğazı isə Küveyt, İraq, İran, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Qətər neftinin çıxış yoludur. Dünya neft ticarətinin 40% Hörmüz boğazından keçir. Bu yolun təhlükə altında olması məsələyə beynəlxalq ictimaiyyətin də müdaxilə etməsinə gətirib çıxara bilər. Bu gün Aralıq dənizi sanki müharibə dənizinə çevrilib. İran körfəzinin hava gəmiləri, destroyerlər, dənizdən quruya doğru raketlər və ya hərbi təyyarələrlə dolması bölgəni kütləvi müharibəyə bir addım daha yaxınlaşdırır. Bu müharibənin səbəb olacağı fəsadları təsəvvür etmək belə mümkün deyil. 


Ramazan ayının sonunda başlayan bu böhrandan zərərcəkənlər isə yenə də məzlum müsəlmanlardır. Qətərlilərin yaşadıqları ölkələrdən getməsi ilə bir çox ailə parçalanma təhlükəsi ilə üz-üzə qalıb. Bölgə iqtisadiyyatı ziyan çəkir, müsəlmanlar heç nədən müflisləşirlər. Böhranın yaratdığı qeyri-müəyyən mühit nəticəsində bölgədə narahatlıq hökm sürür. 


Bu gün yaşanan gərginlik müsəlmanlara heç bir fayda gətirmir. Əksinə, bu vəziyyət müsəlman dünyasının daha da çox parçalanmasına gətirib çıxaracaq və yenə həmişə olduğu kimi, müəyyən qüvvələrin işinə yarayacaq. Bölgədə İraq, Küveyt, Türkiyə, İran və Oman boykotu dəstəkləmədiklərini açıqlayaraq tərəfsiz qaldılar. Lakin səssiz qalmaq yetərli deyil. Türkiyə və Küveytin bu istiqamətdəki vasitəçilik təşəbbüsləri böyük əhəmiyyət daşıyır. Bu təşəbbüsə digər bölgə ölkələri də mütləq qoşulmalıdır. Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah Körfəz ölkələri arasındakı anlaşmazlıqları aradan qaldırmağın “imtina edə bilməyəcəyi vəzifə” olduğunu bildirdi.  Türkiyə isə böhrandan dərhal sonra lazımi diplomatik görüşləri keçirdi və Qətərə qida yardımı göndərərək böhranın humanitar və siyası miqyasının artmasına əngəl oldu. Küveytin Xarici İşlər naziri əs-Sabah problemin danışıqlar yolu ilə həll edilməli olduğunu qeyd etdi və müsəlmanların aralarındakı anlaşmazlıqları mütləq ittifaq və “körfəz tavanı altında”, yəni öz aralarında həll etməli olduqlarını vurğuladı. Əs-Sabahın “Qətərdəki qardaşlarımız öz qardaşlarının narahatlıqlarının arxasındakı həqiqəti anlamağa, təhlükəsizlik və sabitliyi gücləndirmə səylərinə qarşılıq verməyə hazırdırlar” ifadəsi ilə tərəfləri barışdırmaq üçün göstərdiyi cəhd təqdirəlayiqdir. Türk və Küveyt rəhbərliklərinin vasitəçi rolunu oynayaraq  müsəlmana yaraşan şəkildə davranması böyük əhəmiyyət kəsb edir. Bu davranış dəstəklənməli, təqdir edilməli və müvəffəq olması üçün dua edilməlidir.   


Müsəlmanlar dost qalaraq və güclərini birləşdirərək dünyaya sülh və rifah bəxş edə bilərlər. Bu şəkildə Quranın müsəlmanların üzərinə qoyduğu öhdəliyi yerinə yetirmiş olarlar. Müsəlmanlar arasındakı ayrılıq sadəcə bir tələdir. Bu tələyə düşmək müsəlmanlara çox baha başa gəlmiş, daim şiddət və qan gətirmişdir. Müsəlman aləmi tələyə düşdüyünü görməli və ayrılığın deyil, ittifaq etməyin yollarını axtarmalıdır. “Möminlər ancaq qardaşdırlar. Buna görə də qardaşlarınızın arasını düzəldin” (Hucurat surəsi, 10) ayəsinin tələbi olaraq, digər müsəlman ölkələr də hər zaman bu anlaşmazlıqları aradan qaldıracaq yollar tapmalıdırlar. 


Adnan Oktarın “Eurasia Review” və “Nepal24Hours.com”-da yayımlanan məqaləsi:

http://www.eurasiareview.com/21072017-qatar-crisis-and-muslims-responsibility-oped/

https://www.nepal24hours.com/qatar-crisis-muslims-responsibility-oped/

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr