Adnan Oktar: Yəməndəki yeni hökumət sabitliyi təmin edə biləcəkmi?
ucgen

Adnan Oktar: Yəməndəki yeni hökumət sabitliyi təmin edə biləcəkmi?

2067

Münaqişələrin ardı-arasının kəsilmədiyi və tez-tez şiddətli hadisələrin yaşandığı Yəməndə husilərin İbb, Hudey, Sana və Əl-Beydada getdikcə daha da güclənmələri bəzi qüvvələrin etiraz nümayişinə səbəb olmuşdur. Nümayişləri yatıra bilməyən hökumət, üsyanın başçıları və husilərlə “Sülh və milli tərəfdaşlıq sazişi” imzaladı. Bu sazişlə Yəməndə yeni bir siyasi mərhələ başladı.

Prezident Əbdurabbu Mənsur Hadi mətbuat katibi Əhməd Avad ibn Mübarəyə yeni hökuməti qurmağı tapşırdı, ancaq narazılıqla qarşılaşan Mübarək vəzifəni qəbul etmədi. Hökuməti qurmaq vəzifəsi bu dəfə Mansur Hadi tərəfindən Xalid Məhfuz Bahaya verildi və 7 noyabrda yeni kabinetin qurulduğu açıqlandı.

Yeni hökumətin üzvlərinin 40% -i Yəmənin cənubundakı əyalətlərdən, 12% -i qadınlardan və 38 % -i siyasi partiyalardan ibarətdir. Ümumi 36 nazirdən ibarət olan yeni hökumətdəki nazirliklər siyasi partiya və qruplar arasında bölüşdürüldü. Bu bölgüyə görə keçmiş prezident Əli Abdullah Salehin liderlik etdiyi Ümumxalq Konqresi və müttəfiqlərinə 9 yer, Birləşmiş Yığıncaq Partiyaları və müttəfiqlərinə 9 yer, Cənubi Sülh Hərəkatına 6 yer, husilərə bağlı “Ənsar Allah” qrupuna 6 yer verildi. Əslində, kabinetin qurulmasından bir gün belə keçmədən müzakirələr yenidən alovlandı və Ümumxalq Konqresi yeni hökuməti boykot etdiyini açıqladı, husilər də hökuməti tanımadıqlarını elan edərək yeni bir hökumət üçün müraciət etdilər. Bunun səbəblərinə keçməzdən əvvəl ölkənin son illərdə yaşadığı qarışıqlığı xatırlayaq.

Keçmiş prezident Əli Abdullah Salehin vəzifəsini buraxmaq məcburiyyətində qaldığı 2011-ci il qiyamları, Əl-Qaidə hücumları, şimalda husilər, sünni tayfalar və ordu, cənubda isə separatçı Cənub Hərəkatı ilə hüquq mühafizə orqanları arasında münaqişələr, hərbi qüvvələr  tərəfindən bazaları ələ keçirilən Əl-Qaidə yaraqlılarının neft və təbii qaz borularına hücumu, ölkədə təbii qaz və neft problemi və bunlardan başqa, ölkənin daxili məsələlərinin xarici qüvvələr tərəfindən idarə edilməsi Yəmənin daxili rahatlığını və ictimai asayişini demək olar ki, çökdürür. Şübhəsiz ki, maddi-mənəvi çətinliklər, təzyiq və şiddət dolu rəftarlar, sevgidən, şəfqətdən, dostluqdan uzaq mühit insanlarda müxtəlif xəstəliklərə səbəb olduğu kimi, dövlətlər də eyni səbəblərlə xəstələnir və süquta uğrayırlar. Sağlamlıqlarını itirmiş bu dövlətlər sanki bir ruh kimi dünya xəritəsində yerləşməyə davam etsələr də, beynəlxalq ifadə ilə “uğursuz” və ya “çökmüş dövlətlər”dir. Torpaqlarında baş verən vətəndaş müharibəsinə son qoya bilməyən dövlətlər “uğursuz dövlət”, sərhədlərinə nəzarət edə bilməyən və yadelli müdaxiləsinə məruz qalan dövlətlər “çökmüş dövlət” olaraq xarakterizə edilir. Bu baxımdan Yəmən də son illərində həm “uğursuz”, həm də “çökmüş dövlət” hesab edilir. Belə çətin bir prosesin ardınca qurulan yeni hökumətə ölkənin ümidi kimi baxılırdı. Lakin hökumətin ölkənin sabitliyini qoruyub saxlaya bilib-bilməməsi indidən müzakirəyə çevrilmişdir. Belə halda yeni kabinetə hansı vəzifələr düşür?

Aydındır ki, ictimai quruluşu olduqca qarışıq olan Yəməndə yeni kabineti əsaslı məsələlər gözləyir.  Ölkədə məzhəb fərqlilikləri və icma quruluşuna əsaslanan sistem var. Xalqın bir hissəsi azadlıqlarını əldə edə bilməməkdən şikayətçidirlər. Bəziləri mənsub olduqları məzhəb və ya tayfa, bəziləri də öz siyasi mövqeləri üçün azadlıq axtarışındadırlar. Bu təbəqələrdən heç biri digərlərinin azadlıqlarını düşünmürlər. Belə halda məzhəb və ya icma qrupları dövlət tərəfindən yenidən təyin olunmalı, sosial bütövlük hissi gücləndirilməli, ayrı-seçkiliyə şiddətlə qarşı çıxan rəftar ortaya qoyulmalı, bu məsələdə məzhəb, ya da hansısa icmaya yönələn xüsusi cəzalandırma və ya xüsusi təşviqatlardan israrla qaçınılmalıdır. Husilərin, sünnilərin, zeydilərin- fikir fərqliliyi olan bütün qrupların ortaq rəftar göstərmələri təmin edilməli, cəmiyyətin quruluşundakı bu zəifliklər sürətlə aradan qaldırılmalıdır. Əks təqdirdə, ölkənin problemləri həllini tapmayacaq. Dövlət eyni torpaqlarda yaşayan, eyni dildə danışan, ən başlıcası isə eyni dinə mənsub insanların bir-birlərinə silah tutmalarına tez bir zamanda çarə tapmalı, bunun üçün də cəmiyyətdə nifrət, kin, düşmənçilik kimi hisslərin yerini sevginin, qardaşlığın, dostluğun, birlik və bərabərlik ruhunun tutmasını təmin etməlidir. Şübhə yoxdur ki, Yəmənin yenidən formalaşmağa ehtiyacı var. Bu formalaşma ancaq və ancaq sevgi ilə mümkün olacaq. Hər kəsin dost olduqlarını xatırladığı, bir-birlərinə qarşı mehriban olduqları bir dövr yaşanmadan problemlər həll edilməyəcək. Buna görə də yeni hökumətə düşən ən əsas vəzifə cəmiyyətdə şəfqət, sevgi və dostluğun hakim olması üçün ciddi bir səy göstərməkdir.

Adnan Oktarın “National Yemen”də yayımlanan məqaləsi:

http://nationalyemen.com/2014/12/01/will-the-new-government-in-yemen-bring-stability/


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr