"Canlılar dünyada ya tamamilə mükəmməl və qüsursuz şəkildə ortaya çıxmışlar, ya da özlərindən əvvəl yaşayan bəzi canlı növlərindən təkamül keçirərək meydana gəlmişlər. Əgər qüsursuz və mükəmməl şəkildə meydana çıxmışlarsa, o halda üstün bir ağıl tərəfindən yaradılıblar." Duqlas Futuyma
(Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983, səh. 197.)
Yerin təbəqələri və fosillər (canlıların daşlaşmış qalıqları) tədqiq edildikdə yer üzündə canlı həyatının birdən-birə meydana çıxdığı aşkar edildi. Kompleks canlı varlıqların qalıqlarına rast gəlinən ən dərin yer təbəqəsi 520-530 milyon yaşı olduğu hesab edilən "Kembri" təbəqəsidir. Kembri qayalıqlarında olan fosillər ilbiz, trilobit, süngər, soxulcan, meduza,dəniz ulduzları, qabıqlı dəniz canlıları, dəniz zanbaqları kimi onurğasız növlərə aiddir. Maraqlısı budur ki, bir-birindən fərqlənən bu növlərin hamısı bir anda və heç bir əcdadı olmadan ortaya çıxmışlar. Buna görə geoloji ədəbiyyatda bu möcüzəvi hadisə "Kembri partlayışı" adlanır. Bu təbəqədəki canlıların çoxunda müasir nümunələrindən heç bir fərqi olmayan göz, qəlsəmə, qan dövranı kimi kompleks sistemlər, inkişaf etmiş fizioloji formalar mövcuddur.
Məsələn, trilobitlərin göz quruluşu mövüzəvi şəkildədir. Harvard, Roçester və Çikaqo Universitetlərinin geologiya professoru Devid Rup (David Raup) "“450 milyon il əvvəl yaşamış trilobitlərin gözündə ancaq dövrümüzdə yaxşı təhsil almış və təxəyyülü olduqca güclü olan optika mühəndisi tərəfindən təkmilləşdiriləcək qədər mükəmməl dizayn vardır” deyirdi. (David Raup, "Conflicts Between Darwin and Paleontology", Bulletin, Field Museum of Natural History, cilt 50, Ocak 1979, səh. 24)
Bu kompleks quruluşa malik olan onurğasızlar özlərindən əvvəl yaşamış yeganə canlılar olan təkhüceyrəli orqanizmlərlə aralarında heç bir əlaqə və ya keçid forması olmadan birdən-birə və qüsursuz şəkildə meydana çıxmışlar. Məşhur “Earth Sciences” (Yerşünaslıq) jurnalının redaktoru Riçard Monestarski təkamülçüləri heyrətə salan "Kembri partlayışı" haqqında belə deyir:
“Bu gün gördüyümüz kompleks heyvan formaları birdən-birə ortaya çıxıblar. Bu, Kembri dövrünün əvvəlinə təsadüf edir ki, dənizlərin və yer üzünün ilk kompleks canlılarla dolub daşması bu təkamül xarakterli partlayışla başlamışdır. Hazırda dünyanın hər tərəfinə yayılan onurğasızlar sinfi erkən Kembri dövründə artıq mövcud idi və bu gün də olduğu kimi bir-birlərindən çox fərqli idilər. (Richard Monestarsky, "Mysteries of the Orient", Discover, aprel 1993, səh. 40)
Kembri partlayışı tədqiq edildikcə onun təkamül nəzəriyyəsi üçün nə qədər çətin, çıxılmaz vəziyyət olduğu açıq-aşkar üzə çıxır. Son illərdəki tapıntılar ən əsas heyvan kateqoriyaları olan şöbələrin, demək olar ki, hamısının Kembri dövründə ani surətdə ortaya çıxdığını göstərir. “Science” (Elm) jurnalında 2001-ci ildə dərc edilən bir məqalədə “təqribən 545 milyon il əvvəl yaşanmış Kembri dövrünün başlanğıcında bu gün hələ də canlılar aləminə hakim olan, demək olar ki, bütün heyvan növlərinin (filumların) fosilləri ani surətdə ortaya çıxmışdır ” deyilir (Richard Fortey, "The Cambrian Explosion Exploded?", Science, cilt 293, no. 5529, 20 iyul 2001, səh. 438-439)
Eyni məqalədə bu cür kompleks və bir-birindən tamamilə fərqli canlı qruplarının təkamül nəzəriyyəsinə görə açıqlanması üçün əvvəlki dövrlərə aid çox zəngin və mərhələli inkişafı göstərən fosil yataqlarının olmasının vacib olduğu, amma bundan əsər-əlamət olmadığı belə açıqlanır: “Bu müxtəlifləşən təkamül və yayılma da özündən əvvəl yaşamalı olan bir qrup canlının mövcud olmasını tələb edir, amma buna dair bir fosil dəlili yoxdur”.
Dünyanın birdən-birə çox fərqli canlı sinifləri ilə necə dolub-daşması, heç bir ortaq əcdadı olmayan, tamamilə müxtəlif quruluşdakı canlıların necə ortaya çıxması təkamülçülərin əsla cavablandıra bilmədikləri sualdır. Təkamül nəzəriyyəsinin ən qabaqcıl müdafiəçilərindən biri ingilis bioloq Riçard Dokinz (Richard Dawkins) bu həqiqət haqqında belə deyir: “... Kembri təbəqələri əsas onurğasız canlı qruplarını tapdığımız ən qədim təbəqələrdir. Bunlar ilk dəfə ortaya çıxdıqları an həddindən artıq təkamül keçirmiş şəkildə olmuşlar. Sanki heç bir təkamül mərhələsindən keçmədən orada yaranıblar”. (Richard Dawkins, The Blind Watchmaker, London: W. W. Norton 1986, səh. 229.)
Dokinzin də qəbul etdiyi kimi Kembri partlayışı yaradılışın açıq dəlilidir. Çünki canlıların heç bir təkamül keçirmiş əcdadları olmadan birdən-birə meydana gəlmələrinin yeganə cavabı yaradılışdır. Belə ki, Darvin də "əgər eyni sinfə aid çoxsaylı növ, həqiqətən, həyata bir anda və birlikdə başlamışsa, bu təbii seçmə ilə ortaq əcdaddan təkamül keçirmənəzəriyyəsinə öldürücü zərbə olardı" deyə yazmışdır. Kembri dövrü isə Darvinin "öldürücü zərbə" kimi təsvir etdiyi həqiqəti isbat edir. Buna görə də, isveçli təkamülçü Stefan Benqston Kembri dövründən danışarkən ara-keçid formaların olmadığını etiraf edir və "Darvini heyrətləndirən və utandıran bu hadisə bizi də heyrətləndirir" deyir. (Stefan Bengston, Nature, Vol. 345, 1990, səh. 765.)
Göründüyü kimi, fosillər canlıların primitivdən mürəkkəbə doğru təkamül keçirdiklərini deyil, bir anda və ən mükəmməl şəkildəyaradıldıqlarını göstərir. Qısaca desək, canlılar təkamüllə meydana gəlməmiş, yaradılmışlar.
Molekulyar müqayisələr təkamülün Kembri müəmmasını dərinləşdirir
Təkamül nəzəriyyəsini Kembri partlayışı ilə əlaqədar çıxılmaz vəziyyətə salan digər həqiqət isə fərqli canlı kateqoriyaları arasında aparılan genetik müqayisələrdir. Bu müqayisələrin nəticələri təkamülçü bioloqların yaxın dövrə qədər “yaxın qohum” hesab etdikləri heyvan kateqoriyalarının genetik cəhətdən çox fərqli olduqlarını üzə çıxarır, və “ara forma” iddialarını kökündən məhv edir. “Proceedings of the National Academy of Sciences” (“Milli Elmlər Akademiyasının fəaliyyətləri” ) jurnalında 6 alimin imzası ilə dərc olunmuş 2000-ci il tarixli bir məqalədə DNT analizlərinin “əvvəllər ara forma hesab edilən” kateqoriyaları bu siyahıdan çıxardığı belə açıqlanır:
“DNT zənciri analizləri filogenetik ağaclar haqqında yeni izahlar verir. Metazoa (çoxhüceyrəli canlılar) ağacının ən aşağısında olan və daha əvvəl komplekslik baxımından bir-birini izləyəncanlı sinifləri ağacın daha yuxarı hissələrinə doğru yerlərini dəyişdirirlər. Bunun nəticəsində geridə heç bir “ara keçid forması” qalmır və bizi bilateria (hər iki tərəfi simmetrik orqanizmə malik canlıların) kompleksliyinin mənşəyi haqqında yenidən düşünməyə vadar edir”. (André Adoutte, Guillaume Balavoine, Nicolas Lartillot, Olivier Lespinet, Benjamin Prud homme ve Renaud de Rosa, "The New Animal Phylogeny: Reliability And Implications", Proceedings of the National Academy of Sciences, 25 Nisan 2000, vol 97, no. 9, s. 4453-4456)
Eyni məqalədə təkamülçü müəlliflər daha əvvəl süngərlər, cnidaria, ctenophora kimi onurğasız dəniz canlıları qrupları arasında “ara forma” hesab etdikləri bəzi kateqoriyaların yeni genetik məlumatlar səbəbi ilə artıq belə hesab edilməyəcəklərini bildirir və bu cür təkamül ağacları uydurma məsələsində artıq “ümidlərini itirdiklərini” belə ifadə edirlər:
“Yeni molekulyar əsaslı filogeniyanın bəzi mühüm nəticələri var. Bunlardan ən mühümü süngərlər, cnidaria və ctenophora arasındakı “ara forma” siniflərinin və bilaterial canlıların son ortaq əcdadının, yəni “urbilateria”nın aradan qalxmasıdır... Bunun təbii nəticəsi olaraq urbilateriyaya gedən nəsil ağacında çox böyük boşluğumuz var... Mərhələli şəkildə getdikcə artan komplekslik ssenarisi vasitəsilə “boşluqdakı əcdadı” yenidən bərpa etməklə bağlı ümidimizi itirmişik (klassik təkamül məntiqində bu üsula çox müraciət olunub).