Qadın-kişi bərabərsizliyi inkişaf etməmiş ölkələrlə yanaşı inkişaf etmiş ölkələrdə də ən böyük problemlərdən biridir. Daha da dəhşətlisi bu, artıq qəbul edilmiş bir vəziyyətdir.
Bir çox cəmiyyətlərdə qadınlar kişilərin kölgəsi kimi qəbul edilir və bu fikir dünyada savadlı-savadsız çox böyük kütlə tərəfindən qəbul edilir.
Gender ayrı-seçkiliyini cəmiyyətdə qadınların əsas xidmətlərdən məhrum olmasında, kişilərlə eyni şəraitdə yaşamamağında, mütəmadi olaraq şiddət və təzyiqə məruz qalmağında, siyasətdə və iş həyatında çox passiv təmsil edilməsində aydın görürük.
Bu, qadınların sosial həyatdan təcrid edilməsi deməkdir. Bu bərabərsizliyin ortadan qalxması üçün kişilər qədər qadınlar da məsuliyyətə cəlb edilməli, qadınlarla kişilər birlikdə fəaliyyət göstərməlidirlər. Bunun üçün faydasız, nəticəsiz və demaqogiyadan ibarət danışıqları kənara qoyub, dünya miqyasında təhsil imkanlarından geniş istifadə edilməli, əsas insan olmağın, bərabərliyin, sevginin əhəmiyyəti xatırladılmalıdır. Xüsusilə İslam ölkələrində hətta qadınların da qəbul etdiyi bərabərsizliyin ortadan qaldırılması üçün Quran əxlaqı təbliğ edilməlidir.
Qadını yarı insan görən zehniyyətə qarşı Əsri-səadət əxlaqı
Allah insanları bərabər hüquqlu yaratmışdır. Ayələrdə və Peyğəmbərimizin (s.ə.v) hədislərində bildirdiyi kimi üstünlük yalnız gözəl əxlaq və təqva ilədir. Xurafatçılar isə qadınları yarım ağıl, aşağı təbəqə, hətta lənətlənmiş və idarə edilməli varlıqlar kimi qəbul edirlər.
Bu zehniyyətə görə qadınlar o qədər təhlükəli varlıqdırlar ki, onları mütləq evə həbs etmək lazımdır. Bəziləri bununla kifayətlənməyib ağıla və məntiqə sığmayan təkliflər irəli sürürlər. Belə ki, qadının çölə baxmamağı üçün pəncərələr, kiçik dəliklər belə bağlanmalı, xarici aləmlə əlaqə tamamilə kəsilməlidir.
Qadınlara bu cür yanaşmanın əsasında isə Peyğəmbərimizə (s.ə.v) aid olmayan saxta hədislər və “İslam alimlərinin” Qurana zidd fətvalarıdır. Bu vəziyyət İslam dünyasını əsrlər boyu qaranlığa məhkum etmişdir.
Halbuki Əsri-səadət dövründə qadınlar bütün sahələrdə kişilərlə eyni hüquqa malik idilər. Qadın səhabələr arasında həkimlər, tacirlər, şairələr də vardı. Xüsusilə Mədinəyə hicrətdən sonra qadın səhabələr yeni İslam cəmiyyətinin qurulmasında çox böyük fəaliyyət və fədakarlıq göstərmişlər.
Peyğəmbərimiz (s.ə.v) qadınlarla kişilərin bərabər olduğunu hər zaman vurğulamış, hətta bəzi məsələlərdə qadınların üstünlüyünü qeyd etmiş və onların təhsilə yiyələnməsinin vacibliyinə toxunmuşdur. Qadınlar məscidə gəlib Peyğəmbərin (s.ə.v) söhbətlərini dinləyir, bayram namazlarını birlikdə qılırdılar.
Əsri-səadət dövründə qadınlara belə dəyər verildiyi halda hazırda İslam ölkələrində qadınların yaşadığı həyat çox düşündürücüdür.
İslam ölkələrində qadınlar
Hazırda İslam ölkələrində qadınlar sosial həyatdan təcrid olunublar. Məsələn, Səudiyyə Ərəbistanda qadınların səsvermə hüququ yoxdur. Hətta qadınlara avtomobil idarə etmək, kitabxanadan kitab götürmək qadağandır. Bəzilərinin şəxsiyyət vəsiqəsi belə yoxdur.
Yəməndə isə qadın hər hansı səbəbdən həbs edilsə ailəsi ondan imtina edir və maddi-mənəvi bütün əlaqələri kəsilir. Bu ölkədə də qadınların avtomobil idarə etməyi və səs verməsi qadağandır.
Əlcəzairdə qadınlar yalnız bir gözü açıq olan çarşablar geyinirlər.
Pakistanın Hayber Pahtunva bölgəsində yanında kişi olmasa qadın bazarlıq edə bilməz.
Əfqanıstanda qadınların təhsil almağına mane olmaq üçün məktəblər yandırılır, qız tələbələr və müəllimələr təzyiqlərə məruz qalır, hətta öldürülürlər. Küçələrdə təhsil almaq istəyən qadınlar üçün hədə-qorxu elanları asılır. Əfqan qadınlarının 90 faizi oxumaq-yazmaq bilmir.
İordaniya, Tunis kimi ölkələrdə digərlərinə nisbətən qadın hüquqları barədə böyük irəliləyişlər qeydə alınır.
Dünya miqyasında gender ayrı-seçkiliyi sosioloji və psixoloji cəhətdən araşdırılır, statistika hazırlanır, acınacaqlı vəziyyət gözlər önünə sərilir, lakin bu fəaliyyətlər problemin həlli üçün kifayət deyil və olmayacaq.
Xüsusilə, İslam ölkələrində olan bu böyük problemin aradan qaldırılması üçün həm kişilərə, həm də qadınlara Quran əxlaqı tədris olunmalıdır.
Adnan Oktarın Jordan Times'da yayımlanan məqaləsi: