Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (22 iyul 2012, 23:00)
Adnan Oktar: Allah: “Onların nə mallarına, nə də övladlarına qibtə et” deyir. Çünki malı nə vaxtsa bitər. Bitməsə də özü bitər. Məgər malı yeyən, xərcləyən insan deyil? O da ölür. "Nə də övladlarına qibtə et!" Uşağı da ölür. Bax, özü və uşağı, bir də malı var. İndi özü və uşağı öldüyü halda, mal da ölmüş olur. Çünki malın da artıq qiyməti qalmır. Çünki maldan istifadə edə bilməyəcəyinə görə, mal da özüylə birlikdə ölmüş olur. "Allah bunlarla, dünya həyatında onlara əzab vermək və canlarının inkar etdikləri bir halda, çətinliklə çıxmasını istəyir". Necə əzab çəkir? Uşağı və malı başına bəla olur. Uşağı gəlib söyər, təhqir edər, döyməyə təşəbbüs edər, baş bəlası olar, söz ilişdirər, alçaqlıq edər. Malını, məsələn, çek ödəməliyəm, qəbz ödəməliyəm, borc var, onu həll etdim, bunu həll etdim, yeni müəssisələr quracağam, yeni imkanlar qazanacağam, pul çatmır və s. deyə-deyə bütün ömrünü ona həsr edər, çökdürər onu. Allah: "Onu onlar üçün əzab vəsiləsi edəcəyəm" deyir, yəni əzab verər, bəla verər. Məsələn, iş yerində, 5m2-lik, 6m2-lik iş yerində, bütün ömrü boyu boğuşar, o beton yığınının içərisində, Allahı xatırlamayaraq sürünər. İş yerindən də tabutla götürüb aparırlar. "Allah bunlarla, dünya həyatında onlara əzab vermək və canlarının inkar etdikləri bir halda, çətinliklə çıxmasını istəyir". Təbii ki, insanlar canları çıxarkən bunu görməz. Can çıxması ayrı bir şeydir. Ölüm, fiziki ölümdən 10 dəqiqə, 15 dəqiqə sonra ola bilər, yaxud 15 dəqiqə əvvəl də ola bilər, yaxud da yarım saat əvvəl ola bilər. İnsan ölmüşdür, lakin xəbəri olmaz. İnsan danışır, lakin ölmüşdür, Allah canını çoxdan almışdır. İkinci mənlə danışar. Yuxudakı mənlə danışırmış kimi, ikinci mənlə; hipnozdakı kimi danışar, lakin ölmüşdür.