Aişədən (r.a.): “BU ÜMMƏTIN SONUNDA HASF (YERƏ BATMA), məsh (surət dəyişmə) və KAZİF (DAŞ YAĞMA) OLACAQ...” (Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, s. 111)
Əli b. Əbu-Talib və Əbu-Hüreyrə (r.a.) rəvayət olunur ki, peyğəmbər (s.ə.v.) belə buyurmuşdur: “…ZƏLZƏLƏNİ, GÖYLƏ YERİN BİRLƏŞMƏ FƏLAKƏTİNİ, simaların meymun və donuza dönməyini, GÖYDƏN DAŞ VƏ BƏNZƏRİNİN YAĞMAĞINI GÖZLƏYİN!” (Tirmızi) (Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, s. 114)
AXIRZAMANDA YERƏ BATMA, DAŞ YAĞMA ZÜHUR EDƏCƏK və insan cildindən çıxma baş verəcək. (Hz. Sehl İbni Saad, Ramuz El Ehadis, cilt 2, s. 302/8)
Peyğəmbərimiz (s.ə.v.) hədislərində axırzamanda “göydən daş və bənzərinin yağacağını”, “zəlzələlərin olacağını”, “yerlə-yeksan olma fəlakətinin” və “yerə batma hadisələrinin baş verəcəyini” xəbər vermişdir. Əsrimizdə dünyanın bir çox yerində bombardmanlarla göydən daş yağır. Yerə düşən bombalar hədisdə “daş və bənzərinin yağacağı” sözləri ilə ifadə olunduğu kimi, yerdəki daşı-torpağı qaldırıb göyə sovurur və nəticədə kütləvi qırğınlar baş verir.