Dünyanın gözünün qabağında dənizdə köməksiz vəziyyətdə qalan vətənsiz rohincalılar
ucgen

Dünyanın gözünün qabağında dənizdə köməksiz vəziyyətdə qalan vətənsiz rohincalılar

1114

Myanmada müsəlman azlıq olan rohincalar BMT tərəfindən «dünyanın ən çox zülm görən milləti» olaraq müyyən edilib.

Son dövrlərə qədər rohincalılar və buddistlər arasında qərginlik olsa da birlikdə yaşayırdılar.

Ancaq müsəlmanların buddistlərə hücum etdiyinə dair iddiaların gündəmə gəlməsi ilə birlikdə bu yardıma möhtac insanlara qarşı çox böyük bir şiddət dalğası meydana gəldi.

Dünyanın gözü qarşısında qadınlar, kişilər, uşaqlar ələ keçirilib dəhşətli işgəncələrə məruz qoyuldu, bir çoxları vətənini tərk etmək məcburiyyətində qaldı.

Geridə qalanlar isə rus işçi düşərgələrini xatırladan açıq hava düşərgələrinə həbs edildi.

Myanmanın 90%-i buddistlərdən ibarətdir. Ancaq ölkədə dövlətin propaqandası o qədər təsirli oldu ki, buddistlər müsəlmanların  bir gün ölkələrini ələ keçirəcəyindən qorxmağa başladılar.

Cəmiyyətdəki bu xoşagəlməz ruh halı elə bir səviyyəyə gəlib çatdı ki, «New York Times» qəzetindən Nikolas Kristof myanmalı uşağa öz yaşıdı müsəlman uşaq görərsə, nə edəcəyini soruşduqda, aldığı cavab «o uşağı öldürərəm» oldu.

Bu gün Rohinca müsəlmanları düşərgələrdə yaşamağa məcbur edilir, tibb xidməti və dərman müalicəsi kimi ən əsas insan hüquqlarından məhrum olurlar.

Hər gün dərman və tibbi müdaxilə yetərsizliyindən bir çox müsəlman həyatını itirir.

Bu yaxınlarda buddist bir rahib tərəfindən qolu qırılan və həkim çatışmazlığından  müalicə oluna bilməyən yaşlı bir rohincalı həyatının sonuna qədər əlil kimi yaşamağa məhkum oldu.

Myanma müsəlmanlarının məruz qaldığı zülmü ətraflı şəkildə izah edə bilmək üçün ayrı bir yazı lazımdır. Ancaq rohincaların içində olduğu bu vəziyyət nə qədər narahat edici olsa da Malakka boğazında qayıqlarda köməksiz vəziyyətdə qalan məzlumların fəryadları hazırda digər hər şeyi kölgədə qoyur.

Təxminən 10 gün əvvəl aralarında qadın, uşaq və yaşlıların da olduğu 8 min rohinca müsəlmanı yemək, su və gedə biləcəkləri hər hansı bir yer olmadan dənizin ortasında köməksiz vəziyyətdə qaldı və hər an batabiləcək təhlükəli qayıqlarda sahilə çıxdı.

İnsan alveri ilə məşğul olanlar rohincaları Myanmadan çıxarmaq üçün böyük məbləğdə pul aldıqdan sonra ələ keçəcəklərindən qorxub dərhal gəmiləri tərk etdilər.

Hal-hazırda heç bir ölkənin qucaq açmaq istəmədiyi bu zavallı insanların gedə biləcəkləri hər hansı bir yer və ya edə biləcəkləri bir şey yoxdur.

Başqa sözlə desək, hər hansı bir insanın sahib olduğu hüquqlara malik bu insanlar ayaq basa biləcəkləri bir parça torpaqdan belə məhrum edilmiş vəziyyətdədirlər. Sanki bu dünyada onlar üçün bir parça yer tapılmır...

Ən çox müsəlman əhaliyə sahib olan İndoneziya belə qayıqları geri çevirərək yardıma möhtac köçkünlərdən “Malayziyaya getmələrini” istədi.

Əvvəllər rohinca xalqına qucaq açmış Malayziyanın Daxili İşlər nazirinin köməkçisi ölkəsinin «düzgün mesaj» vermək üçün sığınacaq istəyənlərin qayıqlarını geri qaytarmaq və sərhəddən kənarlaşdırma kimi sərt tədbirlər aldığını bildirdi və «onların bura gəlmələrini istəmirik» dedi.

Bu arada tailandlı rəsmilər isə “Tailand sularına daxil olmalarının qarşısını almaq üçün” köçkünlərin qayıqlarının çıxışına nəzarət etdiklərini açıqladılar.

Banqladeş Rohinca xalqını ölkələrinə əsla qəbul etməyəcəklərini ifadə edərkən, Avstraliya bütün dünyanın gözünün qarşısında köməyə möhtac olan rohincaları daşıyan qayıqları geri çevirdi.

Bu insanlar okeanın ortasında köməksiz vəziyyətdə qalıblar. Bütün dünya içində olduqları çətin vəziyyəti rahat evlərində seyr edir, ancaq bu məzlumlara yaşamağa yer təmin etməyə heç kim yaxın durmur.

Bu dünya hər kəsindir. Amma bu məzlum xalqın sanki bu dünyada yaşamaq hüququ yoxdur. Vəhşicəsinə tutulur, qətl edilir, işgəncəyə məruz qoyulur, yandırılır, vətəndaşlıq, təhsil və digər əsas insan hüquqlarından məhrum edilirlər. İndi isə üzərində yaşaya biləcəkləri kiçik bir torpaq parçaları belə yoxdur. Digər bir deyişlə dünya onlara: "ölün" deyir.

Bəs bu acınacaqlı vəziyyət davam edərkən dünyanın geri qalanında nə baş verir? Rohincalı uşaqlar acından ölərkən təqribən 2.8 milyon insan həddindən artıq şişmanlıqdan həyatını itirir.

Dünya çok böyükdür. Əgər dünya əhalisi Nyu York şəhərindəki kimi sıx yaşasaydı, Texas ştatına dünyadakı 7 milyard insan sığışardı. Dünyanın bütün bu genişliyinə baxmayaraq, zülm altında yaşayan azlıqların yaşamaq üçün kiçik torpaq sahəsi belə tapa bilməmələri çox təəccüblüdür.

Eyni şəkildə dünyadakı su mənbələri də hamımıza yetərlidi. Təkcə Sakit Okeanın şimal-qərbindəki Kolumbiya çayının gündəlik orta axıntı miqdarının yarısından bir az çoxu belə bütün dünya əhalisinin su ehtiyacını qarşılaya bilər. Bundan başqa təkcə ABŞ-ın əkin sahələri bütün dünyanı doydurmağa kifayət edər.

Hal-hazırda hər ölkənin bu kasıb insanlara kömək etmək, onlara sığınacaq vermək, bir parça yemək və su vermək imkanı var. Amma bunu etmək əvəzinə bir kənarda durub seyr etməyi seçirlər.

Böyük ehtimalla bir neçə gün sonra bu məzlum insanları unudacaq və dünyanın super gücləri arasında davam edən enerji müharibələri, yaxınlaşmaqda olan Amerika prezident seçkiləri və film festivalları haqqında danışmağa davam edəcəklər.

BMT-yə və bütün dünya hökumətlərinə bu günahsız xalqa kömək etmələri üçün səslənirik.

Hamımız insanıq. Yardıma möhtac bir insana kömək etmək, onun həyatını xilas etmək əldə edəcəyimiz hər hansı bir maddi mənfəətdən daha əhəmiyyətlidir. Bu, bir insan kimi bizim əxlaqi məsuliyyətimizdir.

Mövcud problemləri görməzdən gəlmək, sanki bunlar baş vermir kimi davranmaq problemləri aradan qaldırmır, insanın vicdanının ləkələnməsinə səbəb olur.

Unutmamaq lazımdır ki, biz gecə rahat yatarkən günahsız uşaqlar dünyadan lazımi  qədər kömək gəlmədiyi üçün həyatlarını itirir.

Hər kəsin bərabər olduğunu və bir insanın doğulduğu yerin o insana necə davranılacağına dair bir göstərici olmadığını unutmamalıyıq.

Çünki bütün insanlar ruh sahibi varlıqlar olaraq bərabərdir və ən yüksək səviyyədə qorunmağa və hörmətə layiqdir.

Bütün dünya vətəndaşlarının özlərini rohincaların yerinə qoyaraq vicdanlarını hərəkətə keçirmələri və təcili olaraq məzlum insanlara kömək əli uzadaraq bu utanc verici mənzərəni aradan qaldırmaq üçün lazımi məsuliyyəti öhdələrinə götürmələri lazımdır.

 

Adnan Oktarın «The Malaysian Insider & Nigerian Herald»da nəşr olunan məqaləsi:

http://www.themalaysianinsider.com/sideviews/article/stranded-at-sea-with-nowhere-to-go-as-world-stands-by-harun-yahya

http://www.nigerianherald.com/news/stranded-at-sea-with-nowhere-to-go-as-world-stands-by-harun-yahya

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo