Bir zülalın meydana gəlməsinin qeyri-mümkün olduğunu görən darvinistlərin nə qədər böyük çaxnaşma və narahatlıq içində olduqlarına daha əvvəl toxunmuşduq. Həyatın başlanğıcı mövzusunda böyük məğlubiyyət yaşayan darvinistlər, dünya şərtlərində bunu təmin edə bilməyəcəklərini anladıqda “kosmosa” sığınmışlar. “Deep impact”, Dokinzin müdafiə etdiyi “həyat kosmosdan gəldi” nağılına əsaslanan saxta elmi addır.

 

  • Darvinistlər çarəsizlikdən ümidi yadplanetlilərə bağlamış vəziyyətdədirlər. Beləliklə, həyatın başlanğıcı nəzəriyyələrinə dair bütün problemlərin həll olacağına inanmışlar. Halbuki çıxardıqları bu yeni nəzəriyyədə, hələ təməl problem olduğu kimi qalır. Kosmosda meydana gəldiyi fərz edilən və öz-özünü nüsxələdiyi inanılan bu xəyali ilk molekul NECƏ ORTAYA ÇIXMIŞDIR? Bu sual hələ cavabsızdır.

 

  • Zülalların kompleksliyi, öz-özünə meydana gələ bilməyəcək qədər fövqəladə quruluş olmaları, darvinistlərin canlıların meydana gəldiyini iddia etdikləri dövrdə atmosfer şərtlərinin iddialarını etibarsız etməsi, atmosferdə bol oksigen olmasının başa düşülməsi kimi faktorlar, həyatın başlanğıcını bir şəkildə açıqlaya biləcəklərinə inanmış darvinistlərin bu istiqamətdəki bütün ümidlərini istehlak etmişdir.

 

  • Bu səbəblə yadplanetlilərdən mədət uman darvinistlər, bir mənada açıqlamasız qaldıqlarını qəbul etmiş mövqedədirlər.

 

  • Bunu məntiqli nəzəriyyə kimi təqdim etmək həqiqətən darvinistlər baxımından ürək ağrıdan vəziyyətdir. Necə ki, eyni çarəsizlikdəki Riçard Dokinz bəhsi keçən iddianı müdafiə edərkən, həyatın kosmosda bir yerdə ÜSTÜN AĞIL TƏRƏFİNDƏN YARADILDIĞI ehtimalını qəbul etmək məcburiyyətində qalmışdır.

 

  • Kosmos iddiası, darvinizmin bitdiyinin dəlilidir. Bu iddia ilə artıq darvinizm açıq şəkildə sona çatmışdır. Çünki bu çarəsizlik etirafıdır. Həyatın başlanğıcı mövzusundakı şərhsizlik darvinizmi yox etmişdir. Təsadüflər, kosmos deyərkən darvinistlərin daha çox sarsılacaqları axmaq bir mövzu qalmadığı görünür.

 

  • Burada məntiqsizliyini izah etdiyimiz bu iddiaların əsl üzünü əlbəttə darvinistlər də bilir. Nə qədər məntiqsiz bir iddianı müdafiə etdiklərinin, nə qədər rəzil vəziyyətə düşdüklərinin əlbəttə özləri də fərqindədirlər. Lakin ideologiyaları uğruna sarsılmağı gözə alırlar. Çünki canlıların bir şüur tərəfindən yaradıldığını qəbul etmək, Allahın varlığını qəbul etmələrini tələb edəcək. Məhz əsl qəbul edə bilmədikləri, bütün bu məntiqsiz iddialarla əsl qarşı çıxdıqları həqiqət budur.

 

  • Halbuki elmi dəlilləri araşdıraraq Allahın Uca Varlığını görmək çox gözəl bir nemətdir. Hər Yaradılış möcüzəsi, təbiətdəki hər möcüzə insana ayrı bir həzz verər. Allahın icazəsiylə içində olduğumuz əsr, bütün axmaq iddiaların sona çatdığı, Allahın şanının ucaldıldığı, elmdə çox gözəl irəliləmələrin reallaşdığı və elmi bütün inkişaflarda Yaradılış həqiqətinin dəlillərinin ehtişamlı şəkildə görüldüyü elm və inanc əsri olacaq.

 

Riçard Davkins artıq darvinist değil,
KOSMOS DİNİNE GİRDİ!