Peyğəmbərimizin (səv) müjdələdiyi axırzaman hadisələrinə ülfətlə baxmaqla İslam aləmi nə itirir?
Ülfət bir çox insanın fərqində olmadığı və həyatlarına mənfi təsir göstərən haldır. Çox vaxt insanı gözəlliklərdən məhrum edir. Məsələn, Peyğəmbərimizin (səv) axırzamanla bağlı söylədiyi hədislərin bir-birinin ardınca reallaşması heyrət doğuran möcüzələrdir. Çünki dünyanın sonunun yaxınlaşdığını, hz. Mehdi (əs) və hz. İsa (əs) vasitəsilə İslam əxlaqının hakim olacağı müqəddəs dövrü bizə müjdələyir. Ancaq bu möcüzələrə bəzi insanlar laqeyd yanaşırlar.
Ülfət sözünün vərdiş, yaxınlıq, dostluq, məhəbbət və s. kimi mənaları var. İnsanın əşya və hadisələrlə əlaqəsi və nəticədə bunlara qarşı münasibəti vaxt keçdikcə vərdişə çevrilir.
Ülfətin yol açdığı təsirlərdən ən böyüyü hal-hazırki dövrdə-yaşadığımız axırzamanda görünür. Peyğəmbərimiz hz. Məhəmmədin (səv) təxminən 1400 il əvvəl xəbər verdiyi axırzaman əlamətləri bir-birinin ardınca reallaşarkən bu möcüzəvi hadisələrə qarşı laqeyd yanaşılır.
Allah’ın yaratdığı nemətlərə qarşı qəlblərində ülfət yaradanlar axırzaman möcüzələrinə də laqeyd yanaşırlar
İnsan vicdanından istifadə etmədikdə gördüyü hər şeyə tez öyrəşən varlıqdır. Allah imtahana uyğun olaraq insan ruhunu təlqindən təsirlənəcək halda yaratmışdır. Buna görə də bəzi insanlar çox tez şeytanın təsirinə girir və ətrafındakı möcüzələrə qarşı laqeydlik göstərirlər. Belə ki, Peyğəmbərimizin (səv) mehdiyyətlə bağlı xəbər verdiyi bütün hadisələr son 30 il ərzində bir-birinin ardınca reallaşmasına baxmayaraq, bu möcüzələri görmək istəməyənlər ülfətlə özlərini görməməzliyə vururlar. Bu insanlar qəlblərini bürümüş ülfət ucbatından mehdiyyət dövründə olduğumuza dair şübhə doğurmayan yüzlərlə açıq-aydın dəlilə göz yumurlar. Bəziləri hədislərdə və İslam alimlərinin sözlərində heç bir dəlil olmadığı halda hz. Mehdinin (əs) 100 il, 500 il, hətta bəziləri minlərlə il sonra gələcəyini söyləyirlər. Bədiüzzaman Səid Nursi hz. Mehdinin (əs) insan cildində gələcəyini Risaleyi nurda ətraflı izah etməyinə baxmayaraq, bəziləri hz. Mehdinin (əs) mənəvi şəxs olacağını iddia edirlər. Bəziləri də görünməz Mehdi olacağını söyləyərək, Peyğəmbərimizin (səv) xəbər verdiyindən fərqli və batil inanc irəli sürərək mehdiyyəti ört-basdır etməyə çalışırlar.
Halbuki, insanların qarşılaşdıqları təbiət hadisələri və siyasi proseslərin hər birinin əhəmiyyətli bir səbəbi vardır. Bunlar mehdiyyətin xəbərçisidir. Vicdanla diqqət yetirdikdə bu məsələlərə vərdişlə yanaşmaq qeyri-mümkündür.
Məsələn, göydən daş yağması, zəlzələlərin çoxalması, böyük sellərin, ildırımların artması, quyruqlu ulduzun (Lulin kometası) görünməsi, kosmosda insan əli formasında görüntü, ay və günəş tutulmaları və s. kimi Peyğəmbərimizn (səv) hədislərində bildirdiyi hadisələr bir-birinin ardınca reallaşmışdır.
Yaşadığı hər anın və sahib olduğu hər şeyin Allah`ın lütfü olduğunu dərk edən müsəlman baş verən bu təbiət hadisələrinə ülfətsiz baxsa, Peyğəmbərimizin (səv) xəbər verdiyi hadisələrin yaşadığımız dövrdə reallaşdığını dərhal hiss edər. Baş verən bu yüzlərlə əlamətə baxmayaraq, "eyni əlamətlər bir dəfə də təkrarlansın" demək məntiqli deyil. Səmimi müsəlmana görə, Peyğəmbərimizin (səv) bildirdiyi bu əlamətlərin reallaşdığını bir dəfə görmək hz. Mehdinin (əs) zühuruna inanması üçün kifayətdir.
Digər tərəfdən, Suriyada yaşanan hadisələr, PKK-nın bayrağı və geyimlərinin hədisdəki kimi boz rəngdə olması, dünyanın hər yerini qarışıqlıqların bürüməsi, qadınlar və günahsız uşaqların qətl edilməsi, iqtisadi böhran, müsəlmanlara qarşı təzyiqin artması, məscidlərin dağıdılması, İran-İraq müharibəsi, Əfqanıstanın işğalı, Fərat çayının suyunun kəsilməsi kimi siyasi hadisələr də Peyğəmbərimizin (səv) xəbər verdiyi hz. Mehdinin (əs) çıxış əlamətlərindən bəziləridir. Müqəddəs kitablarda və Peyğəmbərimizin (səv) hədislərində hz. Mehdinin zühuru ilə bağlı siyasi hadisələr də sanki muncuq dənələrinin ard-arda düzülməsi kimi reallaşmışdır.
Bəziləri tərəfindən ört-basdır edilməsinə baxmayaraq, şübhəsiz ki, bu çox həyəcan və heyranlıq doğuran bir hadisədir. Peyğəmbərimizin (səv) möcüzələrinin reallaşdığını görmək, peyğəmbərlərin xəbər verdiyi hz. Mehdi (əs) dövründə yaşamaq, hz. İsanın (əs) zühuruna və İslam əxlaqının bütün dünyaya hakim olacağına şahid olmaq Allah`ın bu dövrün müsəlmanlarına və bütün insanlara lütf etdiyi böyük nemətdir. Hz. Mehdinin (əs) zühuru sevgi və sülh şəraitində rahat yaşamağımız, sevincli və xoşbəxt olmağımız və bunları bizə lütf edən Rəbbimizə yönəlib şükür etməyimiz üçün bir vəsilədir. Buna görə də bu böyük nemətə göz yummaq, Peyğəmbərimizin (səv) hədislərində ətraflı təsvir etdiyi hadisələrin gələcək zamanda təkrar zühur edəcəyini iddia etmək bu insanların vicdanlarını örtən ülfəti göstərir. Bu insanlar televizor, radio və qəzetlərdən dərhal fürsət düşən kimi öz məntiqləri ilə hz. Mehdinin (əs) gəlməyəcəyini sübut etməyə çalışırlar. Halbuki, bütün əlamətlər tək-tək zühur etdiyi və etməyə davam etdiyi halda bu əlamətlərə adi hadisə kimi baxmaq İslam aləminə çox böyük zərərlər verər. Çünki:
Bütün dünyaya estetika və keyfiyyət hakim olacaq.
Axırzaman möcüzələrinə qarşı ülfətdən qurtulmağın yolu dərin düşünməkdir
Axırzaman möcüzələrinə qarşı ülfətdən xilas olmaq üçün insanlar vərdiş etdiyi düşüncə tərzini dəyişməli və bir-birinin ardınca reallaşan hadisələri diqqətlə dəyərləndirməlidirlər. İnsanlar ancaq bu yolla hadisələrin hikmətlərini qavraya bilərlər. Bu hadisələri təqdir edə bilmək isə ülfəti yox edəcək və insana həyatın gözəlliklərinə qarşı zövq və dərinlik qazandıracaq.
Dərin düşünən insan möcüzələri gizlədən və ya adi hadisələr kimi dəyərləndirənlərin düşüncələrini hiss edə bilir. Mənfi düşüncələrə qarşı dura bilir və müqəddəs bir dövrdə yaşadığının fərqindədir. Dərin imanla Qurana baxan insan Allah`ın hz. Mehdiyə (əs) işarə etdiyini dərhal anlayar. Fərasət və bəsirət sahibi olan hər kəs mehdiyyətin Quranın ümumi mövzusunu əhatə etdiyini görəcək. Allah Quranda İslam əxlaqının dünyaya hakim olacağını müjdələmişdir. İslam əxlaqının hz. Mehdi (əs) vəsiləsi ilə bütün dünyaya bu əsrdə hakim olacağı hədislərdə açıqlanmışdır. Allah hz. İsanın (əs) yenidən dünyaya gələcəyini və bütün kitab əhlinin hz. İsa (əs) vəsiləsi ilə müsəlman olacağını Quranda bildirmişdir. Bütün dünyaya İslam əxlaqının hakim olduğu bu dövrdə hədislərdə xəbər verildiyi kimi, hz. İsa (əs) hz. Mehdinin (əs) vəziri olacaq. Buna görə də hz. İsanın (əs) gəlişini müjdələyən ayələr, eyni zamanda İslamın hakimiyyətini və mehdiyyəti də müjdələyir.
Axırzamanda dəccaliyət və mehdiyyət arasında böyük mübarizə gedəcək. Buna görə də bu mübarizəni izah edən hər ayədə də mehdiyyətdən işarələr vardır. Süleyman və Zülqərneyn qissəsində, Yusif və Kəhf surəsində dünya hakimiyyəti ilə bağlı ayələrdə və hürufu müqəddatda (surələrin əvvəlində kəsik-kəsik, iki-üçü birləşmiş və ya tək halda yazılmış hərflər. Bu hərflər oxunarkən də tək-tək oxunur, bir söz kimi oxunmur) mehdiyyətə işarə edilmişdir.
Allah`ın mehdiyyətin gizli saxlaması lədün elmlərindəndir. Lakin dərin imana sahib insanlar bu gizli elmləri qəlb gözü ilə aça bilər. Quranda oxuduqlarına və Peyğəmbərimizin (səv) hədislərinə qəlb gözü ilə baxan insan dünyada yaşanan hadisələri adi hadisələr kimi dəyərləndirməz. Hər birini Allah`ın yaratdığı xüsusi hadisələr kimi görər. Peyğəmbərimizin (səv) dövründə yaşayan səhabələrin həyəcanla gözlədikləri hz. Mehdinin (əs) yaşadığımız dövrdə zühur etməsinin Uca Rəbbimizin böyük neməti olduğunu Allah`ın izni ilə anlayar və ülfət xəstəliyinə tutulub nemətlərin fərqində olamayan vəziyyətə əsla düşməz.