Əxlaqi təmizlik minaların təmizlənməsi qədər vacibdir
ucgen

Əxlaqi təmizlik minaların təmizlənməsi qədər vacibdir

1580

Yanvar ayının soyuq günü idi. Mirnes və əmisi oğlu Nedzad Seljuble kəndində birlikdə meşəyə odun kəsməyə getmişdilər. Böyük partlayış baş verdi, ardınca qısa səssizlik oldu. Partlayan mina idi. Mirnes qollarından, Nedzad isə ayaqlarından ağır yaralanmışdı… Mirnesin ayağındakı əzələ toxuması qoluna tikildi, indi qollarını işlədə bilir. Ancaq Nedzad partlayışdan bir neçə saat sonra xəstəxanada həyatını itirdi…

Bosniyada müharibə təxminən 20 ildir ki qurtarıb. Ancaq müharibə zamanı torpağa basdırılan minalar partlayaraq hələ də can alır. Bu partlayışlarda 237-si uşaq olmaqla, 1000-dən çox insan həyatını itirib. 1700 nəfər yaralanıb. Mina təmizlənməsi zamanı 46 mina təmizləyən mütəxəssis həyatını itirib, 37 nəfər yaralanıb.

Təxminlərə görə Bosniyada xalqın yarısı mina partlayışlarının baş verdiyi bölgələrdə yaşayır. Müharibədən sonra ölkədə 1670 mina partlayıb. Ölkədə hal-hazırda 1340 km2-lik sahədə partlamağa hazır halda torpağa basdırılmış 200 min ədəd mina var. 920 min nəfər minalanmış ərazilərdə hər gün ölümlə üz-üzə yaşayır.

Əslində, minalanmış əraziləri göstərən xəritələr var. Ancaq may ayında Bosniyada baş verən sel bu xəritələri yararsızlaşdırıb. Sel və bundan qaynaqlanan torpaq sürüşmələrinə görə ölkənin şimal-şərqində basdırılmış minalar yerlərini dəyişib. Bəzi minalanmış ərazilər, bəlkə də 100-200 metr qədər sürüşüb, bəziləri isə suyun altında qalıb və yerləri məlum deyil. Bu səbəbdən, göbələk toplayan bir bosniyalı qadın və ya yanacaq ehtiyacını təmin etmək üçün odun toplayan uşaq təhlükəsiz hesab etdiyi ərazidə minaya ayaq basaraq həyatını itirə bilər. Bosniya üçün təhlükə artıq əvvəlkindən də böyükdür.

“Mina təmizləmə mərkəzi” (BH MAC) təşkilatının təşkil etdiyi minaların torpaqdan çıxarılıb ərazilərin təmizlənməsi layihəsi var. Bosniyadakı minalanmış ərazilərin 2019-cu ilə qədər təmizlənməsi planlaşdırılır. Ancaq bu, olduqca çətin layihədir. Minaların təmizlənməsi üçün təqribən 300 milyon avro lazımdır və bu pulun təmin edilməsində problemlər var. Bu isə daha çox sayda məsum insanın minaya düşərək ölməsi deməkdir.

300 milyon avro böyük məbləğ kimi görünə bilər, ancaq bir çox insanın əhəmiyyətsiz xərclərini topladıqda bu məbləğdən daha böyük olması da düşündürücüdür. Məsələn, çox zəngin olmayan Türkiyədə belə bu il xarici ölkəyə turizm məqsədilə səyahət edənlərin xərcləri 1.5 milyard avrodur. Türkiyədə yeyilməyərək israf edilən çörəyə görə ölkə iqtisadiyyatının itkisi 700 milyon dollar dəyərindədir. Yəni Türkiyədə 6 ay çörək israf edilməsə, buradan edilən qənaətlə Bosniyadakı minaların təmizlənməsi mümkündür. Müxtəlif sahələrdə müxtəlif ölkələrdən misallar verilə bilər.

Bu statistik məlumatlardan da göründüyü kimi, bir çox ölkə, əslində, əsas ehtiyacını təmin etmək üçün mənbələrə malikdir. Varlı ölkələrdə bəzən istifadə olunmadığı üçün israf edilən mənbələr ehtiyacı olan insanlara çatdırılmır.

İnsanların bir qismi imkanlarından düşüncəsiz şəkildə istifadə edirlər. Bu insanlar əllərində olanın dəyərini bilmədikləri kimi əsla yoxsullaşmayacaqlarından sanki əmindirlər. Halbuki bir gün yoxsul, yardıma möhtac vəziyyətə düşə bilərlər. Ancaq bir çoxu gündəlik işlərin içində bu həqiqəti tamamilə unudaraq yaşayır. Dünyada aclıqdan əziyyət çəkən, ehtiyac içində olan milyonlarla insanı bir an belə düşünmədən həyatını davam etdirir.

Dünyanın bir guşəsində bir ərəb şeyxi 300.000 dollar verib evdə bəsləmək üçün şahin alır, həmin pula Bosniyada 1.340.000 m2-lik ərazini minadan təmizləməyin mümkün olduğunu düşünmür.

Bu yanlış əxlaq anlayışının səbəb olduğu sıxıntıları aradan qaldırmaq mümkündür: verilən hər nemətdən doğru yerdə istifadə edib-etmədiyinə görə məsuliyyət daşıyacağını bilən nəsil yetişdirmək. Vicdanlı insan israf etməz; əlində olan imkanlardan düşünərək istifadə edər və ehtiyacından artıq qalanı yoxsullara, yardıma ehtiyacı olanlara paylayar.

Gözəl əxlaqlı, ağıllı insanlar israfçılıq etdikləri xərcləri azaldaraq praktik yollarla bir çox problemi asanlıqla həll edə bilərlər. Bu yolla dünyanın müxtəlif bölgələrində yoxsulluq aradan qaldırılar, maddi imkansızlıqdan yaranan problemlər həll olunar. Bu cür məsələlərdə dünyanın malik olduğu potensialı – din, dil, irq ayırd etmədən - ən xeyirli sahələrə israfın qarşısını tamamilə alaraq ən səmərəli şəkildə istiqamətləndirmək əsasdır.

Adnan Oktarın “Bosnia Times”-da dərc olunan məqaləsi:

http://www.thebosniatimes.com/en/must-prioritize-spend/

http://www.thebosniatimes.com/jos-ugledni-intelektualci-apeliraju-za-bosnu-zasto-vecina-ljudi-zivi-svoj-svakodnevni-zivot-i-nikada-se-ne-sjeti-miliona-ljudi-koji-zive-u-oskudici-i-gladi/


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr