Beynəlxalq münasibətlərdə ehtiyatlı və bütövlükçü münasibətə malik olmaq vacibdir. Ancaq bir ölkənin hər hadisədə hər incəliyi görə bilməməsi də normal qarşılanmalıdır. Xüsusilə ani inkişaf edən hadisələrdə hər hansı bir addım atmadan öncə ağlabatan bir yanaşma olmalıdır. Əks təqdirdə hadisələrin bütününü görmədən qərarlar qəbul edilə bilər ki, bunun da peşmançılığa səbəb olan acı nəticələri ola bilər. 24 noyabrda Rusiya və Türkiyə arasında baş verən xoşagəlməz hadisə də bu cür hadisələrdən biridir və bu dünyagörüşü ilə qiymətləndirilməlidir. İndi bu böhranı tərsinə çevirmək üçün həmin ölkələrin üzərinə böyük vəzifələr düşür.
Hər şeydən əvvəl bu arzuolunmaz hadisə zamanı həyatını itirən rus pilot üçün başsağlığımı bildirmək istəyirəm. Gələcəkdə bu cür hadisələrin bir daha təkrarlanmaması və hər iki ölkənin bu narahatlıq verici vəziyyətdən heç bir zərər görmədən çıxa bilməsi üçün dua edirik.
Sözügedən hadisə beynəlxalq anqajman qaydaları çərçivəsində baş vermiş olmasına baxmayaraq, şəxsi qənaətimə görə, ölümə səbəb olacaq, həm pilotlar, həm də yerdəki insanlar üçün təhlükəli vəziyyət yaradacaq hərəkətləri qəbul etməyim mümkün deyil. İnsanların təhlükəsizliyi ən əhəmiyyətli məsələ olduğu üçün bu cür hadisələri diplomatiya ilə həll etməyin yolu mütləq olmalıdır.
Əvvəlcə qeyd etmək lazımdır ki, bu hadisə hələ təzə olduğu üçün hər iki tərəfin liderləri həyəcanlı, qəzəbli və ya öz vətəndaşlarını qorumaq məqsədilə müxtəlif ifadələr istifadə edə bilərlər. Ancaq vicdanlı davranmaq və hər iki tərəf üçün dostyana mesajlar vermək gərginliyi artırmamaq baxımından həyati əhəmiyyət daşıyır. Xüsusilə münaqişələrin davam etdiyi bir bölgədə, bu cür qərgin anlarda buna ehtiyac var.
Beynəlxalq mediada dərc olunan məqalələrimdə və canlı televiziya proqramlarımda daima Rusiyanın regiondakı sülh və sabitlik baxımından Türkiyə ilə əməkdaşlıq etməsinin əhəmiyyətini dilə gətirirəm. Daim Rusiyanın böhran vaxtlarında təcrid edilməməli olduğundan bəhs edib, Türkiyənin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların bir hissəsi olmamalı olduğunu bildirirəm. Unudulmamalıdır ki, insanlara zərər vermək və ya cəzalandırmaq heç vaxt istənilən nəticəni verməz.
Ölkələr arasında gərginlik tez-tez rast gəlinən haldır. Ancaq belə anlarda ediləcək ən ağıllı şey hadisələri böyütməmək, gərginliyi artıracaq addımlar atmaqdan çəkinmək və tərəflərin bir-birinə qarşı mülayim və sakitləşdirici üslubdan istifadə etmələrini təmin etməkdir. Üstəlik burada baş verən hadisə təkcə həmin ölkələri deyil, bütün dünyaya təsir etmək ehtimalı olan bir hadisədir. Qoyaq keçmiş keçmişdə qalsın və bizlər yeni üfüqlərə doğru irəliləyək.
Belə həssas bir dövrdə ötən günlərdə nazirlər kabineti iclasında İranın prezidenti Ruhaninin verdiyi bu bəyanat təqdirəlayiqdir:
"Rusiya və Türkiyə, İran İslam Respublikasının qonşusu və dostudur. Qonşularımız arasında dostluq münasibətlərinin olması bizlər üçün əhəmiyyətlidir".
Bununla yanaşı həm prezident Ruhani, həm də xarici işlər naziri Cavad Zərif Rusiya və Türkiyəni təmkinli olmağa dəvət etmişdir. İranlı liderlərin bu bəyanatları çox gözəldir və müsəlman üslubunun nümunələrindəndir. İran böhran idarəçiliyində kilid fiqurdu və bu gərginliyi sona çatdırmaqda vasitəçi ola bilər. Türkiyə və Rusiya bu mülayim üslubdan yan keçib gərginliyi artırsa, bu, öz vətəndaşlarına bir zərbə olacaq.
Bu gərginliyin tərəflərin heç birinə faydası yoxdur. Əgər hirslə hərəkət etsələr, bunun acısını həm iqtisadi, həm də sosial cəhətdən rus və türk xalqı çəkəcək. Hər iki tərəf də qürurla deyil, sevgi və təvazökarlıqla bir-birinə yanaşmalıdır. Əks təqdirdə asanlıqla həll edilə bilən bu böhran gələcəkdə təmiri çətin olacaq yaralara səbəb ola bilər.
İranlı liderlərlə yanaşı Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Rusiya və Türkiyə arasındakı gərginliyi aradan qaldırmaq üçün kömək etməyə hazır olduqlarını ifadə etmişdir. Türkiyə və Rusiya arasında tarixi əlaqələri xatırladan Məmmədov bunları dedi:
"Ölkələrimiz arasındakı əlaqələr ən yüksək səviyyədədir. Azərbaycan, Rusiya və Türkiyə arasında hər hansı bir gərginlik olmasını istəmir və Rusiya ilə Türkiyə arasındakı gərginliyin azaldılmasında yardımçı olmağa hazırdır".
Ortaq tarixi bölüşdüyümüz, dost və qonşu ölkələrdən bu cür bəyanatlar eşitmək çox təşviq edicidir. Bir sözlə, ölkələr bu cür arzuolunmaz hadisələrlə qarşılaşdıqda mənfi yöndə təsirlənməmək üçün bir-birilə dost münasibətləri qurmalıdırlar. Keçmişdə baş vermiş hadisələr üçün bir-birimizi günahlandırsaq, aramızda dostluq münasibətləri qura bilmərik. Rusiya və Türkiyə keçmişdə bir çox maneələrin öhdəsindən gəlmişdir. Məsələn, 1568-1914-cü illər arasında osmanlılar və ruslar 13 dəfə müharibə etmiş, ancaq yenə də Türkiyənin İstiqlal Savaşı zamanı türklərlə sovetlər arasında siyasi əlaqələr yaranmışdır. Bir-birinə hücum etməmə müqaviləsindən sonra iki ölkə arasında mədəni əlaqələr yaranmışdr.
Sovet Sosialist Respublikaları İttifaqı və Türkiyə Cümhuriyyətinin qurulmasından sonra elmdən idmana kimi hər sahədə əlaqələr inkişaf etdirilmiş və 1925-ci ildə imzalanan yeni hücum etməmə və dostluq müqaviləsi ilə bu münasibətlər sürətlənmişdir. İki ölkənin milli komandalarının oynadığı futbol matçı qarşılıqlı mədəni əlaqələr baxımından başlanğıc olmuşdur. Bu bizə Türkiyə və Rusiyanın qadınlardan ibarət milli futbol yığması arasında noyabrın 25-də oynanılan futbol matçını xatırladır. Bu matç böhranın ardından qarşılaşdığımız bir neçə müsbət hadisədən biridir. Bu kimi fəaliyyətlər bu cür gərgin dövrlərdə insanların əhvalını yüksəltmək üçün yaxşı vasitədir. Hər iki ölkənin gəncləri arasında sosial mediada sevgi, dostluq və dəstək mesajları da çox faydalı olacaq. Nifrət mesajları vermək bu həssas zamanda tarazlıqları daha da pisləşdirəcək.
Bir evdə yanğın çıxdıqdan sonra içindən bir nəfəri xilas etməklə, yanğının ilk anında həmin insanı oradan çıxarmaq başqa bir şeydir. Baş verən hadisələrə görə hər iki ölkənin xalqı sıxıntılıdır. Ancaq münasibətləri düzəltmək üçün heç vaxt gec deyil. Gərginlik daha da artmadan hərəkətə keçmək hər zaman üçün daha ağıllı olacaq. Problemlərin öhdəsindən gəlmək üçün hər zaman bir yol var. Əgər bir hadisədə 50% itki və 50% qazanc varsa, bu 50%-lik müsbəti görmək və xalqlarımızın bölüşdüklərini geridə qoymamaq bizim vəzifəmizdir. Tərəflər bir-birilərinə qarşı belə bir sevgi və şəfqət münasibəti mənimsəsələr, məsələlər asanlıqla həll ediləcək.
Nifrət üslubu nifrət gətirir və bərpası mümkün olmayan zərərlərə səbəb olur. Bu səbəbdən hamımız birlikdə bu hadisəni yenidən qardaşlığa çevirək və gələcək əməkdaşlığımız üçün təmiz bir səhifə açaq.
Adnan Oktarın «Tehran Times»da dərc edilən məqaləsi:
http://www.tehrantimes.com/Index_view.asp?code=251195