Hz. Mehdi (ə.s.) heç vaxt insanlara, "Mən Mehdiyəm" deməyəcək. Allah, Peyğəmbərimizin (s.ə.v.) xəbər verdiyi əlamətlərlə onu insanlara tanıdacaq. Bu əlamətlərdən biri də "HZ. MEHDİNİ (ə.s.) İNSANLARA ƏN YAXŞI İZAH EDƏCƏK OLAN İNSANIN YENƏ YALNIZ HZ. MEHDİ (Ə.S.) OLMASI" dır. Hz. Mehdi (ə.s.) gördüyü işlərlə, Peyğəmbərimizin (s.ə.v.) hədislərini və İslam alimlərinin Hz. Mehdi (ə.s.) haqqındakı izahlarını ən doğru və ən hikmətli şəkildə şərh etməklə insanlara Hz. Mehdini (ə.s.) ən mükəmməl şəkildə tanıdacaq. Bir hədisdə Hz. Mehdinin (ə.s.) Peyğəmbərimizin (s.ə.v.) axır zaman ilə əlaqədar verdiyi məlumatların həqiqiliyini şəxsən bilən insan olacağı, bu səbəbdən Peyğəmbərimizin (s.ə.v.) axır zamanla əlaqədar hədislərini ən doğru şəkildə açıqlayacaq insanın da yenə yalnız Hz. Mehdi (ə.s.) olacağı belə bildirilmişdir:
Əbu Basar deyər ki: İmam Məhəmməd Bakir əleyhissalamın belə buyurduğunu eşitdim: "...Buyurdu ki: Hz. Mehdi (ə.s.) qiyam etdiyində Rəsulullahın yolundan gedəcək. Yalnız O (HZ. MEHDİ (Ə.S.)), RƏSULULLAHIN ƏSƏRLƏRİNİ AÇIQLAYACAQ..." (1)
Hz. Mehdi (ə.s.) bu hikmətli izaharıyla insanların fərasət və bəsirətlərini açacaq. Açıq şəkildə "Mən Hz. Mehdiyəm (ə.s.) deməyəcək. Lakin Hz. Mehdinin (ə.s.) varlığına və gücünə işarə edərək insanların gözlərindəki qəflət pərdəsini qaldırıb "Mehdi gerçəyini" anlamalarını təmin edəcək. Hz. Mehdi (ə.s.), Hz. Mehdidən (ə.s.) bəhs etdikcə insanlar onun Hz. Mehdi (ə.s.) olduğuna səmimi olaraq qənaət gətirəcək və ona mənən tabe olmaq istəyəcəklər.
ƏDƏBİYYAT:
1) (Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı s. 191)