Hörmətli Adnan Oktarın 25 iyun 2015-ci ildəki Xoş Söhbətlər proqramından əhəmiyyətli başlıqlar
ucgen

Hörmətli Adnan Oktarın 25 iyun 2015-ci ildəki Xoş Söhbətlər proqramından əhəmiyyətli başlıqlar

2344

A9 TV, 25 iyun 2015 Xoş Söhbətlər

(Bu səhər İŞİD Kobaniyə hücum etdi. Böyük bir partlayış olduğu xəbəri gəldi. İntihar hücumu olduğu iddia edilir. Çox sayda ölü olduğu deyilir. Mətbuatda sivillərin öldüyü yazılır. İŞİD eyni zamanda yenə bir Kürd bölgəsi olan Hasekiyə də hücum etdi. Hücumlarda 50 nəfərin həyatını itirdiyi bildirildi. Bu səhər İŞİD üç məhəlləni ələ keçirdi.)

Bax, cəhənnəmə çeviriblər. Mən bunlara söylədim, sizin buranı aldığınız iddiası doğru deyil. İŞİD sizin orada möhkəmlənməyinizi gözləyir. Siz orada bir az silah topladıqda, terroristləri də oraya gətirdiyinizdə gəlib sizin başınızı qoparar dedim. Dedimmi, demədimmi? Neçə dəfə dedim? Dəfələrlə dedim. Orada dayanmayın, başınızı bəlaya salmayın dedim. Sözümü dinləmədilər, başları bəlaya girdi. Bax, dayanmadan təcili yardım maşınları ilə Türkiyəyə ölü, yaralı daşınır. İŞİD darmadağın etdi. Bəs Kobanini almışdınız? Bəs dastan yazırdınız? Adamlar dastan elə olmaz, belə olar dedilər, darmadağın etdilər. Sözə qulaq asmırlar.

Bu terroru insanlara öyrətdilər, özləri də terrora baş əymiş olurlar. Bombalamağı, yandırmağı, dağıtmağı insanlara öyrədənlər bunlardır; PKK/PYD. Həm də hiyləgərdirlər, ad dəyişdirərək özlərini insanlara qəbul etdirmək istəyirlər. PKK-lısan, niyə PYD-liyəm deyirsən? Niyə adları dəyişdirirsən? Məsələn, İranda PJAK-lıyam deyir. PKK-lısan. Bir təşkilatlanma var, PKK.

Bir sözlə dediyimin doğru olduğunu bir daha təsdiq etmiş olduq. İŞİD sizin zənn etdiyiniz kimi olmaz dedim. Sizin orada zəmin yaratmağınızı gözləyir, ora silah yığmağınızı gözləyir, sursat yığmağınızı gözləyir və terroristləri ora gətirməyinizi gözləyir, sonra da hamınızı darmadağın edər, dedim. Dediyimi etdilər. Etdiklərini biçirlər. Şiddəti öyrədən PKK-dır. Şiddətə məruz qalan da PKK-dır. Halbuki, sülhü, qardaşlığı, sevgini əsas götürməlidirlər.

İŞİD-ə şiddəti öyrədən PKK-dır

Həm də ənənəçi əsərlər, ənənəçi kitablar onlara bu düşüncəni yeridir. PKK-ya da Stalinist, Leninist, kommunist kitablar. Bu səbəbdən iki tərəf də bir-birini qırır. Amma söylədim bax, İŞİD bunu cavabsız qoymaz dedim. Bax, darmadağın oldular. Dayanmadan təcili yardım maşınları axşama qədər ölü, yaralı daşıyır. Hələ də davam edir. Bir də Türk dövlətini, Türk Millətini darmadağın etmək istəyirlər. Türk əsgərinə, Türk polisinə hücum edirlər. O yaralıları daşıyanlar yenə Türk əsgəridir. PYD ölülərini, PYD yaralılarını, yəni PKK ölülərini, yaralılarını daşıyan yenə Türk əsgərləri, hərbi təcili yardım maşınlarıdır. Utanmalıdırlar. Türk əsgərlərinə bu qədər zülm edirlər, onlar isə bunları qurtarmaq üçün buradakı Türk xəstəxanalarına daşıyırlar.

İngilis və Amerikan dərin dövləti Cənub-şərqi Anadoluda kommunist Kürdüstan dövləti meydana gətirmək üçün PKK-ya dəstək olur

Bunlara CFR dəstəkçi olur, İngilis kəşfiyyatı dəstəkçi olur. İngilislər özlərincə yenidən orada bir xəritə meydana gətirmək istəyirlər. Türkiyədən istifadə etməklə Cənub-şərqi Anadoluda bir kommunist Kürd dövləti meydana gətirmək istəyirlər. Müsəlmanlara qarşı şiddət və dəhşəti yaxşı tətbiq etdiklərini düşündükləri üçün PKK cəlladlarına bu vəzifəni verdilər. Bu vəzifəni ingilislərin, amerikalıların himayəsində edirlər. CFR də oturduğu yerdən idarə edir.

Türkiyədəki yerli iş ortaqları, İngilis kəşfiyyatına məlumat göndərir. Türkiyədə də yerli iş ortaqları var. Türkiyədə yerli casusları var. Onlar da buradan müsəlmanlar haqqında dayanmadan İngiltərəyə məlumat göndərirlər. Ən gözlənilməz yerlərə casuslarını yerləşdiriblər. Bu yaltaqlar, bu əlaltılar, riyakarlar müsəlmanlar haqqında gecə-gündüz telefondan, internetdən müsəlmanlar haqqında məlumat göndərirlər. Bura getdilər, bunu etdilər, bunu edəcəklər. Onlar da “Təbrik edirik, ailəyə nə qədər gözəl xidmət edirsiniz. Səni baş nazirlə tanış edəcəyəm, daxili işlər naziriylə tanış edəcəyəm. Bu uca vəzifəni yerinə yetirdiyin üçün səni təbrik edirəm” -deyirlər. Xainsən, xainlik edirsən, alçaqlıq edirsən. Satılmışlıq edirsən. Uca vəzifə olarmı? Öz qardaşların əleyhinə, öz iddian əleyhinə, müsəlmanların əleyhinə namərdlik edirsən, özünü satırsan. Ən şərəfsiz adam belə etməz. Sən bunu edirsən. Əxlaqsızlıq edirsən.

(İŞİD-in yenidən Kobani və Hasekiyə hücum etməsilə Türkiyə əleyhinə yenə kampaniya başladı. İŞİD əsgərlərinin Türkiyədən keçib hücum etdiyi iddia edilir. Suruçun baş məmuru bu mövzuda açıqlama verdi. “İŞİD Kobaniyə Cerablus tərəfindən hücum etdi. Türkiyədən hücum etdikləri yalandır. Sərhəddəki kameralardan görüntüləri təsbit etdik” -deyir. Həm də bombalı maşınlarla İŞİD YPG paltarları geyinib PYD yoxlanışından keçib)

PKK-lılar anqutdurlar. Son dərəcə ayıq gəzirlər, biz qurtardıq, belə etdik, elə etdik. Mən bunlara aylar əvvəl söylədim, sizi darmadağın edəcəklər, ağılınızı başınıza alın dedim. Qaçıb xilas olun dedim. Şiddəti öyrədən bunlardır. İŞİD-ə şiddəti öyrədən bunlardır.

İngilis və Amerikan dərin dövləti PKK-nı dəstəkləyərək öz başlarına bəla olacaq bir sistemi inkişaf etdirir

İngilislər də oradan idarə etdiklərini zənn edib sevinirlər. Amerikalılar da, CFR, o- bu və s. Sonra öz başlarına bəla olacaqlarından xəbərləri yoxdur. Əvvəl də elə Amerikan dərin dövləti Vyetnam, Kamboca, Laosda eyni axmaqlığı etdi. Əvvəl bunlara göz yumdu, sonra başına bəla oldu. Sonra nə edəcəyini çaşdı, sonra da getdi oranı onlara təslim etdi. Yüz minlərlə ton bomba yağdırdı, minlərlə Amerikalı əsgər öldü, Amerikaya çox baha başa gəldi. Eyni axmaqlığı yenə edirlər, eyni nalayiqliyi. Öz əlləriylə canavar bəsləyirlər. Bu dəfə öz başlarına bəla olacaq, xəbərləri yoxdur.

(Ağ Evin spikeri bir açıqlama verib. YPG-nin hərbi gücünü artırmaq üçün yeni bir plan üzərində çalışırıq, demişlər.)

Hərbi planı gördülər. Bütün verdikləri silahlar İŞİD-in əlinə keçdi. Yenə etsələr yenə İŞİD-in əlinə keçər. Çox böyük ağılsızlıq edirlər. Türkiyə düşmənçiliyi onlara uğursuzluğa səbəb olur. Allah bəlalarını verir. Amerikan dərin dövlətinin başına çox böyük fəlakət gələcək, ağıllarını başlarına alsınlar.

“Terrorist Türkiyə” etiketi başladıblar. Biz də “Terrorist PKK” etiketi başladaq. Həm İngiliscə, həm də Türkcə edək. “Terrorist Türkiyə” etiketi bütün dünyada siyahıya girib. PKK Türkiyə əleyhinə fəaliyyətə başlayıb. “Terrorist PKK” etiketiylə cavab versək, çox yaxşı olar. Dünyada da siyahıya salaq. İngiliscəsiylə də girək.

İran Bərzaniylə ədavət aparmamalıdır

Dünən CFR daxilində bir qrupun Şimali İraqda Bərzani əleyhinə hərəkətləri, İran və PKK lehinə hərəkətləri dəstəklədiyini izah etmişdik. “Müəllimimiz bu mövzunu bir az da açıqlaya bilərmi? Hazırda Bərzaniyə qarşı İran qaynaqlı bir zərbəylə qarşı-qarşıyayıq. Ona görə müəllimimizin şərhi bizim üçün çox əhəmiyyətlidir” bir tamaşaçı deyir.

Bərzani Nəqşibəndi, sünni çox əfəndi bir insandır. İran Bərzaniylə ədavət aparsa, çox ayıb edər. Çünki Bərzani sülh tərəfdarı bir insandır. Söz dinləyən, nəzakətli bir insandır. Qonşularla da gözəl əlaqələr içərisində olan bir insandır. İndiyə qədər həmişə sülhü müdafiə etdi. Sakitləşdirici bir rəftarı var. İran bu işin içinə girsə, çox böyük səhv edər. Yəni Bərzani ilə qarşıdurmaya qalxması gizli və ya açıq ona müxalif bir rəftar içində olması çox çirkin olar. Bir məntiqi də yoxdur, məqsədi də yoxdur, müvəffəqiyyətli olacağı bir mövzu da deyil. Bu İrana yaraşmaz. İran dərin dövləti səhv yoldadır. Bu qərarından imtina etsin. Türkiyə də Bərzaniyə dəstəyi artırsın. Xüsusi təyinatlılar, xüsusilə dəstəkləyərsə, çox yaxşı olar.

Pakistan və Hindistan kimi ölkələrdəki əzik ingilis pərəstişkarları

İngilislərə heyran bir qrup var. Pakistanda və s. ölürlər, İngiltərə deyən kimi, adam əriyir, titrəyir. Hindistanda da elədir. Zamanında bunları Pakistanda, Hindistanda çox əziblər. Qatilinə aşiq olan tiplər olar belə, bunlar da özünü əzənə çox hörmət edir. Mən anlamıram. İngilislərin hər şeylərinə pərəstiş edirlər. Yəni haşa, onları Allah kimi görür. Sən Qurana heyran ol, Allaha heyran ol, elə deyilmi? İki günlük dünyadır. Sənin o heyran olduğun adamların hamısı ölüb gedirlər. Heyran olduğun binalar dağılıb gedəcək. Və dağılır da. Bir parçaya heyran olur, bezə heyran olur, bilmirəm neyə heyran olur. Sən Allaha heyran ol, Qurana heyran ol.

Türkiyə Bərzaniyə dəstək olmalıdır

Türkiyə Bərzaniyə çox güclü şəkildə dəstək olsun. Həm silah dəstəyi də versin. Oradakı gəncləri də öyrətsin, burada təhsil versinlər. Amma bizim xüsusi təyinatlılar birbaşa qoruma olaraq vəzifə alsınlar. MİT də, MİT mənsubları; əhəmiyyətli yerlərdə orada vəzifədə olsalar, yaxşı olar.

Bərzaniyə qarşı təhdidlərdə Türkiyə də açıqlama versin. Hörmətli Davudoğlu Bərzanini dəstəklədiyini söyləsin. Yəni Türkiyənin yanında olduğunu söyləsin ki, onun əli qüvvətlənsin, güclənsin. Və bunu yalnız sözlə də buraxmasınlar. Lazım olsa pul köməyi də edilə bilər, əsgəri kömək də edilsin. İnsani kömək də edə bilərik. Təhsillə də kömək edə bilərik. Yazıçılar da Bərzanini dəstəkləsin. Səsləri çıxmır. Onu orada tək buraxmaq doğru olmaz. İran dərin dövləti də Bərzaniyə qarşı çıxmaqla çox səhv edir. Bərzani kiməsə zərəri olan bir insan deyil, çox insanpərvərdir. Bütün terror fəaliyyətlərinə qarşı çıxır. Nəqşibəndi, seyid, öz halında bir insandır. İranın oraya əsgər göndərməsi, qarşı çıxması o uğursuzluq gətirər, İrana yaraşmaz.

HDP sədr müavini Figen Yüksəkdağ “Bütün dünya dəlilləriylə bilir ki, insanlıqdan kənar İŞİD şəbəkəsi Türk hökuməti tərəfindən dəstəklənildi, dəstəklənilir” -deyir.

Əgər bir dəlil göstərməzsə, onda böhtan atmış olar. Bir tək dəlil göstərməzsə. Tək bir dəlil göstərsin. Çox ayıb edir. Halbuki, İŞİD hökumətə şiddətlə qarşıdır, Tayyib hocaya də qarşıdır. Ağıza alınmayacaq sözlər edir. Hökumət də İŞİD-ə şiddətlə qarşıdır. Ayıb edib. Bu sözünü geri alsın və üzr istəsin.

Etiketimiz hazırda Türkiyədə ikinci, dünyada beşinci sıradadır. PKK-ya şapalaq oldu, çox yaxşı oldu. Bütün qardaşlarımıza təşəkkür edirik, dəstək verən hər kəsə. Bunlara susqun qalmaq çox səhv hərəkətdir. Dünyada bunlar belə dayanmadan təbliğat aparırlar. Xüsusilə idealist gənclər, AK Partiya gəncliyi, Səadət gəncliyi artıq hərəkətə keçsin. Bunlara qarşı susmaq olmaz.

HDP sədr müavini Figen Yüksəkdağın dəlili olmadığı halda Türkiyəni günahlandırması böyük əhvdir

Figen Yüksəkdağ çox ayıb edir. “Bütün dünya dəlilləriylə bilir ki” -deyir, “insanlıqdan kənar İŞİD şəbəkəsi Türk hökuməti tərəfindən dəstəklənildi”. Madam əlində belə bir dəlil var, birini təqdim et, qardaşım. Gəl, burada televiziyada mən yayımlayacağam, söz verirəm. Bir ədəd. Nə qədər səmimiyyətsizlikdir. Bu zülmdür, başqa bir şey deyil. Çox ayıb edir. Yəni onun nəzakətinə yaraşmaz. Həm sözünü geri alsın, həm də üzr istəsin.

(Xarici işlər nazirliyi spikeri Tanju Bilgic İŞİD-in Kobanidə etdiyi hücumlara dair şərhlər etdi. İŞİD silahlılarının Türkiyə üzərindən Kobaniyə keçdiyi məlumatının doğru olmadığını söyləyir)

Qardaşım, artistliyi buraxsınlar. Nə əlaqə Türkiyə üstündən. Türkiyədə hər yerdə kameralar var, hər yerdə polis, əsgər, jandarma var. Hər kəs görür. Bu olacaq şeydirmi? Yəni bu qədər tərbiyəsizlik olmaz. Çox alçaldıldılar, alçaq, rüsvay oldular. PKK indi günahı Türkiyənin üstünə atıb, oradan quyruq ağrılarını azaltmaq istəyir. Bu çox çirkindir. İŞİD o adamların surətində, paltarında mənim gördüyüm bir taktika tətbiq edib. Avtobuslarla, yük maşınları ilə artıq nə şəkildə gəldilərsə. Bunları darmadağın ediblər. Mən bunu söylədim, əvvəldən də söylədim. Bax, başınıza bəla gələcək, İŞİD başınızı əzəcək dedim. Kobanidə sizi əzəcək dedim. Yeri də söylədim. Amma sizin silahlanmağınızı gözləyir, oraya da bir az it-qurd gətirməyinizi gözləyir dedim. PKK-lı çaqqalları yığdılar, silah da yığdılar, İŞİD ora girdi, bunları darmadağın etdi. Söylədiyim doğru çıxdı. Nə vaxt söyləsəm dediyim doğru çıxır. İndi bax digər bölgələrdə də onları məhv edəcəklər, qaçsınlar. Sözümü dinləsinlər. Gəlib Türk hökumətinə təslim olsunlar. Həbsxanada yenə rahat şərtlərdə yatarlar. Yoxsa İŞİD onları parçalayacaq, bax söyləyirəm. Parça-parça edəcək. Hamsını qaz kimi doğrayacaqlar.

(Yaralı olan 63 nəfər ölkəmizə gətirildi. Biri uşaq olmaqla, 2 nəfər həyatını itirdi.)

Qardaşım, Türkiyə PKK-lıları təcili yardım maşınları ilə, hərbi təcili yardım maşınları ilə götürüb gətirir. Türkiyənin nəzakətinə bax, humanistliyinə bax; PKK-nın etdiyi əxlaqsızlığa, tərbiyəsizliyə bax. Güllə sıxdıqları əsgər, şəhid etməyə çalışdıqları əsgərlər onları kürəyinə alıb gətirib burada xəstəxanada müalicə edirlər.

Figen Yüksəkdağ, “Biz iddiamızı isbat etmək məcburiyyətində deyilik, siz isbat edin” deyib.

Figen xanım bu üslubunu tərk etsin. Bu ona yaraşmır. Çox ayıbdır. İŞİD cənubdan və qərbdən gəldi. Yeddi yük maşını ilə gəldilər, darmadağın etdilər. Həm də İŞİD bir neçə gündür müsəlman kürdlər buranı tərk etsin deyə elan etdi. Hər kəsə oranı tərk edin deyə evlərə məktub göndərdi.

YPG-lilər dünəndən saxta hesablar açıblar. Mən onları izləyirəm. Özlərini çox ayıq hesab edirlər. YPG-lilər minlərlə saxta hesab açdılar. Dünəndən bu böhtan kampaniyasını planladılar. Bu gün də tezdən başladılar. Twitterdə də etiket yayıblar. Öz ağıllarınca ayıqlıq edirlər, bax əzib keçdik, Əlhəmdülillah. Belə işlərdən əl çəksinlər. Bunlar özlərini çox ayıq zənn edirlər. MHP-li gənclər bu etiket mövzusunda çox həssas olsunlar, xahiş edirəm. AK Partiyalı gənclər də çox ayıq olsunlar. Səadət gəncliyi də çox ayıq olsun. Bu bir ovuc əxlaqsıza qapı açdırmayaq. Bu PKK-YPG pisliklərinə imkan verməyək. Bu çaqqallar bütün dünyada təbliğ edirlər. Bir çox insan da bunların dediyini doğru zənn edir.

MHP - AK partiya koalisiyasında cənub-şərqi Anadolu dirçələr

İdealist gəncləri təbrik edirəm. Onlardan etiketə çoxlu dəstək gəldi. Bu alçaqlara nəfəs aldırmayaq. PKK-YPG itləri, donuz sürüsü kimi dünyanın hər tərəfində Türkiyənin əleyhinə fəaliyyət göstərirlər. Biz elmlə, mədəniyyətlə, sevgiylə, ağılla bunları məğlub edəcəyik. Hökumət də başqa bir yola girməsin. MHP - AK Partiya. Belə bir koalisiya olsa, cənub-şərq dirçələr. Çünki qardaşlarımız PKK-dan artıq beziblər. O mübarəklərə nəfəs aldırmırlar. O bəladan xilas olacaqlarını anlasalar, baraban-zurna ilə toy edərlər, bax söyləyirəm. Çox böyük bir sevinc olar. AK partiya gəncliyi də bu mövzularda ayıq olsun, zəhmət olmasa. Canlı olsun. AK Partiya Gəncliyindən lazımi aktivliyi görə bilmədik. Yaraşmır. İdealist gənclərdən Allah razı olsun. Onları təbrik edirəm. Onlar yamandırlar, maşaAllah.

(Səlahəddin Dəmirdaşın Alman mətbuatına bir açıqlaması oldu. Abdullah Öcalanın İmralıda qalmasının özləri üçün qəbul edilə bilməz olduğunu söylədi)

Harada qalacaq? Oteldə qalacaq halı yoxdur. Səlahəddin Dəmirdaş ağlı başında dəliqanlıdır. Allah xatirinə, olacaq işdirmi? O buraxılsa, bütün qatillər buraxılmalıdır. Məhmətciyi şəhid edən on minlərlə qatilin buraxılmalıdır. Onda cinayət sərbəst hala gəlmiş olur. Ağılın, məntiqin qəbul edəcəyi bir şeydirmi? Məqbul bir şey söyləsə insan dinləyər. Bu son dərəcə məntiqsizdir. Bunu heç danışmasın. Biz də eşitməmiş olaq. Həm də onu dərhal vurarlar. Orada sağ-salamat qaldı. Daha əvvəl də dağlarda yaşayırdı. Orda-burda, Suriyada onu çox rahat vurardılar.

Ayə izahı

Əhzab surəsi/12-13: O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir” – deyirdilər. Onlardan bir dəstə demişdi: “Ey Yəsrib (Mədinə) əhli! Artıq sizin üçün (burada) sığınacaq yer yoxdur...”. Bax, münafiqləri görürsənmi? Həmişə dəccala güvənirlər. “... Geri qayıdın!” İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb” – deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər. Bu da bir münafiq üslubudur. Evin nəzarətsizdir, amma əslində Müsəlman aləmi təhlükə altındadır. Sənin evindən daha əhəmiyyətlidir. Yüz minlərlə insan məhv olacaq. Sənin evin o qədər əhəmiyyətli deyil. Sən müsəlmanları evinə gətir, evinlə birlikdə qoru.

PAYLAŞIN
logo
logo
logo
logo
logo