Uca Allah tarix boyu göndərdiyi haqq dinlərin hamısında dünyanın sonuna yaxın dövrlərdə yer üzünün zülm və sıxıntılarla dolacağı, terror hadisələrinin və cinayətlərin misli görünməmiş şəkildə artacağı, təbii fəlakətlərin və iqtisadi böhranların həyatı iflic edəcəyi olduqca çətin bir dövrü, Axırzamanı xəbər vermişdir. Cənabı Allah dünyanın xaos içində olacağı axırzamanda “hidayət verici” sifəti ilə Kral Məsihin (Mehdinin) bütün dünyanın xilaskarı kimi zühur edəcəyini bildirmiş və insanları bu mübarək zatla müjdələmişdir.
Bu, müsəlmanların da, yəhudilərin də müqəddəs Kitablarında xəbər verilmiş müjdədir. Quranda Mehdiyyətə və İslam əxlaqının hakimiyyət dövrünə işarə edən əhəmiyyətli məlumatlar mövcuddur. Eyni zamanda peyğəmbərimizin (s.ə.v) hədislərində də hz. Mehdi (ə.s) və Axırzaman ətraflı şəkildə, bütün incəliklərinə qədər təsvir edilmişdir. Bununla yanaşı, Tövrat və Zəburda da Maşiah, Kral Məsih və Şilon (göndərilən, Allah`ın hədiyyəsi) kimi adlarda təzahür edən mübarək şəxs Axırzamanda zühuruna şübhə edilməyən hz. Mehdidir (ə.s). Nəticə etibarilə, bütün səmimi iman gətirən müsəlman və yəhudilər yaşadığımız Axırzamanda Rəbbimizin vədinə uyğun olaraq Kral Məsihin zühurunu arzulamalı, onun çıxışı xəbərini bütün dünyaya müjdəməli və onun gəlişinə dünya miqyaslı fəaliyyətləri ilə hazırlıq görməlidirlər. Bu, Allah`ın müqəddəs Kitablarda fərz qıldığı ibadətlərdən biridir.
Tövratda və müxtəlif yəhudi qaynaqlarda hz. Mehdiyə (ə.s) işarələr
Hz. Mehdinin (ə.s) Musəvi qaynaqlarında bəhs edilən xüsusiyyətləri
Tövratda Kral Məsih və onun hakimiyyət dövrünün bəzi xüsusiyyətləri
Yəhudi qaynaqlarda Kral Məsihin (Mehdinin) əzab-əziyyətə mübtəla olacağına aid bəzi məlumatlar
Kral Məsih haqqında Tövrat, Talmud və təfsirlərə əsaslanan bəzi məlumatlar
Yəhudi mənbələrində hz. Mehdinin (ə.s) hakimiyyət dövrü
Hz. Mehdinin (ə.s) Zəburda bildirilən bəzi xüsusiyyətləri
Zəburda hz. Mehdinin (ə.s) dünyaya hakim olacağı bildirilir
Tövratda Kral Məsihin dünyaya ədalət və sülh gətirəcəyi bildirilir
Allah`ın Tövratda yəhudilərə vəd etdiklərindən bir qisim
Yəhudilər Kral Məsihin əxlaqı ilə hərəkət etməlidirlər
Tövratda bəhs edilən Bəni-İsrail qövmü Mehdi camaatıdır
Zoqarda Kral Məsih (hz. Mehdi (ə.s))
Yəhudi mənbələrində Kral Məsihin İstanbuldan çıxacağı bildirilir
Talmud dövrünün yəhudi təfsirlərində Kral Məsihin gizlənməsi